Təsisçiyə borc qaytarıldıqda necə rəsmiləşdirilir?

posted in: Vergi, Xəbər | 0

borcTəsisçiyə borc qaytarıldıqda necə rəsmiləşdirilir?

Sual: Müəssisə təsisçiyə borcu geri qaytardıqda bunu necə həyata keçirməlidir? Bu zaman banklararası kredit hərracı necə həyata keçirilir? Maddəni göstərməklə.

Cavab: Bildiririk ki, müəssisəyə təsisçi tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər. Hüquqi şəxsin təsisçisi tərəfindən pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır. Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldığından təsərrüfat əqdləri həmin şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Həmçinin bax: Təsisçi ilə borc müqaviləsinin notariusda təsdiqinin zəruriliyi

Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borcun məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir. Banklararası kredit hərracının keçirilməsi barədə məlumat almaq üçün aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 58.7-1-ci, 110-cu, 123.1-ci 150-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Şirkət qarşılıqlı əlaqəli olmayan şəxslərdən faizsiz borc ala bilər?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: “FQAC” MMC

  • Şəhər: Bakı
  • Yaş: 27 – 65 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Bayramova Günay

Həmçinin bax: 2500 manat məvaciblə Baş mühasib axtarılır

İş barədə məlumat:
– Mühasibatlıq, vergi uçotu və DSMF ,Statistika ilə bağlı əməliyyatlar
– E-qaimə və Vergi Hesab Fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatları, vergi qanunverciliyi və Əmək Məcəlləsi ilə dəqiq işləmək bacarığı
– Vergilərin hesablanması və hesabatların hazırlanması
– Statistika, DSMF hesabatlarının hazırlanması
– BTP proqramında işləmək
– Əmək haqqının hesablanması
– Büdcə təşkilatlarında işlərin aparılması
– Kotirovka və tenderə sənədlərin hazırlanması
– İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək, 6-cı gün, 10:00-dan 15:00-dək
Namizədə tələblər:
– Büdcə təşkilatlarında mühasib sahəsində təcrübəsi olan şəxslər
– 1C 8.3 və MS Office proqramlarını bilməli
– Azərbaycan, rus dillərini mükəmməl bilməli

Mənbə: boss.az

Yaponiyada mühasibat uçotu (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Yaponiyada mühasibatYaponiyada mühasibat uçotu 

Yaponiyaya köçüb, orada yaşayıb, işləyən Natalya Xaratanın məqaləsini qısa ixtisarla sizə təqdim edirik.  

1-ci hissə

Avropa konsepsiyalarına görə Yaponiya uzaq və sirli, sakinləri sanki ziddiyyətlərdən toxunmuş bir ölkədir.  Yəqin ki, bir çox hallarda bu, yapon xalqında ənənələrin əhəmiyyətinin qeyri-adi dərəcədə böyük olması ilə bağlıdır. Lakin, bizim həmvətənlərimiz hətta bu cür qeyri-adi ənənələrə də uğurla uyğunlaşa bilirlər.

Yaponiya ənənələri

“Mən Tokioya demək olar ki, on il əvvəl gəlmişəm, – Natalya Xarata nəql edir, – öz ixtisasım üzrə təhsil almışam – yapon dilini də öyrənmişəm. Başlanğıcda bu ölkədə qalmaq məqsədim yox idi, amma, bir müddət yaşadıqdan sonra mən bu ölkəyə vuruldum, sonra isə yerli sakinlə ailə qurdum”.

Yaponiya əcnəbilər üçün son dərəcə sirli bir ölkədir, burada ənənələr o qədər güclüdür ki, bəzən Qərb insanı üçün onların bəziləri anlaşılmaz olaraq qalır. Misal üçün, uğurlu bir insan hesab olunmaq və həmkarlarının hörmətini qazanmaq istəyirsənsə,  bütün həyatın boyu eyni şirkətdə çalışmalısan. Təbii ki, bunun müsbət cəhətləri də var, belə ki, rəhbərlik bir qayda olaraq həmin insanlara qarşılıqlı sədaqət nümayiş etdirir, çoxdan çalışan adamların yüksək vəzifələrə təyin olunması şansları da az deyil.

Stabillik bir tərəfdən yaxşıdır, digər tərəfdən bu cür sərt çərçivələr yaradıcı eksperimentlərə və inkişafa mane də ola bilər.

Yapon gəncləri arasında təhsil üçün xaricə getmək təcrübəsi qəbul olunmur – belə davranış qaydalardan kənar hesab olunur. Gündoğar ölkədə hətta ən yaxşı əcnəbi diplomun olsa belə, yenə də ehtiyat etməli olursan, çünki burada işəgötürənlər xarici diplomlara çəpəki baxırlar. Səbəb də birdir, bu diplomlar vətəndən kənarda qazanılıb. Xaricdə işləmək təcrübəsi də Yaponiyada iş axtaranlara heç bir üstünlük qazandırmır.

Gündoğar ölkədə mühasib olmaq çox asandır. Hər bir xırdalıq, hər bir nüans qaydalarda öz əksini tapıb, hansı ki, mənim həmişə ora baxmaq imkanım olur. Bu isə işləri çox sadələşdirir.

Burada həyat təcrübəsi olan insanlara hörmət edirlər, iş yerində yaşca və vəzifəcə böyük insanlara sözsüz qulaq asırlar, hətta onların haqsız olduqlarını bilsələr belə, bu bir qaydadır. Misal üçün, Amerikada və ya Avropada tabeçilikdə olan şəxs ofisdə rəhbərliyin səhvlərini arqumentli şəkildə onların üzünə deyə bilər. Yaponiyada isə belə hallar istisnadır.

Həmçinin bax: Yaponiya vergi sistemi barədə bilmədiklərimiz

Mühasibatlığın xüsusiyyətləri

“Mənə gəldikdə, həmən deməliyəm ki, bütün bu məqamlara baxmayaraq, bu ölkədə işləmək və buranı özüm üçün bir vətən kimi qəbul etmək istəyirəm, – Natalya belə nəql edir, – Öncə bələdçi, sonra tərcüməçi kimi işə başladım, ardınca da maşınlar üçün detallar istehsal edən kiçik bir şirkətdə işləməyə başladım. Kiçik assisent vəzifəsinə düzəldim, sonra katibə kimi çalışdım, ardınca menecer və bir qədər sonra isə mühasib olaraq fəaliyyətə başladım. Belə bir karyera yüksəlişi üç il yarıma başa gəldi. Yaponların mentallığını nəzərə alaraq, hesab edirəm ki, əcnəbi üçün bu çox sürətli yüksəlişdir. Axı, yapon dilində işləmək lazım gəlir!

Maraqlı olsa da rəhbərlik lap əvvəldən mənə simpatiya ilə yanaşdı, mənim səylərimi qiymətləndirdilər, onlar mənim sədaqətli bir əməkdaş olacağıma inandılar, axı mən yapona ərə getmişdim, deməli burada yaşayıb, işləyəcəyimə əmin oldular. Mən onların etimadını sarsıtmamağa çalışıram, baxmayaraq ki, nə vaxtsa mən fəaliyyət sahəmi və şirkətimi dəyişəcəyimi istisna etmirəm.

Rusiyada mən heç vaxt uçot sahəsində işləməmişdim. Bəs necə oldu ki, mən mühasib kimi çalışmağa başladım? İş ondadır ki, şirkətdə müvafiq mütəxəssis axtarırdılar və kənarda bunu tapmaqdansa, məni bu sahəyə təyin etmək barədə qərar qəbul etdilər. Təbii ki, mühasib təyin olunana kimi mənə uçot işləri ilə bağlı hər şeyi öyrətməyə başladılar. Özüm də bu işə maraq göstərirdim, uçotla bağlı bilikləri sürətlə qavaramağa çalışırdım, təbii ki, ilk vaxtlarda az səhvlərə yol vermirdim. Lakin, burada belə hallara dözümlü yanaşırlar və insana ikinci, üçüncü və onuncu şansı belə verirlər. Hətta gülməli alınsa belə deməliyəm ki, bimirəm insan nə etməlidir ki, səni işdən qovsunlar! Hətta vergi müfəttişliyində belə hər şeyi çox səbirlə, hörmətlə və gülümsəyərək izah edirlər”

Yaponlar həddən ziyadə zəhmətsevərdilər, ofisdən saat altıda və ya yeddidə getmək onlara görə yaxşı şey deyil, baxmayaraq ki, heç kimi iş yerində zorla saxlayan yoxdur. İş günü adətən saat altıda başa çatır, hətta əməkdaşların işi olmasa belə, onlar daha bir neçə saat iş yerində qalmağa sanki vərdiş ediblər. İşə yarım saat əvvəl gəlmək də burada artıq bir vərdişə çevrilib. Yeri gəlmişkən, bu heç də o demək deyil ki, yaponlar yalnız işləyirlər, onlar əylənməyi də bacarırlar və çox sevirlər. “Burada axşamlar barda olub səhərə kimi əylənmək və sonra evə gedib 3 saat yatandan sonra xoş əhvalla işə gəlmək normal hesab edilir. Burada heyrətlənəcək bir şey də yoxdur”, – Natalya belə söyləyir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2500 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş Mühasib

Vakansiya haqqında

Əmək haqqı: 1200 – 2500 AZN
Yaş həddi: 25 – 35
İş rejimi: 09:30 – 18:30
İş yeri: Bakı

Vəzifə öhdəlikləri

  • Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
  • Vergi ödənişlərinə nəzarət etmək
  • Vergi bəyannamələrini yığmaq
  • Daxili nəzarət (audit)
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
  • Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
  • İşçilərə nəzarət və təlim
  • İlkin sənədlərə nəzarət

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələb olunan bilik və bacarıqlar

  • Müvafiq sahədə ali təhsil
  • Müvafiq təcrübə (minimum üç illik)
  • 1C Mühasibat Proqramının peşəkar biliyi
  • Excel və Word proqramlarının peşəkar biliyi
  • Vergi Məcəlləsi
  • Müvafiq sertifikatlar üstünlük sayılacaq

CV-ni hara göndərmək lazımdır?

Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini  / info@finstaff.az elektron ünvanına mövzu yerinə ’’Baş Mühasib’’ yazaraq göndərməsi xahiş olunur.

Mənbə: jobsearch.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.