Mühasiblər barədə lətifələr

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasiblərAvtomobil sürmək üzrə təlimatçı uzun çəkən əziyyətdən sonra vərdiş etdi və “sola-sağa” yerinə mühasibə əmr verdi: “debet-kredit”…


Bir mühasib digərinə:

–  Eşitmişəm bizim şef biznesin inkişafı ilə bağlı daha bir ideya işləyib hazırlayıb.

–  Bu o deməkdir ki, biz bundan sonra daha çox maaş alacağıq?

– Yox. Bu o deməkdir ki, biz bundan sonra daha çox işləməli olacağıq.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.


Hamı bilir ki, riyaziyyatçılar sonsuza qədər içirlər, kimyaçılar – keyləşənə kimi. Son vaxtlar bir çoxlarını bu sual düşündürür: – Mühasiblər necə içirlər? Beləliklə, təyin edilib ki, mühasiblər BALANSI İTİRƏNƏ KİMİ İÇİRLƏR!


Qara mühasibatlığa bizi hələ məktəb illərindən bu sözləri söyləyərkən öyrədiblər: “Biri yazırıq, ikini yadda saxlayırıq”.


Vergiləri qanunvericilikdə yazıldığı kimi ödəmək lazımdır, qanunvericilikdə nə yazıldığını isə vergi orqanı müəyyən edir.


Həmçinin bax: Büdcə barədə maraqlı lətifələr

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakıda e-ticarətlə bağlı ilk beynəlxalq forum keçiriləcək

posted in: Xəbər | 0

e-ticarətNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə sentyabrın 24-25-də paytaxtımızda Bakı Elektron Ticarət Forumu – «BEF-2018» keçiriləcək. Tədbirlə bağlıTəşkilat Komitəsinin iclasında Vergilər və İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Regional İnnovativ Texnologiyalar Akademiyasının, «Azexport» portalının, «VialonServis» və «ALbuket.az» saytının nümayəndələri iştirak ediblər.

Təşkilat Komitəsinin rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib ki, e-ticarət sahəsində bu miqyasda təşkil olunacaq ilk beynəlxalq tədbirdə iştirak etmək üçün 300-dən artıq yerli və beynəlxalq iştirakçı qeydiyyatdan keçib. Bakı Forumu çərçivəsində e-ticarət, onlayn ödəniş platformaları, e-ticarət həlləri üzrə ixtisaslaşan şirkət və qurumların öz məhsullarını nümayiş etdirməsi nəzərdə tutulub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»da elektron ticarətin inkişafı ilə bağlı mühüm hədəflər müəyyən edilib və həmin strategiyaya uyğun olaraq ölkədə elektron ticarətin inkişafı, bu istiqamətdə dövlət və özəl qurumlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə ardıcıl işlər aparılır.

Rəqəmsal ödənişlərin təşviqi məqsədilə…

«Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»ndə «Rəqəmsal ödənişlərin genişləndirilməsi» istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası çərçivəsində növbəti tədbir kimi Mərkəzi Bankın təşəbbüsü ilə Vergilər Nazirliyi ilə birlikdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün «Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi» mövzusunda iki günlük təlim keçirilib. Məqsəd jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi və media vasitəsilə Mərkəzi Bankın rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdan ibarət olub.

Təlimdə Mərkəzi Bankın və Vergilər Nazirliyinin əməkdaşları rəqəmsal ödənişlərin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatlarla çıxış ediblər. Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi, nağdsız ödənişlərin vergi qanunvericiliyinə uyğun şəkildə aparılması və stimullaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, «Nağdsız hesablaşmalar haqqında» Qanun iki vergi ödəyicisi arasında aparılmalı olan hesablaşmanın yalnız nağdsız qaydada həyata keçirilməsini göstərir. Bu gün Azərbaycan Respublikasında nağdsız hesablaşmaların qanunvericilik məqsədilə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına, ödəmə terminalları ilə və satıcının bank hesabına köçürülməklə üç forması mövcuddur:  «2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.3-cü maddəsinə əsasən, həmin Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla,  ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə ümumi məbləği 15.000 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qanunun qeyd edilən maddəsinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir». Qeyd olunub ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan şəxslərdən kənd təsərrüfatı məhsulları, əlvan və qara metal qırıntıları, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatlar, utilizasiya məqsədləri üçün işlənmiş şinlər nağd qaydada satın alına bilər.

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov ölkədə elektron ticarətin inkişaf etdirilməsi, ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, rəqəmsal bankçılığın inkişaf etdirilməsi, smart ödəniş vasitələrinin geniş tətbiqi, mövcud elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəziliyinin yük­səldilməsi, regionlarda maliyyə inklüzivliyinin artırılması istiqamətində Mərkəzi Bankın gördüyü işlərdən və əldə olunmuş nəticələr barədə təlim iştirakçılarına məlumat verib. Bildirib ki, rəqəmsal ödənişlərin stimullaşdırılması sahəsində Vergilər Nazirliyi ilə birlikdə bir sıra mühüm tədbirlər görülməkdədir.

Jurnalistləri maraqlandıran suallar cavablandırıldıqdan sonra Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün «yığım oyunu» təşkil edilib. Yarışma zamanı iştirakçılara yığım mədəniyyətinin və ailə büdcəsinin effektiv idarə olunması bacarıqları aşılanıb.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kommersiya qurumunun dövlət qeydiyyatı və vergi uçotu məlumatlarının dəyişdirilməsi

posted in: Xəbər | 0

Kommersiya qurumuXidmətin adı: Kommersiya qurumunun dövlət qeydiyyatı və vergi uçotu məlumatlarının dəyişdirilməsi (uçot məlumatları qeydiyyat məlumatları ilə eyni vaxtda dəyişdirildikdə)

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

– dəyişikliyi təsdiq edən sənədlər

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

– yenidən təşkil haqqında qərar, təhvil aktı və ya bölünmə balansı, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik (zərurət varsa)

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (dəyişiklik xüsusi vergi rejiminin tətbiqi ilə bağlı olduqda)

-“Vergilər” qəzetində dərc olunmuş müvafiq elan (dəyişiklik yenidən təşkil olunma ilə əlaqədardırsa)

– möhür (ad dəyişdikdə)(möhür itirildiyi halda mətbuatda dərc edilmiş elan və  tapılmaması haqqında Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş arayış);

– qeydiyyat şəhadətnaməsinin(bu halda əlavə olaraq rüsumun ödənilməsini təsdiq edən sənəd) və ya nizamnamənin əslinin itirildiyi hallarda mətbuatda dərc edilmiş elan

Həmçinin bax: Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması 

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34-cü maddəsi

– Mülki Məcəllənin 43-113-cü maddələri

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun

– Vergilər nazirinin 06.02.2012-ci tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya

fondları,  sığorta və auditor təşkilatları istisna olmaqla)  (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri(xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

İcra müddəti: 

Sənədlər daxil olduğu gündən sonra 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.)

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Nizamnamə kapitalı 788.000 manat olan MMC yaradıldı

posted in: Vergi, Xəbər | 0

Nizamnamə kapitalıVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 787463.73 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “Qərbi Kaspi Consulting” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1404311191

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, S. Rəhimov ev 165, 359-cu məhəllə.

Nizamnamə kapitalı: 787463.73 manat

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: İbrahimov Azər Yunis oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 3 avqust 2018

Mənbə: vergiler.az

Həmçinin bax: 4 xarici şirkət Azərbaycandan getdi


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun