Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır

posted in: Vergi, Xəbər | 0

Fiziki şəxslərin uçotdan çıxarılmasıVergilər Nazirliyi fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlayır.

Bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

“Təhlillər göstərir ki, eyni fiziki şəxslər dəfələrlə vergi orqanlarına müraciət edərək fəaliyyətlərinin dayandırılması müddətlərini (proqram təminatında maksimum 5 il müddət müəyyən olunub) uzadaraq özlərini passiv saxlayırlar. Bu isə ərazilər üzrə vergi ödəyicilərinin faktiki sayının müəyyən olunmasında, təhlillərin aparılmasında çətinliklər yaradır. Problemin aradan qaldırılmasına nail olmaq məqsədilə beynəlxalq təcrübə öyrənilərək fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır. Bundan başqa, NKA-nın vergi orqanlarında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması prosedurlarının təkmilləşdirilməsi sahəsində də işlər aparılır”, – deyə o, qeyd edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onun sözlərinə görə, son zamanlar bir şəxsin bir neçə hüquqi şəxsin təsisçisi və rəhbəri olaraq qeydiyyatdan keçməsi hallarına rast gəlinir ki, bu da bəzi fırıldaqçılara vergidən yayınmaq üçün “münbit” şərait yaradır.

“Belələri insanları iş yeri, əməkhaqqı və gəlir mənbəyi ilə şirnikləndirməklə onların elektron imzasından istifadə edərək yeni hüquqi şəxslər yaradır və fırıldaqçı əməllərinin əhatə dairəsini genişləndirir. Vəziyyətdən çıxış kimi, bu sahədə qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində işlər görülür”-, deyə baş direktor bildirib.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Kadr uçotunun avtomatlaşdırılması (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Kadr uçotunun avtomatlaşdırılmasıKadr uçotunun avtomatlaşdırılması (2-ci hissə)

İldən ilə kadr uçotu sahəsi daha da mürəkkəbləşməkdə davam edir. Əmək qanunvericiliyi isə sərtləşmə istiqamətində dəyişir. Həmçinin şirkətlərin genişlənməsi də öz rolunu oynayır, hansı ki, daha çox adamları işə götürürlər.

Təbii ki, şirkət nə qədər böyük olursa – bütün müasir standartlara cavab verən kadr uçotu sistemini yaratmaq, bir o qədər mürəkkəbləşir.

Həll yolu kadrlar kargüzarlığının avtomatlaşdırılması ola bilər.

1-ci hissəni oxumaq üçün bu keçidə daxil olun.

Kadrlar uçotunun avtomatlaşdırılması proqramları

Bazarda kadr kargüzarlığı avtomatlaşdırılmasında istifadə olunan çoxsaylı proqramlar mövcuddur. Onlardan hansılarının sizdən ötrü yararlı olub-olmadığını bilmək üçün həmin sinif proqramları ilə tanış olmaq lazımdır:

Sistemlər çoxluğu. Bunlar yardımçı kompüter proqramlarıdır, hansı ki, uçotun aparılmasını təmin edir. Misal üçün, ştat cədvəlinin, iş və məzuniyyət vaxtının, işə qəbul və işdən çıxarılmanı və s. uçotu. Bu cür sistem çoxluğu kiçik müəssisələrdən ötrü daha yararlıdır: öz sadəliyi və ucuzluğu ilə.

HRM- sistemləri. Bunlar kadlar uçotunun avtomatlaşdırılması üzrə tapşırıqları həll edən böyük sistemlərdir. Bundan əlavə, həmin sistemlər işçilərlə bağlı ən müxtəlif məlumatları qoruyub saxlayan sistemlərdir: ayrılıqda götürülmüş hər bir işçinin karyera uğurlarından başlamış, onun təhsili və hətta motivasiyasına qədər hər şeyi ehtiva edir.

WFM – sistemləri. Bu sistemləri HRM sistemlərlə müqayisə etsək, aydın olur ki, bunlar yalnız strateji məsələləri deyil, həm də taktiki məsələləri həll edə bilirlər. Bu sistemin funksiyaları daha böyükdür və o, HR mütəxəssisinə personalın idarə olunmasından ötrü əlavə təsir imkanları verir.

HCM – sistemləri. Bu sistemlər personalın yalnız say göstəriciləri ilə deyil, həm də keyfiyyət göstəriciləri işləyə bilirlər. Yəni, bütün aspektləri nəzərə alan vahid yanaşma tətbiq etməklə, iş proseslərini daha çevik idarə etməyə imkan yaradır. Bu şirkətlətin məhsuldarlığını əhəmiyyətli şəkildə yaxşılaşdırır. Bəzi tədqiqatlara görə minimum 15%. Bu isə nəhəng şirkətlər üçün böyük rəqəmdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Necə seçim etməli

Kadr uşotunu avtomatlaşdırmağa başlamazdan öncə biznesin büdcə və tələbatını öyrənmək lazımdır. Kiçik müəssisələr üçün bahalı HR- sistemlər almağa lüzum yoxdur. Sistemlər çoxluğu olmadan da tam şəkildə keçinmək olar, hansı ki, əmək qanunvericiliyinin ən yeni tələbləri nəzərdə tutulub.

Misal üçün, “Vergi ödəyicisi” sisteminə diqqət yetirməyinizi tövsiyə edirik. Həmin sistem kiçik biznesin qarşısında duran məsələlərin həllinə yaxşı yarayır, həm də pul kisənizə zərər yetirmir.

Orta biznes üçün isə tamamilə başqa tələblər irəli sürülür. Burada sizin köməyinizə şirkətlər üçün 1C proqramı çata bilər, hansı ki, bazarda şəriksiz lider hesab olunur. Eləcə də “1C: Əməkhaqqı və personalın idarə olunması”, “1C-Personalın qiymətləndirilməsi” və s. bu kimi proqramlar geniş populyarlıq qazanıb.

Oracle şirkətinin proqramları da bir çox işlərə yarayır. Məs, Oracle HRMS. O, məqsədyönlü və keyfiyyətli idarəetmə üçün yararlıdır. Əgər büdcəniz imkan verirsə, onda bu kimi sistemlər kadrlar kargüzarlığını əhəmiyyətli dərəcədə sadələşdirə bilər.

Həmçinin bax: Kadr uçotunun aparılmasını necə təşkil etməli?

Yekun

Uçotu təbii ki, “köhnə qayda” ilə də aparmaq olar. Lakin, bu cür üsullar sizin biznesinizin inkişafını çox tormozlayacaq. Nəzərə almaq lazımdır ki, əmək qanunvericiliyi ildən ilə daha da sərtləşdirilir. Və kadrlar uçotunu avtomatlaşdırmadan bir gün siz dövlət orqanlarının tələbləri üzündən öz biznesinizi itirmək riski ilə üz-üzə qala bilərsiniz.

Avtomatlaşdırılmış uçot sistem olmadan siz hər gün pullar itirirsiniz. Buna dəyərmi? Və kadr uçotunun avtomatlaşdırılmasına pul qoymaq zamanı gəlib çatmayıbmı – bunu yalnız Siz həll edə bilərsiniz.

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Əmək müqaviləsinə xitam verilməsinin əsasları

posted in: Müqavilələr, Xəbər | 1

Əmək müqaviləsiƏmək müqaviləsi

  • Əmək müqaviləsi sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
  • On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
  • Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.
  • Əmək müqaviləsi yazılı formada bağlanır.
  • Əmək müqaviləsi nümunəvi formaya uyğun tərtib edilə bilər.
  • Əmək müqaviləsinin nümunəvi forması Əmək Məcəlləsinə əlavə edilir.
  • Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəfərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi
    işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
  • Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.
  • Əmək müqaviləsi bağlanarkən işçidən əmək kitabçası, dövlət sosial sığorta şəhadətnaməsi (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla), şəxsiyyətini təsdiq edən sənəd və zəruri olduqda təhsil haqqında sənəd tələb olunur.
  • İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunmalıdır.

Həmçinin bax: İşçinin əsas vəzifələri nədir?

Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam veriləbilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar ;

d)tərəflərin iradəsindən asılı olmayan hallar;

e)tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Mənbə: economy.gov.az

Həmçinin bax:

Mənbə: economy.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Mənzil satışından tutulan vergi

posted in: Vergi, Xəbər | 0
MənzilMənzil satışından tutulan vergi

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini satan şəxslər vergi öhdəliklərini yerinə yetirməzsə…

2018-ci ilin yeddi ayı ərzində mənzil və qeyri-yaşayış sahəsinin alğı-satqısından dövlət büdcəsinə 22 milyon 875,3 min manat vergi ödənilib. Yanvar-iyul aylarında notariuslar tərəfindən təqdim olunmuş ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinə əsasən, ölkənin regionları üzrə mənzil və mülklərin satışından ən çox vergi ödənişləri paytaxt Bakının payına düşür. Bu müddətdə yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısına görə fiziki və hüquqi şəxslər tərəfindən Bakı şəhəri üzrə vergi daxilolmalarının məbləği 18 milyon 50,8 min manat təşkil edib. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan və Mingəçevirdən daxil olmuş vergilərin məbləği 928,2 min manat, Gəncə, Sumqayıt və Xırdalan üzrə 2.386,9 min manat, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə isə 1.509,3 min manat olub.

Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?

Xatırladaq ki, 2016-cı ildə bina tikintisi fəaliyyəti ilə məşğul olan və sadələşdirilmiş qaydada vergi ödəyən şəxslərin vergitutma bazası genişləndirilib. Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən sadələşdirilmiş vergiyə cəlb olunur. Həmin vəsaitlər notarius tərəfindən ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilir. Vergi hesablanarkən alğı-satqı zamanı mənzilin neçəyə satılması heç bir əhəmiyyət daşımır. Fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsini satarkən, mənzilin satış qiymətindən asılı olmayaraq, hər kvadratmetrə görə 15 manat məbləğində sadələşdirilmiş vergi ödəməlidir.  Satılan mənzil Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşirsə, bu məbləğə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, əmsallar tətbiq olunur.

Cədvəldən də göründüyü kimi, mərkəzdən kəndlərə doğru mənzil satışı ilə bağlı verginin məbləği azalır.

 

Zonalar

Zona əmsalı Baza məbləği Vergi məbləği

B  A  K  I       Ş  Ə  H  Ə  R  İ

Zona-1

4,0

15 manat

60 manat

Zona-2

3,0

15 manat

45 manat

Zona-3 və 4

2,2

15 manat

33 manat

Zona-5 və 6

1,8

15 manat

27 manat

Zona- 7, 8 və 9

1,5

15 manat

22,5 manat

Zona-10, 11 və 12

1,2

15 manat

18 manat

D  İ  G  Ə  R         R  E  G  İ  O  N  L  A  R

Gəncə, Sumqayıt və Xırdalan

1,5

15 manat

22,5 manat

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan

1,2

18 manat

Digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

0,5

15 manat

7,5 manat

 

 

Beləliklə, Bakının mərkəzi hissəsində, yəni 1-ci zonaya aid ərazilərdə mənzil satılarkən onun hər kvadratmetrindən tutulan vergini hesablamaq üçün 15 manat baza məbləği 4-ə vurulmalıdır. Bununla da yaşayış sahəsi 100 kvadratmetr olan mənzilin satışı zamanı sadələşdirilmiş vergi məbləği bu cür hesablanmalıdır:

 

100 m2 (mənzilin sahəsi) x 15 manat (baza məbləği) x 4 (zona əmsalı) = 6 000 manat.


Həmçinin bax: Verginin sıfır (0) dərəcəsi ilə tutulması

Mənzilin dəyişdirilməsi də vergiyə cəlb olunur

Yeri gəlmişkən, son illər Azərbaycanda mənzillərin barter üsulu ilə alğı-satqısına da maraq artıb. Xüsusən də daşınmaz əmlak agentlikləri vasitəsilə yayılan elanlarda mənzillərin barter üsulu ilə satışı, yəni dəyişdirilməsi təklif olunur. Hətta ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən mənzillərin paytaxda eyni növ mülkə dəyişdirilməsini təklif edənlər də var. Qanunvericiliyin tələblərinə görə, barter üsulu ilə alğı-satqı olunan mənzillərdən də eyni qayda ilə sadələşdirilmiş vergi tutulur. Bu zaman dəyişdirilən iki mənzil alğı-satqı obyekti sayıldığından, hər iki mülkün satıcı qismində çıxış edən sahibi müvafiq qaydada vergi ödəməlidir.

Qeyri-yaşayış sahələri olan zirzəmilərin satışından tutulan verginin məbləği də təxminən eyni qaydada hesablanır.  Yeganə fərq ondadır ki, qeyri-yaşayış sahələrinin alğı-satqısı zamanı hesablanmış vergi məbləğinə əlavə olaraq 1,5 əmsal tətbiq edilir. Məsələn, 6-cı zonaya aid edilən metronun «Neftçilər» və ya «Koroğlu» stansiyaları ətrafında  şəxsi mülkiyyətində olan 300 kvadratmetr zirzəmini satmaq istəyərkən mülk sahibi notarius vasitəsilə ödəyəcəyi sadələşdirilmiş vergini belə hesablamalıdır:

 

300 m2 (zirzəminin sahəsi) x 15 manat x 1,8 x 1,5 = 12 150 manat.

 

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alğı-satqı  müqavilələrini  təsdiq  edən  notarius  tərəfindən  hesablanaraq tutulur və 1  bank  günü ərzində dövlət  büdcəsinə ödənilir. Vəsaitin ödənilməsi  barədə «Yaşayış  və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan  sadələşdirilmiş  verginin  bəyannaməsi»  hesabat  ayından sonrakı  ayın  20-dən gec olmayaraq vergi orqanına təqdim edilir. Mənzillərin satışı zamanı vergi bəyənnaməsinin və arayışın təqdim edilməməsinə görə daşınmaz əmlakını satışa çıxaran fiziki şəxslərə qarşı 40 manat  cərimə tətbiq olunur.

Bu əmlakların təqdim edilməsi vergidən azaddır

Qeyd edək ki, bu qaydalar bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin hesablanması və ödənilməsinə aid deyil. Yaşayış və qeyri-yaşayış sahələrinin satışı 2016-cı il yanvarın 1-dən, torpaq sahələrinin təqdim edilməsi isə 2017-ci il yanvarın 1-dən etibarən sadələşdirilmiş vergiyə cəlb olunur. Burada vergi torpağın, yaşayış və qeyri-yaşayış yerinin sahəsinə (ölçüsünə), yerləşdiyi əraziyə əsasən hesablanır.

Aşağıdakı hallarda torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergiyə cəlb olunmur:

  • fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
  • daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi;
  • daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi;
  • əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.