Baş mühasib axtarılır

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Baş mühasibİşəgötürən: OMG-International

  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Səbinə
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
İş barədə məlumat
– Şirkətin vergi risklərinin qarşısının alınması və müvafiq tədbirlərin görülməsi
– Şirkətin vergi uçotunun aparılması
– Vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək
– Vergi və digər dövlət orqanlarına hesabatların vaxtında təqdim edilməsini təmin etmək
– Keçiriləcək vergi yoxlamaları zamanı vergi müfəttişlərinin sorğularını cavablandırmaq
– Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək
– 5 günlük iş qrafiki, saat 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Maliyyə istiqamətində ali təhsil
– Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə bilikllər
– Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, iqtisadi prinsiplər üzrə nəzəri biliklər
– Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
– Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
– Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
– MS Office ilə qabaqcıl istifadə bacarıqları
– Azərbaycan dilində sərbəst danışıq və yazma bacarığı
– Əsasəndə tikinti şirkətində iş təcrübəsi

Həmçinin bax: 

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Şirkətimizə edilən maliyyə yardımları vergitutma obyektidir?

posted in: Vergi, Xəbər | 0

maliyyə yardımları

 

Sual: Bizim idarə sadələşdirilmiş vergi ödəyicisidir. Bizə büdcədən maliyyə yardımı ayrılarsa həmin maliyyə yardımına görə idarə 4% vergi ödəməlidir?

Cavab: Bildiririk ki, maliyyə yardımı satışdankənar gəlir kimi sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir və müvafiq dərəcə ilə vergiyə cəlb olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.12-ci və 219.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Hüquqi şəxsin mənfəət vergisinin ödəyiciləri və vergitutma obyekti


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Google-da işlə bağlı qeyri-adi faktlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

  1. Google-un ofislərində gündəlik iş rejimi kimi bir anlayış yoxdur. Hər bir kəs özü lazım bildiyində işə başlayır, lazım bildiyində də işini qurtarır. Başlıca amil – layihələr üzərində işlər plana uyğun getməlidir.
  2. Şirkətə işə qəbulla bağlı göndərilən hər 10 CV-dən birinin sahibinə zəng edilir. Hər 10 zəng edilən şəxsdən müsahibəyə yalnız bir nəfər dəvət olunur. Müsahibədən keçən hər 10 nəfərdən biri işə dəvət alır. Beləliklə, Google-da müsabiqə 1:1000 təşkil edir. Yəni, müraciət edən hər min nəfərdən biri bu şirkətdə işə düzələ bilir.
  3. Google-da işə qəbul mürəkkəb olduğu kimi, işdən çıxarılma da çox çətindir… Kaliforniya ştatının qanunvericiliyi elə qurulub ki, hər hansı bir insanı işdən çıxarmaq – böyük bir problemə çevrilir. Dərhal işdən yalnız o əməkdaş çıxarıla bilər ki, həmin şəxs gizli məlumatı yaymış olsun. Əgər adam öz vəzifəsinin öhdəsindən gəlmirsə və ya heç bir iş görmürsə, belə əməkdaşla  əvvəlcə söhbət aparılır, ona kömək təklif edilir. Əgər bir ay sonra da vəziyyət dəyişmirsə, həmin əməkdaşa köməkçi təyin olunur ki, onu işləməyə həvəsləndirsin.  Bu da kömək etmirsə, həmin şəxslə əlavə söhbətlər aparılır, xəbərdarlıqlar edilir və yalnız yarım il sonra həmin əməkdaş işdən çıxarıla bilər. Lakin bu nadir hallarda baş verir. Birincisi, əməkdaşların seçimi elə dəqiq və bir çox parametrlər üzrə aparılır ki, burada tənbəllərə yer olmur. İkincisi, Google-da olan iş atmosferi öz-özlüyündə insanı səmərəli işləməyə vadar edir.
  4. Google-un başlıca dini – bu “qarajın ruhudur”. Bu dinin öz Tanrıları var – Larry Page və Sergey Brin. Öz müqəddəs artefaktları var: korpuslardan birinin foyesində həmin qarajdan olan server dayanır, hansı ki, Page və Brin Google-un ilk versiyasını buraxıblar.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maaş barədə bilmədiklərimiz

posted in: Məqalə, Xəbər | 0

  • Axmaqları direktor vəzifəsinə işə götürmürlər. Şirkətinin əsasının qoyulmasından 11 il sonra zavod işçilərinin əmək haqqını iki dəfə artıran Henry Ford da axmaq olmayıb.  Məvacibləri ikiqat  artırıldıqdan sonra işçilər doğma zavodlarına axışaraq mister Forda öz səmimi hisslərini izhar etdilər və bundan sonra böyük sevinc hissi ilə özlərinin istehsal etdiyi məhsulları almağa başladılar.
  • Dünyada ən kiçik məvacibi BMT-nin xoşməramlı səfirləri alırlar, Sting, Elton John, Michael Douglas, Stevie Wonder və bir çox digər xoşməramlı səfirlər bu vəzifədə il ərzində 1 ABŞ dolları pul alıblar.
  • Bir dəfə Thomas Edison’a məxsus zavodlardan birinin fəhlələri maaşlarının artırılması tələbi ilə tətilə başlayırlar. İxtiraçı bu məsələyə də ixtiraçı ruhunda yanaşıb: O, sadəcə elə bir maşın icad edir ki, bundan sonra həmin işçilərin əməyi lazımsız olur. Və sonra da həmin fəhlələri işdən qovur.
  • Müdrik yaponlar daha proqressiv düşünürlər və öz evində çalışmaq imkanı olan işçilərin əmək haqqını xeyli vaxtdır ki, artırıblar. Bu isə həm işçiləri motivasiya edir, həm də rəhbərliyi bahalı ofislər icarəyə götürmək və onlara xidmət etmək kimi problemlərdən azad edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.