Google-da işlə bağlı qeyri-adi faktlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

  1. Google-un ofislərində gündəlik iş rejimi kimi bir anlayış yoxdur. Hər bir kəs özü lazım bildiyində işə başlayır, lazım bildiyində də işini qurtarır. Başlıca amil – layihələr üzərində işlər plana uyğun getməlidir.
  2. Şirkətə işə qəbulla bağlı göndərilən hər 10 CV-dən birinin sahibinə zəng edilir. Hər 10 zəng edilən şəxsdən müsahibəyə yalnız bir nəfər dəvət olunur. Müsahibədən keçən hər 10 nəfərdən biri işə dəvət alır. Beləliklə, Google-da müsabiqə 1:1000 təşkil edir. Yəni, müraciət edən hər min nəfərdən biri bu şirkətdə işə düzələ bilir.
  3. Google-da işə qəbul mürəkkəb olduğu kimi, işdən çıxarılma da çox çətindir… Kaliforniya ştatının qanunvericiliyi elə qurulub ki, hər hansı bir insanı işdən çıxarmaq – böyük bir problemə çevrilir. Dərhal işdən yalnız o əməkdaş çıxarıla bilər ki, həmin şəxs gizli məlumatı yaymış olsun. Əgər adam öz vəzifəsinin öhdəsindən gəlmirsə və ya heç bir iş görmürsə, belə əməkdaşla  əvvəlcə söhbət aparılır, ona kömək təklif edilir. Əgər bir ay sonra da vəziyyət dəyişmirsə, həmin əməkdaşa köməkçi təyin olunur ki, onu işləməyə həvəsləndirsin.  Bu da kömək etmirsə, həmin şəxslə əlavə söhbətlər aparılır, xəbərdarlıqlar edilir və yalnız yarım il sonra həmin əməkdaş işdən çıxarıla bilər. Lakin bu nadir hallarda baş verir. Birincisi, əməkdaşların seçimi elə dəqiq və bir çox parametrlər üzrə aparılır ki, burada tənbəllərə yer olmur. İkincisi, Google-da olan iş atmosferi öz-özlüyündə insanı səmərəli işləməyə vadar edir.
  4. Google-un başlıca dini – bu “qarajın ruhudur”. Bu dinin öz Tanrıları var – Larry Page və Sergey Brin. Öz müqəddəs artefaktları var: korpuslardan birinin foyesində həmin qarajdan olan server dayanır, hansı ki, Page və Brin Google-un ilk versiyasını buraxıblar.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email