Baş mühasibin hüquqları
Mühasibatlığın fəaliyyəti əlaqədar hər hansı məsələnin həlli üçün çağırılan müşavirədə, yığıncaqda, o cümlədən iclaslarda da, dəvət olunmuş şəxs və ya həmin orqanın üzvü kimi iştirak etmək.
Müəyyən olunmuş qaydada Şirkətin bütün quruluş bölmələrindən mühasibatlığın fəaliyyəti üçün zəruri olan sənədlərin, materialların təqdim edilməsini tələb etmək.
Mühasibatlıq işçilərinin işə qəbulu, işdən çıxarılması, vəzifə keçirmələri, intizam və maddi məsuliyyətinə cəlb olunması haqqında təkliflər və rəylər təqdim etmək.
Bu Vəzifə Təlimatının nəzərdə tutduğu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olan işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.
Keyfiyyət, səmərəlik, daxili və kənar müştərilərin təmin edilməsi, xərclər və heyətin inkişafına dair siyasət və planların hazırlanmasını və tətbiq edilməsini təmin etmək.
Müvafiq qayda və təlimatlara, kargüzarlıq proseduralarına uyğun hazırlanmamış sənədləri qəbul etməmək və icrasını reallaşdırmamaq;
Qanunvericilikdə nəzərdə tutulmuş əmək hüquqlarının yerinə yetirilməsini rəhbərlikdən tələb etmək.
Vəzifələrini icra edərkən lazım olan məlumatları tələb etmək
Həmçinin bax:
ABŞ-a məxsus “The Coca Cola Company”nin yerli törəməsi – “Azerbaijan Coca Cola Bottlers Limited” MMC 2017-ci ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına 275 mln. manat investisiya qoyub.
1-ci hissə
Ölkənin Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi tərəfindən borcu olan vergi ödəyicilərinə qarşı görüləcək tədbirlər barədə açıqlama verilmişdir. Bildirilmişdir ki, vergi inzibatçılığının gücləndirilməsi məqsədilə 2018-ci ilin iyul ayının 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş müddəanın tələblərinə əsasən, vergi borcu olan, eləcə də sosial ödənişləri tam ödəməmiş şəxslər (bu, həm hüquqi şəxslərə, həm fərdi sahibkarlara, həm də fiziki şəxslərə aiddir) üçün banklar hesab açmaqdan imtina etməlidirlər. Bununla belə, göstərilən tələb dövlət büdcəsindən və Dövlət Sosial Müdafiə Fondundan müavinət və sosial ödənişlər almaq üçün hesab açmaq istəyən şəxslərə, eləcə də Qazaxıstan Respublikasının «Dövlət təhsil yığımı sistemi haqqında» Qanununa müvafiq olaraq bağlanılan təhsil yığımı əmanətinə dair bank hesablarına aid edilmir. «Əgər bank hesabı fiziki şəxs tərəfindən göstərilən məqsədlər üçün açılırsa, həmin şəxslərin vergi borcu olsa belə, bank onun adına hesab açmaqdan imtina edə bilməz», – komitənin açıqlamasında bildirilmişdir.