Qazaxıstanda vergi borcu olanlar üçün bank hesabı açılmayacaq

posted in: bank, Vergi, Xəbər | 0
birbank biznes

vergi borcuÖlkənin Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi tərəfindən borcu olan vergi ödəyicilərinə qarşı görüləcək tədbirlər barədə açıqlama verilmişdir. Bildirilmişdir ki, vergi inzibatçılığının gücləndirilməsi məqsədilə 2018-ci ilin iyul ayının 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş müddəanın tələblərinə əsasən, vergi borcu olan, eləcə də sosial ödənişləri tam ödəməmiş şəxslər (bu, həm hüquqi şəxslərə, həm fərdi sahibkarlara, həm də fiziki şəxslərə aiddir) üçün banklar hesab açmaqdan imtina etməlidirlər. Bununla belə, göstərilən tələb dövlət büdcəsindən və Dövlət Sosial Müdafiə Fondundan müavinət və sosial ödənişlər almaq üçün hesab açmaq istəyən şəxslərə, eləcə də Qazaxıstan Respublikasının «Dövlət təhsil yığımı sistemi haqqında» Qanununa müvafiq olaraq bağlanılan təhsil yığımı əmanətinə dair bank hesablarına  aid edilmir.  «Əgər bank hesabı fiziki şəxs tərəfindən göstərilən məqsədlər üçün  açılırsa, həmin şəxslərin vergi borcu olsa belə, bank onun adına hesab açmaqdan imtina edə bilməz», – komitənin açıqlamasında bildirilmişdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Beləliklə, vergi ödəyicisi bank hesabı açmaq və ya bankın xidmətlərindən istifadə etmək istədikdə əvvəlcə əmin olmalıdır ki, dövlət büdcəsinə vergi borcu yoxdur. Vergi ödəyicisi hesab açmaq üçün hər hansı banka müraciət edərkən  Gəlirlər Komitəsinin məlumatına əsasən onun vergi borcunun olduğu aşkar edildikdə isə borc onlayn rejimdə ödənilən kimi bu barədə banka məlumat daxil olur və hesab açılır. Borc vergi ödəyicisinin üzərində qaldıqda bank onun adına hesab açmaqdan imtina edir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email