Nizamnamə kapitalı 50.000 manat olan MMC yaradıldı

posted in: Vergi, Xəbər | 0

Nizamnamə kapitalıVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 50.000 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “Uysal Ambalaj” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1404290411

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: Az1022, Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov, ev 25.

Nizamnamə kapitalı: 50.000 manat

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Uysal Fatih

Dövlət qeydiyyatına alındığı tarix: 18 iyul 2018

Mənbə: vergiler.az

Həmçinin bax:


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Yol vergisini kim və necə ödəməlidir?

posted in: Vergi, Xəbər | 1

Yol vergisiXaricdən Azərbaycana daxil olan minik avtomobilləri, avtobuslar və yük maşınlarına tətbiq edilən vergi dərəcələrinin hesablanması. Öz minik avtomobili ilə hər hansı xarici ölkədən Azərbaycana qonaq gələn, yaxud respublikamızın ərazisindən keçərək digər ölkələrə gedən  şəxs Azərbaycan sərhədləri  daxilində yollardan istifadə etdiyi üçün yol vergisi ödəməlidir. Bu vergi yük avtomobillərinə də aiddir. Yol vergisi üzrə vergitutma obyektinə maye qaz, avtomobil benzini və dizel yanacağı da daxildir. Yəni Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəmizə idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi tətbiq olunur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yol vergisi – hesablanması qaydası

Ölkə ərazisinə daxil olan xarici avtomobillər üzrə vergi dərəcələri avtonəqliyyat vasitəsinin növündən, oturacaqlarının sayından, yükgötürmə qabiliyyətindən, yüklə birlikdə ümumi çəkisindən, yola saldığı ağırlıqdan, Azərbaycanın sərhədləri daxilində keçdiyi məsafədən, təhlükəli yüklərin daşınmasından asılıdır. Ölkə ərazisini tərk edən zaman yol vergisinə cəlb olunan xarici dövlətlərin minik avtomobilləri və avtobuslar üçün fərqli vergi dərəcələri tətbiq edilir.

Minik avtomobilləri üçün vergi dərəcələri mühərrikin həcmindən və nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılıdır

Avtobuslar üçün vergi dərəcələri oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir (Cədvəl 2).

Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün respublika ərazisini tərk edən zaman ölkədə artıq qaldığı müddətdən asılı olaraq, ödənilməli yol vergisinin yekun məbləği hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş «İcazə» blankları ilə ölkə ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda, daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, Vergi Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.

Xaricdən ölkə ərazisinə daxil olan yük avtomobillərindən tutulan yol vergisinin məbləği isə fərqli qaydada hesablanır. Vergi dərəcələri yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir (Cədvəl 3).

Ağır çəkili xarici avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə isə verginin məbləği yük avtomobillərinin tonnajı və Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri ilə müəyyən olunur.

Həmçinin bax: Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

 Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

· 37 tondan 41 tonadək olduqda – 0,15 dollar;

· 41 tondan 51 tonadək olduqda – 0,30 dollar;

· 51 tondan 61 tonadək olduqda – 0,45 dollar;

· 61 tondan 71 tonadək olduqda – 0,60 dollar;

· 71 tondan 81 tonadək olduqda – 0,75 dollar;

· 81 tondan çox olduqda – 1,8 dollar məbləğində vergi ödənilməlidir.

Təhlükəli yüklərin daşınmasına görə verginin məbləği bu şəkildə artırılır

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək topdan satılan və ölkəmizə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat yol vergisi hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilir.

Vergi ödəyiciləri tədiyyəçisi olduqları yol vergisi bəyannaməsini hər il iyulun 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və ölkəmizi tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

400 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: IFFA-2010 MMC. Leylək uşaq bezləri

  • Şəhər: Xırdalan
  • Yaş: 22 – 65 yaş
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: İsmayıl Rzayev

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş barədə məlumat

– Baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi (hesabatlar, e-qaimələr və s.)
– Xarici şirkətlərlə rəsmi danışıqların aparılması (xammalın alınması, xammalın nümunələrinin qəbulu barədə )
– Xarici şirkətlərin nümayəndələri ilə görüşlərin təşkili və görüşlərdə iştirak
– Tərcümə işlərini yerinə yetirmək (nadir hallarda)
– İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Məsuliyyətlilik, dəqiqlik
– Mühasibat sənədləri ilə işləmə bacarığı
(mühasibat hesabatları, vergi elektron sistemində işləmə bacarığı)
– Dil biliyi:
– Azərbaycan dili
– Rus dili
– İngilis dili
– Türk dili (arzuolunan)
– Kompüter biliyi:
– MS Office
– Web browsers
– Mühasibat proqramları ilə işləmə bacarığı

Maraqlanan şəxslər zəhmət olmasa leylek@leylek.az /  ünvanına CV ilə müraciət etsinlər.

Mənbə: boss.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Warren Buffett-dən pulla bağlı məsləhətlər (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

pulQiymət və dəyər – bu eyni şey deyil

Buffett – qeyri-adi dərəcədə qənaətcil və öz tələbatlarında aza qane olan adamdır. Onun qənaətcilliyi malın dəyəri ilə müəyyən olunur. Bu haqda görün o, nə deyir:

Lap əvvəllər Ben Grem mənə demişdi ki, qiymət – bu sənin ödədiyindir, dəyər isə – sənin əldə etdyin şeydir. Nədən söz açdığımızın – corablar və ya səhmlərdən, əhəmiyyəti yoxdur, mən qiymətlər ən aşağı həddə olanda almağı xoşlayıram.

Amma, qənaətcil olmaq o demək deyil ki, hər şeyin ucuzunu almaq lazımdır. Lakin, bu həm də o demək deyildir ki, dəyərli şeylərə külli miqdarda pula almaq lazımdır. Başqa sözlə:

Qeyri-adi şirkəti adi qiymətə almaq, adi şirkəti qeyri-adi qiymətə almaqdan daha yaxşıdır.

Əgər, siz də qənaətcil olmaq istəyirsinizsə, növbəti dəfə yalnız qiymətə diqqət yetirin. Malın dəyəri də sizdən ötrü çox önəmlidir.

Həmçinin bax: Sən niyə heç vaxt varlı olmayacaqsan?!

İnvestisiya yatırmaq, sizin düşündüyünüzən də sadədir

İnvestisiyalar üzrə qaydaları dərsliklərdə tapmaq asan bir iş deyil, budur onlar:

Əgər, siz indeks fonduna bir dəfəyə eyni zamanda investisiya etməkdənsə,10 il ərzində kiçik hissələrlə yatırım etsəniz, daha əlverişli vəziyyətdə qalacasınız.

Buffett-ə görə, sərmayə yatırımı – çox sadə bir işdir. İnvestiyalara necə başlamaq barədə bir neçə məsləhət:

  1. Sərmayə yatırımı ilə bağlı başlıca terminologiyanı öyrənin.
  2. Broker hesabı açın.
  3. İndeks fondunu seçin.
  4. Fondun bir hissəsini satın alın.

Sağlam olun, əgər kimlərinsə investisiyalar sahəsində hər hansı bir təcrübəsi varsa, bu məlumatları bizimlə də bölüşsə faydalı olar.

Həmçinin bax: Mühasib ailənin ulduz övladı

Uzunmüddətli investisiyalar prioritet təşkil edir

Buffett gündəlik at yarışları ilə bağlı səhmlərin qiymətində “yanmağın” gözlənilən bir şey olması ilə bağlı xəbərdarlıq edir. Bu səbəbdən onun seçimi – uzunmüddətli investisiyalardır.

Əgər siz səhmləri 10 il ərzində saxlamağı planlaşdırmırsınızsa, onları hətta 10 dəqiqəlik belə satın almağa dəyməz. Son illərdə səhmlərinin qiyməti yüksələn şirkətləri müəyyənləşdirin. Yalnız bunun əsasında səhmlərin alınmasından ötrü öznüz üçün əsas çıxarın.

Əgər, siz artıq şirkətlərin səhmlərini almısınızsa, Buffett hər gün onların qiymətinə baxmağı tövsiyə etmir. Əsəbləinizi qoruyun. Bir çox məşhur investorlar səhmləri aldıqdan sonra bir müddət onları unutmağa çalışırlar. Düzdür, biz milyarder deyilik, o səbəbdən qoyduğumuz pulların taleyi bizi maraqlandırmaya bilməz, amma buna baxmayaraq, hər dəqiqə səhmlərin qiyməti ilə maraqlanıb, özünü üzməyin özü də ağılsızlıqdır.

Pullar – hər şey demək deyil

Ona bunu söyləmək çox asandır. Axı, o milyarderdir.

Öz müsahibəsində Buffett deyib ki, şəxsi təyyarəsində uçmaq xoşagələn bir şeydir, lakin bir çox evlərə malik olmaq – bu isə artıq yükdür. Buffett-in sözlərinə görə, onun həyatında iki ən dəyərli aktiv var: sağlamlığı və dostları, hansı ki, onlar ilə çoxdan dostluq edir. Pullar çox şey verir, amma yaddan çıxarmaq lazım deyil ki, həyatda onlardan başqa da bir çox mühüm şeylər var.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.