Warren Buffett-dən pulla bağlı məsləhətlər (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

pulQiymət və dəyər – bu eyni şey deyil

Buffett – qeyri-adi dərəcədə qənaətcil və öz tələbatlarında aza qane olan adamdır. Onun qənaətcilliyi malın dəyəri ilə müəyyən olunur. Bu haqda görün o, nə deyir:

Lap əvvəllər Ben Grem mənə demişdi ki, qiymət – bu sənin ödədiyindir, dəyər isə – sənin əldə etdyin şeydir. Nədən söz açdığımızın – corablar və ya səhmlərdən, əhəmiyyəti yoxdur, mən qiymətlər ən aşağı həddə olanda almağı xoşlayıram.

Amma, qənaətcil olmaq o demək deyil ki, hər şeyin ucuzunu almaq lazımdır. Lakin, bu həm də o demək deyildir ki, dəyərli şeylərə külli miqdarda pula almaq lazımdır. Başqa sözlə:

Qeyri-adi şirkəti adi qiymətə almaq, adi şirkəti qeyri-adi qiymətə almaqdan daha yaxşıdır.

Əgər, siz də qənaətcil olmaq istəyirsinizsə, növbəti dəfə yalnız qiymətə diqqət yetirin. Malın dəyəri də sizdən ötrü çox önəmlidir.

Həmçinin bax: Sən niyə heç vaxt varlı olmayacaqsan?!

İnvestisiya yatırmaq, sizin düşündüyünüzən də sadədir

İnvestisiyalar üzrə qaydaları dərsliklərdə tapmaq asan bir iş deyil, budur onlar:

Əgər, siz indeks fonduna bir dəfəyə eyni zamanda investisiya etməkdənsə,10 il ərzində kiçik hissələrlə yatırım etsəniz, daha əlverişli vəziyyətdə qalacasınız.

Buffett-ə görə, sərmayə yatırımı – çox sadə bir işdir. İnvestiyalara necə başlamaq barədə bir neçə məsləhət:

  1. Sərmayə yatırımı ilə bağlı başlıca terminologiyanı öyrənin.
  2. Broker hesabı açın.
  3. İndeks fondunu seçin.
  4. Fondun bir hissəsini satın alın.

Sağlam olun, əgər kimlərinsə investisiyalar sahəsində hər hansı bir təcrübəsi varsa, bu məlumatları bizimlə də bölüşsə faydalı olar.

Həmçinin bax: Mühasib ailənin ulduz övladı

Uzunmüddətli investisiyalar prioritet təşkil edir

Buffett gündəlik at yarışları ilə bağlı səhmlərin qiymətində “yanmağın” gözlənilən bir şey olması ilə bağlı xəbərdarlıq edir. Bu səbəbdən onun seçimi – uzunmüddətli investisiyalardır.

Əgər siz səhmləri 10 il ərzində saxlamağı planlaşdırmırsınızsa, onları hətta 10 dəqiqəlik belə satın almağa dəyməz. Son illərdə səhmlərinin qiyməti yüksələn şirkətləri müəyyənləşdirin. Yalnız bunun əsasında səhmlərin alınmasından ötrü öznüz üçün əsas çıxarın.

Əgər, siz artıq şirkətlərin səhmlərini almısınızsa, Buffett hər gün onların qiymətinə baxmağı tövsiyə etmir. Əsəbləinizi qoruyun. Bir çox məşhur investorlar səhmləri aldıqdan sonra bir müddət onları unutmağa çalışırlar. Düzdür, biz milyarder deyilik, o səbəbdən qoyduğumuz pulların taleyi bizi maraqlandırmaya bilməz, amma buna baxmayaraq, hər dəqiqə səhmlərin qiyməti ilə maraqlanıb, özünü üzməyin özü də ağılsızlıqdır.

Pullar – hər şey demək deyil

Ona bunu söyləmək çox asandır. Axı, o milyarderdir.

Öz müsahibəsində Buffett deyib ki, şəxsi təyyarəsində uçmaq xoşagələn bir şeydir, lakin bir çox evlərə malik olmaq – bu isə artıq yükdür. Buffett-in sözlərinə görə, onun həyatında iki ən dəyərli aktiv var: sağlamlığı və dostları, hansı ki, onlar ilə çoxdan dostluq edir. Pullar çox şey verir, amma yaddan çıxarmaq lazım deyil ki, həyatda onlardan başqa da bir çox mühüm şeylər var.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email