Beynəlxalq Mühasibat Uçotu Standartlarının əsas anlayışları

posted in: muhasibat, Xəbər | 0

Beynəlxalq Mühasibat Uçotu

Bu stаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadə еdir:

Ümumi təyinatlı maliyyə hesabatları

İstifadəçilərin xüsusi informasiya tələblərini yerinə yetirmək məqsədini daşımayan hesabatlardır.

Mümkünsüz

Müəssisə, bütün mümkün cəhdləri etməsinə baxmayaraq tələbi tətbiq edə bilmədikdə, belə tələbin tətbiq edilməsi qeyri-mümkün sayılır.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

Mühasibat Uçotu Beynəlxalq Standartları Şurası tərəfindən qəbul edilmiş standartlar və şərhlərdir. Onlar aşağıdakıları daxil edir:

(a)     Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;

(b)     Mühasibat Uçotunun Beynəlxalq Standartları;

(c)     Maliyyə Hesabatlarının Beynəlxalq Şərhləri Komitəsi (MHBŞK); və

(d)    Daimi Şərhlər Komitəsi (DŞK) tərəfindən hazırlanan şərhlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əhəmiyyətlilik

Maddənin ümumiyyətlə göstərilməməsi və ya səhv göstərilməsi fərdi olaraq və ya qrup şəklində istifadəçilərin maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bildikdə əhəmiyyətli hesab olunur. Əhəmiyyətlilik, mövcud olan şərtlər daxilində buraxılmış və ya səhv göstərilmiş maddənin həcmi və xarakterindən asılıdır. Maddənin həcmi və ya xarakteri və ya hər ikisi müəyyənləşdirici amil kimi çıxış edə bilər.

Buraxılışın və ya səhvin istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir etməsinin və beləliklə əhəmiyyətli hesab edilib-edilməməyinin qiymətləndirilməsi zamanı bu istifadəçilərin xüsusiyyətlərinin nəzərə alınması tələb olunur. Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi haqqında Konseptual əsasların 25-ci maddəsində “istifadəçilərin biznes, iqtisadi fəaliyyətlər və mühasibatlıq sahəsində müvafiq biliklərə malik olduğu və belə informasiyanın səylə öyrənilməsində istəkli olduğu” qeyd olunur.Buna görə də, qiymətləndirmə üçün iqtisadi qərarların qəbul edilməsi prosesində bu cür istifadəçilərin nə dərəcədə təsir altına düşə biləcəyinin nəzərə alınması tələb olunur.

Maliyyə hesabatlarına qeydlər maliyyə vəziyyəti haqqında hesabatı, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təqdim edilən məlumatlara əlavə olan informasiyanı daxil edir. Qeydlər bu hesabatlarda təqdim edilmiş maddələrin açıqlanmasını və ya təhlilini və bu hesabatlarda yer almayan maddələr haqqında informasiyanı  təmin edir.

Sair məcmu gəlir digər MHBS-lar tərəfindən yol verilən və ya tələb olunan mənfəət və ya zərər haqqında hesabatda tanınmayan gəlir və xərc maddələrindən (yenidən təsnifləşdirmə düzəlişləri daxil olmaqla) ibarətdir.


Digər məcmu gəlir komponentlərinə daxildir:

(a)  yenidən qiymətləndirilmə üzrə ehtiyatda baş verən dəyişikliklər ( “Torpaq, tikili  və   avadanlıqlar “ adlı 16 №-li MUBS və “Qeyri-maddi aktivlər” adlı 38 №-li  MUBS);


(b)  müəyyən edilmiş mənfəət planının yenidən qiymətləndirilməsi (“İşçilərin mükafatlandırılması” adlı 19 №-li MUBS);


(c) xarici əməliyyatın maliyyə hesabatlarının tərcüməsindən yaranan mənfəət və zərər (“Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” adlı 21 №-li MUBS);


(d) kapital alətlərinin investisiyalarından  alınan  mənfəət  və  zərərlər  “Maliyyə alətləri”  adlı 9 №-li MHBS-nın  5.7.5  maddəsinə uyğun olaraq digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə müəyyən edilir;


(da) MHBS 9-n 4.1.2A maddəsinə əsasən məcmu gəlirdə əks olunan ədalətli dəyərlə ölçülən maliyyə aktivləri üzrə yaranan qazanc və itkilər.


(e) hedcinq alətləri üzrə mənfəət və zərərin effektiv hissəsi pul vəsaitlərinin hərəkəti hedcinqində  və MHBS 9-un 5.7.5 maddəsinə uyğun olaraq digər məcmu gəlirdə əks olunan ədalətli dəyərlə ölçülən kapital alətlərinə edilən investisiyaları hedc edən hedc alətlərindən yaranan qazanc və itkilər


(f) mənfəət və zərər vasitəsilə ədalətli dəyər kimi nəzərdə tutulan xüsusi öhdəliklər üçün həmin ədalətli dəyərdə dəyişikliyin məbləği öhdəliyin kredit riskində dəyişikliklərə aiddir (“Maliyyə alətləri”  adlı 9 №-li MHBS-nın 5.7.7-ə maddəsinə bax).


(g) opsion müqavilənin həqiqi və vaxt dəyərini ayırarkən və yalnız həqiqi dəyərinin dəyişikliyini hedc aləti kimi müəyyən olunduğu təqdirdə opsionun vaxt dəyərinin dəyişiklikləri (bax MHBS 9, fəsil 6); və


(h) forvard müqavilələrin forvard elementini spot elementindən ayırarkən və yalnız spot elementinin dəyişikliyini hedc aləti kimi müəyyən olunduğu təqdirdə forvard müqavilənin forvard elementinin dəyərinin dəyişiklikləri və maliyyə alətinin xarici valyutada baza spredinin maliyyə alətinin hedc aləti kimi müəyyən olunmasında istisna edilərkən onun dəyərindəki dəyişikliklər (bax MHBS 9, fəsil 6).

Sahibkarlar

Kapital kimi təsnifləşdirilən alətlərin sahibidir.

Mənfəət və ya zərər 

Digər  məcmu gəlirin komponentləri istisna olmaqla, mənfəətdən xərcləri çıxmaqla alınan məbləğin cəmidir.

Yenidən təsnifləşdirmə düzəlişləri 

Cari və ya əvvəlki dövrlərdə digər məcmu mənfəət kimi  tanınan cari dövrün mənfəət və ya zərərinə yenidən təsnifləşdirilmiş  məbləğlərdir.

Ümumi  məcmu  gəlir

Əməliyyatlar və digər hadisələr nəticəsində yaranan dövr ərzində kapitalda, sahibkar qismində sahibkarlarla olan əməliyyatların nəticəsində yaranan dəyişikliklər istisna olmaqla baş verən dəyişiklikdir.

Ümumi məcmu gəlir mənfəət və ya zərər və digər məcmu gəlirin bütün komponentlərindən ibarətdir.

Bu Standartda  ‘sair məcmu gəlir’ ,” mənfəət və ya zərər ” və ” ümumi məcmu gəlir ” anlayışlarının istifadə edilməsinə baxmayaraq, müəssisə, fəaliyyət nəticələrini daha aydın təsvir etmək üçün digər anlayışlardan istifadə edə bilər. Məsələn, müəssisə mənfəət və ya zərəri açıqlamaq üçün ‘xalis gəlir’  anlayışını istifadə edə bilər.

Aşağıdakı şərtlər “Maliyyə Alətləri: Təqdimat” adlı 32 №-li MUBS-da təsvir edilir və hazırkı Standartda 32 №-li MUBS müəyyən edilmiş məna ilə istifadə edilir:

(a) maliyyə aləti kapital aləti kimi təsnifləşdirilmiş qaytarıla bilən maliyyə aləti (32 №-li MUBS 16A və 16B  maddələrində təsvir olunub);

(b) alət müəssisənin başqa bir tərəfə, yalnız ləğv edilməsi üzrə müəssisənin xalis aktivlərinin proporsional payını çatdırmaq  öhdəliyi qoyur ki, bu da kapital aləti (bax 32 №-li BMS 32 maddələr 16C və 16D ) kimi təsnif edilir.

MHBS-nın anlayışı 2010-cu ildə MHBS Fondunun Əsasnaməsində aparılmış dəyişiklərlə əlaqədar olaraq   təkmilləşdirilmişdir.

2010-cu ilin sentyabr ayında MUBS Komətəsi tərəfindən  Əsaslar “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi haqqında Konseptual Əsasları” ilə əvəz edilmişdir. Konseptual Əsasların 25-ci maddəsi Əsasların 3-cü hissəsini əvəz edir.

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xalq Bank vakansiya elan edir

posted in: bank, İş elanı, Maliyyə, Xəbər | 0

Xalq Bankİşəgötürən: Xalq Bank

Vəzifə: Maliyyə İdarəsinin Maliyyə təhlili və nəzarəti şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

Namizədə dair tələblər:

• Ali magistr təhsili və maliyyə analitiki sertifikasiyası (Maliyyə və İqtisad arzuolunandır);
• Müvafiq sahədə bank təcrübəsi arzuolunandır;
• Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
• Məsuliyyət və dəqiqlik;
• Avtomatlaşdırma üzrə texniki biliklər;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• CFA namizədi olanlara üstünlük veriləcəkdir.

Həmçinin bax: 1000 manat məvaciblə Mühasib axtarılır

İşin təsviri:

• Bank rəhbərliyinin və Komitələrinin mütəmadi olaraq aşağıdakı təhlil və məlumatlarla təmin edilməsi:
• Bankın maliyyə göstəricilərinin təhlili;
• Xərclərin optimallaşdırılması üzrə təkliflər;
• Məhsul və xidmətlərin maya dəyəri.

QEYD:

Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əlaqə vasitələri:

E – mail: cv@xalqbank.az / 

Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Böyük Britaniyada offşor hesabların sahiblərinin adları açıqlanacaq

posted in: Vergi, Xəbər | 0

offşor hesabTezliklə Böyük Britaniyada yaradılacaq ictimaiyyət üçün açıq reyestrdə tarixdə ilk dəfə olaraq offşor şirkətlərin benefisiarlarının adları göstəriləcək. Ekspertlərin rəyinə əsasən, belə bir addımın atılması bir sıra varlı sərmayəçilərin kapitalının ölkədən çıxarılmasına səbəb olacaq, bununla belə, Britaniya aktivlərindən pulların geniş miqyasda əks axını gözlənilmir.

İyulun sonunda Britaniya parlamenti ictimaiyyət üçün açıq reyestrin yaradılması ilə bağlı yeni qanun layihəsini müzakirəyə çıxarmışdır. Qanun layihəsinə əsasən, xarici müəssisələr öz benefisiarlarının, o cümlədən əmlakın faktiki sahiblərinin adlarını göstərməli olacaqlar. İnformasiyanı gizlətməyə və ya saxta məlumat verməyə cəhd edən şirkətlər cərimələnəcəklər. Belə şirkətlərin sahiblərinə isə çirkli pulların yuyulmasına şərait yaratdıqlarına görə beşillik həbs cəzası veriləcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gözlənildiyinə görə, bu qanun layihəsini parlament təsdiqləyəndən sonra reyestr 2021-ci ildən fəaliyyətə başlayacaq. Böyük Britaniyanın özü isə dünyada ilk dəfə belə bir hüquqi alət tətbiq edən ölkə olacaq.

Qeyd edək ki, 2016-cı ildən bu ölkədə şirkətlərə nəzarət edən şəxslərin reyestri fəaliyyət göstərir, lakin həmin qeydiyyat sistemi yalnız Britaniyaya məxsus hüquqi şəxslərə tətbiq edilir.

Kassa çeki vergidən yayınmanın qarşısını alır

posted in: Xəbər | 0

Kassa çekiSahibkarların nəzarət-kassa aparatlarından istifadəyə sövq edilməsi üçün daha təsirli və effektiv yanaşma mexanizmlərinə ehtiyac duyulur.

Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli qərarına əsasən, Azərbaycan ərazisində nəzarət-kassa aparatlarının (NKA) tətbiq olunması və onların satış obyektlərində quraşdırılması qaydaları təsbit edilib. Müvafiq qanunvericiliyə əsasən, kassa aparatlarının quraşdırılması və onlardan istifadə olunmasına nəzarət Vergilər Nazirliyinin səlahiyyətlərinə aiddir.

Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində ticarət və ictimai iaşə sektorunda nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri ilə hesablaşmaların nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur və bu, Vergi Məcəlləsinin 16.1.8.-ci maddəsinə əsasən, vergi ödəyicisinin vəzifələrinə aid edilib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəziyyət necədir?

Qaydaların müəyyənləşdirilməsindən təxminən 23 il keçir. O vaxtdan bəri təsərrüfat subyektlərində nəzarət-kassa aparatlarının qeydiyyatı, quraşdırılması və istifadəsi üçün lazım olan bütün infrastruktur yaradılıb, NKA-lar quraşdırılıb. Amma bu sahədə əsas problem vergi ödəyiciləri tərəfindən NKA-lardan istifadənin qənaətbəxş səviyyədə olmamasıdır. Vergilər Nazirliyinin Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı keçirdiyi son monitorinqlər bu sahədə problemlərin olduğunu göstərir.

Nazirliyin əməkdaşları monitorinqlər zamanı vergi ödəyicilərini kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar. Monitorinqlər, əsasən, ictimai-iaşə obyektləri, ərzaq, geyim, inşaat və santexnika materiallarının satışını həyata keçirən mağazaları əhatə edib. Monitorinqlər zamanı bir sıra obyektlərdə qanun pozuntularına yol verilməsi, nağd hesablaşmaların aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmaması, kassa çeklərinin vətəndaşlara təqdim edilməməsi kimi hallara rast gəlinib.

Səbail rayonunda yerləşən «Viva dessert» şirniyyat mağazasında, Nəsimi rayonundakı «Geox» ayaqqabı mağazasında, Nərimanov rayonunda fəaliyyət göstərən «Lider inşaat» santexnika mağazasında və «Nobel elektrik» elektrik malları mağazasında monitorinqlər zamanı nöqsanlar aşkar edilməyib və vergi qanunvericiliyinin tələblərinə əməl olunduğu müşahidə edilib. Lakin Nəsimi rayonunda yerləşən «Mega store» supermarketində, Yasamal rayonundakı «One pub kafe» və «Cafe Park» kafelərində, Səbail rayonunda fəaliyyət göstərən «Pappa Rotti» və «Ajda» kafelərində, Nərimanov rayonundakı «SİS underwear» mağazasında, Nəsimi rayonunda yerləşən «Ador» ərzaq mağazasında, həmin rayonun ərazisində fəaliyyət göstərən «Türkoğlu dönər» kafesində, «28 pub» restoranında, «Krevetka» kafesində, Səbail rayonunda yerləşən «Mughal» restoranında, həmçinin bir sıra digər ticarət və ictimai iaşə obyektlərində ilk dəfə belə nöqsanlara yol verildiyi aşkar olunub.

Keçirilən tədbirlərin nəticəsi olaraq, Nəsimi rayonunda yerləşən «Spar market»də, «URP» mağazasında və «Araz supermarket»də, Yasamal rayonunda İlham Həsənova məxsus kafedə, Nərimanov rayonu ərazisində yerləşən «Ted Baker» mağazasında, Səbail rayonundakı «Baumler» mağazasında, Nizami rayonunda avtomobil üçün ehtiyat hissələri satılan mağazada, Nəsimi rayonunda fəaliyyət göstərən «Sekrets» kafesində, «Game and cinema center»də, Səbail rayonundakı «Coffe station» kafesində və digər obyektlərdə nöqsanlar aşkar edilərək aktlar tərtib edilib.

Vergi orqanlarının əsasən maarifləndirci xarakter daşıyan monitorinqləri zamanı obyektlərin yalnız 15%-də qanun pozuntları aşkar olunmayıb. Qanun pozuntusu aşkar edilmiş obyektlərin yalnız 45%-nə cərimələr tətbiq edilib, qalan 40%-i qanun pozuntusuna ilk dəfə yol verdiyinə görə, onlara xəbərdarlıq olunmaqla kifayətlənilib. Təsərrüfat subyektlərinin nəzərinə çatdırılıb ki, oxşar pozuntulara növbəti dəfə yol verəcəkləri təqdirdə, onlara qarşı qanun çərçivəsində müvafiq tədbirlər görüləcək.

Vətəndaşlar çek tələb etməkdə fəal olmalıdır

Vergilər Nazirliyi təsərrüfat subyektlərinin hamısına fərdi nəzarət etmək üçün ayrıca müfəttiş ayırmaq imkanlarına malik deyil. Buna görə də nazirlik davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Lakin vəziyyət onu göstərir ki, cəmiyyətdə vergi mədəniyyəti, xüsusən də sahibkarlıq subyektlərində kassa çeklərinin təqdim edilməsi ilə bağlı vərdişlər hələ də formalaşmayıb. Ona görə də bu sahədə ictimai fəallıq olmalı, vətəndaşlar özləri kassa çekinin vurulmasını tələb etməlidirlər.

Hər bir vətəndaş başa düşməlidir ki, kassa çekinin tələb edilməməsi nəticə etibarilə həmin vəsaitin dövlət büdcəsindən gizlədilməsidir. Gizlədilən bu vəsaitlər hər birimizin sabahkı həyatına təsir edir, həmin pullar insanların sosial rifahının təminatından oğurlanır. Ona görə də NKA-lardan istifadə ümumdövlət siyasəti və cəmiyyətin diqqətində olan aktual məsələ kimi gündəmdən düşməməlidir. Vətəndaşlar özləri kassa çeklərinin tələb edilməsinin vacibliyi haqqında bir-birlərinə zəruri məlumatlar verməli, çek tələb etməkdə vergi orqanlarına kömək etməlidirlər.

Vergilər Nazirliyi maarifləndirmə və izahedici tədbirləri daim ümumi siyasətinin tərkib hissəsi kimi diqqətdə saxlamaqla yanaşı, maarifləndirmə işinə məhəl qoymayan sahibkarlıq subyektlərinə qarşı qanunamüvafiq qaydada tədbirlərin görülməsini də nəzərdən qaçırmayacaq. Maarifləndirmə işi effekt vermədikdə, digər vasitələrdən istifadə olunması zəruriliyi meydana çıxacaq.

Yeni mexanizmlərin tətbiqinə ehtiyac varmı?

Vergilər Nazirliyi tərəfindən NKA-dan istifadə etməyən təsərrüfat subyektlərinə qarşı daha müasir metodlardan istifadə olunmaqla təsirli yanaşma mexanizmləri tətbiq ediləcək. Bu sahədə beynəlxalq təcrübəni öyrənən nazirlik NKA-larla bağlı ən müasir və innovativ  nəzarət metodlarından istifadə imkanlarını araşdırır. Hazırda dünya təcrübəsində olan müasir texniki nəzarət sistemlərinin tətbiqi öyrənilir və onların milli vergi sistemində istifadə olunması nəzərdən keçirilir.

Vergilər Nazirliyinin məqsədi sahibkarları qanunla müəyyən edilmiş öhdəliklərə riayət etməyə sövq etməkdir. Nazirlik dövlətin iqtisadi maraqlarının qorunmasında, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsində sahibkarları öz üzərlərinə düşən vəzifələri anlamağa çağırır, onları xoşməramlı əməkdaşlığa dəvət edir, eyni zamanda 2018-ci ilin vergi qanunvericiliyinin tələblərinə əməl olunması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasında «keçid ili»ndən sui-istifadə etməməyə, nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri ilə hesablaşmaları NKA vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki, qəbz və digər ciddi hesabat blanklarını təqdim etməyə, vətəndaşları isə alış-veriş edərkən kassa çeki tələb etməyə çağırır.

Ekspert hesab edir ki…

Monitorinqlər zaman ortaya çıxan faktların təhlili göstərir ki, bir çox təsərrüfat subyektləri vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin sayının azalmasından sui-istifadə edərək, nağd hesablaşmalar aparan zaman NKA-lardan istifadəni minimallaşdırıblar. Bunun adı isə dövlətin yaratdığı şəraitdən sui-istifadə etmək, vergidən yayınmağa cəhd göstərməkdir.

İqtisadçı Ədalət Əsədov qeyd edir ki, nəzarət-kassa aparatlarından istifadə olunmaması və kassa çekinin verilməməsi ticarət və ictimai iaşə obyektlərinin dövriyyəsini gizlətməsində əsas vasitələrdən biridir. Bu, vergidən yayınmanın bir növüdür. Kassa çekinin alıcıya təqdim edilməməsi həm büdcədən verginin yayındırılmasıdır, həm də istehlakçının hüququnun pozulmasıdır: «Vergi nəzarətinin təmin edilməsi baxımından kassa aparatlarından istifadə olduqca vacibdir. Amma təəssüf ki, mağaza və ictimai iaşə obyektlərinin əksəriyyətində müştəriyə kassa çekləri təqdim olunmur. Hesab edirəm ki, vergi ödəyicilərinin NKA-dan istifadə etməməsinin iki səbəbi vardır. Birincisi, alınan mal-materiallara görə ödəyicilərin sənədlərinin olmamasıdır. Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, Azərbaycanda vergi dövriyyəyə uyğun qaydada hesablanır. Buna görə də sahibkar dövriyyəsinin artmaması üçün NKA-dan istifadəyə maraq göstərmir. Bunun üçün ilk olaraq idxalda şəffaflıq təmin edilməlidir. İstehsal müəssisələrinə və idxal əməliyyatları aparan təşkilatlara nəzarət gücləndirilməlidir.

NKA-lardan istifadənin yetərli olmamasının digər səbəbi təbliğat-maarifləndirmə işlərinin gücləndirilməsi zərurəti ilə bağlıdır. Fikrimcə, davamlı olaraq müxtəlif ərazilərdə vergi ödəyiciləri ilə söhbətlər aparılmalı, onların fikirləri öyrənilməli və bunun əsasında tədbirlər görülməlidir. Təbii ki, inzibati metodlar da diqqətdən qaçırılmamalıdır. Amma hər şeyi inzibati metodla tənzimləmək düzgün olmazdı. Qarşı tərəfin fikirlərini dinləyərək qarşılıqlı anlaşma ilə məsələləri həll etmək mümkündür».

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.