Gürcüstanda vergi daxilolmaları proqnozu üstələyib

posted in: Vergi, Xəbər | 0

vergi daxilolmalarıGürcüstanın maliyyə naziri Nikolaz Qoqua bildirmişdir ki, bu ilin ilk yarısında büdcəyə vergi daxilolmaları proqnozdan 163 milyon lari (113,43 milyon manat)  çox olmuşdur. «Biz əminik ki, iyulda da nəticələr gözlənildiyindən artıq olacaq və bu göstərici daha da böyüyəcək», – maliyyə naziri televiziya müsahibəsində demişdir.

Qeyd edilmişdir ki, bu şəraitdə hökumət, planlaşdırıldığı kimi, artıq ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasını davam etdirəcək. Onun sözlərinə görə, artıq 238 milyon lari (165,63 milyon manat) məbləğində ƏDV qaytarılmışdır.

Gürcüstan Maliyyə Nazirliyinin saytındakı məlumata əsasən, ilin ilk yarısı üçün vergi daxilolmalarının 4,4 milyard lari (3,06 milyard manat) olması planlaşdırılmışdı. Bütün il ərzində isə bu göstəricinin 9,5 milyard lari (təxminən 6,61milyard manat) olması planlaşdırılmışdır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

əməkhaqqıBu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 541,1 manat olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əməkhaqqı neft sektorunda 3 min 160,9 manat, qeyri-neft sektorunda 481,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 425,4 manat, özəl müəssisələrdə isə 699,1 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsi iş adamlarına müraciət edib

posted in: Xəbər | 0

iş adamlarıDövlət Gömrük Komitəsi (DGK) iş adamlarına müraciət edib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Qurban bayramı ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləri olmasına baxmayaraq avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək. İdxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bölgələr üzrə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Bölgələr üzrə Mühasibİşəgötürən: Azersun Holding

Vakansiyanın adı: Mühasib (Bölgələr)

Ümumi məlumatlar:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.

Həmçinin bax: 500 manat əmək haqqı ilə xəzinədar tələb olunur

İş haqqında məlumat:

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət
edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.

Həmçinin bax: 1200 manat məvaciblə Baş mühasib axtarılır

İş yeri: Bölgələr

Qəbul ediləcək işçi sayı: 2

Son müraciət tarixi: 31.08.2018

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 31.08.2018 -ci il tarixinədək  elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib (Bölgələr)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Mənbə: www.azersun.com

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.