Ölkə ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan əlavə yanacağa görə gömrük rüsumu ödəniləcək
Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun alınması müəyyən edilib.
Bu qərarın 1-ci hissəsində göstərilən məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödəniləcək.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Bakı şəhəri, 3 avqust 2018-ci il
Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzinin və (və ya) dizel yanacağının hər 1 (bir) litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumu alınır.
2. Bu qərarın 1-ci hissəsində göstərilən məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Mənbə: cabmin.gov.az
İşəgötürən: Pera Plastik Qrup MMC
G20 ölkələrinin Buenes-Ayres şəhərində keçirilmiş yığıncağında Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ-la Avropa arasında ticarət müharibəsinin başlandığını bildirmişdir: «Ən böyük iqtisadiyyata malik iyirmi dövlətin hamısında başa düşürlər ki, ticarət müharibəsi reallıqdır və burada dünya iqtisadiyyatının artımı üçün risk mövcuddur». Nazir qeyd etmişdir ki, indiki şəraitdə dialoq üçün ilk addımı ABŞ atmalıdır, bunsuz Avropa komissiyasının öz təkliflərini formalaşdırması mümkün deyildir.