İqtisadi inkişaf Azərbaycanda orta aylıq əmək haqqının daha yüksək olması üçün potensial yaradacaq

posted in: Xəbər | 0

İqtisadi inkişaf Azərbaycanın iqtisadi inkişafı ölkədə orta aylıq əməkhaqqının daha da yüksək olması üçün yetərincə potensial yaradacaq.

Bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Tahir Mirkişili deyib.

T.Mirkişili qeyd edib ki, Azərbaycan MDB ölkələri arasında orta aylıq əməkhaqqının səviyyəsinə görə devalvasiyadan öncəki 2014-cü ildə də 558 dollar əməkhaqqı ilə 4-cü yerdə qərarlaşmışdı. Keçən 3 il ərzində MDB ölkələrində baş verən devalvasiyalar bütün MDB məkanında orta aylıq əməkhaqqının dollar ekvivalentində səviyyəsini azaltdı. Belə ki, Rusiyada orta aylıq əməkhaqqı 2014-cü ildəki 896 dollardan 670 dollara, Qazaxıstanda isə 686 dollardan 459 dollara endi. Əsas səbəb isə bu ölkələrdə baş verən devalvasiyalar nəticəsində dollarla hesablanan məbləğlərin kiçilməsi oldu.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Azərbaycan iqtisadiyyatı artıq davamlı olaraq müsbət dinamika nümayiş etdirir. Qeyri-neft sektorunun payı durmadan artır və artıq 65 faizə yaxındır. Sənaye və kənd təsərrüfatı istehsalı sürətlə artır, ixracın həcmi böyüyür, xidmət sektorunun payı artır. Ölkə Prezidentinin Sərəncamı ilə hər il əməkhaqlarının və pensiyaların artımı da ölkədə ümumi orta aylıq əməkhaqqının artırılmasına təsir etməkdədir. Ümumilikdə, Azərbaycanda iqtisadi inkişaf ölkədə orta aylıq əməkhaqqının daha da yüksək olması üçün yetərincə potensial yaradacaq”, – deyə iqtisadçı ekspert diqqətə çatdırıb.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Romantik mühasib – Toto Kutunyo haqqında həqiqətlər və xülyalar

posted in: muhasibat, Xəbər | 0

mühasibİstənilən dünya miqyaslı ulduz kimi, Kutunyonu artıq neçə onilliklərdir ki, çoxsaylı şayiələr müşaiyət edir. Yeri gəlmişkən, onlardan bəziləri sən demə həqiqət imiş. Beləliklə, deyirlər ki…

  1. Kutunyo ölüm ərəfəsindədir

İtalyan müğənnisi iyulun əvvəlində lap son anda Belçikada keçirilməli olan konsertlərini təxirə saldı. Buna səbəb kimi onun ürəyində yaranan problemlər göstərilir. Kutunyo təcili surətdə xəstəxanaya yerləşdirilib. Bir neçə gün ərzində onun səhhəti barədə heç bir məlumat verilmir. Çox tezliklə bəzi italyan KİV-ləri müğənninin həyat və ölüm arasında olduğunu yazdılar. Bu xəbər təbii ki, onun bütün dünyadan olan pərəstişkarlarını həyəcanlandırdı. Toto Kutunyo isə hamını rahatladan xəbər paylaşdı. Bəyan etdi ki, İtaliyanın ən yaxşı həkimləri onun səhhətinin qayğısına qalırlar və çox tezliklə o, yenidən səhnələrə qayıdacaq.

Həmçinin bax: Mühasib ailənin ulduz övladı
  1. Rus qızı ilə uzunmüddətli romans yaşayıb

Kutunyo rus qızlarının onu cəlb etdiyini heç vaxt gizlətməyib. Amma, həm də qeyd edib ki, o, hətta ən gözəl rus qızı ilə uzunmüddətli əlaqələrə çətin ki, davam gətirə bilər.

  1. Kənarda uşaqları olduğunu arvadından gizli saxlayır

Musiqiçinin həqiqətən də kənarda oğlu var, lakin o bunu nə həyat yoldaşından, nə də ictimaiyyətdən gizli saxlayır. Toto Kutunyo demək olar ki, 50 ildir Karla adında yeganə qadın ilə nikahdadır. Onlar 1967-ci ildə İtaliyada çimərliklərdən birində tanış olublar. Bu ilk baxışdan məhəbbət idi. Tezliklə qadın hamilə qalır, lakin uşaq ana bətnindən düşür. Bundan sonra həkimlər Karlanın bir daha ana ola bilməyəcəyini söyləyirlər. Cütlük tərəfindən bu faciə kimi qarşılanır. İllər sonra Toto kənarda məhəbbət romanı yaşayır. 1989-cu ildə müğənninin oğlu dünyaya gəlir. Başlanğıcda Kutunyo bu faktı gizli saxlayır. Daim yalan danışmaqdan müğənni depressiyaya düşür. Nəhayət Toto özünü toplayaraq, hər şeyi arvadına etiraf edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  1. Bütün ömrü boyu öz maliyyə işlərinin aparılmasını heç kimə etibar etməyib

Bu şayiə boşdan yaranmayıb, Kutunyo təhsilinə görə həqiqətən peşəkar mühasibdir. Çoxlu musiqi hitləri yazdıran Toto peşəkar musiqi təhsili almayıb. Mühasibliyi öyrənməyə isə onu valideynləri məcbur ediblər, çünki övladlarının musiqi ilə məşğul olmasını ciddi iş hesab etmirdilər. Şəxsi mühasibatlıq işlərininin Kutunyonun özü tərəfindən aparılması ilə bağlı suala o, belə cavab verib: “Birincisi, mühasibat işini mən çoxdan unutmuşam və əmin deyiləm ki, debetlə krediti bu gün müəyyən edə bilim. Mənim şəxsi iqtisadçım, impresariom və vəkilim var. Onlar maliyyə işlərindən daha yaxşı baş çıxarırlar. İkincisi, pullar məndən ötrü heç vaxt əsas məqsəd olmayıb. Başa düşmək lazımdır, onlar sadəcə kağızdırlar. Düzdür, pul olanda nələrdənsə imtina edə bilmirsən”, – musiqiçi belə söyləyib.

  1. Konsertlərinin çoxunu fonoqramma ilə verir

Bu şayiəni Kutunyo artıq dəfələrlə təkzib etsə də, bu gün də onu izləməkdə davam edir. Musiqiçi etiraf edir ki, həqiqətən də onun vokal qabiliyyəti yoxdur, lakin buna baxmayaraq o, oxumağı bacarır. Hesab edir ki, onun mahnılarının ən yaxşı ifaçıları Co Dassen və Adriano Çelentano olublar.     

Həmçinin oxu: Allen Carr- Dünyanı dəyişən mühasib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət vergi orqanlarına işə qəbul başa çatıb

posted in: Vergi, Xəbər | 0

vergi orqanlarıDövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqə başa çatıb. Sayca 14-cü olan müsabiqədə iştirak etmək üçün 1734 nəfər müraciət edib, 214 nəfərin ərizəsi yaş hədləri, ixtisasları uyğun olmadığına, xaricdə təhsil almış namizədlərin ali təhsil haqqında sənədlərinin müvafiq qaydada təsdiqlənmədiyinə və qanunvericiliyə uyğun olaraq digər səbəblərə görə qəbul edilməyib. Müraciəti qəbul edilən 1520 nəfər 26 may 2018-ci il tarixdə müsabiqənin test imtahanı mərhələsində iştirak edib. Namizədlərdən 139 nəfəri test imtahanından uğurla keçərək 2-ci mərhələdə iştirak hüququ əldə edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin 2-ci mərhələsində namizədlərlə müsahibə keçirilib. Müsahibə hər bir namizədlə fərdi qaydada aparılıb və ümumi dünyagörüşü, şəxsi keyfiyyətləri, vergi orqanlarında xidmətə yararlı və layiqli olub-olmaması yoxlanılıb. Müsahibə mərhələsini 88 nəfər müvəffəqiyyətlə keçib.

Bundan əlavə, Vergilər Nazirliyi və Təhsil Nazirliyi arasında imzalanan Əməkdaşlıq Memorandumuna və “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə görə “sürətli işə qəbul” proqramı çərçivəsində SABAH qruplarında və Dövlət Proqramı çərçivəsində xaricdə müvafiq ixtisaslarda təhsil almış vətəndaşlar dövlət vergi orqanlarına işə qəbulla bağlı test imtahanı mərhələsindən azad olunaraq birbaşa müsahibə mərhələsində iştirak ediblər.

Test imtahanından azad olunmaqla müsahibə mərhələsində iştirak etmiş 106 nəfər namizəddən 44 nəfər, ümumilikdə isə 132 nəfər müsahibə mərhələsində müvəffəqiyyət qazanaraq kadr ehtiyatına daxil edilib.

Həmçinin bax: Dövlət vergi orqanlarına işə qəbul ilə əlaqədar keçirilən müsabiqənin nəticələri təsdiq olundu

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-Rezident şəxslərdən Elektron ticarət qaydasında malların alışı zamanı ƏDV hesablanır?

posted in: Vergi, Xəbər | 0

Qeyri-RezidentSual: Qeyri-rezident satıcıdan elektron ticarət qaydasında malların alışı zamanı ƏDV hesablanmalıdırmı?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minən müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına ƏDV hesablanmalı və ödənilməlidir. Göründüyü kimi elektron ticarət qaydasında qeyri-rezident şəxslərdən mallar alınan zaman onlara ödənilən məbləğdən ƏDV hesablanmır.

Müəllif: Dilqəm Göyüşov / Tax Consultant

Həmçinin bax: Geri qaytarılan məbləğ ƏDV bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.