Romantik mühasib – Toto Kutunyo haqqında həqiqətlər və xülyalar

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

mühasibİstənilən dünya miqyaslı ulduz kimi, Kutunyonu artıq neçə onilliklərdir ki, çoxsaylı şayiələr müşaiyət edir. Yeri gəlmişkən, onlardan bəziləri sən demə həqiqət imiş. Beləliklə, deyirlər ki…

  1. Kutunyo ölüm ərəfəsindədir

İtalyan müğənnisi iyulun əvvəlində lap son anda Belçikada keçirilməli olan konsertlərini təxirə saldı. Buna səbəb kimi onun ürəyində yaranan problemlər göstərilir. Kutunyo təcili surətdə xəstəxanaya yerləşdirilib. Bir neçə gün ərzində onun səhhəti barədə heç bir məlumat verilmir. Çox tezliklə bəzi italyan KİV-ləri müğənninin həyat və ölüm arasında olduğunu yazdılar. Bu xəbər təbii ki, onun bütün dünyadan olan pərəstişkarlarını həyəcanlandırdı. Toto Kutunyo isə hamını rahatladan xəbər paylaşdı. Bəyan etdi ki, İtaliyanın ən yaxşı həkimləri onun səhhətinin qayğısına qalırlar və çox tezliklə o, yenidən səhnələrə qayıdacaq.

Həmçinin bax: Mühasib ailənin ulduz övladı
  1. Rus qızı ilə uzunmüddətli romans yaşayıb

Kutunyo rus qızlarının onu cəlb etdiyini heç vaxt gizlətməyib. Amma, həm də qeyd edib ki, o, hətta ən gözəl rus qızı ilə uzunmüddətli əlaqələrə çətin ki, davam gətirə bilər.

  1. Kənarda uşaqları olduğunu arvadından gizli saxlayır

Musiqiçinin həqiqətən də kənarda oğlu var, lakin o bunu nə həyat yoldaşından, nə də ictimaiyyətdən gizli saxlayır. Toto Kutunyo demək olar ki, 50 ildir Karla adında yeganə qadın ilə nikahdadır. Onlar 1967-ci ildə İtaliyada çimərliklərdən birində tanış olublar. Bu ilk baxışdan məhəbbət idi. Tezliklə qadın hamilə qalır, lakin uşaq ana bətnindən düşür. Bundan sonra həkimlər Karlanın bir daha ana ola bilməyəcəyini söyləyirlər. Cütlük tərəfindən bu faciə kimi qarşılanır. İllər sonra Toto kənarda məhəbbət romanı yaşayır. 1989-cu ildə müğənninin oğlu dünyaya gəlir. Başlanğıcda Kutunyo bu faktı gizli saxlayır. Daim yalan danışmaqdan müğənni depressiyaya düşür. Nəhayət Toto özünü toplayaraq, hər şeyi arvadına etiraf edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  1. Bütün ömrü boyu öz maliyyə işlərinin aparılmasını heç kimə etibar etməyib

Bu şayiə boşdan yaranmayıb, Kutunyo təhsilinə görə həqiqətən peşəkar mühasibdir. Çoxlu musiqi hitləri yazdıran Toto peşəkar musiqi təhsili almayıb. Mühasibliyi öyrənməyə isə onu valideynləri məcbur ediblər, çünki övladlarının musiqi ilə məşğul olmasını ciddi iş hesab etmirdilər. Şəxsi mühasibatlıq işlərininin Kutunyonun özü tərəfindən aparılması ilə bağlı suala o, belə cavab verib: “Birincisi, mühasibat işini mən çoxdan unutmuşam və əmin deyiləm ki, debetlə krediti bu gün müəyyən edə bilim. Mənim şəxsi iqtisadçım, impresariom və vəkilim var. Onlar maliyyə işlərindən daha yaxşı baş çıxarırlar. İkincisi, pullar məndən ötrü heç vaxt əsas məqsəd olmayıb. Başa düşmək lazımdır, onlar sadəcə kağızdırlar. Düzdür, pul olanda nələrdənsə imtina edə bilmirsən”, – musiqiçi belə söyləyib.

  1. Konsertlərinin çoxunu fonoqramma ilə verir

Bu şayiəni Kutunyo artıq dəfələrlə təkzib etsə də, bu gün də onu izləməkdə davam edir. Musiqiçi etiraf edir ki, həqiqətən də onun vokal qabiliyyəti yoxdur, lakin buna baxmayaraq o, oxumağı bacarır. Hesab edir ki, onun mahnılarının ən yaxşı ifaçıları Co Dassen və Adriano Çelentano olublar.     

Həmçinin oxu: Allen Carr- Dünyanı dəyişən mühasib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email