Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşib

posted in: Xəbər | 0

“Dövlət rüsumları haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qanunda aşağıdakı dəyişikliklər edilib:

  • Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi – 100 manat;
  • Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat;
  • Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat;
  • Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat;
  • Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat;
  • Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat;
  • Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat;
  • Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat;
  • “İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat;
  • İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat;
  • Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat;
  • Qazın nəqli üçün icazənin verilməsi – 150 manat;
  • Qazın paylanmasına icazənin verilməsi – 50 manat;
  • Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat;
  • Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat;
  • Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi – 150 manat;
  • Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;
  • Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.

Mənbə: vergiler.az

Dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb

Dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb

posted in: Xəbər | 0

2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Maliyyə Nazirliyinin məlumatına görə, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4 049,2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89,1 min manat və ya 2,25 faiz çox olub.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 259 282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487 139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3 335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1 206,8 min manat təşkil edib.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 57 317,9 min manata, sair daxilolmalar isə 35 363,6 min manata bərabər olub.

Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq, xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2 339 594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12 487,1 min manat və ya 0,54 faiz çoxdur.

Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.

Mənbə: vergiler.az

Vergi borcunu ödəmə qabiliyyətinin olmaması necə müəyyən edilir?

Vergi borcunu ödəmə qabiliyyətinin olmaması necə müəyyən edilir?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinə əsasən, vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda və ya vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyəti olmadıqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər. Bəs bu necə tənzimlənir? Suala “Business Service Center” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə mütəxəssisi Ziya Həmidli aydınlıq gətirir. 

Məcəlləyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti “Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası”nı 2024-cü il 3 sentyabr tarixli 381 nömrəli Qərarı ilə təsdiq edib. Bu qayda vergi öhdəliklərinin yerinə yetirilmə müddətinin uzadılmasına dair müraciət edən ödəyicilərin ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı konkret prosedurları müəyyən edir.

Qaydanın 2.6-cı bəndində göstərilib ki, vergi ödəyicisinin vergi borcu bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən müəyyənləşdirilən sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq Vergi Məcəlləsinin 85.10.1-85.10.3-cü maddələrində göstərilən qaydada uzadılır.

Sərbəst vəsaitlərin məbləği mənfəət (gəlir) və sadələşdirilmiş vergi ödəyicilərinin orta aylıq gəlir və xərclərinə müvafiq olaraq hesablanır.

Orta aylıq gəlir və xərclərin hesablanması

Qaydaların 2.1.1-ci bəndinə əsasən, gəlir (mənfəət) vergisi ödəyicisinin əvvəlki hesabat ili üzrə seçdiyi uçot metoduna uyğun olaraq təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi üzrə ümumi gəlirlər və cəmi xərclər (amortizasiya xərcləri istisna olmaqla) kimi əks olunan məbləğlər 12-yə (vergi ödəyicisi əvvəlki hesabat ilində tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir.

Əgər ödəyici tam hesabat dövrü ərzində fəaliyyət göstərməyibsə, bu rəqəmlər fəaliyyət aylarının sayına bölünür.

Misal 1

“BB” MMC əvvəlki hesabat ili üzrə 240.000 manat ümumi gəlir və 180.000 manat cəmi xərclər göstərib.

Orta aylıq gəlir: 240000 : 12 = 20000 manat;
Orta aylıq xərc: 180000 : 12 = 15000 manat.

Qaydaların 2.1.2-ci bəndinə əsasən, sadələşdirilmiş vergi ödəyicisinin əvvəlki hesabat rübü üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən satışdankənar gəlirlər də daxil olmaqla təqdim edilmiş mallara (işlərə, xidmətə) görə əldə edilmiş hasilatın həcmi və vergi ödəyicisinin təqdim etdiyi xərc sənədləri əsasında müəyyən edilmiş xərcləri 3-ə bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir.

Misal 2

Vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olaraq əvvəlki rüb üzrə 60.000 manat gəlir və 45.000 manat xərc göstərib.

Orta aylıq gəlir: 60000 : 3 = 20000 manat;
Orta aylıq xərc: 45000 : 3 = 15000 manat.

Qaydaların 2.1.3-cü bəndində isə göstərilib ki, hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri faktiki fəaliyyət göstəricilərinə əsasən hesablanmaqla fəaliyyət göstərdiyi ayların sayına bölünərək orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir. Burada ödəyici təqdim etdiyi məlumatları təsdiq edən sənədləri (elektron qaimə-fakturalar, xərc sənədləri və s.) bəyannaməyə əlavə etməlidir.

Misal 3

Yeni yaradılan bir müəssisə ilk 2 ay ərzində 20.000 manat gəlir və 10.000 manat xərc əldə edib.

Orta aylıq gəlir: 20000 : 2 = 10000 manat;
Orta aylıq xərc: 10000 : 2 = 5000 manat.

Sərbəst vəsaitin müəyyənləşdirilməsi

Qərarın 2.4-cü bəndinə əsasən, vergi ödəyicisinin sərbəst vəsaiti aşağıdakı qaydada müəyyən edilir:

1. Orta aylıq gəlirdən orta aylıq xərc çıxılır;

2. Üzərinə ödəyicinin kassasında və ya bank hesablarındakı qalıq vəsaitlər əlavə olunur.

Misal 4

Vergi ödəyicisinin orta aylıq gəliri 15.000 manat, orta aylıq xərcləri 10.000 manat, bank hesabında qalıq vəsaitin məbləği isə 25.000 manatdır. Onun sərbəst vəsaitlərini hesablayaq:

Sərbəst vəsait:

15000 – 10000 + 25000 = 30000 manat.

Vergi borcunun ödəmə qabiliyyətinin qiymətləndirilməsi

Qaydanın 2.6-cı bəndinə əsasən, vergi ödəyicisinin vergi borcu bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən müəyyənləşdirilən sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq Vergi Məcəlləsinin 85.10.1-85.10.3-cü maddələrində göstərilən qaydada uzadılır.

Başqa sözlə, əgər vergi borcunun məbləği vergi ödəyicisinin sərbəst vəsaitinin 1.3 mislindən artıqdırsa, bu hal ödəmə qabiliyyətsizliyi kimi qəbul edilir.

Misal 5

Vergi ödəyicisinin sərbəst vəsaitlərini həcmi 50.000 manat, vergi borcu 70.000 manatdır.

50000 × 1.3 = 65000 manat

Vergi vergi ödəyicisinin vergi borcu (70.000 manat) 65.000 manatdan çox olduğu üçün bu müəssisə borcunu birdəfəyə ödəyə bilməz. Bu halda ödəmə müddəti uzadılır.

Xüsusi halların nəzərə alınması

Qaydanın 2.7-ci bəndinə əsasən, dövlət tərəfindən dəstəklənən layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı işlər görən ödəyicilərin ƏDV borcu yarandıqda, bu vəziyyət də ödəmə qabiliyyətsizliyi kimi qiymətləndirilir.

Mənbə: vergiler.az

Vergi borclarının ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilir

Dövlət Vergi Xidməti 643 vergi ödəyicisi üzrə materialları istintaqa göndərib

posted in: Xəbər | 0

Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materialları aidiyyəti istintaq orqanına göndərib.

Bu barədə DVX-yə istinadən xəbər verir.

Həmçinin “İnzibati icraat haqqında” Qanuna əsasən, borclu vergi ödəyicilərinin borcunun ödənilməsi ilə bağlı tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbul edilib.

Bundan başqa, vergi borcunun dövlət büdcəsinə alınması məqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına müvafiq sərəncamlar göndərilib, 7 008 şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin olunub, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar qəbul edilib.

“2024-cü ildə borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilib. Belə ödəyicilərin məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon rəsmi bildirişin, mobil əlaqə nömrələrinə 561,8 min sayda qısa mesajların göndərilməsi, eləcə də 208,6 min sayda telefon zənginin edilməsi təmin olunub”, – DVX bəyan edib.

Qeyd edək ki, vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsini təmin edən vasitələrdən biri də Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT). TADAT Metodologiyasına əsasən, vergi borclarının məbləği və hərəkət göstəricisi büdcə ilinin sonunda ümumi vergi borclarının həmin tarixə olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Bu metodologiyaya əsasən, Dövlət Vergi Xidməti tərəfindən 2024-cü il üzrə borcun alınması sahəsində həyata keçirilmiş inzibatçılıq “lazımi səviyyədə təşkil olunmuş” kimi qiymətləndirilib.

Mənbə: report.az

Vergi borclarının ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilir

1 223 224 225 226 227 228 229 2. 682