Rusiya Müdafiə Nazirliyinin Auditoru rüşvət üstündə saxlanılıb

posted in: Audit, Xəbər | 0

AuditorMoskva şəhərinin Savelovskiy  məhkəməsi Rusiya müdafiə nazirliyinin dövlət müqavilələri üzrə audit departamentinin direktoru Maksim Kuksini rüşvət almaqda şübhəli bilərək həbs edib. Bu haqda “İnterfaks” agentliyinə məhkəmənin mətbuat-katibi Mariya Mixaylova məlumat verib.

“İstintaq orqanları Kuksini 11 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilir”, – Mariya Mixaylova belə söyləyib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onun sözlərinə görə, ilkin olaraq Kuksinin aldığı “mükafat” 15 milyon rubl təşkil edib, lakin fakt üzrə o, 11 milyon rubl alıb.

“Kuksin öz təqsirini etiraf etmir, ifadə verməkdən də imtina edib”, – mənbə əlavə edib.

Müdafiə nazirliyinin saytında deyilir ki, Kuksin departament direktoru vəzifəsinə 2017-ci ilin iyul ayında təyin edilib.

Buna qədər isə o, 2005-ci ildən 2014-cü ilə qədər kommersiya strukturlarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilə kimi Kuksin Dövlət Silah Proqramı və Dövlət Müdafiə Sifarişinin Hərbi-İqtisadi Təhlil üzrə Şöbəsinə rəhbərlik etmişdir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə Bazarlarına Nəzarət Palatasında Təcrübə proqramı

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Təcrübə İmkanıAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Təcrübə İmkanı


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası funksional fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların praktiki biliklərinin artırılması, eləcə də gənclərin şəxsi inkişafının təmin edilməsi və onların maarifləndirilməsi məqsədilə təcrübə proqramı elan edir. Proqramın məqsədi Tələbələrin iqtisadi və maliyyə biliklərinin artırılması, peşəkar bacarıqlarının inkişafı, nəzəri biliklərinin təcrübə ilə bütünləşdirməsi və real iş şəraiti ilə yaxından tanış etməkdən ibarətdir.

Həmçinin bax: Baş mühasib üzrə vakansiya

Təcrübəçiyə dair tələblər:

Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;

Özünü daim inkişaf etdirməli, innovativ olmalı;

Analitik düşünmə qabiliyyəti olmalı;

Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;

Kompüter və ingilis dili bilikləri;

Təcrübə proqramına müraciət:

Müraciətlər aşağıdakı istiqamətlər üzrə müvafiq təcrübə sahəsini seçməlidirlər:

  • Hüquq
  • Bank fəaliyyətinə nəzarət
  • Sığorta fəaliyyətinə nəzarət
  • Kapital bazarına nəzarət
  • Ödəniş sistemlərinə nəzarət
  • Risklər üzrə
  • Prudensial siyasət və metodologiya
  • Maliyyə
  • İnsan resurslarının idarəedilməsi
Həmçinin bax: 700 manat məvaciblə Mühasib axtarılır

Seçim mərhələləri:

  1. Məzunlar və ya magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər;
  2. Namizədlərdən daxil olmuş müraciətlərin uyğunluğu nəzərdən keçirildikdən sonra ilkin olaraq test imtahanına sonrakı mərhələdə isə İnsan resursları idarəsi və aidiyyəti departamentlərlə müsahibə mərhələsinə dəvət edilirlər;
  3. Mərhələləri uğurla keçmiş namizədlər ilə müqavilə bağlanılır və təcrübə başlanılır.

Proqrama iştirak etmək istəyən namizədlər CV-lərini 22 iyul 2018-ci il tarixinədək  / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: www.fimsa.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Estoniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi sistemiEstoniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)


Eston vergi sisteminin unikallığı ondadır ki, bu ölkədə hüquqi şəxslərdən gəlir vergisi tutulmur. Daha dəqiq desək, formal olaraq həmin vergi növü mövcuddur, amma, 0% təşkil edir. Sözsüz ki, bu eston şirkətlərini faydalılıq baxımından digər Avropa yurisdiksiyasında olan şirkətlərdən fərqləndirir.

Əgər, siz VAT nömrəsi olmadan (vergi ödəyicisi nömrəsi VÖEN) malları və xidmətləri Estoniya ərazisində deyil,  AB-dən olan  fərdi şəxslərə və ya şirkətlərə satırsınızsa, onda tarif 0% təşkil edir. Əgər, yerli (eston) işçi-rezidentə əmək haqqı ödəmirsinizsə, sizdən ötrü bu əsasda da vergi yaranmır. Eston şirkətinin idarə heyətinin üzvünə əmək haqqı ödəmək öhdəliyi yoxdur və əgər, siz yığılmış mənfəəti paylaşdırmasanız, bu zaman da vergi ödəmirsiniz!

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2018-ci il üçün Estoniyada ödənilən əsas vergilər:

  • müəssisələrdən mənfəət vergisi – 0%
  • dövriyyədən vergi – 20%
  • sosial vergi tarifi – 33%
  • gəlir vergisi – 20%
  • dividendlərdən tutulan gəlir vergisi – 20/80
  • işsizliyə görə vergi (işçi) – 1,6%
  • işsizliyə görə vergi (işə götürən) – 0,8%
  • pensiya yığım fondu 2-ci dərəcə – 2%
  • 2018-ci il yanvarın 1-dən gəlir vergisinə cəlb edilməyən məbləğ – ayda 500 avro
  • 2018-ci il yanvarın 1-dən minimum əməkhaqqı – 500 avro (və ya bir saat ərzində 2,97 avro)
Həmçinin bax: Dünya ölkələrində vergi rejimi

Gəlir vergisi barədə bir qədər ətraflı məlumat

Estoniyada 2000-ci ildən hüquqi şəxslər üçün mənfəətdən 0% tarifində vergi tətbiq olunub. Bu yalnız şirkətlərin əldə etdiyi və paylaşdırılmamış gəlirlərə aiddir. Əgər, səhmdarlar və hissə sahibləri mənfəəti dividendlər şəklində paylaşdırmaq barədə qərar qəbul etsələr, onda şirkət səhmdarların əvəzindən 20% tarifi ilə vergi ödəyir. Misal üçün, paylaşdırıldıqdan sonra 10 000 avro düşürsə, ondan ödənilən vergi 2 000 avro təşkil edəcək.

2018-ci il yanvarın 1-dən dividendlərə görə 14%  vergi tarifi tətbiq olunmağa başlanılıb.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasib üzrə vakansiya

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibİşəgötürən: AS Group Investment LLC

Vəzifə: Baş mühasib

Tələblər:

• Yaş həddi: 27-40 yaş arası
• Təhsil: Ali iqtisadi təhsili
• İş təcrübəsi: Baş mühasib və ya Aparıcı mühasib olaraq minimum 4 il
• Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli
• Vergi, əmək qanunvericiliklərini bilməli
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
• Kompüter bacarıqları: Microsoft Office (excel-yüksək səviyyədə, word- orta), 1 C (işləmə bacarığı), Vergi saytında online E-qaimə, EVHF kəsmək bacarığı, BTP proqramında aylıq,rüblük,illik hesabatları sərbəst şəkildə tərtib edib aidiyyatı üzrə göndərmək, DSMF və statistika hesabatlarını tərtib edib aidiyyatı üzrə göndərmək. Online banking.
•  Dil bilikləri:  Azərbaycan dili sərbəst, rus və ingilis dillərində danışıq (arzu olunandır), yazmaq və oxumaq qabilliyyəti

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Şəxsi keyfiyyətlər:

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komandada işləmək bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları hazırlamaq;
• Nəğd pul və bank ödəmələri həyata keçirmək ,onlara nəzarət və sistemə işləmək;
• İnvoice-ların hazırlanmasını həyata keçirmək;
• Vergi saytında “online” E-qaimələrin, EVHF kəsilməsi ilə bağlı tapşırıqları həyata keçirmək;
• Daxili büdcəyə nəzarət etmək:
• Törəmə müəssisələr tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsinə, qanunla qəbul olunmuş bütün vergi və öhdəliklərin düzgün hesablanmasına, ödənilməsinə, dövlət hesabatlarının qanunla müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinə nəzarət etmək,
• Departament direktorunun digər tapşırıqlarını yerinə yetirmək.

E – mail : hr@asgroup.az

Həmçinin bax: 700 manat məvaciblə Mühasib axtarılır

Mənbə: jobseach.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.