Böyük dördlük audit şirkəti Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Böyük dördlük Böyük dördlük audit şirkəti KPMG Azerbaijan Mühasib axtarır


Ölkə: Azərbaycan

Sahə: Maliyyə/Mühasibat

Müqavilə forması: Daimi

Vəzifə: İnfrastruktur – Maliyyə/Mühasibat

İş səviyyəsi: Komanda üzvü

İş qrafiki: Tam iş günü

Həmçinin bax: “Mətanət A” mühasib axtarır
İşin təsviri:
  • İlkin mühasibatlığın təşkili;
  • Bankla əlaqəli əməliyyatların aparılması, fakturaların və vergi bəyannamələrinin verilməsi;
  • Debitor və kreditorlarla hesablaşmalar, qəbuletmə aktlarının hazırlanması;
  • Əsas vəsaitlərin uçotu;
  • Aylıq, rüblük və illik vergi bəyannamələrinin, e-qaimələrin, DSMF, statistik hesabatların hazırlanması;
  • Menecer tərəfindən tələb olunan digər məsələlər.
Tələblər:
  • Ali təhsil (Mühasibat, Maliyyə)
  • ACCA F3 və F7, CIMA bilməlidir;
  • Analitik düşünmə qabiliyyəti, vergi və digər qanunvericiliklə bağlı biliklər;
  • Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
  • 1C (8,2) proqramında işləyə bilməsi labüddür;
  • Şifahi və yazılı olaraq İngilis və Azərbaycan dillərini yaxşı səviyyədə bilmək;
Həmçinin bax: “Qoç Ət” MMC mühasib-operator axtarır

Müraciət etmək üçün bu linkə daxil olun.

Son müraciət tarixi: 30 iyun, 2018.

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib ailənin ulduz övladı

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib ailəMühasib ailəsindən olan bir oğlanın tarixçəsi.

O, 1960-cı il oktyabrın 18-də Brüsseldə, belçikalı mühasiblərin ailəsində dünyaya göz açmışdı. Anadangəlmə zəif, sısqa və ağlağan uşaq idi. Daim bədəni göy ləkələrlə dolu olardı, həmyaşıdları öz güclərini onun üzərində sınamaqdan həzz alırdılar. 11 yaşında atası onu karete bölməsinə gətirir və yəqin bu zaman valideyn bilmirdi ki, o övladının gələcək taleyini müəyyən edir.

O, qalın linzalı eynək taxırdı və bir neçə il klassik baletlə məşğul olmuşdu, hansı ki, nəticədə oğlana milyonlarla dollar vəsait gətirmişdi.

Həmçinin oxu: Allen Carr- Dünyanı dəyişən mühasib

Hamı evə getdikdən sonra gənc boş idman zalında daha bir neçə saat qalaraq karate fəndlərini öyrənirdi. Eyni zamanda həm də inadla psixoloji hazırlıq və autotreninqlə də məşğul olurdu. Nəticədə bütün bunlar öz bəhrəsini verdi və oğlan öz gücünə olan inamsızlığı dəf edə bildi.

O,  böyüklərlə bir yerdə məşq edirdi, yarışlarda o zaman yaş və çəki kateqoriyaları mövcud deyildi. 16 yaşında o, prestijli yarışda özündən iki dəfə yaşca böyük və çəkisi iki dəfə çox olan birini məğlub etdi.

Məşqçisi onun istedadlı olduğunu lap əvvəldən hiss etmişdi və elə ilk gündən öz şagirdinə çempion olacağını təlqin edə bilmişdi. Məşqçi hamıdan çox ona vaxt ayırırdı və məşqlər təkcə zal ilə məhdudlaşmırdı.

Məşqçi həftədə iki-üç dəfə gənci öz evinə dəvət edirdi və bu o demək idi ki, oğlan müəlliminin evinədək olan məsafəni qaçaraq getməli idi, məşqlər başa çatdıqdan sonra geriyə öz evinə doğru məsafəni də elə bu tərzdə qət etməli olurdu. Ümumilikdə bu, üç saat davam edən bir qaçışa çevrilirdi.

Zamanla məşqçi xüsusi məşqlər həyata keçirirdi, gəncə müdafiedici geyimlər geyindirərək, özünün ovçarka cinsindən olan itini onun üzrərinə buraxırdı.

Həmçinin oxu: Ən məşhur 10 mühasib

1978-ci ildə gənc qara kəmər aldı, 1980-ci il martın 8-də isə elə ilk raunddaca tullanaraq ayağı ilə alman Ditrix Targillzi bir zərbəyə nokaut vəziyyətinə salır və peşəkarlar arasında karate üzrə Avropa çempionu olur.

80-ci illərin əvvəllərində Çak Norrisin gecə klubunda mühafizəçi kimi çalışır. Dörd il ərzində Hollivudun bütün kino-studiyalarına zəng edir və filmdə çəkilmək istədiyini bildirir.

Nəhayət, 1988-ci ildə gənc kinoda çəkilir və “Qanlı idman” filmindəki rolu sayəsində bütün dünyada məşhurlaşır.

Yekunda bu sısqa gənc oğlan – Jan-Klod Van Damm – Hollivud ulduzuna çevrilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib fırıldaqları (10-cu sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasibMühasibatlıq – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan da çəkinmirlər.

Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının nəbzini öz əllərində məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

10-cu sxem
“Təsərrüfat” xərclərinin silinməsi zamanı olunan fırıldaqçılıq

İstənilən müəssisə təsərrüfat məsrəfləri ilə bağlı müntəzəm olaraq müəyyən miqdarda pul vəsaitləri sərf edir. Bu pullar adətən ofisin fəaliyyəti üçün zəruri sayılan elə də böyük olmayan dəst məhsulların alınmasına və müəssisənin sabit iş rejimini təmin etməkdən ötrü sərf edilir.

Misal üçün, texniki cihazlara xidmət üçün spreylər, təmizləyici məhlullar, salfetlər, dəftərxana ləvazimatları, zərflər, pəncərə şüşələrinin hermetikliyini təmin etmək üçün yapışqanlı kağızlar  və s. ola bilər.

Bir qayda olaraq, bunlara çəkilən xərclər elə də böyük olmur. Amma, buna baxmayaraq, vicdansız mühasiblər hətta bundan da nəsə çırpışdırmağa meyilli ola bilərlər.

Müəssisəyə həmin məhsulların alınması zəruri olduqda, mühasib onların ödənişini etmək üçün kassadan nağd pul götürür. Əgər, mühasib cəzalandırılmayacağına əmindirsə, o, məsələn, pulun yarısına mağazadan müəyyən təmizləyici məhlullar və ya kağızlar ala və kassadan götürdüyü məbləğin tən yarısını isə sadəcə öz cibinə qoya bilər.

Sonra alınan məhsulların silinməsi üçün mühasibə kassa çekləri və ya digər sənədlər lazım gələ bilər. Mühasibdən ötrü çatışmayan məbləğin yerini doldurmaq üçün bu cür çek və ya sənədlər əldə etmək elə də çətin məsələ deyil.

Əgər çeklər həqiqidirsə, düzgün tərtib olunubsa, məbləğlər də düz gəlirsə, onda mühasibi oğurluqda ittiham etmək çox mürəkkəb bir işdir.

Bütün bunlara baxmayaraq, saxtakarlığı aşkara çıxarmaq mümkündür. Necə? Hər şeydən öncə maraqlanın ki, mühasib niyə məhz, bu miqdarda pul sərf etməyi düşünür?

Mallar alındığı gün və ya ertəsi gün təcili şəkildə təsərrüfat xərcləri üçün xərclənən pul vəsaitləri ilə bağlı hesabat tələb edin. Aydındır ki, təsərrüfat işləri ilə bağlı  xırda-xuruş şeylər almaqdan ötrü elə də çox zaman sərf olunmur.

Məqalənin 9-cu hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 36% artıb

posted in: Xəbər | 0

dövlət büdcəsinə daxilolmalarBu il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 36% artıb


Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 325 mln. 636,70 min manat daxil olub.

“APA-Economics” komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar-may ayları ilə müqayisədə 350 mln. 733,39 min manat və ya 35,98% artıb.

Həmçinin oxu: Dövlət Gömrük Komitəsi növbəti struktur dəyişikliyinə hazırlaşr.

Ötən 5 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 341 mln. 474,10 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 911 mln. 941,60 min manat, aksizlər üzrə 57 mln. 927 min manat, yol vergisi üzrə isə 14 mln. 294 manat təşkil edib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.