Mühasib fırıldaqları (10-cu sxem)

birbank biznes

MühasibMühasibatlıq – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan da çəkinmirlər.

Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının nəbzini öz əllərində məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

10-cu sxem
“Təsərrüfat” xərclərinin silinməsi zamanı olunan fırıldaqçılıq

İstənilən müəssisə təsərrüfat məsrəfləri ilə bağlı müntəzəm olaraq müəyyən miqdarda pul vəsaitləri sərf edir. Bu pullar adətən ofisin fəaliyyəti üçün zəruri sayılan elə də böyük olmayan dəst məhsulların alınmasına və müəssisənin sabit iş rejimini təmin etməkdən ötrü sərf edilir.

Misal üçün, texniki cihazlara xidmət üçün spreylər, təmizləyici məhlullar, salfetlər, dəftərxana ləvazimatları, zərflər, pəncərə şüşələrinin hermetikliyini təmin etmək üçün yapışqanlı kağızlar  və s. ola bilər.

Bir qayda olaraq, bunlara çəkilən xərclər elə də böyük olmur. Amma, buna baxmayaraq, vicdansız mühasiblər hətta bundan da nəsə çırpışdırmağa meyilli ola bilərlər.

Müəssisəyə həmin məhsulların alınması zəruri olduqda, mühasib onların ödənişini etmək üçün kassadan nağd pul götürür. Əgər, mühasib cəzalandırılmayacağına əmindirsə, o, məsələn, pulun yarısına mağazadan müəyyən təmizləyici məhlullar və ya kağızlar ala və kassadan götürdüyü məbləğin tən yarısını isə sadəcə öz cibinə qoya bilər.

Sonra alınan məhsulların silinməsi üçün mühasibə kassa çekləri və ya digər sənədlər lazım gələ bilər. Mühasibdən ötrü çatışmayan məbləğin yerini doldurmaq üçün bu cür çek və ya sənədlər əldə etmək elə də çətin məsələ deyil.

Əgər çeklər həqiqidirsə, düzgün tərtib olunubsa, məbləğlər də düz gəlirsə, onda mühasibi oğurluqda ittiham etmək çox mürəkkəb bir işdir.

Bütün bunlara baxmayaraq, saxtakarlığı aşkara çıxarmaq mümkündür. Necə? Hər şeydən öncə maraqlanın ki, mühasib niyə məhz, bu miqdarda pul sərf etməyi düşünür?

Mallar alındığı gün və ya ertəsi gün təcili şəkildə təsərrüfat xərcləri üçün xərclənən pul vəsaitləri ilə bağlı hesabat tələb edin. Aydındır ki, təsərrüfat işləri ilə bağlı  xırda-xuruş şeylər almaqdan ötrü elə də çox zaman sərf olunmur.

Məqalənin 9-cu hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email