Mühasib ailənin ulduz övladı

birbank biznes

Mühasib ailəMühasib ailəsindən olan bir oğlanın tarixçəsi.

O, 1960-cı il oktyabrın 18-də Brüsseldə, belçikalı mühasiblərin ailəsində dünyaya göz açmışdı. Anadangəlmə zəif, sısqa və ağlağan uşaq idi. Daim bədəni göy ləkələrlə dolu olardı, həmyaşıdları öz güclərini onun üzərində sınamaqdan həzz alırdılar. 11 yaşında atası onu karete bölməsinə gətirir və yəqin bu zaman valideyn bilmirdi ki, o övladının gələcək taleyini müəyyən edir.

O, qalın linzalı eynək taxırdı və bir neçə il klassik baletlə məşğul olmuşdu, hansı ki, nəticədə oğlana milyonlarla dollar vəsait gətirmişdi.

Həmçinin oxu: Allen Carr- Dünyanı dəyişən mühasib

Hamı evə getdikdən sonra gənc boş idman zalında daha bir neçə saat qalaraq karate fəndlərini öyrənirdi. Eyni zamanda həm də inadla psixoloji hazırlıq və autotreninqlə də məşğul olurdu. Nəticədə bütün bunlar öz bəhrəsini verdi və oğlan öz gücünə olan inamsızlığı dəf edə bildi.

O,  böyüklərlə bir yerdə məşq edirdi, yarışlarda o zaman yaş və çəki kateqoriyaları mövcud deyildi. 16 yaşında o, prestijli yarışda özündən iki dəfə yaşca böyük və çəkisi iki dəfə çox olan birini məğlub etdi.

Məşqçisi onun istedadlı olduğunu lap əvvəldən hiss etmişdi və elə ilk gündən öz şagirdinə çempion olacağını təlqin edə bilmişdi. Məşqçi hamıdan çox ona vaxt ayırırdı və məşqlər təkcə zal ilə məhdudlaşmırdı.

Məşqçi həftədə iki-üç dəfə gənci öz evinə dəvət edirdi və bu o demək idi ki, oğlan müəlliminin evinədək olan məsafəni qaçaraq getməli idi, məşqlər başa çatdıqdan sonra geriyə öz evinə doğru məsafəni də elə bu tərzdə qət etməli olurdu. Ümumilikdə bu, üç saat davam edən bir qaçışa çevrilirdi.

Zamanla məşqçi xüsusi məşqlər həyata keçirirdi, gəncə müdafiedici geyimlər geyindirərək, özünün ovçarka cinsindən olan itini onun üzrərinə buraxırdı.

Həmçinin oxu: Ən məşhur 10 mühasib

1978-ci ildə gənc qara kəmər aldı, 1980-ci il martın 8-də isə elə ilk raunddaca tullanaraq ayağı ilə alman Ditrix Targillzi bir zərbəyə nokaut vəziyyətinə salır və peşəkarlar arasında karate üzrə Avropa çempionu olur.

80-ci illərin əvvəllərində Çak Norrisin gecə klubunda mühafizəçi kimi çalışır. Dörd il ərzində Hollivudun bütün kino-studiyalarına zəng edir və filmdə çəkilmək istədiyini bildirir.

Nəhayət, 1988-ci ildə gənc kinoda çəkilir və “Qanlı idman” filmindəki rolu sayəsində bütün dünyada məşhurlaşır.

Yekunda bu sısqa gənc oğlan – Jan-Klod Van Damm – Hollivud ulduzuna çevrilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email