Mühasibat uçotunun təşəküllü və inkişafı (7-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotuİnqilaba qədərki Rusiyada mühasibat uçotu əsasən o vaxtadək mühasibat sahəsində mövcud olan qaydalar əsasında aparılırdı. İ. Axmatov, A. Rudanovskiy, F. Yezerskiy öz əsərlərində yeni ideyalar irəli sürməyə və onları təcrübədə tətbiq etməyə cəhd göstərirdilər.

İ. Axmatov bəzi fransız ideyalarının tərəfdarı idi. “İtalyan və ya təcrübə mühasibatlığı” əsərində o, ilk dəfə mühasibat uçotunun siyasi iqtisadın bir hissəsi (çox güman ki, o, De la Portanın ideyalarının təsiri altına düşmüşdü) olduğunu təsdiq etdi. Axmatov öz işində uçota və fabrik mühasibatına diqqət ayırırdı.

Yezerskiy – rus iqtisadçısı, nəzəriyyəçisi. Mühasibat işlərindən təcrübədə istifadə edirdi, “Hesablayıcılar cəmiyyəti” jurnalının naşiri idi. O, fransız məktəbinin müddəalarına çox yaxın olan mühasibat uçotunun maliyyə təfsirini verməyə çalışdı. O, Rusiyada ən kütləvi mühasib kurslarının yaradıcısı hesab olunur. “Yalanlar, zərərlər və səhvlər, ikili italyan mühasibat sistemi çərçivəsində gizlənən düzgün balanslarda və  rus üçlü sisteminin üzə çıxardığı düzgün əlamətlər” kitabında (1876-cı il) F. Yezerski mühasibat hesabatlılığının özünə aid orijinal şəxsi formasını təklif etdi. O, mühasibat işlərində kənardan götürülmə terminologiyanın yerinə rus sözlərindən istifadə etməkdə təkid edirdi.

Rudanovskiy rus mühasibi idi, hansı ki, “fransız doktrinasını italyan rəng çalarlarında” ifadə edirdi. O, həm balansı həm də dinamikanı statika (əsil həqiqətdə balans) və maliyyə nəticələrinin hesabatı (hansı ki, o büdcə adlandırırdı) kimi qururdu. Rudanovskiy nəzərdən keçirilmiş obyektlərin yenidən qiymətləndirilməsinin yolverilməz olduğunu təkid edirdi. Hesabat dövründə dolayı xərcləri əks etdirən nəticə hesablarından geniş istifadəni tələb edirdi və fondun mühasibat kateqoriyasını (kapitalın əvəzinə) əsaslandırırdı. A. Rudanovskiy sübut etməyə çalışırdı ki, baş mühasib, yalnız özündən bir pillə yuxarıda dayanan baş mühasibə tabe olmalı  – və heç vaxt istənilən səviyyədən olan rəhbərə tabe olmamalı idi. Alim öz əsərlərində qiymətləndirməni mühasibat uçotunun əsasını təşkil etdiyini dəfələrlə qeyd etmişdi, həmçinin hesablama predmeti və metoduna yeni yanaşma təklifi irəli sürmüşdü. A. Rudovskinin nəzəriyyəsinin vacib bir aspekti özü tərəfindən irəli sürülmüş “balansın normallaşdırılması” anlayışı oldu. Onun fikrincə normallaşdırma  uyğunlaşma qanunundan irəli gəlirdi, hansı ki, fondlaşdırma,  ehtiyat və büdcəni nəzərdə tuturdu. O, təbii inventarlaşdırmanı hesablama inventarlaşdırmasından fərqləndirməyi təklif edir, “fond”, “hesabın əsaslandırılması”, “realizə olunması”, “balans külliyatının yalnız birbaşa vasitələrə əsaslanması”, “gəlir cədvəlləri prinsipləri” və s. anlayışlarına aid bir sıra ideyalar vermişdi.

Təhkimçilik hüququnun ləğvi və kapitalizmin inkişafı Rusiyada mühasibat düşüncəsi üçün güclü stimul oldu. Öz inkişafında o, bir neçə mərhələdən keçdi, bunlardan ən mühüm olanları XIX əsrin ikinci yarısında fəaliyyət göstərmiş görkəmli alimlərin: P. Reynbot, A. Prokofyev, İ. Valitskiy, S. İvanova və E. Feldhauzenin adı ilə bağlıdır. Onlar ənənəvi bilikləri təmsil edir və onun ifadəçiləri idilər,  eyni zamanda mühasibat nəzəriyyəsinin inkişafına istiqamətlənmiş təkliflərin  müəllifləri oldular.

Mühasibat uçotunun inkişaf prosesində belə bir anlayış ortaya çıxdı ki, mühasibat balansı biznesin hərəkərini əks etdirir, hansı ki, onun əsasında daha çox gəlir əldə etmək məqsədini səmərəli korrektə etmək mümkündür.Belə bir uçotun əhəmiyyəti təqdir olundu və mühasibat uçotu biznesin ayrılmaz tərkib hissəsinə çevrildi.

Məqalənin 6-cı hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

5 milyon manatlıq oğurluq

posted in: muhasibat, Xəbər | 0

oğurluqMoskvanın Presnenskiy rayon məhkəməsi, 200 milyon rublluq oğurluqdan bəhs edən cinayət işi ilə əlaqəli “Sedmoy studiya”nın keçmiş mühasibi Nina Maslyayevanın həbsi barədə qərar çıxarıb. Qeyd edək ki, sözügedən cinayət işində studiyanın rejissoru Kiril Serebrennikov şahid kimi keçir.

“Sedmaya studiya” Srebrennikov tərəfindən 2012-ci ildə yaradılmış teatr truppasıdır. İstintaq versiyasına görə, 2011-2014-cü illərdə mühasib Maslyayeva və truppanın bir sıra rəhbər işçiləri, dövlət tərəfindən incəsənətin inkişafı və pupulyarlaşdırılması üçün ayrılan 200 milyon rublu oğurlayıblar. Maslyayeva və onun təxmin edilən tərəfdaşı Yuriy İtin 1 milyon 286 min rublun mənimsənilməsində ittiham olunurlar.

Maslyayeva bundan əvvəl öz təqsirini etiraf etmişdi. O, Moskvada “Qoqol mərkəzində” və Serebrennikovun evində eyni zamanda aparılan yoxlamadan dərhal sonra saxlanlmışdı.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotu üzrə “Yay təcrübə proqramı”

posted in: İş elanı, muhasibat, Xəbər | 0

təcrübəAzecolab 2018-ci il üzrə “Yay Təcrübə Proqramı” nı açıq elan edir!

Ali məktəbi bu il bitirən, hal-hazırda magistratura mərhələsində təhsil alan və yaxud məzun olmuş şəxslər təcrübə proqramına qoşula bilərlər. Təcrübə proqramının sonunda uğurlu təcrübəçilər işlə təmin ediləcəklər.

Təcrübə proqramı Maliyyə, mühasibat uçotu və həmçinin avadanlıqların kalibrlənməsi üzrə sahələri əhatə edir. Maraqlanan şəxslər CV-lərini ünvanına göndərə bilərlər.

Həmçinin bax: Bank Respublikada “Yay təcrübə proqramı”

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinin 98-ci maddəsinin misallarla izahı

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsi

Sual: 1. Vergi Məcəlləsinin 98.2-ci maddəsində göstərilən-işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc-sinfinə daxil olan xərclərə misal göstərə bilərsiniz?

2. Vergi Məcəlləsinin 98.2.3-ci maddəsinə görə, məsələn, işçilərə verilən danşıq haqqı, kirayə haqqı, benzin bunların hamısı, işçinin vergi tutulan gəlirinə aid olurmu?

3. Vergi Məcəlləsinin 98.2.5-ci maddəsində işəgötürən tərəfindən ödənilən sığorta haqlarına işçilərin icbari həyat sığortası və KASKO sığorta daxildirmi?

4. Vergi Məcəlləsinin 98.4-cü maddəsinin izahının verilməsini və misal çəkilməsini xahiş edirəm.

Cavab 1: Bildiririk ki, sözügedən maddədə işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc nəzərdə tutulur. Belə ki, işəgötürənin istehsal etdiyi və bazar qiyməti (pərakəndə satış qiyməti) 600 manat olan malı aylıq vəzifə maaşı 400 manat olan işçisinə 450 manata təqdim etdikdə, 150 manat (600-450) işçinin müzdlu işdən gəlirinə əlavə edilməklə vergiyə cəlb edilməli olan aylıq gəliri 550 (400+(600-450) manat təşkil edəcəkdir. Maddədə sözügedən xərc isə 450 manatdır (400 manat ə/h + 50 manat işçi tərəfindən ödənilən məbləğ).

Həmçinin bax: Vergi Məcəlləsinin 133.4-cü maddəsinin misallarla izahı

Bax: Vergi Məcəlləsinin 98.2-ci maddəsi.

Cavab 2: Bildiririk ki, sözügedən maddə işəgötürən tərəfindən işçinin fərdi xərcləri kimi qiymətləndirilən xərclərinin əvəzinin ödənilməsinin muzdlu işdən gəlirlərə aid edilməsini müəyyən edir.

Bax: Vergi Məcəlləsinin 98.2.3-cü maddəsi.

Cavab 3: Bildiririk ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta haqqı dedikdə risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği başa düşülür. Sığorta müqaviləsi isə sığortanın istənilən növünü əhatə edən bir məfhum olduğundan sorğunuzda qeyd olunan hər iki hal sözügedən maddənin əhatə dairəsinə daxildir.

Bax: Vergi Məcəlləsinin 98.2.5-ci maddəsi.

Cavab 4: Bildiririk ki, sözügedən maddəyə uyğun olaraq fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəliri müəyyən edilərkən, muzdlu işə aid olan gəlirlərin məbləğlərinə və nəzərə alınan xərclərinə işəgötürənin ödəməli olduğu aksizlər, əlavə dəyər vergisi və hər hansı digər vergilər daxil edilir. Məsələn, ƏDV ödəyicisi olan işəgötürən öz işçisinə malı hədiyyə etdiyi halda ƏDV tətbiq etməklə onun dəyərinə əlavə etməli və satış qiyməti ilə işçinin gəlirlərinə aid etməlidir. Müddəanın daha aydın başa düşülməsi üçün belə bir misalı nəzərinizə çatdırırıq: işəgötürən öz istehsalı olan bazar qiyməti (ƏDV-siz) 500 manat dəyərində olan mebel dəstini aprel ayında öz işçisinə hədiyyə vermişdir. Bu halda mebel dəstinin dəyərinə 18% dərəcə ilə 90 manat (500*18%=90) ƏDV tətbiq edilməlidir. Gəlir vergisi hesablanarkən ƏDV daxil olmaqla 590 manat (500+90=590) işçinin vergi tutulan aylıq gəlirinə əlavə olunur.

Bax: Vergi Məcələsinin 98.4-cü maddəsi.

Həmçinin bax: Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin misallarla izahı

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.