Azərbaycanda uçot dərəcəsi aşağı salındı

posted in: Xəbər | 0

uçot dərəcəsiAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi ilə ölkədə kreditlərin tezliklə ucuzlaşması gözlənilmir.

Buna səbəb bankların kredit portfelinin formalaşmasında AMB-dən cəlb etdikləri vəsaitin payının az olmasıdır.

Məsələn, bu il mayın 1-nə olan vəziyyətə görə, bankların 23 779,7 mln. manatlıq öhdəliyinin cəmi 457,5 mln. manatlıq hissəsini və yaxud, təxminən, 2%-ni tənzimləyici qurumdan alınmış borclar təşkil edib. Üstəlik, apreldə bu rəqəm 41,5 mln. manat azalıb. Əvəzində həmin ay banklar fiziki şəxslərdən borclanmanın məbləğini 233 mln. manat artırıblar. Başqa sözlə, kredit faizlərini, əsasən, əmanət faizləri formalaşdırır. Əgər AMB kreditlərin ucuz olmasında maraqlıdırsa, banklar mərkəzləşdirilmiş kredit resursları ilə təminat səviyyəsini artırmalıdır.

Bununla belə, uçot dərəcəsinin azaldılması əmanətləri ucuzlaşdıracaq. Müşahidələr göstərir ki, adətən, banklar əmanət faizlərini AMB-nin müəyyən etdiyi faiz dəhlizinə uyğunlaşdırırlar. Bu, uzunmüddətli perspektivdə kreditləri də ucuzlaşdıra bilər. Hətta banklardakı faizlərdən asılı olaraq əmanətlərin sığortalanma faizinin də azaldılması mümkündür. Hələ ki, bu göstərici manat əmanətləri üçün 15%, dollar əmanətləri üçün isə 3%-dir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat və vergi uçotunun formalaşdırılması

posted in: muhasibat, Məqalə, Vergi, Xəbər | 0

vergi uçotuMühasibat uçotu formalaşdırılarkən:

  • şirkətin iqtisadi əməliyyatları, onun strukturu öyrənilir;
  • zəruri sənəd dövriyyəsi və şirkətin mühasibat və vergilər uçotunda sənədlərin əks olunması qaydası müəyyən edilir.

Uçotun formalaşdırılması – bu, mühasibatlığın fəaliyyətə nədən başlamalı olduğunu  bildirir.

Uçotun formalaşdırılması niyə zəruridir? Həqiqətən, çox vaxt elə gəlir ki, əməliyyatlar sadədir, yəni, “onsuz da hər şey aydındır”. Eyni zamanda yoxlamaların təcrübəsi göstərir ki:

  1. Çox vaxt müəssisələrdə bəzi sənədlər, ümumiyyətlə tərtib olunmur. Misal üçün, bunlar şirkətdaxili hərəkət edən və hesabdan silmə ilə bağlı sənədlər, istehsalda təmir, ehtiyat hissələri və s. dəyişdirilməsi ilə bağlı xidməti qeydlərdir. Bu sənədlər əsasında məhz, işçilərin maddi məsuliyyəti və xərclərin hesablanmasının iqtisadi məqsədəuyğunluğu barədə danışmaq olar;
  2. Bəzi sənədlər düzgün tərtib olunmur. Məsələn, yüklərin göndərilməsi ilə bağlı sənədlər (malın adı düzgün yazılmır və ya rekvizitlər doldurulur), çox vaxt etibarnamələr düzgün doldurulmur;
  3. Sənədlərin niyə düzgün doldurulmamasının səbəbləri aydınlaşdırılarkən, məlum olur ki, bu sənədlərin doldurulmasına məsul olan şəxslər, sən demə, heç onların necə tərtib olunmasını belə bilmirlərmiş;
  4. Və digərləri.
Həmçinin oxu: “Mühasibat uçotu” termininin müəyyən edilməsi.

Burada mühasibat uçotuna laqeydlik müşahidə edilən müəssisələrdə baş verən və  yalnız ən çox müşahidə olunan məqamlar yer almışdır.

Uçotun savadlı şəkildə formalaşdırılması, müəsssisələri sənədlərin düzgün tərtib olunmaması ilə əlaqəli bir çox risklərdən müdafiə edə bilir.

Mühasibat uçotunun formalaşdırılması xidməti ilə bağlı qiymətlər iqtisadi əməliyyatların sayından və onların mürəkkəbliyindən asılıdır.

Müştəridən onun sahibkarlıq fəaliyyəti ilə bağlı alınan bütün məlumatlar bizdən ötrü məxfilik daşıyır və onların yayılmasına heç bir halda yol verilmir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi əməkdaşına rüşvət verən mühasibin aqibəti

posted in: muhasibat, Məqalə, Vergi, Xəbər | 0

rüşvətMühasib vergi əməkdaşına rüşvət təklifi etdiyinə görə cəzalandırılıb. 


Başqırdıstanda (Rusiya) mühasib vergi əməkdaşına rüşvət təklif edib. Başqırdıstan məhkəməsi şirkətlərdən birinin 37 yaşlı əməkdaşı ilə bağlı qərar çıxarıb. O, Federal vergi xidmətinin yerli şöbəsinin əməkdaşına rüşvət təklif etməkdə təqsirli bilinib. İstintaq versiyasına görə, ötən ilin yanvar ayında ticarət şirkətində səyyar vergi yoxlaması keçirilib. Yoxlamanın gedişi zamanı ticarət təşkilatının mühasibi pozuntu hallarını ört-basdır etmək üçün vergi müfəttişinə 200 min rubl rüşvət təklif edib. Razılıq əldə olunduqdan sonra vergi orqanının əməkdaşı fakt haqqında polis orqanına məlumat verib. Qadın həmin məbləği təqdim edərkən, polis əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs öz təqsirini qismən etiraf edib və məhkəmə qərarı ilə iki il yarım müddətinə şərti cəza alıb. Bundan əlavə, mühasib həm də 600 min rubl cərimə ödəməli olacaq.

Cəzanın həddən artıq yumşaq olduğunu hesab edən prokurorluq məhkəmə qərarından şikayət vermək niyyətindədir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə fırıldaqçılığına qarşı yeni alətlər

posted in: Maliyyə, Xəbər | 0

kaspersky“Kaspersky Lab” onlayn maliyyə fırıldaqçılığına qarşı yeni alətlər təklif edib


“Kaspersky Lab” şirkəti maliyyə sahəsində onlayn fırıldaqçılığa qarşı yeni nəsil həllər istehsal edib.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Yenilənmiş “Kaspersky Fraud Prevention” indi “Kaspersky Advanced Authentication” və “Kaspersky Automated Fraud Analytics” adlı iki ayrı məhsuldan ibarətdir. Birinci alət istifadəçinin hesabının etibardan salınmasının müxtəlif ssenarilərinin qarşısını alır, ikinici isə maliyyə fırıldaqçılığının ən mürəkkəb hallarını belə müəyyənləşdirib araşdırmağa kömək edir. Müdafiənin bu cür diversifikasiyası internetdə tranzaksiya keçirən müxtəlif təşkilatlara maliyyə təhlükəsizliyinin daha aktual tərəfləri üçün həllər seçməyə imkan yaradacaq.

“Kaspersky Advanced Authentication” adlı yeni həlldə realizə olunan maşın təlimi texnologiyaları və mürəkkəb riyazi alqoritmlər istənilən qeyri-adi, o cümlədən fırıldaqçı aktivlikləri login və parolu daxiletmə mərhələsində operativ şəkildə müəyyənləşdirməyə kömək edir. “Kaspersky Lab”ın həlli davranış və biometrik məlumatları təhlil edir, həmçinin istifadə olunan avadanlığın etibarını yoxlayır. Bütün bu proseslər istifadəçidən əlavə hərəkətlər tələb etmir, lakin əsaslandırılmış şübhə yarandığı halda internet-mağaza şəxsiyyətin təsdiqlənməsi üçün həmişə müştərisi ilə əlaqə saxlaya biləcək.

Öz növbəsində, bu gün maliyyə təşkilatlarının qarşısında kibersoyğunçuluğun, onlayn-fırıldaqçılığın və internetdə pulların yuyulmasının müxtəlif sxemlərin qarşısını almaq kimi olduqca kəskin məsələ durur. “Kaspersky Automated Fraud Analytics” adlı yeni məhsul məhz bu cür problemin həlli üçün yaradılıb.

Tranzaksiyanın keçirilməsi ilə bağlı bütün istifadəçi sessiyası ərzində həll yüzlərlə müxtəlif indikatorları təhlil edir və yoxlayır və əldə etdiyi məlumatları maliyyə kibercinayətkarlıqlarının spesifik ssenariləri ilə müqayisəsini aparır. Bu cür yanaşma ən erkən mərhələlərdə belə ciddi hadisələri avtomatik olaraq müəyyən etməyə imkan yaradır.

“Onlayn-fırıldaqçılıq əvvəlki kimi maliyyə təşkilatları üçün təhlükə doğurur, lakin bu riskə digər sahələr də məruz qalmağa başlayır. Bu gün ən müxtəlif şirkətlər vəsait və resurslarını bizneslərinin rəqəmsal əməliyyatlarını inkişaf etdirilməsinə yönəldir. Məhz bu səbəbdən biz maliyyə fırıldaqçılığından müdafiə olunan yanaşmamıza yenidən baxmağa qərara gəldik. Daha da ixtisaslaşmış və dar istiqamətli həllər təklif edərək, biz təşkilatlara təhlükəsizlik sistemlərini vacib olan yerlərdə möhkəmləndirmək imkanını veririk”, – deyə “Kaspersky Fraud Prevention”un rəhbəri Aleksandr Yermakoviç bildirib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.