Read More9
Read More9

Ölkədaxili nağdsız əməliyyatların həcmi açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı sentyabr ayına nisbətən 301 min ədəd artaraq 19,46 milyonu ötüb.

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,7 faiz, kredit kartları üzrə 3,2 faiz təşkil edib.

Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.

2024-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6939 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64 faizini təşkil edib.

Mənbə: vergiler.az

536 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot

Malların alış aktları ilə bağlı nələr dəyişdi?

posted in: Xəbər | 0

Vergi orqanında uçota durmayan (VÖEN-i mövcud olmayan) fiziki şəxslərdən mallar alınan zaman elekton alış aktının tərtib edilməsi Vergi Məcəlləsinin 71-2-ci maddəsi ilə tənzimlənir. Nazirlər Kabinetinin 20 noyabr 2024-cü il tarixli qərarı ilə alış aktlarının tərtib olunması qaydalarında dəyişiklik edilib. 

Qanunvericiliyin yeni tələblərini iqtisadçı-ekspert Emin Səttarov şərh edir:  

Elektron alış aktının tətbiqi, uçotu və istifadə qaydaları Nazirlər Kabinetinin 243 nömrəli 7 iyul 2020-ci tarixli qərarı ilə tənzimlənir. Həmin sənədə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən, yəni vətəndaşlardan hər hansı mal alınan zaman kağız daşıyıcıda alış aktı tərtib olunmalı, hər iki tərəf imzalamalı və malların alış tarixindən sonra 5 gün ərzində mühasibatlığa təqdim edilməklə həmin kağız daşıyıcı əsasında elektron alış aktı tərtib olunmalıdır. Əgər ödəyicinin elektron alış aktını yerində tərtibetmə imkanı varsa, kağız daşıyıcıda alış aktının tərtib edilməsinə ehtiyac qalmır. Həmin elektron alış aktı çap olunub satıcı tərəfindən imzalandığı halda, əməliyyatın aparılmasını təsdiq edən sənəd hesab olunur. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır.

Lakin araşdırmalar zamanı bir çox hallarda malı təqdim edən şəxsin təqdimetmədən xəbəri olmadığını və ya imzanın ona aid olmamasını əsas gətirirdilər. Bu cür nüansların qarşısını almaq məqsədilə Nazirlər Kabinetinin 243 nömrəli 7 iyul 2020-ci tarixli qərarına 20 noyabr 2024-cü il tarixində ayrıca dəyişiklik edilib. Dəyişikliyə əsasən, elektron alış aktının ilkin tərtibi və ya elektron alış aktının ləğvi zamanı vergi orqanında uçotla olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq gəldikdən sonra vergi ödəyicisinin gücləndirilmiş elektron imzası vasitəsilə tərtib olunmalıdır. Bu cür tənzimlənmə malların həqiqətən fiziki şəxs tərəfindən təqdim olunmasını sübut edir. Eyni zamanda, gələcəkdə vergi yoxlamaları zamanı vergi orqanı ilə mübahisəli halları minimuma endirmiş olacaq.

Elektron alış aktı tərtib olunan zaman diqqət edilməli məqamlar aşağıdakılardan ibarətdir:

1. Ümumiləşdirilmiş adlardan (kənd təsərrüfat məhsulları, tikinti materialları) istifadə edilməməlidir. Bu qeydlərə yol verildiyi halda, təqdim olunmuş elektron alış aktı etibarsız hesab edilə, gəlirdən çıxılan xərc kimi nəzərə alınmaya bilər.

2. Elektron alış aktına düzəliş edilməsi və ya geri qaytarılması prosesləri ödəyici tərəfindən həyata keçirilir. Geri qaytarılma zamanı yeni seriya və nömrəsi olan elektron alış aktı tərtib edilib gücləndirilmiş elektron imza vasitəsilə təsdiq olunmalıdır. Düzəliş edilən elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir.

3. Elektron alış aktının ləğv edilməsi vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq gəldikdən sonra vergi ödəyicisinin gücləndirilmiş elektron imzası vasitəsilə tərtib olunmalıdır.

Mənbə: vergiler.az

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir

İstifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi verilməsi

posted in: Xəbər | 0

İstifadə edilməmiş məzuniyyətlər

İşəgötürənlə əmək münasibətlərində olan işçilər AR Əmək Məcəlləsi ilə tənzimlənən  məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Müqaviləyə xitam verildikdə  istifadə məzuniyyət hüququndan istifadə qaydası, habelə istifadə olunmamış məzuniyyət kompensasiyanin  hesablanması  Məcəllənin iyirimi üçüncü fəslinin maddələrinə uyğun həyata keçirilir. Həmin maddəyə görə müqaviləsi ləğv olunmuş işçiyə, onun istəyinə uyğun olaraq istifade edilmemis mezuniyyet gunleri üçün:

  • məzuniyyətin verilməsi təmin edilir  (ƏM 70-ci maddənin a və ç bəndlərinə əsasən müqavilənin ləğvi istisna olmaqla), yaxud;
  • pul əvəzi – istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilir.

İşçinin işdən azad olunduğu tarix həmin məzuniyyətin son günü hesab edilir. Bəzi hallarda  müqaviləsi ləğv edilən işçi əvvəlki illərdə istifade edilmemis mezuniyyet gunleri əvəzinə pul əvəzi istəyə bilər. İstifadə edilməmiş məzuniyyətə görə pul əvəzi- kompensasiyanın verilməsi qaydası AR ƏM-nin 144-cü maddəsi ilə tənzimlənir. İstifadə olunmamış məzuniyyətin hesablanması əmək məzuniyyətinin hesablanması ilə eynidir. 

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya

Müqavilənin hansı səbəbdən ləğv olunmasından asılı olmayaraq işçiyə müvafiq iş ilində  istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar verilməlidir. Belə pul əvəzinin verilməsi əsas əmək məzuniyyətinə aiddir. Qanunvericiliyə uyğun olaraq  əlavə məzuniyyətlərə, təhsil, yaradıcılıq, həmçinin sosial məzuniyyətlərə görə kompensasiyalar ödənilmir. Cari iş ilini tam işləyərək başa vuran işçilərə istifade edilmemis mezuniyyet gunleri üçün orta əmək haqqı tam həcmdə hesablanaraq verilməlidir.

Əmək müqaviləsinə xitam verilərkən işçi öz arzusu ilə əmək məzuniyyətindən (42, 46, 56 təqvim günü və s.) istifadə edə bilər və məzuniyyətin son günü işçinin işdənçıxma tarixi hesab edilir. Məzuniyyətdən istifadə edilmədiyi halda isə əmək müqaviləsinə xitam verilərkən hər hansı şərt və ya məhdudiyyət qoyulmadan bütün iş illərinin əsas məzuniyyətinə (çalışdığı peşəsi (vəzifəsi) nəzərə alınmaqla 21 və ya 30 təqvim günü) görə pul əvəzinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Bunu rəsmi mənbələr də təsdiq edir.

Həmçinin, əvəzçiliklə işləyən işçilər də, əsas işçilər kimi, istifade edilmemis mezuniyyet gunleri üçün məzuniyyət kompensasiyanin hesablanması aparılır.

Ola bilər ki, işçi müvafiq iş ilində əvvəlcədən məzuniyyətə buraxılmış olsun və onun müqaviləsinə iş ili başa çatmamış  xitam verilsin. Bu halda verilmiş məzuniyyət haqqının müəyyən hissəsi işçidən geri alına bilər. Əgər işəgötürən işçi ilə aparılan son haqq hesab  zamanı məzuniyyət pulunu işçidən tuta bilmirsə, gələcəkdə həmin vəsaitin məhkəmə vasitəsi ilə tutulması mümkün deyildir. Məhkəmələrdə qaldırılan belə iddialar təmin edilməməlidir.  Müqavilə və sazişlərdə bəzi kateqoriyadan olan işçilərdən məzuniyyət pulunun müvafiq hissəsinin tutulmaması şərti müəyyən edilə bilər.

İstifadə edilməmiş məzuniyyətin hesablanması

ƏM-nin 131-ci maddəsinə uyğun olaraq işçinin məzuniyyətdən istifadə hüququ əmək müqaviləsinin bağlandığı müddətdən  altı ay  sonra yaranır. Lakin, işçi 6 aydan az müddətdə işləyərək işdən ayrılıbsa, yenə də ona  məzuniyyətə görə kompensasiya ödənilməlidir.

Kompensasiyanın hesablanma qaydası  əmək məzuniyyətinin hesablanması  ilə eynidir (ƏM 111-ci maddə).

Nümunə 1: İşçiyə son 12 ayda verilən əmək haqqı 5000 AZN təşkil edir. istifade edilmemis mezuniyyet gunleri isə iyirmi gündən ibarətdir. məzuniyyət kompensasiyanin hesablanması qaydası aşağıdakı kimidir:

((( əvvəlki 12 ayda gəlir) / 12 ay)/ 30,4)* məzuniyyət günlərinin sayı

(((5000 / 12) / 30,4)*20 gün = 274,1 manat

Əsas məzuniyyətə görə hesablanan kompensasiyadan bütün icbari ödəmələrin (gəlir vergisi, məcburi dövlət sosial ayırması,  icbati tibbi sığorta) tutulması təmin edilməlidir.

Əgər işçi 12  aydan az işləyərək işdən çıxarsa, məzuniyyətin pul əvəzinin ödənilməsi üçün   onun faktik işlədiyi tam təqvim ayları əsas götürülür.

Nümunə 2: 2020-ci il 01 yanvar tarixində işə başlayan işçinin əmək haqqı 300 AZN hesablanıb. Dörd ay sonra işçi işdən ayrılmışdır. Bu işçiyə məzuniyyət kompensasiyanin hesablanması aşağıdakı qaydada olacaqdır:

(1200 / 4) / 30,4) = 9,87

30 gün / 12 = 2,5 (1 aya düşən məzuniyyət günü);

2,5 x 4 = 10 gün;

9,87 x 10 = 98,78. 

İşçiyə 98,70 manat kompensasiya (məzuniyyətə görə pul əvəzi) hesablanmış olur. Həmin məbləğdən də vergi tutulmalıdır. 

İşçilərə təyin edilən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya qanunvericiliyə uyğun olaraq əmsallaşdırılıb ödənilməlidir.

536 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot

536 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Tikinti müqavilələri

Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 536 saylı hesabda uçota alınır. Bu hesab Hesablar Planının 53-cü maddəsinə aiddir.

Tikinti obyektlərinin inşa edilməsi, təmiri, bərpası, yenidən qurulması, sökülməsi tikinti fəaliyyəti sayılır. Şəhərsalma, tikinti fəaliyyətinin hüquqi əsasları, prinsipləri, həmçinin dövlət, bələdiyyə, fiziki yaxud hüquqi şəxslərin şəhərsalma, tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələri AR “Şəhərsalma və tikinti qanunvericiliyi”  əsasında tənzimlənir.

Bu bölmədə tez-tez istifadə edəcəyimiz podratçı, sifarişçi terminləri, tikinti müqavilələri, müqavilə formaları, tənzimlənmə şərtləri “Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə”  AR NK-nin qərarına əsasən tənzimlənir.

“Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” hesabı

536-cı hesab üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında müəyyən edilir.

Öhdəlik (passiv) hesabı  olan “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan əsas fondlarının, investisiya mülkiyyətinin tikintisi üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları yarandıqda həmin qaydaların 43.39-cu, onlar uzunmüddətli kimi təsnifləşdirildikdə yuxarıda qeyd edilən qaydaların 43.41.-ci bəndi tətbiq edilir.

Tikinti müqavilələri üzrə görülmüş işlərin qəbulu nəticəsində yaranan ƏDV həmin qaydaların 43.40.-cı bəndilə nizamlanır.

Belə borclar ödənildikdə həmin qaydaların 43.43-cü bəndi, onlar bağışlanıldıqda yaxud iddia müddətinin keçməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada silindikdə müxabirləşmələr həmin qaydaların 43.43-cü bəndi əsasında verilir.

Tikinti müqavilələri bağlandıqda müxabirləşmə nümunələri

“A” MMC istehsal fəaliyyətini genişləndirmək məqsədilə fəaliyyət göstərdiyi ərazidə ikinci istehsal binasını inşa etmək qərarına gəlmişdir. Bunun üçün tikinti işlərilə məşğul olan “B” MMC-ə müraciət edərək fevral ayında müqavilə bağlamışdır. Müqaviləyə əsasən podratçı şirkət 10 ay müddətində ikimərtəbəli binanı tam hazır formada sifarişçi şirkətə təhvil verməlidir.

Gedişata əsasən, binanın bir hissəsi may ayında, digər hissəsi isə noyabr ayında “A” MMC-ə təhvil verilmişdir. Birinci hissənin dəyəri 120000 manat, ikinci hissənin dəyəri 105000 manat olaraq hesablanmışdır.

Mayda təhvil alınan hissənin uçotu aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstehsal binasının hazır olan birinci hissəsi təhvil alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 120000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 21600.00
3 Təhvil alınmış birinci hissənin ödənişi edildikdə 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 120000.00
4 ƏDV ödənildikdə 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 21600.00
5 ƏDV əvəzləşdirildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən ƏDV 21600.00

Noyabrda təhvil alınan digər hissənin uçotu da eyni qaydada həyata keçirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstehsal binasının hazır olan ikinci hissəsi təhvil alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 105000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 18900.00
3 Təhvil alınmış ikinci hissənin ödənişi edildikdə 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 105000.00
4 ƏDV ödənildikdə 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 18900.00
5 ƏDV əvəzləşdirildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən ƏDV 18900.00

536 saylı hesabda uçota alınmış borclar uzunmüddətli kimi təsnifləşdirildikdə

“A” MMC istehsal fəaliyyətini genişləndirmək məqsədilə fəaliyyət göstərdiyi ərazidə ikinci istehsal binasını inşa etmək qərarına gəlmişdir. Bunun üçün tikinti işlərilə məşğul olan “B” MMC-ə müraciət edərək fevral ayında müqavilə bağlamışdır. Müqaviləyə əsasən podratçı şirkət 10 ay müddətində ikimərtəbəli binanı tam hazır formada sifarişçi şirkətə təhvil verməlidir.

Lakin noyabr ayının sonunda məlum oldu ki, binanın tam hazır olması üçün lazım olan müddət 15 aydır.

Müqaviləyə əsasən kreditor borclarının qısamüddətli olaraq uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstehsal binasının hazır olan birinci hissəsi təhvil alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 225000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 40500.00

Razılaşmaya əsasən ödəmə müddətinin uzadılması nəticəsində tikinti müqavilələri üzrə qısamüddətli kreditor borclarının uzunmüddətli kreditor borcları kimi uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Tikinti üzrə qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 433 – Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları 225000.00
2 Tikinti üzrə qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (ƏDV məbləğ) 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 433 – Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları 40500.00

Yol vergisinin hesablanması və tutulması

1 238 239 240 241 242 243 244 2. 683
error: Content is protected !!