ƏDV məqsədləri üçün online qeydiyyat
Xidmətin adı: ƏDV məqsədləri üçün online qeydiyyat
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
- VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
- VM-nin 157-ci maddəsi
- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “ƏDV məqsədləri üçün onlayn qeydiyyat” elektron xidməti üzrə inzibati reqlament”
Xidmətin göstərildiyi yer:
- İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)
Müraciəti emal edən struktur vahidi:
- VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi
İcra müddəti:
- Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)
Xidmətin nəticəsində təqdim edilən sənədlər:
- ərizənin icraya qəbul edilməsi haqqında bildiriş
- ƏDV məqsədləri üçün Bildiriş (e-qutuya göndərilir) Kağız daşıyıcısında alınması üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə müvafiq vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.
Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.
Mənbə: taxes.gov.az
İşəgötürən: Caspian Business Consultants LLC
Əmək müqaviləsi bildirişi məlumatlarının elektron informasiya sisteminə daxil edilməsi yalnız gücləndirilmiş imza (e-imza və ya ASAN imza) vasitəsi ilə mümkündür.
İnkişaf etmiş ölkələrdə kiçik biznes iqtisadiyyatın mühüm hissəsini təşkil edir. Təəccüblənmək lazım deyil: sahibkar demək olar ki, sərmayəsiz yaxşı pullar qazana bilər. Əlbəttə, gəlir fəaliyyət növündən və biznesin təşkili formasından asılı olur. Biz sizə kiçik yatırımla ən faydalı biznesi necə qurmağın yollarından söz açacağıq.