Bu ölkədə kriptovalyuta əməliyyatlarından vergi tutulacaq

posted in: Vergi, Xəbər | 0

Tailand hökuməti bazarda mövcud olan kriptovalyuta əməliyyatlarının qanunsuz məqsədlərlə istifadəsinin qarşısının alınması məqsədilə bu əməliyyatların tənzimlənməsi, eləcə də  rəqəmsal valyuta əməliyyatlarının vergiyə cəlb olunması barədə qərar qəbul etməyi planlaşdırır.  Maliyyə Nazirliyinin açıqlamasında bu tədbirin gündəliyə gətirilməsinin zərurliyi əsaslandırılmışdır.

Kriptovalyutanın tənzimlənməsinə yönəldilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, investorlar özlərinin rəqəmsal valyuta ilə apardıqları ticarət əməliyyatlarının hamısından 7 faiz dərəcəsi ilə əlavə dəyər vergisi ödəyəcəklər. Bundan əlavə, onlardan rəqəmsal tokenlərdən əldə edilmiş gəlirdən 15 faizlik kapitalın artımı vergisi tutulacaq.  Bu, kriptovalyuta sahəsində məhdudiyyət yaratmaq üçün Tailand hökuməti tərəfindən atılmış ilk addım deyil. Fevral ayında Tailandın Mərkəzi Bankı yerli banklara rəqəmsal valyutalar ilə investisiya qoymağı və ticarət etməyi qadağan etmişdi. Buna görə də Tailandda mövcud olan «kripto» şirkətlərin və sahibkarların çoxu öz fəaliyyətlərini qonşu Sinqapurda aparmağa üstünlük verirlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nazirlik: Gecikdirilmiş 20 min manat işçilərə ödənilib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində ayrı-ayrı işəgötürənlər tərəfindən əmək haqlarından, zərərə görə ödənclərdən və s. ibarət sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmət belə müraciətlərin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və cari ilin birinci rübündə 20 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsaitin 51,1%-i əmək haqlarından, 43,9%-i zərərə görə ödənclərdən, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. Bu istiqamətdə tədbirlər görülərkən aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi və s. barədə qanunvericilik ətraflı izah olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, Bakının rayonlarında, habelə Sumqayıt şəhərində, Şəmkir, Tovuz, Lənkəran, Masallı və digər rayonlarda  təbliğat-marifləndirmə məqsədilə regional seminar-müşavirələr də keçirilib. Bu tədbirlər çərçivəsində işəgötürənlər və işçilər arasında əmək qanunvericiliyi və onun tətbiqinə dair konkret mövzularda, habelə qadınların və uşaqların əmək hüquqları ilə bağlı geniş məlumatlandırma işləri aparılıb və ilin sonunadək bu tədbirlər davam etdiriləcək.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qəribə, qeyri-adi və insanı mat qoyan faktlar (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

 

  • Adi mikrodalğalı soba elektron saatda gözləmə rejimində olduğu vaxt ərzində belə həmin yeməyi qizdiran zamanda olduğundan daha çox elekrik enerjisi işlədir.
  • ABŞ-da elektrik enerjisi istehsalının 10 faizi demontaj olunmuş sovet atom bombalarından alınır.
  • Smartfonların istehsal texnologiyasının arxasında demək olar ki, 250 000 ayrı-ayrı patent dayanır.
  • Kimyəvi terapiya – Birinci dünya müharibəsi zamanı tətbiq edilmiş iprit qazının ikinci dərəcəli məhsuludur.
  • Kofeinin tərkibini də kokain, talidomid, neylon, trotil və heroinin tərkibindəki kimi karbon, hidrogen, azot və oksigen təşkil edir.
  • 1990-cı ildən bu yana Çində yoxsulluq həddində yaşayan insanların faiz payı 85-dən 15% enib.
  • Yazı makinalarını bir  vaxtlar “ədəbi piano” adlandırıblar.
  • 18 yaşına kimi amerikalı uşaqlar televizor ekranlarında 20000 minə yaxın qətl hadisəsi görürlər.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat uçotu və hesabatlıq sahəsində aparılan islahatlara həsr olunan seminar-konfrans keçirilib

posted in: Xəbər | 0
Aprelin 10-13-də Bakıda Dünya Bankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı çərçivəsində Xəzinədarlıq orqanlarının növbəti seminar-konfransı keçirilib.

Tədbirdə 18 ölkənin 70-dən çox nümayəndəsi, o cümlədən Dünya Bankı və PEMPAL katibliyinin təmsilçiləri, xarici ekspertləri iştirak ediblər.

İnformasiya texnologiyaları, mühasibat uçotu və hesabatlıq sahəsində aparılan islahatlara həsr olunan seminar-konfrans çərçivəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq olunan, real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi iştirakçılarda böyük maraq yaradıb.

Tədbirin rəsmi açılışında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və maliyyə nazirinin müavini Azər Bayramov çıxış edərək tədbirin əhəmiyyətindən və vacibliyindən, maliyyə sistemində uğurla həyata keçirilən islahatlardan, habelə qarşıda duran vəzifələrdən bəhs ediblər.

Z.Səmədzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla aparılan müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan qısa dövr ərzində yeni inkişaf mərhələsinə qədəm qoyaraq bir çox zirvələri fəth etmiş, iqtisadi qüdrəti günü-gündən artan, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik ölkəyə çevrilib. O qeyd edib ki, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olub.

A.Bayramov isə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar və bu sahədə şəffaflığın təmin olunması istiqamətində əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq, müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar ən qabaqcıl təcrübələrin mübadiləsi, yeniliklərin tətbiqi, digər ölkələrdə mövcud olan analoji sistemlərin xüsusiyyətlərini və təcrübəsini öyrənmək məqsədilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.