Bu ölkədə kriptovalyuta əməliyyatlarından vergi tutulacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Tailand hökuməti bazarda mövcud olan kriptovalyuta əməliyyatlarının qanunsuz məqsədlərlə istifadəsinin qarşısının alınması məqsədilə bu əməliyyatların tənzimlənməsi, eləcə də  rəqəmsal valyuta əməliyyatlarının vergiyə cəlb olunması barədə qərar qəbul etməyi planlaşdırır.  Maliyyə Nazirliyinin açıqlamasında bu tədbirin gündəliyə gətirilməsinin zərurliyi əsaslandırılmışdır.

Kriptovalyutanın tənzimlənməsinə yönəldilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, investorlar özlərinin rəqəmsal valyuta ilə apardıqları ticarət əməliyyatlarının hamısından 7 faiz dərəcəsi ilə əlavə dəyər vergisi ödəyəcəklər. Bundan əlavə, onlardan rəqəmsal tokenlərdən əldə edilmiş gəlirdən 15 faizlik kapitalın artımı vergisi tutulacaq.  Bu, kriptovalyuta sahəsində məhdudiyyət yaratmaq üçün Tailand hökuməti tərəfindən atılmış ilk addım deyil. Fevral ayında Tailandın Mərkəzi Bankı yerli banklara rəqəmsal valyutalar ilə investisiya qoymağı və ticarət etməyi qadağan etmişdi. Buna görə də Tailandda mövcud olan «kripto» şirkətlərin və sahibkarların çoxu öz fəaliyyətlərini qonşu Sinqapurda aparmağa üstünlük verirlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email