Mühasibin 980.000 manat qazanmaq arzusu

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Həştərxanda direktor və mühasib şirkətdən 36 milyon  rubl oğurlamağa cəhd edib

Həştərxan prokurorluğu şirkətlərdən birinin direkoruna və mühasibinə qarşı cinayət işi qaldırıb. Onlar xidməti vəzifələrindən sui-istifadə etməklə dələduzluq yolu ilə xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsində ittiham olunurlar.

İstintaq versiyasına görə, ittiham olunanlar əvvəlcədən əlbir olaraq vergi müfəttişliyinə təqdim olunan ƏDV ilə bağlı deklarasiyaya verginin məbləği ilə əlaqəli saxta məlumatlar daxil ediblər ki, sonradan bu məbləğin federal büdcədən dəymiş zərər kimi ödənilməsinə nail olsunlar. Bu barədə Həştərxan vilayət prokurorluğunun mətbuat xidməti məlumat verib.

Bu yolla həmin iki şəxs 36 milyon rublu oğurlamağı planlaşdırıblarmış. Lakin, vergi orqanları həmin verginin zərər kimi geri qaytarılmasından imtina edib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Fərdi uçotla bağlı bilmədiklərimiz

posted in: Xəbər | 0

Fərdi uçot Azərbaycan mənbələrindən əmək haqqı və məcburi dövlət sosial sığortasına cəlb edilən digər gəlirlər əldə edən hər bir sığortaolunan (işləyən vətəndaş) haqqında bu gəlirlərin və ödənilmiş sosial sığorta haqqının məbləği barədə məlumatların uçotunun təşkili və aparılmasıdır.

Pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə fərdi uçot aparılır.

Fərdi uçot sistemində qeydiyyata düşmək üçün işəgötürənə müraciət etməli və ondan fərdi uçot sisteminə qeydiyyata alınmaq üçün müvafiq tədbirlərin görülməsini tələb etmək lazımdır. İşəgötürən öz növbəsində yeni işçi ilə əmək müqaviləsi (kontraktı) bağladığı gündən sonra 1 (bir) ay ərzində müvafiq DSMF оrqanına ərizə ilə müraciət еtməlidir.

DSMF tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrə sosial sığorta nömrəsidir.

Hər bir sığortaolunan üzrə məlumatların toplusunu özündə əks etdirən sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab fərdi şəxsi hesabdır.

Sığortaolunanın fərdi uçot sistemində qeydiyyata alındığını təsdiq edən sənəd sosial sığorta şəhadətnaməsidir və şəhadətnamə sığortaolunanda qalmalıdır.

Bir sığortaolunanın neçə yerdə işləməsindən asılı olmayaraq bütün əmək fəaliyyəti dövründə yalnız bir sosial sığorta şəhadətnaməsi ola bilər.

Sosial sığorta şəhadətnaməsi olmayan şəxs işə qəbul oluna bilər, yalnız, 30 gün ərzində həmin şəxsin fərdi uçot sistemində uçota alınması üçün Fonda müraciət olunmalıdır.

Növbəti işə qəbul zamanı sosial sığorta şəhadətnaməsini kadrlar şöbəsinə təqdim etmək lazımdır. Bu həmin sığortaolunan üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məhz onun fərdi şəxsi hesabında toplanmasını təmin edəcəkdir.

Bir neçə yerdə işləyən sığortaolunan üçün ödənilən məcburi dövlət sosial sığorta haqları yalnız bir fərdi şəxsi hesabda toplanır.

Fərdi şəxsi hesabda toplanmış vəsaitdən yalnız əmək pensiyası hüququ yarandıqda istifadə etmək olar.

Sığortaolunan fərdi şəxsi hesabda toplanmış vəsait barədə məlumat hər bir sığortaolunana Fond tərəfindən məktubla göndəriləcək. Eyni zamanda Fondun rəsmi internet səhifəsi və müştəri xidmətləri vasitəsilə qeyd olunan məlumatların əldə edilməsi nəzərdə tutulur.

Mənbə: sspf.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşçi maddi məsuliyyətə cəlb oluna bilərmi?

posted in: Xəbər | 0

Sual: İşçi maddi məsuliyyətə cəlb oluna bilərmi?

Cavab: İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qeyri-rezident bəyannaməni necə verməlidir?

posted in: Xəbər | 0

Sual: VM-nin 149.6-cı maddəsinə görə qeyri-rezident bəyannaməni necə verməlidir? Xahiş ediəm bu proseduru ardıcıllıqla izah edəsiniz.

Cavab: Bildiririk ki, qeyd olunan maddə ilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin bəyannamə verməklə, ödəmə mənbəyində artıq tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilməsi hüququ aşağıdakılarla şərtləndirilmişdir: – bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir; – vergi ödəyicisinin gəlirindən qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyinin gəliri kimi 20%-lə vergi tutulur; – vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci daimi nümayəndəliyin xərcində olduğu kimi, yəni Vergi Məcəlləsinin X fəslinin müddəalarına uyğun olaraq gəlirdən çıxılır; – hesablanan verginin məbləği Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmamalıdır. Qeyd olunan şərtlərə əməl olunmaqla, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident gəlir haqqında bəyannamə verməklə, ödəmə mənbəyində artıq tutulmuş verginin qaytarılması tələbini irəli sürmək hüququndan istifadə edə bilər. Bəyannamənin təqdim olunması üçün isə qeyri-rezident şəxs ilkin olaraq Azərbaycan Respublikasında vergi orqanında vergi uçotuna durmalıdır.

Bax: Vergi Məcəlləsinin 149.6-cı maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.