Mühasib qadın 18.000 manat pulu necə mənimsədi??

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Nijni Novqorodun Avtozavodsk rayonunda bir il ərzində iri məbləğdə pul mənimsəyən xəstəxananın mühasibi mühakimə olunur.

Nijni Novqorod vilayət prokurorluğunun məlumatına görə, xəstəxananın mühasibi pullu tibbi xidmətlərə görə poliklinikada aldığı pulları kassaya köçürməli olduğu halda, bunu etməyib. Belə ki, bir il ərzində pulların bir hissəsini (612 min rubl həcmində məbləği) mənimsəyib.

Təqsirləndirilən 39 yaşlı qadın mühasib yaxın vaxtlarda məhkəmə önünə çıxarılacaq. Onu altı ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yeri gəlmişkən, qadın təqsirini tamamilə etiraf edib və mənimsədiyi pulları könüllü şəkildə geri qaytarıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi orqanları ilə bağlı lətifələr

posted in: Məqalə, Vergi, Xəbər | 0

Yeni ruslardan biri ekzotik adada sahildə əyləşib istirahət edir. Sahilə yaxın sularda bir butılkanın üzdüyünü görür… Tez butılkanı qapıb alır və qapağını açır və oradan Cin çıxır – “Mən sənin istənilən arzunu yerinə yetirməyə hazıram!” Yeni rus:

  • İyirmi beş mərtəbəli villa istəyirəm, beş göyərtəli, dəniz layneri kimi yaxta istəyirəm, yaxtanın lövbər salması üçün liman da şəxsən, mənə məxsus olsun…

Cin onun bütün əmrlərini yerinə yetirir, amma deyir:

  • Bütün bunlar sənin olacaq. Harda istəyirsən gəz, nə istəyirsən et, al, bu da səndən ötrü pulla dolu bir neçə otaq… Lakin, bu kiçik otağa nəbadə daxil olasan… Heç vaxt bura girmə…

Yeni rus hər şeydən yorulur və fikrə dalır, “görəsən, bu kiçik otaqda axı nə ola bilər? Bəlkə orada almazlar və ya başqa şeylər var?” … Otağın qapısını açır… orada isə…. VERGİ MÜFƏTTİŞİ…

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yeni işə başlayan işçi nələri bilməlidir???

posted in: Xəbər | 0

Əmək bazarının daim təkmilləşməsi və dinamikliyi insanların mütəmadi olaraq iş yerlərini dəyişməsi ilə nəticələnir. Bir işçinin iş yerini dəyişməsi əlbəttə ki, heç də asan olmayan bir proses olmaqla yanaşı həm də müəyyən tərəddüdlərlə dolu bir mərhələdir.

Mövzu çərçivəsində onu da qeyd etmək mümkündür ki, işçinin yeni bir iş yerində işə başlaması onun yeni mühitə uyğunlaşması ilə yanaşı müəyyən məhrumiyyətlərlə də qarşılaşmasına səbəb ola bilir.

Bu səbəbdən də bu yazıda işçinin yeni bir iş yerində aşağıda qeyd edilənləri mütləq bilməsi zəruridir.

1) İşçi ilə əmək müqaviləsi bağlanarkən ondan şəxsiyyət vəsiqəsi, sosial sığorta şəhadətnaməsi (ilk dəfə işə başlayanlardan bu tələb edilmir), əmək kitabçası, fəaliyyəti sağlamlığı baxımından nəzərə alınmalı iş yerlərində tibbi arayış və təhsili barədə sənəddən başqa digər aidiyyatı olmayan sənədlər tələb edilə bilməz.

2) İşçi ilə bağlanmış müqavilədə mütləq hansı müddətə və ya müddətsiz bağlanması, işçinin əmək şəraiti (peşə, ixtisası, əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı (gross) və digər), işə başlama vaxtı, işləyəcəyi yer, məzuniyyətinin müddəti və sınaq müddəti (təhsil müəssisəsini bitirdiyi ildə ilk dəfə ixtisası üzrə işə başlayanlara tətbiq edilmir) tətbiq edilib-edilməyəcəyi kimi məsələlər mütləq göstərilməlidir.

3) İşçi ilə bağlanmış müqavilə hüquqi qüvvəyə minmədən, yəni elektron informasiya sisteminə daxil edilmədən ona hər hansı işlərin tapşırılması qadağandır.

4) İşçi ilə bağlanmış müqavilədə sınaq müddəti nəzərdə tutulubsa, işçi bilməlidir ki, bu müddət 3 aydan çox ola bilməz və bu müddət başa çatanadək müqavilə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə xitam edilə bilər.

5) Faktiki işlədiyi 1-ci il başa çatanadək işçinin attestasiyaya cəlb edilməsi yol verilməzdir.

6) Faktiki işlədiyi 1-ci ildə əmək müqaviləsinin bağlandığı vaxtdan altı ay sonra əmək məzuniyyəti hüququ yaranır.

7) Faktiki işlədiyi 1-ci il başa çatanadək işçi azı 2 təqvim həftəsi əvvəlcədən yazılı xəbərdar edilməklə, 2 həftənin sonunda isə orta aylıq əmək haqqı miqdarında işdənçıxarma müavinəti verilməklə ştat ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən müqaviləsinə xitam verilir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər aşağıdakılardır:

  • Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
  • Əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslərAzərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər ;
  • seçkili ödənişli vəzifələrdə işləyənlər;
  • hərbi qulluqçular ;
  • xüsusi rütbəli şəxslər ;
  • prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri;
  • vergi orqanlarının işçiləri;
  • vəkillər kollegiyasının üzvləri;
  • fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
  • Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunmurlar.
  • Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar.

Məcburi dövlət sosial sığortası haqqında

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.