Ötən il əmək qanunvericiliyini pozanlar 431.000 manat cərimələnib

posted in: Xəbər | 0

Ötən il əmək qanunvericiliyinin tələblərinin pozulmasına dair vətəndaşlardan daxil olmuş 6 402 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş müxtəlif xarakterli 1 622 sorğu araşdırılaraq cavablandırılıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Vətəndaşların müraciətlərinin araşdırılması zamanı 228 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Həmin hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.

Törədilmiş inzibati xətaya görə, vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 431 400 manat məbləğində inzibati cərimə tətbiq olunub ki, onun da 94 418 manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 12 nəfər öz əvvəlki işlərinə bərpa edilib, işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat uçotunu öyrənənlərin bilməli olduğu əsas terminlər (7-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Məhsul (iş, xidmət) və malların satışından gəlir – ƏDV, aksiz, ixracat vergisi, satış vergisi və digər oxşar ödənişlər və istehsal və satış xərcləri olmadan cari qiymətlərlə məhsulların satışından əldə edilən gəlirlər arasındakı fərq.

Mühasibat uçotu prinsipləri mühasibat uçotunun bir elm kimi əsası, təməl vəziyyəti, hansı ki, bundan irəli gələn bütün sonrakı iddiaları öncədən müəyyənləşdirir.

Səhm qiymətli kağızlarının yerləşdirilməsi – emitent qiymətli səhm kağızlarının mülki-hüquqi müqavilələrin bağlanması yolu ilə ilkin sahibi tərəfindən özününküləşdirilməsi.

Təşkilat xərcləri – iştirakçıların (əmlak sahiblərinin) qərarı ilə vergilərin azaldılması istisna olmaqla, aktivlərin (pul vəsaiti, digər əmlak) və öhdəliklərin yaranması nəticəsində iqtisadi səmərələrin azalması, təşkilatın kapitalının da azalmasına səbəb olur.

Hesablaşma hesabı – nağd pul və nağd pul şəklində cari ödənişləri həyata keçirmək üçün nəzərdə tutulmuş, təşkilatların bank müəssisəsindəki hesablaşma hesabı.

Ehtiyat kapital – vergilər ödənildikdən sonra gəlirlər hesabına yaranan ümumi ehtiyat məbləği.

Rezident – sözügedən ölkədə əcnəbi sayılmayan hüquqi və ya fiziki şəxs.

Renovasiya – fiziki aşınma nəticəsində (amortizasiya) və texnologiyaların yenilənməsi səbəbiylə əsas vasitələrin dəyişdirilməsi və yenilənməsi prosesi.

Təşkilat rəhbəri – təşkilatın icra orqanının rəhbəri və ya təşkilatda işlərin aparılmasına məsul olan şəxs.

Saldo – mühasibat uçotu hesabı üzrə qalıq. Saldo ilkin (C1) və son (C2) qalığa bölünür.

Maya dəyəri – materialların, yanacağın, enerjinin, istehsal prosesində istifadə edilən əsas vəsaitlərin (işlərin, xidmətlərin) qiymətləndirilməsi, habelə onun istehsalı və satışı üçün digər xərclər.

Sintetik uçot – sintetik mühasibat hesablarında saxlanılan müəyyən iqtisadi xüsusiyyətlərə görə əmlak, öhdəliklər və əməliyyat növləri üzrə mühasibat uçotu məlumatlarının ümumiləşdirilmiş uçotu.

Mürəkkəb mühasibat birləşdiricisi – mühasibat birləşdiricisi, hansı ki, burada bir hesab borclanır və bir neçə hesab kreditləşir və ya bir neçə hesab borclanır və bir hesab kreditləşir.

Əmlakın öz mənbələri – təşkilatın pul ifadəsində maddi bazası: kapital, amortizasiya, fondlar, ehtiyatlar, gəlirlər, büdcə maliyyələşdirilməsi, hədiyyə olaraq bağışlanılan vəsaitlər.

“Qırmızı ləğv” üsulu (seçmə metod) – hesabların səhv yazışmalarını və ya olmalı olduğundan daha böyük bir qeydi düzəltmək üçün istifadə olunur.

Məqalənin 6-cı hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblər barədə maraqlı lətifələr (9-cu hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Sovet hakimiyyəti qurulduqdan sonra Orta Asiyadakı aullardan birində kolxoz təşkil edirlər. Kolxoz sədrini asanlıqla seçdikdən sonra baş mühasib yerinə kimi təyin edəcəklərini bilmirlər. Çünki həmin vəzifəyə layiq birini tapmaq müşkül bir işə çevrilir. O səbəbdən yerlilərdən daha fərasətli birini seçərək, Moskvaya mühasib kurslarına göndərirlər.

Doğma auluna qayıtdıqdan sonra həmin şəxs sakitcə işləməyə başlayır. İlkin olaraq o, özünə iki mühasibat kitabı tərtib edir. Birincini “GƏLDİM” adlandıraraq, ora səliqəli şəkildə gəlirlərə aid sənədləri qeyd edir. İkinciyə isə “GETDİM” adını verərək, həmin kitaba xərclərlə bağlı bütün əməliyyatları qeyd edir. Və bir il ərzində sakitcə bu cür işləməkdə davam edir.

Beləliklə, il başa çatır və artıq balansla bağlı hesabatı tərtib etmək lazımdır. Oturub hesablamağa başlayır, lakin nə qədər çalışsa da debet və kredit balansı uyğun gəlmir ki, gəlmir. O zaman mühasib gün ərzində çox fikirləşir, kursda öyrədilənləri xatırlamağa çalışır…

Nəhayət üçüncü bir kitab tərtib edərək onu belə adlandırır – “GETDİM VƏ BİR DAHA GƏLMƏDİM”!

Məqələnin əvvəlki hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

5 nümayəndəlik və 25 yerli şirkət ləğv olundu

posted in: Xəbər | 0

  • “Pedaqogika nəşriyyatı” (VÖEN: 1400160101) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əsgərov, ev 195, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “AYTUN” MMC (VÖEN: 2602706041) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Lənkəran rayonu,Sütəmirdov küçəsi ünvanına bildirə bilərlər.
  • “Elektro Təchizat” MMC (VÖEN: 2903770251) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Sumqayıt şəhəri, 3-cü mkr., ev 13/16, mənzil 26 ünvanına bildirə bilərlər.
  • “CEY Tİ İNTERNƏŞNL LÜKSEMBURQ ES.EY” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ( VÖEN: 1501139901) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, ev 201, məhəllə 607 ünvanına bildirə bilərlər.
  • “MRC TRANSMARK İNTERNATİONAL B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1701865831) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbayil rayonu, Nizami,ev 90A ünvanına bildirə bilərlər.
  • “Qlobal Qarden” MMC (VÖEN: 1501424841) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28, mənzil 61 ünvanına bildirə bilərlər.
  • “RED STAR BAKU” MMC (VÖEN: 2902420501) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay müddətində tələblərini Sumqayıt şəhəri, 17-ci mkr., ev 38, mənzil 63 ünvanına bildirə bilərlər.
  • “Aristokrat R.İ.M” MMC (VÖEN: 1601244711) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, A.M.Cümə küçəsi, ev 11, mənzil 36 ünvanına bildirə bilərlər.
  • “FASHİON CİTY” MMC (VÖEN: 1501194681) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi ünvanına bildirə bilərlər.
  • “AFB Capital” MMC (VÖEN: 1302091661) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112 ünvanına bildirə bilərlər.
  • “Xəzri” KM (VÖEN: 1300019321) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 556/57 məhəllə ünvanına bildirə bilərlər.
  • “TOPSTAFF LTD” MMC (VÖEN: 1503057651) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 36, mənzi 6 ünvanına bildirə bilərlər.
  • “ENTECH E END C” MMC (VÖEN: 1502561011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov, ev 11, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “AZƏR CNC” MMC (VÖEN: 2902388811) ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 12-ci mkr., ev 32, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “ROYAL RENT A CAR” MMC (VÖEN: 1603038271) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, ev 54 ünvanına bildirə bilərlər.
  • “Kaspian Kompani-S” MMC (VÖEN: 1000942461) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Binəqədi 7-ci mkr., yat., məhəllə 3123, ev 3, mənzil 3/103B ünvanına bildirə bilərlər.
  • “TƏRLAN” MMC (VÖEN: 1400304011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri,Nəsimi rayonu, Y.Vəzirov küçəsi, döngə 1, ev 27A ünvanına bildirə bilərlər.
  • “Caspian Corrosion Control” MMC (VÖEN: 1701380301) təsisçilərin qərarına əsasən  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbayil rayonu, Xətai küçəsi, ev 41, mənzil 75 ünvanına bildirə bilərlər.
  • “Lekrus” MMC (VÖEN: 1301018051) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri,Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 39  ünvanına bildirə bilərlər.
  • “Bağban – 1” MMC (VÖEN: 7700453611) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri,Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 39  ünvanına bildirə bilərlər.
  • “MEGA LAMPA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1403544071) ümumi yığıncağı 05.03.2018-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1022, Bakı şəhəri,Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 46, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “Mammoet Kaspian B.V” şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1300008311) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, İzmir küçəsi 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Tower 2, 1-ci mərtəbə. Dentos Europe (Central Asia) Limited Şirkətinin şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilərlər.
  • “AA” Firması (VÖEN:  5100143951) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay müddətində  tələblərini Zaqatala şəhəri, Əliabad qəsəbəsi ünvanına bildirə bilərlər.
  • “UİLLİ ƏND MEYRİS S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700851421) ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 10Q, STN Plaza, 11-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “LONDEKS RESOSİZ S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1300981111) ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 10Q, STN Plaza, 11-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “STAR 2017” MMC (VÖEN: 1902997091) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs) ev 18, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “ADVENTURE” MMC (VÖEN: 1902991701) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs) ev 20, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “EVENT COMPANY” MMC (VÖEN: 1803265711) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Vidadi (Maştağa qəs.), ev 24 A, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “DREAM 2017” MMC (VÖEN: 2004152971) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 15, mənzil 0 ünvanına bildirə bilərlər.
  • “DİMES QAFQAZ” MMC (VÖEN: 1401160851) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay müddətində tələblərini Balakən rayonu, Mahamalar kəndi ünvanına bildirə bilərlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.