Mühasib fırıldaqları (7-ci sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

7-ci sxem

Proqram təminatı alınan zaman edilən saxtakarlıq

Hazırda kompüter uçotunun avtomatlaşdırılmasından istifadə etməyən mühasib artıq tapa bilməzsən. Əlbəttə ki, mühasibat uçotu və vergi təyinetmə ilə bağlı məsələləri kompüterə yalnız xüsusi təminat proqramı yerləşdirdikdən sonra həll etmək olar. Maraqlıdır ki, diribaş mühasib burada da özünə saxtakarlıq etmək üçün çox asanlıqla imkanlar tapacaq.

Bazar, müəssisələrdə mühasiblərin işini yüngülləşdirməyə təyin edilmiş böyük sayda proqramlar təklif edir: “1C”, “Qalaktika” və s. Özünə mühasibat proqramları seçən mühasib bu barədə məlumatı İnternetdən toplayır, tanış mühasiblərlə məsləhətləşir, proqram təminatını təklif edən təchizatçıların nümayəndələri ilə danışıqlar aparır.

Lakin, elə də olur ki, mühasibi konkret proqram təminatı ilə bağlı məhsul deyil, onu təklif edən tədarükçünün “diribaş” mühasibə ödəyəcəyi yaxşı maddi “mükafat” daha çox maraqlandırır. Mükafat haqqında təklifi mühasib dərhal almır, ehtimal var ki, hansı proqram təminatı ilə bağlı seçimi elə mühasibin özü etsin.

Ticarət agenti bir qayda olaraq, sövdələşmə baş tutmadıqda,  bu təklifdən müştərini əldən buraxmamaq üçün son şans kimi istifadə edir. Təklifin mahiyyəti ondan ibarətdir ki, müəssisə proqram təminatını aldıqdan sonra, mühasibə sövdələşmə məbləğinin 5 və ya 10% təşkil edən nağd pul təklif edilir.

Proqram təminatı alındıqdan sonra da proqram tədarükçüsü ilə mühasib arasında əlaqə sona çatmır. Proqram təminatı daimi müşaiyətə və yenilənməyə ehtiyac duyur, bu isə əlavə pullar deməkdir. Bundan əlavə, müəssisə proqram təminatı təchizatçısına abonent haqqı ödəyir, eyni zamanda proqramların fərdi əyər-əskiklərinin düzəldilməsi, avadanlığın sınması, xarab olması nəticəsində mütəxəssisin ofisə çağırılmasına görə də pul ödəmək lazım gəlir.

Bütün bunlar mühasibə fıtıldaqçılıq etmək üçün yeni-yeni imkanlar yaradır. Bir sözlə, müəssisənin hesabına mühasib müntəzəm olaraq, yaxşı gəlir əldə edə bilir.

Bu məsələdə mühasibin özünün maraqlı olması, onu faktiki olmayan “problemləri” uydurmağa və əlavə gəlirlər əldə etməyə şirnikləndirə bilər.  Əgər, müəssisə rəhbəri mühasibin bu siyasəti ilə barışarsa, onda bu saxtakar işləmlər nəticəsində müəssisəni müntəzəm olaraq lazımsız xərclər gözləyəcək.

Bu sui-istifadələrdən necə yayınmaq olar? Çox sadə yolla: proqram təminatı alınması prosesinə rəhbərlik özü nəzarət etməlidir, hər şeyi axarına buraxmaq düzgün də deyil, axı! Yeri gəlmişkən, proqramla yaxından tanışlıq heç də pis deyil, ən azından ona görə ki, siz gələcəkdə mühasibin tərtib etdiyi proqramlardan öz işinizdə də istifadə edə bilərsiniz. Bir çox mühasibatlıq və texniki müansları bilməməyiniz sizi utandırmamalıdır.

Siz öz rəhbər-kolleqalarınızla və onların mühasibləri ilə söhbət edib, müxtəlif proqramların xarakteristikası və xüsusiyyətləri tanış ola bilərsiniz. Eləcə də İnternetdəki saytlardan məlumatlar və rəyləri öyrənib, müstəqil monitprinq həyata keçirə bilərsiniz.

Eləcə də mümkündür ki, potensial proqram təminatçıları ilə danışıqlarda mühasiblə birlikdə siz də iştirak edə bilərsiniz. Aydındır ki, sizin iştirak etdiyiniz danışıqlarda mühasibinizə heç kim “mükafat” təklifi edə bilməyəcək.

Məqalənin 6-cı hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qonşumuzda mühasib rüşvət alarkən saxlanıldı…

posted in: Xəbər | 0

Tümen vilayət prokurorluğunun mətbuat xidmətidən daxil olan məlumata görə, məşğulluq mərkəzinin Baş mühasibinə qarşı rüşvət alma maddəsi ilə iddia qaldırılıb.

Qəribə səslənir: Yəni, rüşvət üstə saxlanıldın, aldığını geri qaytardın və heç kimin heç kimə iddiası yoxdur? Heç də belə deyil. Prokurorun məhkəməyə müraciət etməsi üçün əsas var. Bu əsas isə Lenin rayon məhkəməsi tərəfindən 2017-ci il avqustun 15-də qadın barəsində çıxarılan 2 il müddətində və 1 il ərzində sınaq müddəti tətbiq olunmaqla şərti azadlıqdan məhrumetmə cəzasıdır. İstintaq nəticəsində müəyyən olunub ki, 2015-ci il avqustun 15-də baş mühasib əlillərin işə düzəldilməsi ilə bağlı tədbirlər zamanı şirkətlərdən biri tərəfindən uyğun  olmayan elektronika  cihazları alınmasını aşkar edib. Həmin şirkət rəhbəri olan qadının məsuliyyətə cəlb olunmaması üçün ondan 100 000 rubl məbləğində rüşvət alıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2017-ci ildə vergi ödəyicilərinin 2285354,8 manat borcu ləğv edilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi 154279 vergi ödəyicisinin 2285354,8 min  manat məbləğində borcunu ləğv edib.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, bu rəqəm Nazirlər Kabinetinin hesabtında qeyd olunub.  Qeyd olunur ki, Vergilər Nazirliyinin Apellyasiya Şurasının icraatında 2017- cı il ərzində 55 şikayət olub: “ Bunlardan 9-u səyyar vergi yoxlamaları, 22-si kameral vergi yoxlamaları , 13-ü operativ vergi nəzarəti tədbirləri, 11-i digər məsələlər ilə bağlı olub.

2017- ci il ərzində 163 314 vergi ödəyicisinin 1912624,9 min manat məbləğində borcu yaranıb: “ Eləcə də 154279 vergi ödəyicisinin 2285354,8 min  manat məbləğində borcu ləğv edilib. Ləğv edilmiş borclardan 907 868,7 min manatı tam, 1377486,1 min manatı isə qismən olub. 01.01. 2017- ci il tarixlə müqayisədə 01.01.2018-ci il tarixə dövlət büdcəsinə olan borcun ümumi məblıği 372721,6 min manat  və ya 26,4 faiz azalıb.

Mənbə: qafqazinfo.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblərin işini “ASAN xidmət” görəcək – “ASAN xidmət” bu yeni xidmət üzrə rüsumu açıqlayıb

posted in: muhasibat, Xəbər | 0

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.

Vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatının verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət”də həyata keçirilən fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin rüsumunu açıqlayıb.

Fiziki şəxslər sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi üçün mərkəzə şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, Asan imza, Rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri), hüquqi şəxslər isə hüquqi şəxsin rəhbərinin şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, hüquqi şəxsin nizamnaməsi, Asan imza, rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri) təqdim etməlidir.

Xidmət haqqına gəlincə, fiziki şəxslər sadələşdirilmiş rüblük (3 aylıq) və illik vergi bəyannamələrinin ödənişi üçün 20 manat, sadələşdirilmiş rüblük (3 aylıq) və illik ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin ödənişi üçün isə 30 manat ödəməlidir. Hüquqi şəxslər üçün xidmət haqqı 60 manat müəyyənləşdirilib.

Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ərtaflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə edə bilərlər.