Ən qalmaqallı mühasib oğurluqları (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibləri büdcə pullarını oğurlamağa vadar edən nədir?

Mühasib peşəsini müəssisənin gəlirlərini və ya büdcə vəsaitlərinin bir hissəsini mənimsəməyə çalışmaq və bu zaman oğurluğun üstünün açılmayacağına ümid etmək nöqteyi-nəzərincə, təhlükəli peşə hesab etmək olar.

Mühasiblərlə bağlı bir çox kriminal xəbərlər buna şahidlik edir. Mühasib öncə əlinə aldığı pulu sonra cibinə qoyur və güman edir ki, bu əməlin üstü açılmayacaq. Lakin, bütün gizlinlər nə vaxtsa aşkara çıxır. Bu bir aksiomdur.

Bu yazıda biz sizləri bir neçə il ərzində Buryatiyada baş vermiş qalmaqallı mühasib oğurluqları ilə tanış edəcəyik.

2-ci hissə

Rayon internat evinin Baş mühasibi 30.000 manatdan çox (1 milyon rubldan çox) vəsait mənimsəyib.

Mühasib tərəfindən yol verilən bu cinayət əməli Rusiyanın Buryatiya respublikasında baş verib. İki il iki ay ərzində mühasib olaraq çalışdığı Kurumkanskiy qocalar və əlillər üçün internat evində, qadın öz maaşını artırmaq yolu ilə xeyli vəsait mənimsəyib. Belə ki, 2013-cü ilin mart ayından 2015-ci ilin may ayınadək bu “zirək” vətəndaş saxta məlumatlar daxil etməklə 1,168 milyon rubl oğurlayıb. Barquzinskiy rayon məhkəməsi mühasib Yevreyevanı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (dələduzluq) təqsirli bilərək, barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarıb, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə isə şərti olaraq ona qarşı 4 il sınaq müddəti tətbiq olunması haqda qərar çıxarılıb.  Eləcə də məhkəmə dələduz mühasibdən mənimsədiyi zərəri geri qaytarmaq və onun mühasibat uçotu sahəsində və bütün Rusiya üzrə yerli idarəetmə orqanlarında 2 il ərzində vəzifə tutmaq hüququndan da məhrum edib.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu ölkədə bundan sonra turistlərdən vergi tutulacaq

posted in: Vergi, Xəbər | 0

Rusiyanın Turizm Operatorları Assosiasiyasının məlumatına əsasən, 2018-ci il boyunca Yunanıstanın mehmanxanalarında və lisenziya almış apartamentlərində hər sutka üçün turist vergisi yığılacaq. Vergini ya əvvəlcədən, ya da mehmanxanada qalmaq müddəti başa çatandan sonra ödəmək mümkündür. Verginin məbləği isə mehmanxananın “ulduz” sayından asılıdır. “Beşulduz” mehmanxanada 1 nömrə üçün gündəlik verginin məbləği 4 avro, “dördulduz” mehmanxanada isə 3 avro, “üçulduz” nömrə üçünsə 1,5 avro müəyyənləşdirilmişdir. Aşağı kateqoriyalı qonaq yerlərində bir gecə qalmaq üçün 0,5 avro ödəmək lazım gəlir.

“Dördulduz” səviyyəli apartamentin 1 günlük vergisi 1 avro, “üçulduz” üçün 0,5 avro, “ikiulduz” və “birulduz” apartamentlərinki isə 0,25 avrodur. Turizm Operatorları Assosiasiyasının məlumatında o da qeyd edilmişdir ki, Yunanıstanda bəzi hotellər, əsasən də yüksək kateqoriyaya aid bahalı mehmanxanalar turist vergisini öz üzərlərinə götürməyə hazır olduqlarını bildirmişlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda maliyyəçilərin aylıq əmək haqları 13% artıb

posted in: Maliyyə, Xəbər | 0

Azərbaycanda maliyyə və sığorta sektorunda çalışanların orta aylıq nominal əmək haqqı 2017-ci ildə 1 388,6 manat təşkil edib.

2016-cı illə müqayisədə orta aylıq nominal əmək haqqında 12,97% və ya 159,4 manat artım qeydə alınıb.

Orta aylıq nominal əmək haqqı dövlət sektorunda 1 460,5 manat, özəl sektorda 1 373,0 manat olub.

Qeyd edək ki, 2017-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artaraq 528,2 manata çatıb. Əmək haqqı neft sektorunda 3 079,2 manat, qeyri-neft sektorunda 468,3 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 396,9 manat, özəl müəssisələrdə isə 710,4 manat olub.

Vergi ödəyicisi istehsal etdiyi və digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarsa, hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Bu halda hansı vergi öhdəlikləri yaranır?

Vergi Məcəlləsinə (VM) əsasən (102.1.11, 106.1.14, 164.1.18, 199.9 və 219.7-ci maddələr), kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2019-cu il yanvarın 1-dək, gəlir vergisindən isə müddətsiz azad edilmişlər.

VM-in 13.2.60-cı maddəsində göstərilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir.

Qeyd olunanlara əsasən:

Vergi ödəyicisi tərəfindən istehsal olunmuş kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş gəlirlər (hasilatın həcmi), müvafiq olaraq, gəlir vergisindən və sadələşdirilmiş vergidən azaddır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış məhsulların satışından əldə olunmuş gəlirdən (hasilatdan) isə vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.