Büdcə təşkilatlarında çalışan mühasiblər üçün Ödənişsiz seminar

posted in: muhasibat, Xəbər | 0

Büdcə təşkilatlarında çalışan mühasiblərin nəzərinə!

2018-ci il 24 fevral tarixində Maliyyə Elm-Tədris Mərkəzində saat 14.00-da “Büdcə təşkilatlarında maliyyə hesabatlarının hazırlanmasına metodiki köməklik” mövzusunda ödənişsiz seminar keçiriləcəkdir.
Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur.
Əlaqə nömrəsi: 012 404 81 59.
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 10.

Linkə daxil olmaqla seminar haqqında geniş məlumat əldə edə bilərsiniz.

Mənbə: Maliyyə Elm – Tədris Mərkəzi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat – Peşə xüsusiyyətləri (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Qısa təsvir

Mühasib peşəsi – əmək bazarında ən çox tələb olunan peşələrdən biridir. İstənilən təşkilatın kadrlarla bağlı ştat cədvəli özündə mühasib vəzifəsini nəzərdə tutur, iri müəssisələrdə isə hətta bir neçə mühasib vəzifəsi nəzərdə tutulur ki, onların hər biri konkret sahələr üzrə işlə məşğul olur. Mühasib işi çoxplanlıdır: əsas vəsaitlərin, maddi dəyərlərin uçotu, tədarükçülər və sifarişçilərlə hesablaşma, əmək haqqlarının, vergilərin ödənişi və s. Uçotun düzgün aparılması və hesabatın vaxtında təqdim olunmasına Baş mühasib cavabdehdir. Kiçik müəssisələrdə isə bütün mühasibatlıq işlərini bir mühasib yerinə yetirir.

Peşənin spesifikliyi

Mühasibin işi aşağıdakı funksiyaları yerinə yetirməkdir:

  • Mühasibat və vergi uçotunun aparılması;
  • Dövri hesabatların hazırlanması və onların vergi orqanlarına və dövlət fondlarına təqdim edilməsi;
  • Təşkilatın əməkdaşlarına əmək haqqlarının hesablanması və köçürülməsi;
  • Kassa və əlaqəli sənədlərin aparılması.

Peşənin müsbət tərəfləri

Mühasib peşəsi digər peşələrlə müqayisədə daha çox tələb olunandır. Mühasib işi bir qayda olaraq normalaşdırılmış iş günündən ibarət olur. Mühasib eyni zamanda bir neçə kiçik müəssisədə çalışa bilır ki, bu da ona əlavə qazanc gətirə bilər. Mühasib peşəsi prestijli iş sahəsi hesab olunur: Müəssisələrdə mühasib idarəetmə personalına aid edilir.

Peşənin mənfi tərəfləri

Yüksək səviyyəli məsuliyyətin zəruriliyi: Maliyyə uçotu və vergi ödənişləri ilə bağlı buraxılmış səhvlər cinayət məsuliyyətinə gətirib çıxara bilər.

İş yeri

  • İqtisadiyyatın müxtəlif sahələrinə aid istənilən dövlət təşkilatı; (sənaye, tikinti, kənd təsərrüfatı, xidmət sahəsi və s.)
  • Kiçik və orta sahibkarlıq müəssisəsi;
  • Maliyyə təşkilatları: vergi müfəttişliyi, sığorta agentlikləri, pensiya fondları;
  • Banklar, investisiya fondları.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Məcburi audit subyektləri üzrə auditdən keçmə meyarları mövzusunda iclas keçirilib

posted in: Audit, Xəbər | 0

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2018-ci ilin 16 fevral tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatasında  2018-ci ilin 16 fevral tarixində növbəti “dəyirmi masa” iclası keçirilmişdir. “Dəyirmi masa”da Auditorlar Palatasının Sədri Vahid Novruzov “Dünya praktikasında məcburi audit problemləri” mövzusunda çıxış etmişdir.

Daha sonra  Sədrin elmi-metodik məsələlər üzrə müşaviri  N.Talıbov tərəfindən “Məcburi audit subyektləri üzrə auditdən keçmə meyarları” barədə məruzə təqdim olunmuşdur. Məruzə ətrafında müzakirələr aparılmış və “dəyirmi masa” iştirakçıları tərəfindən konkret təkliflər verilmişdir. Sonda təkliflər nəzərə alınmaqla sənədin yenidən işlənib hazırlanmaqla müvafiq ünvanlara baxılmaq üçün göndərilməsi  tövsiyyə edilmişdir.

“Dəyirmi masa”da həmçinin Auditorlar Palatasının fəaliyyətində mövcud olan digər aktual məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.

Mənbə: audit.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Uşaq istəmirsənsə, vergi ödə!

posted in: Vergi, Xəbər | 0

Rusiyada qəribə vergi öhdəliyi qoyula bilər.

Uşağı olmayan ailələr buna görə vergi ödəməli olacaq. Moskva Hökumətinin Sosial siyasət və əmək münasibətləri üzrə sədr müavini Nikolay Qubenko bu barədə bildirir ki, Moskvada kifayət qədər yaxşı təmin olunmuş, amma uşaqsız ailələr var. Həmin təminatlı ailələrin ya uşaqları olmalıdır, ya da uşaq istəmirlərsə, vergi verməlidirlər.

Qubenkonun sözlərinə görə, bu həm demoqrafik artıma xidmət edəcək, həm də varlı ailələrdən alınan vergi aztəminatlı, çoxuşaqlı ailələrə veriləcək.

Rusiyadan başqa İtaliyada (Mussolininin vaxtında) və XX əsrin əvvəlində Bolqarıstanda subaylıq vergisi tutulurdu. Eradan əvvəl isə Romada subaylıq sultanlıq deyil, artıq xərc hesab olunurdu.

Mənbə: publika.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.