Ötən ay taxes.gov.az internet səhifəsinə nə qədər daxilolma olub??

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında 

2018-ci ilin yanvar ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 36.771 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 148.805 SMS göndərilib.

Ay ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) 483.676 daxilolma qeydə alınıb, saytın “Sual-cavab” bölməsi vasitəsilə daxil olan 260 sual cavablandırılıb.

Yanvar ayında vergi ödəyicilərinə xidmət strukturlarında 43.449 vətəndaşa 63.416 sayda xidmət göstərilib. Vergi ödəyicilərinə 31.559 sayda “ASAN İmza” sertifikatı verilib. 7.496 vergi ödəyicisi (1.036 hüquqi şəxs, 6.460 fiziki şəxs), 2.129 təsərrüfat subyekti (obyekti), 1.255 nəzarət-kassa aparatı və 702 POS-terminal qeydiyyata alınıb. 

Media və Kommunikasiya Mərkəzi

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi orqanlarında uçotda olmayan vətəndaşlardan mal alanda malsatanın məlumatları Vergilər Nazirliyinə nə vaxt və hansı formada verilməlidir?

posted in: Vergi, Xəbər | 0

Sual: Vergi orqanlarında uçotda olmayan vətəndaşlardan hər hansısa bir malı alanda alış aktında şəxsiyyət vəsiqəsində qeydləri dəqiq yazandan sonra Vergilər Nazirliyinə hansı formada məlumat verməliyik? Çox xahiş edirəm bu haqda ətraflı məlumat verəsiniz (yəni ki məlumatı ən geci hansı vaxtda və yaxud hansı formada yoxsa səyyar yoxlama keçirilən vaxt verilir).

Cavab: Vergi ödəyicisi olmayan şəxslərdən alınmış mallar barədə məlumat sərbəst formada olmaqla ödəniş edildikdən sonra qısa müddətdə vergi orqanına təqdim edilməlidir.

Bax: Vergi Məcəlləsinin 3.5-ci, 73-cü və 124-cü maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən təhlükəli peşələr (3-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

2008-ci ildə polis Rusiyada Sberbankın veksellərini hazırlayan cinayətkar qrupu həbs edir. Onlardan 20 milyon rubl dəyərində veksel alınır. Əgər, mühasibə əlinə həmin veksellərdən düşərdisə, CM-nin 186-cı maddəsilə “Qiymətli kağızların hazırlanması və satışı ilə məşğul olmaq” üstündə həbsxanaya düşə bilərdi.

Mühasibləri daha bir təhlükə də gözləyə bilər. Belə ki, iri məbləğdə pulları hətta gözətçinin müşaiyəti ilə aparan mühasib quldurluq məqsədilə törədilən qarətə məruz qala bilər. Belə bir quldurluq hadisəsi Moskva ətrafında baş verib. Mühasib gözətçinin müşaiyəti ilə 6 milyon rubl pulu apararkən, onlara silahlı qarətçilər hücum edib və bütün məbləği onun əlində alaraq, aradan çıxıblar. Düzdür, ölüm-itim halı baş verməyib, amma, böyük maliyyə itkisi baş verdiyindən, şirkət iflasa uğrayıb. Mühasib isə həm işindən olub, həm də ciddi sarsıntılara məruz qalıb.

Mühəndis peşəsi də təhlükəli peşələr siyahısına daxildir. Misal üçün, mühəndis-sazlayıcı Vladimir 3,5 metr hündürlükdə yıxılaraq dünyasını dəyişib. İşlər taxta döşənəklər üzərində aparılırmış və mühəndisin ayağının altındakı taxtalardan bir neçəsi qaçdığından, o aşağı yuvarlanıbmış.

Hidrostansiyalrın birində isə mühəndisin qolu dəzgaha düşüb. Kişi hadisənin necə baş verməsindən heç xəbər belə tutmayıb. Lakin, bəxti gətirb ki, yanında olanlar dəzgahı vaxtında saxlaya biliblər və kiçik cərrahiyyə əməliyyatı nəticəsində mühəndisin qolunu xilas etmək mümkün olub.

Ofislərdə də mühəndislərin başına az işlər gəlmir. Çox vaxt elektik xətlərini düzəldərkən cərəyan vurur, başqa ofislərə köçəndə isə üzərlərinə mebellər aşır və s. Bunlar azmış kimi, ofislərə köçəndə yeni yerdə otaqların düzənlənməsi məsuliyyəti də onların üzərinə düşür ki, bu zaman da risklər az olmur. Məs, Moskvada yeni ofisi qəbul edərkən, mühəndisin ayağı ikinci mərtəbədəykən  pilləkənlərdən sürüşüb və  o aşağı beton üzərinə düşüb. Yaxşı ki, kiçik sıyrıntlarla canını qurtara bilib. Həştəxan vilayətində də buna bənzər hadisə baş verib. Yeni otaqları qəbul edən mühəndis üçüncü mərtəbədə qapılardan birini açıb içəri daxil olmaq istəyib. Məlum olub ki, bu otqada, ümumiyyətlə, döşəmə yox imiş və mühəndis qapının dəstəyindən yapışmaqla özünü aşağı yuvarlanmaqdan birtəhər xilas edə bilib.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qəribə, qeyri-adi və insanı mat qoyan faktlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

  • İnsan beyni saniyədə 11 milyon bit məlumat qəbul edir, lakin bunun 40 bitini dərk edir.
  • Qum siçanı adrenalin qoxusunu yaxşı hiss edir. Bu səbəbdən aeroportların təhlükəsizlik xidmətləri terrorçuları aşkar etmək üçün ərazidə qum siçanları saxlayırlar.
  • Londonda metronun ilk qatarlarını “kanalizasiya tramvayları” adlandırıblarmış.
  • Ərəbcə sözlər sağdan sola, rəqəmlər isə soldan sağa yazılır. Ərəb dilini bilənlər mətnləri oxuyarkən rəqəmlər çox olduqda eyni zamanda hər iki tərəfdən oxumağa məcburdurlar.
  • Vintaçan (otverka) şurupdan yüz il əvvəl icad olunub. İlkin olaraq ondan mismarları çıxarmaq üçün istifadə olunub.
  • Mədəniyyət kökləri buzlaq dövrlərinə gedib çıxan aborigenlər 8000 min il ərzində sular altında qalan dağların adlarını deyə və onların yerləşdiyi yerləri söyləyə bilirlər.
  • Kömürlə işləyən elektrik stansiyası atmosferə, eyni həcmdə elektrik enerjisi verən atom elektrik stansiyasından 100 dəfə çox radioaktiv maddə tullayır.
  • Əfqanıstanın Gilmənd əyalətində baş verən cinayətlərin 90% yerli polislər tərəfindən törədilir.
  • İnsanın ağız suyunda ağrıkəsici opiorfin maddəsi var ki, bu da morfidən altı dəfə güclüdür.
  • Fransız, macar, ispan, italyan, portuqal, latış, serb, xorvat, bosniya, çernoqoriya və taqal dillərində “hava” və “vaxt” sözləri eynidir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.