Beynəlxalq audit şirkətində həbs dalğası

posted in: Audit, muhasibat, Xəbər | 0

Beynəlxalq audit şirkəti olan KPMG-nin (“Klynveld Peat Marwick Goerdeler”) keçmiş altı rəhbər şəxsi yanvarın 29-da ABŞ-da həbs olunub.

Keçmiş auditorlar məxfi audit məlumatlarından sui-istifadədə ittiham olunurlar.

Bildirilir ki, KPMG rəsmiləri İctimai Mühasibat Uçotu Heyətinin (İMUH) işçilərini işə götürərək onlardan İMUH-un şirkətin auditi ilə bağlı planlarını öyrənərək məxfi məlumatları əldə ediblər.

KPMG-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

“WallStreetJournal” yazır ki, tənzimləyicinin şirkətdə aparmaq istədiyi audit haqqında məxfi məlumatları ələ keçirdiklərinə görə ötən il KPMG-nin alt əməkdaşı işdən kənarlaşdırılıb.

Qeyd edək ki, KPMG “Böyük Dördlük” adlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, peşəkar xidmət təşkilatıdır.  Gəlirlərinə və əməkdaşlarının sayına görə isə bu dördlükdə “Deloitte” ,  “PWC” və “Ernst & Young”dan sonra dördüncü yerdədir. Dünyanın bir çox yerində nümayəndəliyi olan xidmət şəbəkəsinin mərkəzi Niderland-Amsterdamda yerləşir və şirkətlərə audit, vergi və məsləhət xidmətləri təklif edir.

Xatırladaq ki, “KPMG Azərbaycan limited” şirkətin Azərbaycandakı nümayəndəliyidir və 1998-ci ildən etibarən Respublikamızda fəaliyyət göstərir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu gündən etibarən xarici avans köçürmələri zamanı mühasiblər nəyə ciddi fikir verməlidirlər?

posted in: muhasibat, Xəbər | 0

Azərbaycan Respulikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından banklara daxil olan məktuba əsasən 30 yanvar 2018-ci il tarixdən etibarən ölkə xaricinə ediləcək AVANS köçürmələri (yəni, tərtib olunmuş xarici vayuta üzrə ödəniş tapşırıqlarında qeyd olunan “PREPAYMENT”) zamanı ilk növbədə ödəyici “Elektron Gömrük Portalı”-nda köçürmə üçün əsas olan sənədləri (yəni, xarici şirkətlə müəssisəniz arasında olan müqaviləni və xarici şirkətin müəssisənizə təqdim etditi “Proforma İnvoice”-ni) qeydiyyatdan keçirməli və qeydiyyatdan keçirilən sənədlər üçün sözügedən portalın ödəyiciyə təqdim etdiyi 9 rəqəmli şifrəni ödəniş tapşırığında qeyd etməklə banklara təqdim etməlidir. AVANS şəklində ödənilmiş ödənişlər elektron portaldan qeydiyyatdan keçirilmədiyi halda İDXAL ediləcək malların gömrük rəsmiləşdirməsi Dövlət Gömrük Komitəsi tərəfindən dayandırılacaq. Buna görə də müəssisəniz tərəfindən xarici ödənişlər ödəyərkən diqqətli olmağınızı və yuxarıda qeyd etdiyim qanunauyğunluqla ödənişlərinizi həyata keçirməyi tövsiyyə edirik.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci il üçün Əmək Haqqı Cədvəli-Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

posted in: muhasibat, Məqalə, Xəbər | 4

Bildiyimiz kimi, 2018-ci il  1 yanvar tarixindən ölkə üzrə yaşayış minimumu 173 manat təyin edilmişdir. (Yaşayış minimumu təsdiq edilib). Bundan başqa “İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minir ki, bu qanuna əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  • Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
  • Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, aylıq 500 manat əmək haqqısı olan işçinin 2017 və 2018-ci il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:

2017 2018
Əmək Haqqı Məbləği 500 500,00
Gəlir vergisi 48,30 45,78
Pensiya Fondu 3% 15,00 15,00
İşsizikdən Sığorta Haqqı(sığortaolunan tərəfindən) 0 2,5
Pensiya Fondu 22% 110 110
İşsizikdən Sığorta Haqqı (sığortaedən tərəfindən) 0 2,5
İşçinin aldığı net əmək haqqı 436,70 436,72

2018-ci il üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linkdən yükləyə bilərsiniz. (əmək haqqı cədvəli 2018)

2018-ci il üçün əməkhaqqı cədvəli

P.S. 2018-ci il üçün Vergi Məcəlləsində Gəlir vergisi dərəcələrində dəyişiklik olarsa, yenilənmiş formanı diqqətinizə çatdıracağıq.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Temperament tipinə görə peşə seçimi (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
Hansı temperament tiplərinə hansı peşələr uyğun gəlir?

Hansı temperament tipinə aid olduğunuzu bilirsinizmi? Psixoloqlar dörd temperament növünü fərqləndirirlər:

  • Xolerik;
  • Sanqvinik;
  • Fleqmatik;
  • Melanxolik.

Hər bir insan müəyyən temperament tipinə malikdir. Hər temperamentin də özünəməxsus xüsusiyyətləri var, hansı ki bu xüsusiyyətləri bilmək insanın özünü tanıması deməkdir. Psixoloqların fikrincə insanın hansı peşəyə meyilli olması, sırf onun temperamenti ilə bağlıdır. Odur ki, peşə seçimi etməzdən əvvəl, hər kəs öz temperamentini müəyyənləşdirsə, gələcəkdəki iş həyatı üçün daha uğurlu olar.

Xolerik və fleqmatik tip insanlar haqqında məqalənin əvvəlki hissəsində bəhs etmişdik.

Bu yazıda sanqvinik və melanxolik tip insanlardan danışacağıq.

Siz eyni zamanda bir neçə tapşırığı yerinə yetirə bilirsiniz, təşkilati qabiliyyətlərinizlə qürur duya bilirsiniz və mürəkkəb işlərə diqqətinizi cəm etməyi bacarırsınız? Onda siz – sanqviniksiz. Sanqviniklər – təbiətən rəhbərlik etmək üçün yaranıblar. Onlardan ən ədalətli və səmimi rəislər çıxır, kollektivin sevimlisi olurlar. Bu temperamentdən olanlar istənilən adamı yola gətirə və özlərinə cəzb edə bilirlər.

Sanqviniklər istənilən fəaliyyət sahəsində müvəffəqiyyət qazana bilirlər, amma yeknəsəq iş, məsələn, kompüter arxasında durmaq onlarlıq deyil.  Sanqviniklər insanlarla işləmək sahəsi ilə bağlı peşələrdə özlərini əla hiss edirlər, onlardan yaxşı psixoloqlar, müəllimlər, eləcə də həkim, sosial işçilər, menecerlərtəşkilatçılar çıxır.

Əgər, əhval-ruhiyyə adamısınızsa, qərarsızsınızsa, amma tez adaptasiya olunursunuzsa, onda siz – melanxoliksiniz. Belə adamlar müşahidəçi və fərasətli olurlar.

Melonxoliklər insanlarla daimi ünsiyyət tələb olunan işləri, eləcə də cərrah, təyyarəçi, yanğınsöndürən, dispetçer, xilasedicipsixoloq kimi daim özündə stress daşıyan peşələri seçməməlidirlər. Melanxoliklər özlərini daha çox yaradıcılıq, humanitar və ya kənd təsərrüfatı ilə bağlı peşələrdə göstərə bilərlər. Temperament tipinə görə onlardan yaxşı pedaqoqlar (xüsusilə azyaşlı uşaqlarla işləyən), rəssamlar, bəstəkarlar, baytar həkimləri, zootexniklər, incəsənət xadimləri çıxa bilər.

Psixoloqlar hesab edirlər ki, insan xarakteri özündə az və ya çox şəkildə hər bir temperamentin elementlərini birləşdirir. Əgər siz özünüzə və öz xarakterinizə qarşı diqqətli olsanız, onda çətinlik çəkmədən öz davranışlarınızı, əməllərinizi təhlil edə və öz temperament tipinizi müəyyənləşdirə bilərsiniz. Bu sizə gələcəkdə ürəyinizə yatan peşəni seçməkdə kömək edə bilər.

Məqalənin birinci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.