Read More9
Read More9

Ölkədaxili nağdsız əməliyyatlarda müsbət dinamika

posted in: Xəbər | 0

Bu ilin yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 2025-ci ilin dekabr ayına nəzərən 176 min ədəd artaraq 22,156 milyon ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 13,3 faiz artıb, kredit kartlarının sayı isə 7,6 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artıb.

2026-cı ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,687 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,600 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,085 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. Yanvar ayı üzrə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70,6 faizini təşkil edib.

Mənbə: vergiler.az

Vəfat edən işçinin müavinəti vergiyə cəlb olunurmu?

Vəfat edən işçinin müavinəti vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

İşçi vəfat etdiyi zaman ona ödənilməmiş əməkhaqqı, məzuniyyət və mükafat qalıb. Bu ödənişlər vəfat edənin vərəsələrinə ödənilərkən vergi və icbari sosial tutulmalar (tibbi, işsizlik, MDSS) olmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Vergi Məcəlləsinin 102-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada ödənilən təminatlar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Onu da qeyd edək ki, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduğu halda, dəfn üçün müavinətin biri – məbləğcə daha böyüyü ödənilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunlar

Mənbə: vergiler.az

Hamiləliyə və doğuşa görə məzuniyyət uzadılır

Hamiləliyə və doğuşa görə məzuniyyət uzadılır

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərdən birinin sadə izahını verib.

İzaha görə, əgər uşaq gözlənilən tarixdən gec doğularsa, ana üçün doğuşdan əvvəlki məzuniyyət həmin gecikən günlər qədər uzadılır.

Bu əlavə günlər:

• Ödənişlidir;

• Doğuşdan sonrakı məzuniyyət günləri azaldılmır.

Yəni ana heç bir gün itirmir və hüquqları tam qorunur.

Bu dəyişiklik Beynəlxalq Əmək Təşkilatının 183 nömrəli Konvensiyasının 4-cü maddəsinin 5-ci bəndinə uyğunlaşdırılıb.

Qeyd edək ki, həmin Konvensiyaya əsasən analıq məzuniyyətinin minimum müddəti 14 həftə müəyyən edilsə də, ölkəmizin əmək qanunvericiliyində analıq məzuniyyəti üçün minimum 18 həftəlik hüquq nəzərdə tutulub.

Mənbə: vergiler.az

Pay torpağı olanlar nə qədər sosial sığorta haqqı ödəməlidir?

Hamiləliyə və uşağın 3 yaşı tamam olana qədər qismən ödənişli sosial məzuniyyətlərin ödənilməsi qaydası

posted in: Xəbər | 0

Mövzunu insan resursları və əməkhaqqı üzrə mütəxəssis Firəngiz Səmədova şərh edir. 

Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında köklü dəyişikliklər edilib.

Belə ki, Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib. Sənəddə yer alan vacib məqamlardan biri sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin Elektron Hökumət İinformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə ötürülən elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqəsinə dair məlumatlara əsasən, təqvim günü üzrə ödənilməsidir. Dəyişiklikdən sonra isə müavinətin ödənilməsi üçün artıq protokol tərtib olunmasına, əvvəlki 12 ay üzrə əməkhaqqı və iş günləri barədə məlumatların sistemə daxil edilməsinə ehtiyac qalmır. Bütün proses avtomatik şəkildə icra edilir.

Bəs hamiləlik və doğuşa görə məzuniyyətin, həmçinin uşağın 3 yaşı tamam olana qədər qismən ödənişli sosial məzuniyyətlərin ödənişinin icrası hansı formada tənzimlənəcək?

Yeni təsdiqlənmiş Qaydaya əsasən, qeyd olunan məzuniyyətlərin ödənişə verilməsi zamanı işəgötürən hər iki hal üzrə məzuniyyət əmrini ƏMAS-da əmrlər bölməsində əks etdirməlidir. Artıq bununla bağlı elektron sistemdə müvafiq yeniliklər tətbiq edilib.

Ödənişin hesablanması zamanı lazım olan əvvəlki 12 ayın qazancı barədə məlumatlar işəgötürən tərəfindən təqdim edilmiş “Muzdlu və qeyri-muzdlu işlə əlaqədar Vahid Bəyannamə”dən əldə ediləcək. Bu halda bəzi praktiki suallar yaranır ki, onların həlli yollarına nümunə üzərindən baxaq.

Misal

Əməkdaşın hamiləlik və doğuşla əlaqədar 20.06.2026-cı il tarixdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi sənədi daxil olub. Bununla əlaqədar məzuniyyət əmri ƏMAS-a daxil edilib və sənəd ödənişə göndərilib. Bu halda hesablama üçün nəzərə alınan dövr 2026-cı ilin I rübü, 2025-ci ilin isə II, III və IV rüblərini əhatə edir.

31.08.2026-cı il tarixdə müəssisə tərəfindən 2026-cı ilin I rübü üzrə Vahid Bəyannaməyə dəqiqləşmə verilib və həmin əməkdaşın mart ayı üzrə qazancında fərqlilik yaranıb. Bəs belə olan halda ödənilmiş müavinət üzrə dəyişiklik necə tənzimlənəcək?

1-ci hal. Əgər dəyişiklik nəticəsində əməkdaşın qazancında artım olubsa, bu zaman sığortaedənin müraciəti əsasında müavinət sığortaçı tərəfindən yenidən hesablanır və yaranmış fərqin sığortaolunana (yəni əməkdaşa) ödənilməsi təmin edilir.

2-ci hal. Əgər dəyişiklik nəticəsində əməkdaşın qazancında azalma olubsa, müavinət sığortaçı tərəfindən yenidən hesablanır və artıq verilmiş məbləğin geri qaytarılması təmin edilir. Artıq verilən məbləğ sığortaçının müraciəti əsasında sığortaedən tərəfindən sığortaolunanın razılığı ilə, razılığı olmadıqda isə məhkəmənin müvafiq qərarına əsasən sığortaolunandan alınmaqla sığortaçıya geri qaytarılır.

Burada diqqət edilməli məqam əməkdaşın qazancı barədə məlumatlara Vahid Bəyannamədə dəyişikliyin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənildiyi tarixdən sonrakı 180 təqvim günü ərzində edilməsidir.

Mənbə: vergiler.az

Azərbaycanda “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası” dəyişib

1 23 24 25 26 27 28 29 2. 679
error: Content is protected !!