Vergilər Nazirliyi E-qaimə fakturanın tətbiqi ilə bağlı müraciət etdi

posted in: Vergi, Xəbər | 0

2018-ci ildən bütün vergi ödəyiciləri malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmamış şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Cari ilin aprel ayının 1-dən indiyədək 7841 əlavə dəyər vergisi ödəyicisi tərəfindən 4.479.153 elektron qaimə-faktura təqdim olunub. Bu əməliyyatların ümumi dəyəri 23520,7 milyon manatdan artıqdır.

Gələn ilin əvvəlindən etibarən, elektron qaimənin bütün vergi ödəyiciləri üzrə tətbiqindən sonra, əlavə dəyər vergisində olduğu kimi, digər vergi növləri üzrə də malların satış dövriyyəsi tam şəkildə elektron qaydada nizamlanacaq və prosesə vergi orqanları tərəfindən nəzarət ediləcək.

Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: “Onlayn rejimdə” – vergi ödəyicisi, İnternet Vergi İdarəsinin “e-Qaimə” altbölməsinə daxil olur və “onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir. “Oflayn rejimdə” – vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını və digər zəruri proqramları “İnternet Vergi İdarəsi”ndən öz kompüterinə yükləyir, qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və həmin faylı proqram vasitəsilə imzalayaraq sistemə yükləyir. Qeyd edək ki, bu barədə İnternet vergi idarərsində yerləşdirilmiş “Elektron qaimə-fakturanın istifadəçi təlimatı”nda da ətraflı məlumat verilib.

E-qaimənin tətbiqinin vergi orqanları və vergi ödəyiciləri üçün bir sıra üstünlükləri var. E-qaimə inzibatçılıq xərclərinin azaldılmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

Elektron qaimə-fakturanın tətbiqinin digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu sistemin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən və əlavə vaxt itkisinə yol vermədən birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür.

Elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edir. Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırır və bu, sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə kömək edir.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib fırıldaqları (1-ci sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan da əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

1-ci sxem
Maddi dəyərlərin hesabdan silinməsi zamanı saxtakarlıq

İstənilən müəssisədə işlənmiş, ömrünü başa vurmuş materiallar və maddi dəyərlərin silinməsi zamanı akt tərtib edilir. Bu zaman rəhbərlik tərəfindən lazımi nəzarət olmadıqda, akt tərtib edənlər xeyli “qabağa düşə bilərlər”.

Misal üçün, yanacaq-sürtkü materiallarını sərf ediləndən daha çox göstərə bilərlər. Bu yolla digər maddi dəyərləri də silmək və sonradan onları mənimsəmək mümkündür. Anbar işçiləri xidməti vəzifələrindən istifadə edərək, mövcud olmayan və ya hələ işlədilməsi mümkün olan maddi dəyərləri həmin siyahıya sala bilərlər.

İnventar idarəetmə qaydalarına əsasən silinmə barədə akt tərtib olunduqdan sonra anbar uçotu aparılarkən məxaric orderi tərtib edilir, anbar uçotu ilə bağlı vərəqədə isə qalıqlar göstərilir. Anbar məxaric orderi və qalıqları əks etdirən vərəq anbarda qalır, silinmə barədə akt isə mühasibə verilir.

Lazımi nəzarət olmadıqda bu zaman qayda pozuntuları istisna olunmur. Məsələn, maraqlı şəxslər (mühasib və anbardar) anbarda saxlanılan sənədlərdə beş ədəd məhsulun silindiyini, silinmə aktında isə bunu üç ədəd kimi göstərə bilərlər. Arada qalan 2 ədədi öz aralarında bölə bilərlər.

Bu kimi hallardan can qurtarmaq üçün silinmə aktına anbardakı məxaric orderlərinin surətlərinin əlavə edilməsi çox mühümdür. Bu, anbar və mühasibatlıq məlumatlarını müqayisə etməyə imkan verir. Belə bir yoxlamanın rübdə bir dəfə aparılması arzuolunandır. Belə bir imkan yoxdursa, onda heç olmasa seçim xarakterli yoxlama aparmaq çox vacibdir.

Bir qayda olaraq silinmə aktını müəssisə rəhbəri imzalayır. Əgər, o bunu avtomatik şəkildə “baxmadan” edirsə, pozuntulardan sığortalanmayıb. Müəssisənin direktoru siyahını diqqətlə nəzərdən keçirməlidir – ola bilsin ki, silinmə ilə bağlı bəzi pozisiyalarla çox çətin ki razılaşsın.

Ərzaq məhsulları ilə ticarət edən müəssisələrdə malların istifadə müddətinin ötməsi ilə bağlı saxtakarlıqlar etmək çox geniş yayılıb. Bu cür hallarda anbardar anbarda vaxtı ötmüş məhsullarla bağlı müəssisə rəhbərini xəbərdar etməlidir. O, həmin məhsulların silinməsi ilə bağlı akt tərtib edir və imzalanması üçün onu müəssisə rəhbərinə təqdim edir və deyir ki, həmin məhsullar təcili olaraq anbardan götürülməlidir, yoxsa sanitar-epidemioloji stansiya tərəfindən xoşagəlməzliklərlə üzləşə bilərik.

Ticarət müəssisəsinin direktoru də təcili şəkildə sənədi imzalayır. Bundan sonra anbar işçisi rahat şəkildə geri qayıdır və həmin məhsulları mənimsəyir. Bir qayda olaraq bu əməliyyat bir neçə nəfər tərəfindən (daha çox anbardar və mühasib) planlaşdırılır. Təbii ki, “qazanc” da elə onların, yəni, “maraqlı tərəflərin” arasında bölüşdürülür.

İri müəssisələrdə bu qayda ilə bir çox məhsulları silmək mümkündür. Sonra isə həmin ərzaqları kiçik dükanlarda və ya köşklərdə də satdırmaq mümkündür ki, bu da az gəlir gətirmir. O səbəbdən, istifadə vaxtı ötmüş məhsullarla bağlı məlumatlar ciddi şəkildə araşdırılmalıdır.

Silinməsi gözlənilən və anbarda saxlanılan məhsula hökmən baxış keçirilməlidir. Məsələn, şüşə qablarda saxlanılan bir neçə ədəd şirələr sındığı üçün silinirsə, həmin qırılmış şüşə qabların qırıntılarının göstərilməsini tələb edin. Yoxlayın görüm, onlar həqiqətənmi sınıblar. Böyük partiyada məhsullardan söhbət gedəndə, xüsusilə diqqətli olmaq lazımdır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanması qaydası

posted in: Xəbər | 0

Ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanması qaydası açıqlanıb.

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və dekabrın 22-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) qanunda göstərilən ailə üzvlərinin nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Məsələn, 25 avqust 2017-ci il tarixdə vəfat etmiş 46 yaşlı sığortaolunan şəxsin 2006-cı ildən sonra 11 il 6 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 20500 manat sığorta kapitalı var. Onun ailə üzvləri (3 nəfər) ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət ediblər. Əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının 10 il 4 ay (46 yaş – 15 yaş = 31) x 4 ay = 124 ay= 10 il 4 ay) sığorta stajı tələb olunur. Onun 11 il 6 ay sığorta stajı olduğu üçün ailəsinin əmək qabiliyyəti olmayan üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Ailə başçısını itirməyə görə pensiya əliliyə görə pensiya kimi hesablanır. İlk növbədə tələb edilən sığorta stajına mütənasib olaraq sığorta davamiyyəti əmsalı hesablanır:

124 ay:192= 0,6458;

Sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi aylarının sayına (144) vurulur (0,6458×144=93) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin ədədə bölünməklə ailə üzvlərinə ümumi məbləği 220,43 manat (20500:93=220,43 manat) olmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir.

Yaxud 10 avqust 2017-ci il tarixdə vəfat edən 61 yaşlı sığortaolunan şəxsin 15 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 7885,0 manat pensiya kapitalı qeydə alınıb. Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün onun iki nəfər ailə üzvü – arvadı və 21 yaşında əyani təhsil alan övladı müraciət ediblər. Ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün vəfat edən şəxsin 15 il 4 ay (61 yaş -15 yaş = 46) x 4 ay = 184 ay = 15 il 4 ay) sığorta stajı tələb edilir. Vəfat etmiş şəxsin ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya aşağıdakı qaydada hesablanır: 184:192= 0,9583×144=138; 7885:138=57,14. Ailəyə düşən əmək pensiyasının məbləği (57,14 manat) əmək pensiyasının minimum məbləğindən az olduğu üçün vəfat etmiş şəxsin ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyası minimum məbləğə çatdırılmaqla ödənilir.

Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin hər birinə düşən pensiyanın məbləği ailə üçün hesablanmış ümumi məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Məsələn, 220,43 manat pensiya məbləği vəfat etmiş şəxsin üç nəfər ailə üzvü arasında, 31-ci misal üzrə müəyyən edilmiş 110 manat pensiya məbləği isə iki nəfər ailə üzvü arasında bölünəcək. 2017-ci ilin 1 iyul tarixinədək vəfat etmiş, yaşa və yaxud əlilliyə görə əmək pensiyaçısı olmuş ailə başçısının ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği, vəfat etmiş ailə başçısının pensiyasının ümumi məbləğinin (baza və sığorta hissələrinin cəmi) əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Məsələn, yaşa görə əmək pensiyaçısı olan ailə başçısı 1 fevral 2017-ci il tarixdə vəfat edib. Onun pensiyasının məbləği 160 manat (baza hissəsi 110 manat + sığorta hissəsi 50 manat = 160 manat) təşkil edib. 20 iyul 2017-ci il tarixdə onun arvadı ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət edib. Vəfat edən pensiyaçının pensiyasının baza və sığorta hissələrinin cəmi məbləği (160 manat) onun arvadına sığorta hissə kimi ödənilməlidir.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi Banklar tərəfindən bank xidmətlərinə görə (bank faizi, komissiyalar və s.) E-Qaimə verilməsi məsələsinə cavab verdi

posted in: Vergi, Xəbər | 0

Sual: Hörmətli, vergi əməkdaşları. Xahiş olunur aşağıdakı məsələyə ətraflı və açıq başa düşüləcək şəkildə aydınlıq gətirəsiniz. Banklar və digər maliyyə institutları göstərdikləri xidmətlərə görə (bank faizi, komissiyalar və sair) VM 16.1.11-6 maddəsinə əsasən
1) vergi ödəyici kimi qeydiyyatdan keçən təşkilatlara və fiziki şəxslərə elektron qaimə-faktura təqdim etməlidirlərmi?
2)Təqdim edilməlidirsə aylıq yoxsa illik və ya hansı interval üçün təqdim edilməlidir?
3) Əgər xidməti alan tərəfdə səyyar yoxlama zamanı elektron qaimə-fakturanın olmaması aşkar edilərsə hər hansı bir maliyyə sanksiyası gözlənilirmi?

Cavab 1-2: Bildiririk ki, vergi qanunvericiliyində banklar tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə göstərilən xidmətlərə görə elektron qaimə-fakturanın təqdim edilməsi istisna edilməmişdir.

Belə ki, bank tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara maliyyə xidmətlərinin (depozitlərin idarə edilməsi, tədiyyələr, köçürmələr və s.) göstərilməsi tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir. Bağlanmış müqavilələr əsasında hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər (maliyyə xidmətləri, dövrü olaraq yerinə yetirilən inkassasiya xidmətləri, seyf xidmətləri və digər bu kimi xidmətlər) müntəzəm və ya daimi əsasda göstərildiyindən həmin xidmətlərə görə alıcılara hər ayın yekunları üzrə göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim edilməlidir.

Bunlarla yanaşı, bank tərəfindən müntəzəm və ya daimi əsasda göstərilməyən birdəfəlik xidmətlərə görə hər əməliyyat üzrə ayrılıqda elektron qaimə-faktura təqdim edilir.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-ci və 71-1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları

Cavab 3: Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi  miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Bax: Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.