Ali Məhkəmə: Vergilər Nazirliyi məhkəmələrin 63,3%-ni uduzub

posted in: Vergi, Xəbər | 0

“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb”.

Bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev məlumat verib. H.Mirzəyev bildirib ki, bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8%) iddia isə mümkün sayılmayıb.

“Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uyğun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yanlış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu, belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uyğun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 min 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 min 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”, – deyə H. Mirzəyev vurğulayıb.

Mənbə: femida.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Praktik Mühasibatlıq” üzrə təlim

posted in: muhasibat, Xəbər | 0

Maliyyə Elm-Tədris Mərkəzi “Kommersiya təşkilatlarında Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları əsasında PRAKTİK MÜHASİBATLIQ” (sıfırdan mühasibatlığın öyrədilməsi, maliyyə, vergi, DSMF, statistik hesabatların hazırlanması və təqdim edilməsi qaydaları) üzrə təlimlərə start verir.

Qeydiyyata düşmək üçün:

Əlaqə telefonu: +(994) 12 404 81 59;
E-poçt: ; ;

Təlimin müddəti: 64 saat;

Təlimin qiyməti: 500 manat.

Mənbə: Maliyyə Elm-Tədris Mərkəzi.

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Siz özünüzü qıdıqlaya bilməzsiniz!

posted in: Məqalə | 0

 

Məlum olduğu kimi, mühasibat işi də intellektual fəaliyyət sahəsi hesab olunur və bu sahədə çalışan adamlardan yüksək bacarıq və vərdişlər, yaddaş qabiliyyəti və s. tələb olunur. Bu yazıda yaddaş və beynin işi haqqında maraqlı faktlar barədə məlumat verəcəyik.

Birinci fakt.
Siz özünüzü qıdıqlaya bilməzsiniz!

Xəstəni müşahidə edən həkim adətən ondan əllərini yuxarı qaldırmağı xahiş edir. Görəsən niyə? Çünki siz qıdıqdan qorxmayasınız deyə. Baxmayaraq ki, siz nə qədər istəsəniz belə özünüzü qıdıqlaya bilməyəcəksiniz və bu zaman həmin duyğunu yaşaya bilməyəcəksiniz.

Bu ondan irəli gəlir ki, beynimiz daha mühüm şeylərə, ətraf aləmdən gələn siqnallara fokuslaşıb, hansı ki, bu qədər duyğu ola-ola diqqətimiz lazımsız hərəkətlərimizə köklənməsin. Beynin bir hissəsi bu məqsədlər üçün mövcuddur, hansı ki, öz təmasımızı yad təmaslardan fərqləndirir və bu zaman gələn siqnalı generasiya edir. Beynin bu hissəsi onun ümumi həcminin 1/8-ni təşkil edir və 113 qr çəkiyə malikdir. Kiçikliyinə baxmayaraq, beynin bu hissəsi duyğu təsirlərimizin nəticələrini proqnozlaşdırır. Əgər, proqnoz faktiki sensor məlumatlara müvafiq gəlirsə, onda beyin bunun təhlükəsiz olduğunu bilir və bu səbəbdən onu gözardı edir.

Nəticə – Siz özünüzü qıdıqlaya bilməyəcəksiniz! Beyniniz bunu etməyə sizə imkan verməyəcək!

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Elektron imza şəxsiyyət vəsiqələrində olacaq

posted in: Xəbər | 0

Gələn ildən Azərbaycan vətəndaşlarına veriləcək yeni növ şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Bu elektron imzaların yazılması ödənişsiz həyata keçiriləcək.

Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, elektron xidmətlərdən yeni şəxsiyyət vəsiqələri ilə istifadə etmək imkanı yaranacaq.

Bildirək ki, həmin şəxsiyyət vəsiqələri 5 il müddətinə verildiyi üçün imzalar da bu müddətdə qüvvədə olacaq. Qeyd edək ki, hazırda ölkədə mövcud olan elektron imzalar 3 illik verilir.

Mənbə: www.report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.