Maddi imkanı olmayan şəxslər üçün mühasibat uçotu üzrə təlim layihəsi

posted in: muhasibat, Xəbər | 0

 

Maliyyə Elm-Tədris Mərkəzi maddi imkanı olmayan şəxslər üçün mühasibat uçotu üzrə təlim layihəsi hazırlayıb. Qeydiyyatdan keçmək üçün özünüz haqqında məlumatı ünvanına göndərməlisiniz.

Seçim zamanı ilk olaraq, şəhid ailələrinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, əlillik dərəcəsi olanlara, məcburi köçkünlərə üstünlük veriləcəkdir.

Mənbə: Maliyyə Elm-Tədris Mərkəzi

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yeni Vergilər naziri təyin olundu

posted in: Vergi, Xəbər | 0

 

Prezident İlham Əliyev “M.Ç.Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncam ilə Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilib.

Prezidentin digər bir sərəncamı ilə, Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilib.

Mikayıl Cabbarov təhsil naziri idi.

Qeyd edək ki, Vergilər naziri bu gün iclas keçirmişdi.

Mənbə: marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bakı rayonları üzrə işçilərin sayı və orta aylıq nominal əmək haqqı göstəriciləri

posted in: Maliyyə, Xəbər | 0

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1607 nəfər artaraq 696446 nəfər olub.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 8% artaraq 783,8 manat təşkil edib.

Yanvar-sentyabr ayları üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:

 

 

2017-ci ilin yanvar-sentyabr aylarında siyahı tərkibində olan işçilərin sayı (nəfərlə)

2017-ci ilin yanvar-sentyabr  aylarında orta aylıq nominal əmək haqqı (manat)

Bakı şəhəri – cəmi *)

  696 446

783,8

  o cümlədən rayonlar:
Binəqədi

43 482

428,2

Xətai

62 615

833,8

Xəzər

29 631

642,5

Qaradağ

25 123

958,9

Nərimanov

64 730

517,3

Nəsimi

152 001

617,2

Nizami

44 925

667,7

Pirallahı

7 718

1 381,5

Sabunçu

27 314

484,7

Səbail

115 036

1 493,7

Suraxanı

19 636

573,4

Yasamal

104 236

645,0

 

Mənbə: www.apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblər haqqında maraqlı lətifələr (5-ci hissə)

posted in: muhasibat, Məqalə | 0

  • İş gününün qızğın çağında şirkətlərdən birində vəhşi qışqırıq səsləri yüksəlir, içəri kamuflyaj və maska taxmış oğlanlar soxulur. Hamı şokdadır, bir nəfər qışqırır: – Haydı, hamı döşəməyə uzansın, yaramazlar – bu qarətdir! Baş mühasib döşəməyə uzanaraq: – əclaflar, yaman qorxutdular, mən də elə bildim vergi polisidi…
  • Nahardan sonra mühasibatlığa daxil oluram – heç kim yoxdur… “Odnoklassnika” daxil oluram – op-p-pa! Bütün mühasibatlıq burdadı ki…
  • İşə yeni mühasib götürmüşəm, 1951-ci ildə anadan olub. Əlindən hesablama çötkəsini aldım, indi o, kompüterdə Bloknotda sütunla hesablayır!
  • İki mühasib söhbət edir: – Rəhbərlik lap ağını çıxarıb, bu qədər məzuniyyətsiz işləmək olar!- Heç olmasa bir neçə gün dincəlmək üçün mənim ideyam var. O, tavandan keçən boruya ayaqlarını dolayaraq başı aşağı sallanır. İçəri girən rəis soruşur: – Burada nə baş verir, bu nə deməkdir, niyə tavandan asılıb qalmısınız? Mühasib cavab verir: – Qeyri-adi heç nə – mən lampoçkayam, otağı işıqlandırıram, niyə də asılmayım ki? – Bilirsiniz, mənə elə gəlir ki, siz çox yorulmusunuz, gedin evə və bu həftə ərzində sizi burada görməyim. Mühasib getmək üçün hazırlaşır. Bu zaman ikinci mühasib də yığışmağa başlayır.  – Bəs Siz hara? – deyə, rəis soruşur. – Axı, mən işıqsız necə işləyə bilərəm!
  • İki əməkdaş söhbət edir: – Bilirsən, bizim mühasib – adam aldadandır! Amma çox ədalətli insandır. – Həmsöhbəti soruşur, axı, bu necə ola bilər? – O, istisnasız hamını aldadır.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.