Absheron Hotel Group LLC-də ödənişsiz təcrübə proqramı

posted in: muhasibat, Xəbər | 0

Azərbaycanda gənc və dinamik bir idarəetmə şirkəti olan, dünya standartlarında mehmanxanalar və kurortlar portfelini idarə edən ABSHERON Hotel Group maliyyə sahəsində təcrübəçi axtarır.

Vəzifələr:

  • Aylıq maliyyə hesabatlarının hazırlanması;
  • Vergi hesabatlarının nəzərdən keçirilməsi;
  • Mühasibat uçotunun aparılması;
  • Mühasibat yazılışlarının həyata keçirilməsi;
  • Auditə kömək;
  • Məlumatların daxil edilməsi.

 

Tələblər:

  • Biznes, Maliyyə, İqtisadiyyat və Mühasibat sahəsində ixtisasları olmalı;
  • Ofis proqramlarında işləyə bilməli;
  • Detallara diqqət yetirmək, çox vəzifəli və əla ünsiyyət bacarıqları olmalıdır;
  • Regionlara səyahət etmək tələb oluna bilər.

Tələbələr və ya yeni məzun olanlar öz CV-ni  elektron ünvanına göndərə bilərlər. Ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi 20 noyabrdır.

Mənbə: stajer.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən çox mənfəət vergisini kim ödəyir?

posted in: Vergi, Xəbər | 0

Dünya ölkələrində bir sıra vergi növləri tətbiq edilir. Onlardan biri də mənfəətdən tutulan vergidir. Bəs ən çox mənfəət vergisi hansı ölkələrdə tutulur?

Proqressiv vergi dərəcəsi tətbiq edilən ölkələrdə maksimal vergi dərəcəsindən istifadə olunur.  Gəlirlər artıqca vergi ödəməsinin də yüksəldiyini nəzərdə tutan proqressiv vergi dərəcəsi, sosial ədalət nöqteyi-nəzərincə həyata vəsiqə hüququ qazanıb, belə ki, bu vergi növü cəmiyyətin təbəqələşməsinin qarşısını alır. Digər tərəfdən, yüksək əmək haqqı alan əməkdaşlardan yüksək dərəcəli vergilərin tutulması, ya onların daha aşağı vergilər tətbiq edilən ölkələrə miqrasiya etməsinə, ya da vergidən yayınmasına  gətirib çıxarır – “boz” və “qara” maaş cədvəllərinə yol açır.

Mənfəətdən ən yüksək vergi İsveçdə – 56,4% tutulur. Beləliklə, bu ölkə reytinqdə birinci yeri tutur. Yeri gəlmişkən, mənfəətdən verginin bu həddə olması, son illərdə bazarda daha çox tələbat duyulan və yüksək əməkhaqqı alan peşə sahiblərinin ölkədən axınına gətirib çıxarıb. Reytinqdə ikinci pilləni 53,7 % lə Belçika tutur. Üçüncü yerdə 52 % lə Niderland qərarlaşıb, sonrakı pillələri Danimarka (51,5%) və Avstriya (50%) tutur. Böyük Britaniyada da 50 faizlik mənfəət vergisi tətbiq olunur. Rusiya 13 faizlik mənfəət vergisi ilə 34-cü yerdədir. Belorusiyada 12 faizlik mənfəət vergisi nəzərdə tutulub. Bolqarıstan və Qazaxıstanda isə ən aşağı, 10 faizlik mənfəət vergisi tətbiq olunur.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

500 milyard dollarlıq şəhər

posted in: Xəbər | 0

Səudiyyə Ərəbistanı 500 milyard dollara gələcəyin şəhərini inşa edəcək.

Robotlar, bərpa olunan enerji və öz qanunları ilə idarə olunacaq şəhər ölkəni və onun iqtisadiyyatını modernləşdirməyə hesablanıb.

Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd ibn Salman krallığın XXI əsr ölkəsinə çevrilməsinə kömək edəcək futurizm üslubunda olan layihəni Səudiyyə Ərəbistanında reallaşdırmaq üçün Alcoa və Siemens şirkətinin keçmiş baş direktorunu Ər-Riyada dəvət edib. Şahzadə həmçinin vəd edib ki, dövlət islamın daha tolerant formasına keçid edəcək və bütün dünya dinləri və ənənələrinə öz qapılarını açıq elan edəcək, beləliklə, Səudiyyə Ərəbistanı öz iqtisadiyyatının diversifikasiyasını həyata keçirəcək və bura sərmayəçilər dəvət olunacaqlar.

Neom adı verilmiş və ölkənin şimali-qərbində, İordaniya və Misir sərhədləri yaxınlığında, Qırmızı dəniz sahilində yerləşəcək şəhərin ümumi sahəsi 25 000 kv. km, layihənin dəyəri isə 500 milyard ABŞ dolları təşkil edəcək. Layihə Səudiyyə Ərəbistanının Public İnvestment Fund (PIF) suveren fondu və  özəl investorlar tərəfindən maliyyələşdiriləcək. Layihəyə Alcoa, ondan əvvəl isə Siemens şirkətinin baş direktoru işləmiş Klaus Klyainfeld rəhbərlik edəcək.

Neom – Fars körfəzi ölkələrinin iqtisadiyyatını neft asılılığından qurtara biləcək və  sıfırdan başlanılmaqla inşası nəzərdə tutulan ilk nəhəng şəhər layihəsi deyil. Hələ 2006-cı ildə Abu-Dabi Masdar şəhərinin tikintisinə başlayıb. Bu şəhərin təxminən 50 000 nəfər sakini olacağı və orada elektik enerjisinin bərpa olunan mənbələr hesabına əldə ediləcəyi nəzərdə tutulub. Lakin, şəhərin tikintisi hələ də başa çatdırılmayıb. Bundan əlavə, iki il əvvəl Misir də ölkə paytaxtını Qahirədən şərqdə salmaq planını elan edib, amma 300 milyard dollarlıq bu layihə hələ də ləngidilməkdədir.

Neom nəinki indiki Səudiyyə Ərəbistanından, eləcə də istənilən digər şəhrlərdən kəskin fərqlənməlidir. Güman olunur ki, şəhərdə robotlar insanlardan çox olacaq, onlardan müxtəlif sahələrdə – səhiyyədən tutmuş təhlükəsizliyin təminatına qədər, istifadə olunacaq. Avtomobillər avtopilotla hərəkət edəcək, şəhəri elektrik enerjisi ilə günəş və külək stansiyaları təmin edəcək. Şahzadə Məhəmməd mövcud layihənin həyata keçirilməsinin asan olmayacağını etiraf edib: “Arzu etmək asandır, arzuları reallığa çevirmək isə çox çətindir”.

Neom öz qanunları ilə idarə olunacaq, biznesə açıq olacaq və əcnəbi sakinlərə daha dostyana münasibət sərgilənəcək. Layihənin təqdimatı zamanı göstərilən video-rolikdə yoqa və balerinalıqla məşğul olan qadınlar göstərilib (halbuki Səudiyyə Ərəbistanında ictimai yerlərdə qadınlar başdan ayağa qapalı geyimdə görünə bilərlər).

Şəhər Səudiyyə iqtisadiyyatını neft asılılığından xilas edəcək “2030-cu ilə baxış” ambisiyalı islahat planının bir hissəsi hesab olunur. Plana əsasən PİF Saudi Aramco dövlət neft şirkətinin vəsaitləri hesabına ölkə hüdudlarından kənarda da iri layihələrə sərmayələr yatırmağı düşünür.  Krallıq sözügedən şirkətin 5 faizlik payını satmaqla 100 milyard dollar vəsait cəlb etmək istəyir.

Layihə şahzadə Məhəmmədin təkcə iqtisadiyyatı deyil, eləcə də Səudiyyə Ərəbistanı cəmiyyətini liberallaşdırmaq arzusundan xəbər verir. Bu ilin sentyabr ayında artıq ölkədə qadınların avtomobil sürməsinə qoyulan qadağa aradan qaldırılıb. “Biz normal həyat yaşamaq istəyirik, hansı ki, dini dözümlülüyümüz, bizim xoş adət və ənələrimizi əks etdirir, sülh içərisində yaşamaq, ölkəmizin inkişafına töhfə vermək niyyətimizdən xəbər verir”, – şahzadə belə bəyan edib.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən qeyri-adi vergilər (3-cü hissə)

posted in: Məqalə, Vergi | 0

Bütün ölkələrdə müxtəlif vergilər tətbiq olunur və bunlara bir növ artıq vərdiş etmişik. Yəni, hər bir ölkə öz büdcəsini müəyyən üsul və vasitələrlə doldurmağa çalışır. Bu da təbiidir. Amma, zaman-zaman bir sıra ölkələrdə tətbiq edilən vergiləri gördükdə, şükür etməyə bilmirsən. Bəzi ölkələrdə tətbiq edilən ən qeyri-adi vergiləri diqqətə çatdırırıq.

Velosipedə görə vergi

Bu vergi 1910-cu ildə Rusiyanın Simbirsk şəhərində tətbiq edilib. Şəhər dumasının qərarına görə velosiped sahibləri bu nəqliyyat vasitəsindən şəhərdə istifadə etmək üçün 50 qəpik vergi ödəməli idilər. Vergi ödəyənlərə velosiped sürməyin qaydalarından bəhs edən kitabça verilirdi. Həmin qaydalar itifadəçiyə troutarda, bağ və parklarda velosiped sürməyi qadağan edirdi, bundan əlavə qrup şəklində şəhərdə velosiped sürmək də yasaqlanırdı. Bundan əlavə bu nəqliyyat növünün sahibi velosipedinə nömrə nişanı da taxmalı idi.

Saman çöpünə görə vergi

İngiltətədə O. Kromvelin (1599-1658) hakimiyyət illərində 20 il ərzində 200 növ aksiz vergisi tətbiq olunub. Özü də bu vergi növü istənilən obyektə, məsələn, yağ qutusu və hətta saman çöpünə kimi şeylərə belə tətbiq edilib.

Saata görə vergi

Belə bir vergi 1797-ci ildə İngiltərədə tətbiq edilib. Saatı olanlar hər il xəzinəyə beş şillinq ödəməli idilər. Sözügedən verginin ömrü çox az olub, belə ki, 1798-ci ildə ləğv edilib.

Əsa gəzdirməyə görə vergi

Bu vergi növü də İngiltərədə XVIII əsrdə tətbiq olunmağa başlayıb. Bu vergi növünü məmurlar belə əsaslandarıblar ki, əsa yolları xarab edir, tamamilə yararsız hala salır.

Şahin vergisi

Böyük Britaniyada XIX ərsin əvvəllərində digər quş və heyvanları ovlamaq üçün saxlanılan şahinlər və qırğılara görə də vergi tətbiq olunub.

Subaylıq vergisi

Subaylığa görə vergi keçmiş SSRİ-də 1941-ci il noyabrın 21-dən tətbiq olunmağa başlayıb. Vergi çoxuşaqlı analar və tənha şəxslərə yardım etmək məqsədi daşıyıb. N. Xruşovun sözlərinə görə, “bu vergi düzgün və yaxşı qanun olub, dövlətimizə fayda verir, əhalinin say artımını təmin edir”. Həmin vergi müvəqqəti xarakter daşısa da, yalnız 90-cı illərin əvvəlində ləğv olundu. Çox güman ki, bu verginin uzun illər qalması, müharibədən sonrakı demoqrafik vəziyyətin yaxşılaşmasına hesablanıbmış.

 

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.