Vergilər Nazirliyində 5 əhəmiyyətli kadr dəyişikliyi

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri Fazil Məmmədov 4 departament rəhbərinin vəzifəsini dəyişib. Nazir həmçinin özünə yeni müşavir təyin edib.

F. Məmmədovun yeni müşaviri Qüdrət Seyfullayev olub. Bununla da nazirin müşavirlərinin sayı 13-ə çatıb.

Məlumata görə, Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov vəzifəsindən azad edilib və onun yerinə Zaur Fətizadə təyin edilib.

Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru Zeynalabdin Məmmədzadə də vəzifəsindən azad edilənlər arasındadır. Nazirin əmri ilə adıçəkilən Departamentin yeni baş direktoru Zamin Rzayev olub.

Nazirin digər bir əmri ilə Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru Toğrul Quliyev vəzifəsindən azad edilib. Onu bu vəzifədə Zöhrab Ömərov əvəz edib.

F. Məmmədov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə də təyinat edib. Bu Departamentin baş direktoru vəzifəsinə Natiq Şirinov gətirilib. Qeyd edək ki, Fərid Cəbrayıl uzun müddət bu vəzifəni müvəqqəti icra edib.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

PİN kodlar haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

PİN kodları yadda saxlamaq üsulları.

Ödəniş kartı üçün bank tərəfindən verilən PİN kod təsadüfi rəqəmlərin kombinasiyasından ibarətdir. Təəssüflər olsun ki, kart sahiblərinə bu təsadüfi rəqəmlər birləşməsini yadda saxlamaq və unutmamaq asan başa gəlmir, onlar adətən həmin kodu ayrıca bir kağıza yazıb, cüzdanlarında bank kartı ilə birlikdə saxlayırlar.

Müasir adamlar isə ödəniş kartlarının kodlarını çox vaxt mobil telefonlarında qeyd edirlər. Hətta bəzi müştərilərin öz PİN kodlarını bankomatın yanında divara yazması halları da müşahidə edilib. Belə əfsanələr də dolaşır ki, kodu tatuaj şəklində öz qoluna yazdıranlar da olub.

Bu üsulları təhlükəsiz hesab etmək olmaz. Ən yaxşısı odur ki, bank tərəfindən verilmiş kodu bankomatda dərhal yaxşı yadda saxlaya biləcəyiniz rəqəmlərlə əvəz edəsiniz.

Ən təhlükəsiz və yadda daha yaxşı saxlanıla bilə PİN kodu necə seçməli?

Asan yadda qalsın deyə, bir çoxları sadə və rahat kombinasiyalı rəqəmləri seçirlər, bəzən həmin rəqəmlər sentimental çalarlar da daşıyır. Adətən yalnız bank kartının sahibinə məlum olan hər hansı bir tarixi gün – həyat yoldaşı və ya uşaqlardan birinin doğulduğu il, evdən işə qədər olan məsafə və s. seçilir. Bu metod daha etibarlıdır, amma bütün hallarda PİN kodlarda şifrənin tez sındırılmasını təmin edən rəqəmlər kombinasiyasından istifadə etmək tövsiyə olunmur.

Bunlara məsələn, kart sahibinin doğum tarixi ilə bağlı rəqəmlər, eləcə də həddən ziyadə sadə kombinasiyalı – 1234, 0000 və ya 1111 kimi rəqəmlər düzülüşündən ibarət şifrələri aid etmək olar. İnanılası çətin gəlsə də 1234 kombinasiyasından 10,7 faiz hallarda istifadə olunduğu üzə çıxıb. Eləcə də çox vaxt 1212, 1010 və 6969 variantlı təkrarlanan rəqəmlər kombinasiyalarından istifadə olunur. Adamlar çox vaxt sadə məntiqə əsaslanan şifrələrdən istifadə edirlər, bu isə o deməkdir ki, 27 faizə qədər PİN kodların şifrəsini geniş yayılmış bir neçə variantdan istifadə etməklə asanlıqla sındırmaq mümkün olur.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

 

Yoxlamaların 2021-ci ilə qədər dayandırılması haqqında Prezident fərmanı

posted in: Vergi, Xəbər | 0
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə “2 (iki) il müddətinə” sözləri “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilsin.

2. 2.1-ci maddənin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ABŞ-da 30 ildən sonra ilk dəfə vergi qanunları dəyişiləcək

posted in: Vergi, Xəbər | 0

ABŞ-da iqtidarda olan Republikaçılar Partiyası uzun zamandır gözlənilən vergi islahatları ilə bağlı qanun layihəsini ictimaiyyətə təqdim edib.  “Vergi endirimləri və məşğulluq” adlanan bu qanun layihəsi ABŞ-da vergi qanunlarının 30 ildən sonra ilk dəfə dəyişdirilməsinə gətirib çıxaracaq.

Gözlənildiyi kimi, yeni qanunla vergi dərəcələrinin bir dəfədə və sabit olaraq 35%-dən 20%-ə endirilməsi hədəflənib. Konqresdən rahatlıqla keçə bilməsi üçün layihədə 39,6% olan ən yüksək vergi dərəcəsi saxlanılıb. Bu vergi dərəcəsi illik gəliri 500 min dollar, evlilər üçün isə 1 mln. dollardan çox olan vergi ödəyicilərinə aid ediləcək. 12%-lik vergi dərəcəsi isə illik gəliri 45 000 dollar (evlilərə 90 000), 25%-lik dərəcə 45 001-200 000 dollar olanlara (evlilərə 260 000 dollar), 200 000-500 000 dollar illik gəliri olanlara isə (evlilər üçün 1 mln. dollar) 35%-lik şamil olunacaq.

Nümayəndələr Palatasının sədri Pol Rayan (Paul Ryan) bildirib ki, yeni vergi islahatlarının ən böyük hədəfi orta sinif insanlara dəstək olmaqdır: “Vergi endirimləri və məşğulluq” qanunu 4 nəfərdən ibarət ailənin ildə 1 182 dollar qənaət etməsinə gətirib çıxaracaq. Bir çox ailə üçün bu, önəmli kömək mənası daşıyacaq”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.