Rusiyada “Kütləvi qeydiyyata” görə cərimə və ya həbs

posted in: Ümumi, Xəbər | 0

Rusiyada mühacirlərin kütləvi qeydiyyatına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsi işlənib hazırlanıb. Bu barədə buhgalteria.ru saytında məqalə yerləşdirilib. Qonşu ölkədə Azərbaycandan da yüz minlərlə insanın işlədiyini nəzərə alsaq, sözügedən qanunda hansı dəyişikliklərin nəzərdə tutulduğu bizlər üçün də mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin yazını oxucuların diqqətinə çatdırırıq.

Yaxın vaxtlarda Rusiya Dövlət Dumasında əcnəbi vətəndaşların müxtəlif ünvanlarda kütləvi qeydiyyatına görə cinayət məsuliyyətini nəzərdə tutan 286371-7№li qanun layihəsinə baxılacaq. Təklif edilən dəyişikliklər qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirmək məqsədi güdür.

Yeni dəyişikliklər “qanunvericilikdə olan boşluqları aradan qaldıracaq” və mühacirlərin kütləvi şəkildə qeydiyyata alındığı “rezin ofislər” adlandırılan yaşayış məntəqələrini qanundankənar elan etməyi nəzərdə tutur. Məsələn, qanun layihəsində nümunə kimi göstərilən sahəsi cəmi 34 kv metr təşkil edən “Vostok kadr mərkəzi”ndə 3300, “Zaşita” regionlararası həmkarlar təşkilatında isə 55000 əcnəbi vətəndaşı qeydiyyata alıblar. Bundan sonra belə yaşayış məntəqələrini təşkil edən vətəndaşlar  və hüquqi şəxslərə qarşı məsuliyyət nəzərdə tutulacaq. Qanun layihəsinin müəllifləri belə deyirlər: “Nəzərdə tutduğumuz təkliflər ilk növbədə Rusiya vətəndaşlarının maraqları və təhlükəsizliyinin müdafiəsinə yönəlib. Saxta qeydiyyatın qarşısının alınması, həm də Rusiya ərazisində  ekstremist və terror fəaliyyətinin qarşısının alınmasında mühüm rol oynayacaq”. Yeniliklər əsasən fəaliyyətdə olan qanunun müəyyən bəndlərinin dəyişdirilməsi ilə bağlı olacaq. Dəyişiklik edilməsi nəzərdə tutulan maddələrdə qeydiyyatla bağlı saxtakarlıq edənləri 100 000 rubldan 500 000 rubla qədər cərimə və ya üç ilədək həbs cəzası, vəzifə tutmaqdan məhrum olunması və digər tədbirlər nəzərdə tutulur.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Cəmi 25 manat 50 qəpiyə Maliyyə Analizi kursu

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə sahəsində nəhəng bir karyera yaratmağa çalışırsınız, amma biliklərinizin kifayət etmədiyini fikirləşirsiniz? Elə isə bu kurs sizin üçündür. Bu kurs online olaraq tapa biləcəyiniz ən əhatəli, dinamik və praktiki kursdur. Kursu tamamilə izləsəniz, siz uğurlu bir Maliyyə Analitiki ola bilərsiniz. Bunun üçün https://www.udemy.com/the-complete-financial-analyst-course/ linkinə daxil olaraq videoları izləməyiniz kifayətdir. 316 əlavə qaynağa malik və 10 saat davam edən kursda siz aşağıdakı bacarıqlara yiyələnə bilərsiniz:

  • Excel proqramı ilə rahat işləmək;
  • Böyük miqdarda məlumatla çətinlik çəkmədən işləmək;
  • Maliyyə hesabatı analizini həyata keçirmək;
  • Bir şirkətin fəaliyyətini təhlil etmək üçün likvidlik, ödəmə qabiliyyəti, gəlir vergisi və artım əmsallarını hesablamaq;
  • Dəyişən və sabit faiz dərəcələri arasındakı fərqi anlamaq;
  • Microsoft PowerPoint proqramı ilə rahat işləmək;
  • Elektron tabloları peşəkar şəkildə tərtib etmək;
  • Microsoft Excel-də professional cədvəllər yaratmaq;
  • Mühasibat prinsiplərini anlamaq;
  • Bir şirkətin balansını sıfırdan qurmaq;
  • Bir biznesin necə təhlil ediləcəyini bilmək;
  • PowerPoint-də professional şirkət təqdimatları yaratmaq.

Tələblər:

  • Sizin hansısa bir təcrübənizin olmasına ehtiyac yoxdur. Kurs təməl biliklərin öyrədilməsi ilə başlayacaq və tədricən öyrədiləcək.
  • Microsoft Excel 2010, 2013 və ya 2016;
  • Microsoft PowerPoint 2010, 2013 və ya 2016-a ehtiyacınız olacaq.

Bu kurs kimlər üçündür?

  • Maliyyə sahəsində müvəffəqiyyətli karyera qurmaq istəyən insanlar;
  • Maliyyə analizi sahəsində praktiki bacarıqları öyrənmək istəyən hər kəs;
  • Ambisiyalı olanlar və daha tez öyrənmək istəyənlər üçün.

Udemy-nin sizin üçün yaratdığı imkandan faydalanmağa tələsin.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblər üçün olimpiada

posted in: muhasibat, Xəbər | 0

Mühasiblərin I Olimpiadasına start verildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Gənclərin Mühasibat üzrə I Olimpiadası” adlı layihənin həyata keçirilməsinə start verilmişdir.

Layihənin əsas məqsədi:

  • Gənclərin mühasibatın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək;
  • Gənclərin bilik yarışmasını təşkil etmək;
  • İntellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək, stimullaşdırmaq;
  • İstedadlı tələbələrə əlverişli şərait yaratmaq;
  • Onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək;
  • Gənclərin mühasibat sahəsində maarifləndirilməsini təşkil etmək.

Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində gənclər üçün Mühasibat üzrə 1-ci olimpiadanın təşkil olunması, olimpiadada gənclərin bilik və bacarıqlarının artırılması üçün inteqrativ test tapşırıqlarının yerinə yetirilərək Münsiflər Heyəti tərəfindən qiymətləndirilməsi, “Mühasibatı öyrənək” adlı bukletlərin paylanılması nəzərdə tutulub.

Layihədə iştirak edə bilər:

  • Bakı və Gəncə şəhərində yaş həddi 18-29 arası olan maliyyə və iqtisadiyyat yönümlü təhsil alan tələbələr.

Email:

Mənbə: Gənc Mühasiblər İctimai Birliyi.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

PİN kodlar haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

 

Bank hesabınızdakı pulları yalnız dörd rəqəmli PİN kodun vasitəsilə çıxara bilərsiniz. Baxmayaraq ki, kod sadədir, bir çox insan onu yaddaşlarında saxlamaqda çətinlik çəkir. Yaddaş tərəfindən asan mənimsənilən və təhlükəsiz kodların seçiminə dair xarici ölkə saytlarından birində maraqlı yazı dərc edilib. Həmin yazını sizin diqqətinizə çatdırırıq.

1-ci hissə

Bu, ödəniş kartları bir yox, bir neçə ədəd olduqda, xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki həmin kartların hər birinin öz kodu olur. Bundan əlavə mobil telefon cihazlarının əksəriyyətində də PİN kodlardan istifadə edilir.

İstifadəçilərin hər biri rəqəmlər kombinasiyasından ibarət bu kodu yadda saxlamaq və qorumaqdan ötrü özünəməxsus üsuldan yararlanır. Biz isə xoşagəlməzliklərdən can qurtarmaq üçün vacib olan təhlükəsizlik tədbirlərindən söz açacağıq.

PİN kodların tarixi barədə.

Dünyada ilk dəfə PİN koddan 1967-ci ildə Londonda istifadə olunub, həmin tarixdə Barclays bankı özünün ilk bankomatını istifadəyə verib. Həmin dövrdə bankomat yalnız çek qəbul edə bilirdi. İlk bank kartını isə müştəriyə 1972-ci ildə dünyada Llyods bankı verib.

Bankomatı icad edən John Shepherd-Barron PİN kodlar üçün öncə altırəqəmli kod hazırlamağı düşünüb.  Lakin həyat yoldaşı ilə məsləhətdən sonra o, dördrəqəmli kodun üzərində dayanmalı olub, çünki xanımı yalnız dörd rəqəmi yaddaşında saxlaya bilib.

Bu gün beynəlxalq PİN kod standartı (ISO 9564-1) ən çox 12 simvolu olan koddan istifadə etməyə imkan verir. İstifadədə rahatlıq üçün altı simvoldan artıq koddan istifadə etmək məsləhət bilinmir. Altı rəqəmdən ibarət PİN kodlar əsasən Asiyada geniş yayılıb. Avropada isə altırəqəmli PİN kodlardan yalnız İsveçrədə istifadə olunur.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.