Read More9
Read More9

Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank təhsil yönümlü layihələrə və peşəkar kadrların inkişafına böyük önəm verir. Bu layihələr çərçivəsində 2023-cü il iyul ayında tələbələr üçün “Birbank” təqaüd proqramı elan edilib. Təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yuxarı, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər cəlb olunublar. Bir neçə mərhələdə təşkil edilən seçim prosesini uğurla keçən tələbələr “Birbank təqaüdçüsü” adını qazanıblar.

Təqaüd proqramı artıq öz müsbət nəticələrini verib. Belə ki, təqaüd almaqla yanaşı tələbələrə “Data”, “Agile” və “Karyeraya doğru addımlar” mövzularında 3 bankdaxili sessiya, həmçinin “Karyera və peşəkar inkişaf”, “Kommunikasiya və təqdimatların aparılması bacarıqları” mövzularında 2 təlim keçirilib. Bu məşğələlər tələbələrə onların peşəkar inkişafı üçün lazımi bilik və bacarıqlar qazandırmaq məqsədi ilə həyata keçirilib.

Növbəti mərhələdə keçiriləcək təcrübə proqramları təqaüdçülərin ixtisasları ilə uyğunlaşdırılıb. Belə ki, tələbələr təhsil aldıqları sahələr üzrə Kapital Bank-da 3 ay müddətinə təcrübə keçməyə başlayıblar.

Tezliklə “Birbank” təqaüd proqramının üzvləri mentorluq proqramına da cəlb olunacaqlar. Ümumilikdə isə ilin sonunadək 6 sessiya və minimum 3 dəfə mentorlarla görüşlər təşkil olunacaq. Məqsəd tələbələrin müvafiq sahə ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Bundan əlavə oktyabr-noyabr ayları ərzində tələbələrin yumşaq bacarıqlarının inkişaf etdirməsi üçün daha 2 təlimin keçirilməsi nəzərdə tutulub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Kənd təsərrüfatı məhsulları idxal edən vergi ödəyicisi ƏDV-ni necə əvəzləşdirə bilər?

Kənd təsərrüfatı məhsulları idxal edən vergi ödəyicisi ƏDV-ni necə əvəzləşdirə bilər?

posted in: Xəbər | 0

Müəssisəmiz xaricdən kartof idxal edərək ölkədə topdansatışını həyata keçirir. Bildiyimizə görə, kənd təsərrüfatı mallarının topdan və pərakəndə satışının ticarət əlavəsi tətbiq edilməklə həyata keçirilməsi və ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsi mövcud qanunun tələbləridir. Belə olan halda, idxal etdiyimiz həmin məhsullara görə ödənilmiş ƏDV məbləğini necə əvəzləşdirə bilərik?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Vergi Məcəlləsinə 2024-cü ilin yanvarın 1-dən əlavə edilmiş 175.13-cü maddəyə əsasən, bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq, idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri həmin məhsullara görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş məlumat formasını uçotda olduqları vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd olunan müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.

Qeyd olunanlara əsasən, müəssisə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəyi tarixədək müvafiq məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməklə idxal olunan kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirə və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablaya bilər.

Əsas: Vergi Məcəlləsinin 175.12-ci və 175.13-cü maddələri

Mənbə: vergiler.az

Kassa kitabının tərtibi və pul vəsaitlərinin saxlanması

Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydası

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir:

Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.

Maddədən göründüyü kimi, bank depozitləri üzrə gəlir vergisindən azadolma yoxdur. Bank depozitləri üzrə gəlir vergisinin ləğvi bank depozitləri üzrə vəsaitlərin geri çəkilməsinin sürətlənməsinə səbəb oldu. Bu səbəbdən də 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinə bank depozitləri üzrə 2 yeni əlavə edildi.

Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-3-cü maddəyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bank əmanətləri ilə bağlı Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-4-ci maddəyə əsasən isə yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmadan ödənildikdə, hesablanmış faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.

Hər iki maddə ilə əlaqədar vacib məqamları qeyd edək.

Birinci məqam: Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsində depozitlǝ bağlı müddət tələbi olmasa da güzəşt ediləcək məbləğə maksimum müddət tələbi qoyulub.

Misal 1

Vergi ödəyicisi 30.000 manat məbləğində vəsaiti illik 10 faiz olmaqla 1 il müddətinə banka depozit kimi yerləşdirib. Bu zaman həmin vəsait üzrə hesablanan aylıq gəlirin 200 manatlıq hissəsi gəlir vergisindən azaddır. Misal üçün, vətəndaş həmin depoziti 1 ilin sonunda əldə edərsə, bu zaman hesablanmış faiz 3.000 manat təşkil edəcək:
30.000 x 10% = 3.000 manat.

Güzəşt məbləği aylıq 200 manat olduğu üçün illik məbləğ 2.400 manat olacaq:

200 x 12 = 2.400 manat.

Bu zaman bank vətəndaşa ödənən faizin 600 manat hissəsindən ödəmə mənbəyində vergi hesablayacaq:

3.000 – 2.400 = 600 manat.

Misal 2

Əvvəlki misalın davamı olaraq bildirək ki, vətəndaş iki fərqli, hər biri 30.000 manat olmaqla, cəmi 60.000 manat depoziti 1 illik müddətə yerləşdirib. Bu zaman hesablama hər bir bank üzrə birinci misala uyğun həyata keçiriləcək. Çünki Vergi Məcəlləsinin həm 102.1.22-3-cü, həm də 102.1.22-4-cü maddəsində “fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan” ifadəsi mövcuddur. Vergi Məcəlləsinə əlavə edilmiş digər 102.1.22-4-cü maddədə, birincidən fərqli olaraq, müddət tələbi mövcuddur – 18 ay. 18 aylıq müddət tələbi olarsa, o zaman aylıq faiz gəliri üzrə 200 manat tələbi olmur və tam məbləğ gəlir vergisindən azad edilir.

Misal 3

Vətəndaş banka 2 il müddətinə 30.000 manat məbləğində illik 10 faiz olmaqla vəsait yerləşdirib. Həmin vəsait müqavilə müddəti başa çatdıqdan sonra əldə edilərsə, o zaman hesablanan tam faiz üzrə gəlir vergisi tətbiq edilməyəcək.

Misal 4

Əvvəlki misalımızın davamı olaraq bildirək ki, fiziki şəxs banka 2 il müddətinə və illik 10 faiz olmaqla yerləşdirdiyi 30.000 manat vəsaiti 12 aydan sonra əldə etmək istəyir. Vəsaiti yerləşdirdikdə müddətin Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsində nəzərdə tutulan 18 aydan çox tələbi ödəməsinə baxmayaraq, fiziki şəxs həmin vəsaiti 18 aydan tez əldə edib. Bu səbəbdən də artıq faiz gəliri üzrə güzəşt Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsinin tələblərinə, yəni aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsinə tətbiq ediləcək.
Vətəndaş 1 yanvar 2023-cü il tarixdə 24 aylıq müddətə banka depozit yerləşdirə bilər. 24 aydan sonra ödənilən depozit üzrə faiz gəlirlərinin hesablanması Vergi Məcəlləsinin 102.1.22-4-cü yox, 102.1.22-3-cü maddəsinin tələblərinə uyğun olacaq.

Mənbə: vergiler.az

172 saylı “Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

Gəlir vergisinin büdcə gəlirlərinin formalaşmasında rolu

posted in: Vergi, Xəbər | 0

Dövlətlərin bir çox məqsədləri reallaşdırmaq üçün vəsaitlərə ehtiyacı var. Dövlət strukturlarını qoruyub saxlamalıdır, maliyyələşdirməlidir, öz funksiyalarını reallaşdırmalıdır, həmçinin qarşısına qoyduğu məqsədləri yerinə yetirməlidir. Dövlətin vəsaitləri büdcə-maliyyə sahəsində toplanır. Vergilər bu vəsaitləri formalaşdıran əsas mənbələrdir. Gəlir vergisi bu sırada xüsusi yer tutur. Ayrı-ayrı vergilərin büdcə gəlirlərində payını, rolunu öyrənmək üçün onun ilk öncə proznozlaşdırılması edilir, sonra isə real nəticələr üzrə statistikası nəzərdən keçirilir.

Gəlir vergisinin proznozlaşdırılması

Vergilərin, o cümlədən gəlir vergisini proqnozlaşdırmağın əsas vəzifəsi odur ki, verilən vaxt ərzində yığılacaq büdcə gəlirlərinin iqtisadi cəhətdən əsaslandırılmış miqdarı təyin olunsun.

Dövlətin, özünüidarəetmə orqanlarının səviyyəsində bu tip proqnozlaşdırma orta və uzun zaman üçün əsasdır. Bunun nəticəsində bələdiyyə, ölkə üzrə sosial-iqtisadi inkişaf proqnozlaşdırılması hazırlanır. Gələn il ərzində əsaslandırılmış büdcə layihələri planlaşdırılır. Bu yolda lazımlı sosial, iqtisadi, siyasi qərarlar qəbul edilir.

Onu vurğulayaq ki, dövlətin büdcə gəlirlərinin proqnozu perspektiv xarakterli tədqiqatdır, vergi daxilolmalarının, o cümlədən gəlir vergisinin həcminə təsir göstərən obyektiv, eləcə də subyektiv amillərin qabaqcadan nəzərə alınmasına əsaslanır. Proqnozlaşdırma zamanı real iqtisadi şəraitin, proseslərin nəzərə alınmasına baxmayaraq onun nəticələri ehtimallı, ilkin xarakter daşıyır. Vergi proqnozlaşdırmasının əsasında əsas makroiqtisadi göstəricilərin dəyişməsi dinamikasını müəyyənləşdirən ölkənin sosial iqtisadi inkişafının kompleks proqramı durur.

Bunu nəzərə alaraq vergi daxilolmalarının proqnozlaşdırılması yalnız vergi daxilolmalarının həcmini deyil, həm də onların vergitutma bazaları, tərkib elementlərini də əhatə etməlidir. Bu amillər vergilərin həcmini müəyyənləşdirən xalq təsərrüfatı sahələrinin istehsal həcmlərinin dinamikası, qiymətlər indeksi, əməyin ödəniş səviyyəsi, müəssisələrin tərkibinin kəmiyyət, keyfiyyət dəyişməsi və s.-dir.

Vergilərin proqnozlaşdırması zamanı vergi qanunvericiliyinə dəyişikliklər edilməsi zərurəti haqqında, planlaşdırılan dövrdə büdcənin vergi üsulları vasitəsilə tarazlaşdırılması imkanları tükəndiyi zaman dövlət xərclərinin ixtisar edilməsi barədə qərarlar qəbul edilir. Bununla əlaqədar olaraq büdcə layihəsini qanunverici orqana göndərməzdən əvvəl yaxud büdcə layihəsi ilə eyni vaxtda hökumət qüvvədə olan vergi qanunvericiliyinə dəyişikliklər, əlavələr edilməsi barədə qanun layihələrini qanunverici orqana göndərir.

Bundan başqa vergi proqnozlaşdırması prosesində vergi orqanlarının nəzarət işinin təkmilləşdirilməsi, ölkədə ümumi iqtisadi vəziyyətin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyəti üçün zəruri şəraitin yaradılması üzrə tədbirlər işlənib hazırlanır.

Gəlir vergisinin statistik göstəriciləri

Vergi daxilolmaları üzrə statistik məlumatların təhlili daha əvvəl verilmiş proqnozların dürüstlüyünü, buraxılmış səhvləri aşkar etməyə kömək olur. Statistik təhlillər ölkə iqtisadiyyatına ümumilləşmiş baxmağa yardımçı olmaqla yanaşı, hər hansı hadisələrin büdcə gəlirlərinə təsirini təhlil etməyə imkan verir.

Məsələn pandemiya dövrünün ölkə iqtisadiyyatına təsiri barədə hər birimiz bilirik. Bütövlükdə 2020-ci ili əhatə edən 2021-ci ildə belə yalnız qismən ləngimiş çətinliklər daxilolmalarda öz sözünü demişdir.

Vergi Məcəlləsinə koronavirus pandemiyasıyla bağlı əlavə edilmiş fəsildə bir sıra vergi güzəştləri nəzərdə tutulmuşdu. 2020-ci ildə gəlir vergisindən daxilolmaların da əhəmiyyətli dərəcədə aşağı düşməsi gözlənilən idi.

Həmin ildə gəlir vergisindən daxil olmalar 1151 milyon manat təşkil etdi. 2021-ci ildə vəziyyətin bir qədər yaxşılaşmasıyla həmin məbləğ 1194.6 milyon manata qalxa bildi.

Təcrübə əsasən deyə bilərik ki, hər il Vergi Məcəlləsində sadələşdirilmiş vergiylə bağlı tələblər sərtləşdikcə büdcə gəlirlərinə gəlir vergisinin payı artmağa başlayır.

Ümumən gəlir vergisinin universallığı, sadə mahiyyəti onu həmişə vergilərin aktual növü kimi saxlayacaqdır. Bununla belə gəlir vergisindən daxilolmalar daim sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaradaraq həyata keçirən şəxslərin yaratdıqları müəssisələrin mənfəət vergisindən azlıq təşkil etməkdədir.

Baxmayaraq ki, gəlir vergisi ödəyiciləri gəlirin əldə edilməsinə görə fərqli formada vergiyə cəlb edilir, habelə əhali sayı hüquqi şəxs sayından qat-qat çoxdur, bir şey həqiqət olaraq qalır: vergilər orta və iri həcmdə sahibkarlıq fəaliyyətindən daha çox daxil olur, nəinki çox və az dərəcədə vergilənmədən. Məhz bu səbəbdən onların büdcə gəlirlərində payı daha çoxdur.

Əməkhaqqı nə vaxt verilməlidir?

1 386 387 388 389 390 391 392 2. 700
error: Content is protected !!