Almaniyanın maliyyə həyatı barədə 7 maraqlı fakt (II hissə)

posted in: Xəbər | 0

almaniyada ailələr, almaniyada təhsil, almaniyada maliyyə,Almaniyanın maliyyə həyatı barədə 7 maraqlı fakt (II hissə)

I hissəyə nəzər yetirin

Almaniyada təhsil tam şəkildə pulsuzdur

Almaniyada orta təhsil icbari pulsuzdur. Bütün uşaqlar minimum 10-cu sinfi bitirməlidirlər. Tam orta təhsil almaq üçün 13 il oxumaq lazımdır.

Bu ölkədə ali təhsil də pulsuzdur. Əvvəllər (2014-cü ilə qədər) ali məktəblərdə oxuyan tələbələr kiçik semestr yığımları (ildə 100 avrodan 500 avroya kimi) ödəməli idilər. Bu pullar kitabxanaların saxlanılmasına, nəqliyyat üçün gediş haqlarına və digər administrativ xərclərə yönəldilirdi. 2014-cü ildə tələbələr üçün administrativ yığım ləğv edildi.

Bir çox alman ailələri öz büdcələrini ayrı-ayrılıqda aparırlar

Alman ailələrinin bir hissəsində ailə büdcəsi ümumidir. Amma alman cütlüklərinin ailə büdcəsini ayrı-ayrılıqda aparması faktı da nadir hadisə deyil.  

Belə ailələrdə ər və arvadın gəlirləri hər birinin hesabına ayrı-ayrılıqda oturur. Eləcə də belə ittifaqda daha bir (üçüncü) ümumailə hesabının açılması da qəbul olunub. Həmin hesabdan ərzaqların alınmasında, kommunal xərclərin ödənişlərində, səyahətlər üçün üçün istifadə olunur. Əgər ər və arvad eyni məbləğdə əməkhaqqı alırlarsa, onda ümumi məsrəflərə də eyni məbləğ yönləndirirlər. Əgər həyat yoldaşlarından biri digərindən xeyli çox qazanırsa, onda ailənin ehtiyacları üçün xərclər, bir qayda olaraq, alınan gəlirə nisbətdə bölüşdürülür.

Öz şəxsi alış-verişləri üçün onların hər biri öz fərdi hesablarından ödəniş edirlər. Belə ailələrdə ər və ya arvadın bir-birlərinin pullarına çıxışları olmur. Nəticədə belə çıxır ki, ər və arvad təsərrüfatı birlikdə idarə edirlər və eyni zamanda həm də maliyyə cəhətdən bir-birindən asılı deyillər.

Almaniyada əliboş da qonaq getmək olur

Almanlar öz həyatlarını bir neçə həftə əvvəldən planlaşdırmağa vərdiş ediblər. İşdən sonra dostunu da götürüb tanışın olan birinin evinə qonaq getmək burada qəbul olunalmaniyada təhsilmayıb. Hətta ən yaxın qohumlarınla belə görüşlə bağlı öncədən razılıq əldə olunmalıdır.

Əvəzində qonaq kimi dəvət olunduğun yerə əliboş da gələ bilərsən. Qəbul edən tərəf bunu bir norma kimi qəbul edir. Və əksinə, əgər siz özünüzlə səmimiyyətinizə əsaslanıb dəvət olunduğuz yerə özünüzlə nəsə “dadlı bir şey” aparsanız, sizi düzgün başa düşməyə bilərlər. Sizin belə bir davranışınız ev sahiblərinə onların mənzilində yeməyə bir şey olmamasına bir işarə kimi qəbul oluna bilər. Əgər siz insanlara diqqət göstərmək istəyirsinizsə, onda özünüzlə bir şüşə şərab, gül dəstəsi və ya öz əlinizlə bişirdiyiniz keks gətirə bilərsiniz.

Almaniyada ad günü münasibətilə ən yaxşı hədiyyə kimi qəhrəmanının hobbilərinə uyğun mallar üçün hədiyyə kartı hesab olunur (məsələn, kitablar, məişət əşyaları və s.). Təminatlı ailələrdə hər hansı xeyriyyə layihəsinə ianə məbləği vermək qəbul edilmişdir.  Bu zaman məbləği dəvət edilən şəxs müəyyən edir. Sonradan ev sahibi, bir qayda olaraq, qonağın pulunu hansı məqsədlər üçün köçürdüyünü bildirir.

Almaniyada müəlliflik hüquqlarının pozulmasına görə çox yüksək cərimələr var

Almaniyada internetdən xoşunuza gələn musiqi, kitab və ya filmi yükləyə bilməzsiniz. İstifadəçilərin torrent-saytlardan və digər pulsuz mənbələrdən yüklədikləri hər bir şey qeydə alınır və olduqca sərt şəkildə cəzalandırılır. Müəllif hüquqları ilə qorunan məzmundan icazəsiz istifadə (müəyyən miqdarda müəllif hüququ sahibinə endirim edilmədən) yüksək cərimə ilə cəzalandırılır. İnternetdən uşaqlarınız filmi yükləsələr belə, e-poçtunuza kiminsə müəllif hüquqlarını pozduğunuzu bildirən bir məktub alacaqsınız. Kompensasiya qismində onlar pozucudan kompensasiya ödəməyi tələb edəcəklər. Bu zaman tələb olunan kompensasiyanın məbləği 700 və ya hətta 1000 avroya çata bilər. Qanunu pozan internet-istifadəçi də özünə bu zaman vəkil tuta bilər. Yazışmalar zamanı bəzi vaxtlarda kompensasiya məbləğini 150-300 avroya kimi aşağı salmaq olur.


Kapital Bank 2023-cü ilin III rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 oktyabr 2023-cü il tarixinə 8.5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4 milyard manat olub.

1 oktyabr 2023-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.5 milyard  manat təşkil edib.

Bankın 1 oktyabr 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 792 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.


Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər

posted in: Xəbər | 0

Ödənişli təhsil məzuniyyəti kimlərə verilir? Bu hüquqdan istifadə etmək üçün işçi hansı sənədi təqdim etməlidir? Təhsil məzuniyyətinin müddəti nə qədərdir? Sizə təqdim etdiyimiz bu məqalə yuxarıda qeyd edilən sualların cavabına həsr olunub.

Məzuniyyətin növləri

Azərbaycanda işçilər təyinatından asılı olaraq bir neçə növ məzuniyyət hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit edilib. Bunlar aşağıdakılardır:

  • əmək məzuniyyətləri;
  • sosial məzuniyyətlər;
  • yaradıcılıq, təhsil məzuniyyəti;
  • ödənişsiz məzuniyyətlər.

İşəgötürənlə əmək münasibətlərində olan işçilər həmin hüquqdan istifadə edə bilər. Məzuniyyətin növlərinin hər biri öz xüsusiyyətlərinə malikdir, müddətləri bir çox amillərdən asılıdır. Müvəqqəti olaraq işdən uzaqlaşdığı müddətdə işçinin iş yeri, vəzifəsi saxlanılır, əksər hallarda məzuniyyət üçün  orta əməkhaqqı hesablanır.

AR ƏM-nin on səkkizinci fəsli yaradıcılıq və təhsil məzuniyyətinin müddəti, onların verilməsi qaydalarını tənzimləyir. Buraya keçid edərək yaradıcılıq məzuniyyəti haqqında oxuya bilərsiniz. Bəs təhsil məzuniyyəti nədir, kimlərə verilir, müddətləri, ödəniş qaydası necədir?

Əgər işçi həm də oxuyursa?

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq hər bir vətəndaşa təhsil almaq hüququ verilib. Müqavilə üzrə çalışan şəxslər işləməklə yanaşı təhsilini davam etdirmək hüququna da malikdirlər. Qanunvericiliyə uyğun olaraq həmin şəxslərin əmək məzuniyyətindən əlavə, həm də hər il ödənişli təhsil məzuniyyəti verilməsi təmin edilməlidir. İşləyən və təhsilini davam etdirən işçilərə təyinatına görə təhsil məzuniyyətləri müxtəlif  təyinatlara verilə bilər:

  • tədris mövsümü sessiyaları zamanı (tədris-təlimdə iştirak, laboratoriya işlərinin icrası, habelə imtahanlar üçün nəzərdə tutulub);
  • dövlət imtahanları zamanı istifadə edilir;
  • diplom işinin hazırlanması, müdafiəsinə görə təyin olunur.

Tədris mövsümü sessiyaları zamanı verilən təhsil məzuniyyəti tədris-təlimdə iştirak, laboratoriya işlərinin icrası, habelə imtahanlar üçün nəzərdə tutulub.

Məzuniyyətlərin bu növü təhsil müəssisəsindən alınan arayış əsasında verilir. Həmin müəssisəsinin rəhbəri işəgötürənə 15-20  gün əvvəldən işçiyə məzuniyyətin təyini üçün məktub təqdim etməlidir. Məktubda sessiyaların başladığı, bitdiyi tarix, yaxud  təhsil məzuniyyətinin müddəti qeyd edilməlidir. Məzuniyyət təhsil müəssisəsi tərəfindən müəyyən edilən vaxtda verilir, onun başqa vaxta keçirilməsi yolverilməzdir.

Ödənişli təhsil məzuniyyətləri aşağıdakı işçilərə şamil olunur:

  • ali, habelə orta ixtisas məktəblərində qiyabi olaraq təhsilini davam etdirənlərə;
  • peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alanlara;
  • ümumtəhsil müəssisələrinin qiyabi qruplarında oxuyanlara.

Məzuniyyətin müddətləri

Təhsil məzuniyyətinin müddətləri həmin məzuniyyətdən istifadə edən şəxslərin oxuduqları müəssisələrin növündən, hansı kursda olmalarından  asılı olaraq təyin edillir (ƏM maddə 124)

Ali məktəblərdə təhsilini davam etdirən işçilərin məzuniyyətləri:

  • birinci, ikinci kurslar – 30  gün (qış və yay  sessiyaları);
  • ikinci, dördüncü kurslar – 40 gün (qış və yay sessiyaları);
  • dövlət imtahanlarının verilməsi – 30  gün;
  • diplom layihəsinin hazırlanması, onun müdafiəsi – 4  ay.

Orta ixtisas müəssisələrində təhsilini davam etdirən işçilərin məzuniyyətləri:

  • birinci, ikinci kurslar- 20  gün (qış və yay  sessiyaları);
  • üçüncü, dördüncü kurslar – 30  gün (qış və yay sessiyaları);
  • dövlət imtahanlarına görə – 30 təqvim günü;
  • diplom layihəsinin hazırlanması, onun müdafiəsi üçün – 2 ay.

Məlumdur ki, tədris sessiyası il ərzində 2 dəfə həyata keçirilir. Buna görə də bu məzuniyyətlərin tədris ili ərzində 2 hissəyə (imtahan sessiyaları müddətində) bölünərək verilməsi mümkündür.

Həmçinin, peşə məktəblərində, orta ümumtəhsil məktəblərində qiyabi oxuyan işçilərin də ödənişli təhsil məzuniyyətindən istifadə hüququ var. Təhsil məzuniyyətinin müddəti təqvim günü əsasında  aşağıdakı müddətlərdə müəyyən olunur:

  • peşə təhsili müəssisələri – 30 (imtahanlara hazırlıq və onların verilməsi);
  • ümumtəhsil müəssisələri – 20  gün (buraxılış imtahanlarının verilməsi).

Təhsil müəssisəsinə gedib-gəlmək üçün müəyyən olunan günlər məzuniyyət müddətinə aid edilmir. Ona görə də işçinin həmin günlərə görə ödənişsiz məzuniyyətin verilməsi xahişi təmin edilməlidir.

Məzuniyyət müddətində orta əməkhaqqı hesablanması

Ödənişli təhsil məzuniyyətində olan işçiyə orta əməkhaqqı ödənilməlidir (ƏM 123.2). Onun hesablanması ƏM-nin 177-ci maddəsinə uyğun aparılır. Diqqət yetirməli olduğumuz məqam budur ki, hesablama zamanı əmək məzuniyyətinin hesablanmasında olduğu kimi əvvəlki 12 ay deyil,  ödənişdən əvvəlki 2 ay üçün müəyyən olunan gəlir nəzərə alınır.

Nümunə 1: “Merkuri” MMC-də işləyən işçi ərizəni, həmçinin arayışı təqdim edərək 1 noyabr 2019-cu il tarixindən etibarən 30 gün müddətində məzuniyyətdən istifadə etmək istəyir. Bu zaman hesablama aşağıdakı qaydada aparılır:

Sentyabr ayı = 400 manat, 21 iş günü;

Oktyabr ayı = 450 manat, 23 iş günü;

(400 + 450) / (21+23) x 30 = 579,54 manat.

Beləliklə, işçilərin 2 aylıq əməkhaqqısının cəmi iş günlərinə bölünərək  bir gün üçün nəzərdə tutulan məbləğ əldə edilir. Daha sonra həmin məbləğ əməkhaqqının saxlandığı iş günlərinə vurularaq orta aylıq əməkhaqqı hesablanır. Ödənişli təhsil məzuniyyəti hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin tərkibi Nazirlər Kabineti 126 saylı qərarı ilə tənzimlənir.

Təhsil məzuniyyətinin müddəti, hesblamalar haqqında buradan əlavə məlumat ala bilərsiniz


Mədən vergisinin dərəcələri

posted in: Xəbər | 0

Mədən vergisinə cəlb edilən faydalı qazıntılar

Mədən vergisi üçün hesabat dövrü təqvim ayıdır, yəni faydalı qazıntılar hansı ayda yerin təkindən çıxarılmışdırsa, həmin ay vergiyə cəlb olununur. Çıxarılan qazıntılar mədən vergisi üzrə vergitutma obyekti sayılır. Azərbaycan Respublukasının Vergi Məcəlləsində onlar dörd qrupa bölünür və bölgü qrupların daxilində faydalı qazıntıların müxtəlif növləri üçün fərqli mədən vergisi dərəcəsi tətbiq edilir. Bölgü qrupları aşağıdakılardır:

  • xam neft;
  • təbii qaz;
  • filizlər (metallar);
  • qeyri-filiz faydalı qazıntılar.

Yerin təkindən çıxarılan faydalı qazıntılara Vergi Məcəlləsində aşağıdakı mədən vergisinin dərəcələri müəyyən edilib (VM, maddə 216):

  • çıxarılan faydalı qazıntının dəyərinə tətbiq edilən advalor dərəcələr (faizlə) – topdansatış qiymətlərə tətbiq edilir;
  • çıxarılan faydalı qazıntıların miqdarına uyğun təyin olunmuş xüsusi sabit dərəcələr – hasilatın hər kubmetrinə yaxud çəkisini tətbiq edilir.

Satış qiymətinə tətbiq edilən mədən vergisinin dərəcəsi

Topdansatış qiymətlərə tətbiq edilən mədən vergisinin dərəcəsi Vergi Məcəlləsinin 216.1-1 maddəsində verilib. Həmin maddəyə görə “Yerin təkindən çıxarılan filiz faydalı qazıntılara (bütün növ metallara) görə mədən vergisinin dərəcəsi onların topdansatış qiymətinin 3 faizi məbləğində müəyyən edilir.”

Nümunə 1: Müəssisə 2023-ci ilin mart ayında 56000 ton aliminium çıxarmış, onun 30000 tonunu həmin ay ərzində təqdim etmişdir. Filiz qazıntıların bir tonunun topdansatış qiymətinin 43 manat olduğunu nəzərə alaraq müəssisənin hesabat ayında ödəməli olduğu verginin məbləği 

56000 * 43 * 3% = 72240 manat olacaq

Xam neft və təbii qaza tətbiq edilən vergi dərəcələri

Xam neft və təbii qaz hasilatına görə mədən vergisinin dərəcəsi Məcəllənin 216.1 maddəsində aşağıdakı kimi müəyyən edilib:

  • yerin təkindən çıxarılan xam neftə görə – xam neftin hər tonuna görə 12 manat;
  • təbii qaz və kondensatlara görə – təbii qazın və kondensatların hər min kubmetrinə görə 15 manat.

Nəzərə almaq lazımdır ki, xam neft, qazın hasilatı zamanı hasil edilən neft-qazdan müəyyən miqdarda götürülərək texnoloji proseslə əlaqəli olaraq geri quyuya vurulur. Bu proses çərçivəsində vergi hesablananda quyuya geri vurulmuş neftin, qazın miqdarı ümumi hasil edilən neft və qazın miqdarından AR Nazirlər Kabinetinin müəyyən etdiyi normalara uyğun olaraq çıxılır.

Nümunə 2: “ABC” MMC may ayı boyunca yerin təkindən 67 ton xam neft çıxarmışdır.

Mədən vergisi dərəcəsini tətbiq etsək, vergi

67 * 12  = 804 manat olacaq.

Nümunə 3: Neft və qazçıxarma müəssisəsi fevral ayında 960000 kub metr təbii qaz çıxarmışdır. Onun 500000 kub metrini həmin ayda təqdim edib. Müəssisənin hesabat ayında ödəməli olduğu verginin məbləği 960 * 15 = 14400 manatdır.

Çıxarılan həcmdən verginin hesablanması

Çıxarılan faydalı qazıntının hər kubmetrinə tətbiq edilən mədən vergisinin dərəcələri VM-in 216.2-ci maddəsi il tənzimlənir:

Faydalı qazıntıların nğvünə görə mədən vergisi dərəcəsi (manatla):seolit 1, mişar daşı-2, duz - 6, mineral sular -10, yodlu bromlu sular 0.04

Nümunə 4: Fərdi sahibkar hesabat dövründə 220 kubmetr seolit, 180 kubmetr çınqıl xammalı və 400 kubmetr barit çıxarmış və hasil edilmiş seolitin 45 kubmetrini, çınqılın 60 kubmetrini, baritin 100 kubmetrini təqdim etmişdir. Faydalı qazıntıların hər 3 növü üçün mədən vergisi dərəcəsinin bir kubmetr üçün 1 manat olduğunu bilirək, fərdi sahibkarın ödəməli olduğu mədən vergisinin məbləği (220 + 180 + 400) * 1,0 = 800 azn olacaq.

Nümunə 5: Mineral su istehsalı ilə məşğul olan müəssisə ay ərzində 350 kub metr mineral su çıxarmışdır. Bu müəssisənin ödəməli olduğu mədən vergisinin məbləği 350 * 10,0 = 3500 manat olacaqdır.

Nümunə 6: Müəssisə 2022-ci ilin oktyabrda bir kubmetrinin topdansatış qiyməti 37 azn olan 27.000 kubmetr yodlu bromlu sular hasil etmiş və onun 13.000 kubmetrini həmin ay ərzində satmışdır. Müəssisənin ödəməli olduğu mədən vergisinin məbləği 27000 * 0,04 = 1080 manat olacaq.

Nümunə 7: Müəssisə cari ilin iyununda bir kubmetrinin topdansatış qiyməti 61 azn olan 45.000 kubmetr duz hasil etmişdir. Mədən vergisi dərəcəsinin hər kubmetr üçün 6 manat olduğunu nəzərə alsaq vergi məbləği 45000 * 6,0 = 270000 manat olacaq.

Hesablanmalar zamanı diqqət etmək lazımdır ki, yerin təkindən çıxarılan sözügedən faydalı qazıntılar qarşı tərəfə təqdim edilərkən deyil, məhz çıxarılarkən vergiyə cəlb edilir və mədən vergisinin dərəcələri hasilat üzrə vergitutma bazasına tətbiq olunur.

1 480 481 482 483 484 485 486 2. 685