Birbank-ın yeni QR-kodla ödəniş üsulu 2% keşbek qazandırır

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank-a yeni ödəniş üsulu əlavə edildi. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank tətbiqinin  “QR” hissəsindən ödəniş edə, üstəlik buna görə 2% keşbek qazana bilərlər.

Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır.

Yeni ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.

Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: bir.bank/bbqrp

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


Kollektiv müqavilə və sazişin bağlanmasına, onlara dəyişiklik edilməsinə və icrasına müdaxilənin yolverilməzliyi

posted in: Xəbər | 0

Kollektiv müqavilənin tərəfləri kimlərdir?

Kollektiv müqavilə və saziş müəssisə və təşkilatlarda əmək münasibətlərini tənzimləyən hüquqi aktlardır. Həmin sənədlərin hazırlanma, bağlanma, yerinə yetirilmə  prinsipləri haqqında ətraflı məlumatı buradan almaq olar.

Kollektiv müqavilə – işəgötürənlə, həmkarlar ittifaqı təşkilatı yaxud əmək kollektivi arasında bağlanan sənəddir. Onun tərəflərin razılığına əsaslanan məzmunu aşağıdakı məsələləri tənzimləyir:

  • əmək münasibətləri;
  • sosial-iqtisadi münasibətlər;
  • məişət münasibətləri;
  • digər münasibətlər.

ƏM-nin 29-cu maddəsi üzrə müqavilədə tərəflər Həmkarlar ittifaqı təşkilatı (HİT) və işəgötürəndir. HİT olmadığı halda, ikinci tərəf kimi əmək kollektivi çıxış edir. Müqavilələr yazılı formada, 1-3 il müddəə bağlanılır. Sənədin işlənib hazırlanması, təsdiqi, tətbiqi prosedurunun düzgünlüyünə əməl edilməsi zəruridir. Müqavilədə müəyyən edilmiş şərtlər mövcud qanunvericiliklə müqayisədə işçilərin vəziyyətini pisləşdirməməli, onunla ziddiyyət təşkil etməməlidir. Əksinə, həmin şərtlər müəssisədaxili əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etməlidir.

Kollektiv sazişin məqsədi

Kollektiv saziş işəgötürənlər, HİT təşkilatı, müvafiq icra hakimiyyəti orqanı arasında bağlanan razılaşmadır. Həmin sənəd üzrə tərəflərin bir sıra  öhdəlikləri müəyyənləşdirilir:

  • əlverişli iş şəraiti;
  • əməyin mühafizəsi;
  • məşğulluğun təmini;
  • digər sosial müdafiə tədbirləri.

1-3 il müddətinə bağlanan sazişin də məzmunu tərəflər arasındakı razılığa əsasən müəyyən olunur. Onun kollektiv müqavilə ilə oxşar cəhəti odur ki, onların hər ikisi eyni məqsədə xidmət etməklə tərəflərin qarşılıqlı öhdəliklərinin, hüquqlarının tənzimlənməsində bir vasitəçi kimi çıxış edir. Bundan əlavə, hazırlıq dövründə həm sazişlər, həm də müqavilələr onların məzmunu ilə bağlı ilkin danışıqların aparılmasını tələb edir.

Fərqli cəhəti isə müqavilələrin əmək münasibətlərini yalnız müəssisə daxilində, sazişlər isə bu münasibətləri müəssisədən kənar, daha geniş şəkildə tənzimləyir.

Kollektiv müqavilə və sazişlər üzrə aparılan əməliyyatlara müdaxilənin yolverilməzliyi

AR ƏM-nin  II bölməsi  kollektiv müqavilə, saziş, onların  bağlanması, məzmunu, icrası, digər müddəaları əhatə edir. Müqavilənin tərəfləri öz tələb,  təkliflərini  irəli sürərək müqavilə şərtlərinin hazırlanmasında sərbəstdirlər və bərabər hüquqlara malikdirlər. Onların hüquqlarının məhdudlaşdırılmasına qanunvericilik yol vermir. Bəzən müqavilənin, sazişin bağlanması, icrası, dəyişikliklər və əlavələr olunması zamanı tərəflərin fəaliyyətinə kənardan təzyiqlər olur. ƏM-nin 23-cü maddəsinə əsasən  hakimiyyət orqanları, ictimai birliklər, digər işəgötürənlər tərəfindən onların işlərinə hər hansı bir müdaxilə yolverilməzdir.  Müəssisə, təşkilatlarda işçilərin adından müqavilənin bağlanması üçün danışıqlarin aparılması qadağandır. Belə halların qarşısını almaq üçün lazımi tədbirlər görülməli, qanunvericiliyə zidd hərəkətlərə imkan verilməməlidir.

Müqavilənin hazırlanması zaman aparılan danışıqlar tərəflərin nümayəndələrindən təşkil olunan  komissiya  tərəfindən icra olunmalı, bütün təklif, tələblər komissiya üzvləri ilə müzakirə edilməlidir. Komissiyanın tərkibi, onun fəaliyyət rejimi tərəflərin qərarına müvafiq təyin olunur. Hər iki sənədin həyata keçirilməsinə nəzarəti tərəflər, müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir. Bu zaman tələb olunan bütün zəruri məlumatların nəzarəti icra edən şəxslərə verilməsi təmin olunmalıdır. Müqaviləyə hər hansı əlavələr, dəyişikliklərin edilməsi tərəflər arasındakı  razılığa əsasən, qanunvericiliyə uyğun  həyata keçirilir. Həmin sənədlərin bağlanması məqsədilə danışıqlardan imtina edən, nəzərdə tutulan şərtləri yerinə yetirməyən şəxslər qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti daşıyırlar.

Hüquqi məsuliyyətin növləri

Müqavilə şərtlərinin pozulmasına görə hüquqi məsuliyyətin 2 növü vardır:

  • intizam məsuliyyəti;
  • inzibati məsuliyyət.

Tərəflərin hər biri tələb olunan öhdəlikəri icra etməli, işcilərin əmək, sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin etməlidir, əks halda mailliyə cəriməsi ilə üzləşmək mümkündür.

Məsələn, AR İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə görə əməyin mühafizəsi qaydalarının kollektiv müqaviləyə daxil edilməməsi 500 -1000 manat cərimə ilə nəticələnə bilər. 199-cu maddədə isə əməyin mühafizəsi üzrə kollektiv müqavilənin tələblərinin pozulması 700-1500 manat cərimə ilə yekunlaşa bilər.

Digər cərimə kollektiv müqavilədən yaxud sazişdən əsasız olaraq imtina halı üçün nəzərdə tutulub. Bu cərimənin məbləği 1500 manatdır (maddə 201). Müqavilə (saziş) bağlanarsa, amma onun şərtləri yerinə yetirilməzsə, işəgötürən 1000-1500 manat arası cərimə edilir (maddə 202).

Kollektiv müqavilənin/sazişin bağlanması və icrasına nəzarət zamanı müvafiq məlumatlar əqdim edilməzsə, 750 manat məbləğində cərimə tətbiq edilə  bilər.


Vebinar: “ƏDV bəyannaməsinin hazırlanması”

posted in: Xəbər | 0

Təlimin adı: “ƏDV bəyannaməsi və əlavələrinin hazırlanması”

26 Sentyabr tarixində təşkil edilən vebinarı izləmək üçün keçid edin: https://youtu.be/lbaLRPzDw_w

Təlim proqramı:

  • ƏDV və ƏDV ödəyiciləri barədə ümumi məlumat;
  • ƏDV qeydiyyatına dair ərizənin verilməsi (könüllü və məcburi qeydiyyat);
  • ƏDV üzrə vergitutma obyektinin müəyyənləşdirilməsi çətin olan məqamlar;
  • ƏDV-yə cəlb edilən, 0 faiz dərəcə ilə cəlb edilən və ƏDV-dən azad dövriyyənin ƏDV-nin hesablanmasında rolu;
  • Vergiyə cəlb edilən dövriyyənin vaxtının müəyyənləşdirilməsində diqqət yetirilməli olan məqamlar;
  • Qeyri-rezidentin vergiyə cəlb edilməsi və və ƏDV-nin əvəşdirilməsində xüsusi məqamlar;
  • Qeyri-rezidentin büdcəyə ödənilən vergisinin əvəzləşdirilməsi (Əlavə 7-nin tərtibi);
  • İdxal məlumatlarının (idxala görə ödənilən ƏDV) bəyannamədə əks etdirilməsi;
  • ƏDV əvəzləşdirilən e-qaimə məlumatlarının əks etdirilməsi;
  • Əvəzləşdirilməsinə yol verilməyən məlumatların bəyannamədə əks etdirilməsi. (Vergi Məcəlləsinin 175.2, 175.3, 175.4-cü maddələrinə əsasən);
  • Debitor borclar barədə məlumat;
  • ƏDV-yə cəlb edilən dövriyyə məlumatlarının ƏDV bəyannaməsinin Əlavə 3, 4, 5, 8,9,10 nömrəli əlavələrinin doldurulma qaydaları;
  • Kameral uyğunsuzluqların aradan qaldırılması üçün tövsiyələr.

Təlimçi: Azər Qənbərov

Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi inzibatçılığı”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Vergi planlaşdırılması”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma” fənlərini tədris edir.

Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi, SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışır.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. «CİMA və ACCA» üzrə « Diplom Performance Management» və «DİPİFR»  beynəlxalq diplomların sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.


Əlaqə:


Kadr uçotunun qurulması və insan resursları

posted in: Kadr, Xəbər | 0

Accounting.Az konsaltinq şirkəti sıfırdan kadr uçotunun qurulması xidmətini təklif edir. Şirkətin təklif etdiyi xidmət insan resursları üzrə xidmətlər çərçivəsində hazırlanıb.

  • xidmət peşəkarlardan ibarət komanda tərəfindən göstərilir;
  • kadr uçotunun qurulması qısa müddətə, yüksək keyfiyyətlə aparılır;
  • qarşılıqlı razılaşma əsasında müəyyən edilən qiymətlər sərfəlidir.

Xidməti aşağıdakı üsullardan biri ilə sifariş etmək olar:

Zəng üçün telefon nömrələri: +99412 310 09 29, +99412 598 37 98

WhatsApp: +99450 225 82 05

“Geriyə zəng” xidmətindən istifadə etmək olar.

Kadr uçotunun məcburiliyi

Azərbaycan əmək qanunvericiliyi istənilən müəssisədən insan resurslarının uçotunu aparmasını tələb edir. Kadr uçotunun aparılması qaydaları AR Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə digər normativ-hüquqi aktlarla tənzimlənir. Bu tələblər həm fərdi sahibkarlara, həm də iri şirkətlərə eyni dərəcədə aiddir. Sıfırdan kadr uçotunun qurulması məsuliyyətli sahə olduğundan, peşəkar mütəxəssislərin müdaxiləsini tələb edir. İnsan resurslarının idarə edilməsi mütəxəssislərdən:

  • qanunun müddəalarını bilmək;
  • mövcud əmək qanunvericiliyini yaxşı başa düşmək;
  • kadr uçotunun aparıldığı proqram sistemləri ilə işləmək kimi bacarıqlar tələb edir.

Accounting.Az konsaltinq şirkətinin təcrübəli əməkdaşları bu məsələlərin həllində sizə dəstək olmağa hazırdır.

Şirkət dünya reytinqində üçüncü olan beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasına üzvdür.

“0”-dan kadr uçotunun qurulması

Bəzən biznes sahibləri, onların menecerləri vaxt çatışmazlığı yaxud qeyri-ciddi münasibət ucbatından kadr uçotuna lazımi diqqət yetirmirlər, xüsusilə də orta və kiçik şirkətlərdə.  Şirkət kiçikdirsə, kadr uçotunun aparılması işçilərdən birinə, əksər hallarda katibəyə və ya mühasibə həvalə edilir.

Kadr uçotunun qurulması problemi yeni şirkətləri də narahat edən məsələlərdəndir. Bu sual onlar üçün da maraqlıdır: insan resurslarının idarə edilməsini kimə həvalə etməli? Axı o, düzgün təşkil edilməli və sıfırdan qurulmalıdır. Bu halda, ən yaxşı seçim, yeni təşkilatda sıfırdan kadr uçotunun qurulması və aparılması üçün məsuliyyəti üçüncü tərəf konsaltinq şirkətinə ötürməkdir.

Accounting.Az konsaltinq şirkəti sizin üçün aşağıdakıları özündə birləşdirən fərdi plan hazırlayacaq:

  • hansı kadr sənədləri hazırlanmalı?
  • hansı normativ hüquqi aktlar daima əl altında olmalı?
  • hansı sənədlər mütəmadi yenilənməlidir?

Şirkətə müraciət, ilk növbədə:

  • insan resursları üzrə düzgün uçotun aparılmasına təminat;
  • işçilərlə bağlı bütün sənədlərin qaydasında olduğuna əminlik;
  • əsas fəaliyyətdən yayınmadan sadə kadr məsələlərinin həlli (məsələn, ştat və məzuniyyət cədvəlinin tərtibi, əmək kitabçalarının işlənməsi və sair).

Bütün bunlar sizi gələcəkdə əmək qanunvericiliyi üzrə pozuntulardan, cərimə sanksiyalarından, Əmək Müfəttişliyinin iradlarından, işçilərlə məhkəmə çəkişmələrindən qoruyacaq.

“0”-dan kadr uçotunun qurulması xidmətinin qiyməti işçilərin sayından, müəssisənin spesifik xüsusiyyətlərindən, digər nüanslardan asılıdır.

Xidmət, onun qiyməti haqqında daha geniş məlumat almaq üçün şirkətin saytının “Əlaqə” bölməsindən sizin üçün rahat ünsiyyət formasını seçib müraciət edin.


1 496 497 498 499 500 501 502 2. 690