Kadr uçotu xidmətləri

posted in: Kadr, Xəbər | 0

Bakıda mühasibat, vergi, kadr uçotu xidmətləri üzrə ixtisaslaşmış Accounting.Az konsaltinq şirkəti beynəlxalq PrimeGlobal Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasının üzvüdür. Assosiasiya dünya reytinq cədvəlində ilk üçlükdədir. Şirkətin insan resurslarının idarəçiliyi üzrə təklif etdiyi xidmətlər aşağıdakı istiqamətləri əhatə edir:

  • Kadr uçotunun qurulması;
  • Kadr uçotunun aparılması;
  • İşçi heyəti üzrə hesablaşmalar;
  • Əməyin mühafizəsi.

Kadr uçotunun qurulması

“Accounting.Az” konsaltinq şirkətinin təklif etdiyi xidmətlər paketinə daxil olan bu xidmət fəaliyyətə yeni başlayan yaxud ilk işçini işə götürən fərdi sahibkarlar üçün nəzərdə tutulub. Nəzərə almaq lazımdır kadr uçotu, eynilə mühasibat uçotunun aparılması kimi, məcburidir, əks halda sanksiyalar qaçılmazdı.

Kadr uçotunun qurulması xidməti fəaliyyətdə olan üçün də lazım ola bilər, məsələn kadr uçotunun aydın sistemi yoxdur, uçotda pozuntular var. Bunları aradan qaldırmaq üçün:

  • kadr uçotunun auditi aparılacaq;
  • kadrlar üzrə sənədlər qiymətləndiriləcək;
  • səhvlər müəyyən ediləcək.

Bundan sonra kadr uçotu mövcud əmək qanunvericiliyinə uyğun təşkil ediləcək. “Accounting.Az” konsaltinq şirkəti fəaliyyət istiqamətindən, işçi heyətin sayından asılı olmayaraq həm şirkətlər, həm də fərdi sahibkarlar üçün kadr uçotunun qurulması xidmətini təklif edir.

Autsorsinq əsaslı göstərilən xidmət sizi:

  • ştatlı kadr xidməti saxlamaq;
  • kadr mütəxəssislərinə əməkhaqqı ödəmək;
  • müxtəlif məcburi fondlara ödənişlər etmək;
  • ofis və kommunal ödənişlər kimi xərclərdən azad edəcək.

Eyni zamanda əmək məsələləri ilə əlaqədar işçilərin iddiaları operativ həll ediləcək.

“Accounting.az” konsaltinq şirkətinin təklif etdiyi  xidmətlər haqqında   +99412 310 09 29  yaxud  +99412 598 37 98  nömrələrinə zəng etməklə məlumat almaq olar.

Kadr uçotunun aparılması

İnsan resurslarının idarə edilməsi üçün vacib olan bu xidmət özündə sənədlərin qeydiyyatı, kadr kargüzarlığı, daxili lokal normativ təlimatların hazırlanması kimi işlər cəmləşdirir.

Kadr uçotunun aparılması üzrə işlərin autsorsinqə verilməsi işə qəbul, əmək müqaviləsi üzrə dəyişikliklər, işdən çıxarılma, yerdəyişmə üzrə işlərin elektron qeydiyyatı, kadr kargüzarlığı və s. kimi  işlərdən sizi azad etməklə resursları əsas fəaliyyətə yönəltməyə imkan verəcək.

“Geriyə zəng” sizfariş edin, yaxud WhatsApp-dan  (+99450 225 82 05) bizə yazın, şirkətin əməkdaşları həmişə sizin biznesin yanındadır.

İşçi heyəti üzrə hesablaşmalar

Əmək qanunvericiliyinə uyğun əməkhaqqının hesablanması mühasibat uçotunun ən məsuliyyətli sahəsidir. İşçi heyəti ilə hesablaşmaların aparılması yüksək peşəkarlıq, təcrübə tələb edən sahədir.

“Accounting.az” konsaltinq şirkəti on ildən çoxdur ki, Bakıda işçi heyətlə hesablaşmalar üzrə autsorsinq əsaslı xidmət göstərir. Xidmət kompleks mühasibat uçotu xidmətləri kimi yaxud kadr uçotu xidmətlərinin tərkibində ayrıca aparılır.

Əməyin mühafizəsi

Təhlükəsiz əmək hüququ AR Konstitusiyası (maddə 35), işəgötürənlərin təhlükəsiz iş şəraitini təmin etməsi öhdəliyi AR Əmək Məcəlləsi (maddə 215) ilə nizamlanır. Əməyin mühafizəsi sahədə pozuntular inzibati və cinayət məsuliyyətinə səbəb olur.

“Accounting.az” konsaltinq şirkətinin əməyin mühafizəsi xidməti həm müxtəlif istiqamətli məsləhətlər, həm də əməyin mühafizəsi müfəttişinin vəzifə və funksiyalarının yerinə yetirilməsi formasında göstərilə bilər.

Kadr xidmətlərinin qiymətlərini sizə uyğun üsulla şirkətlə əlaqə müəyyən edə  bilərsiniz.

 

Əmək müqaviləsinə xitam verilməsi

posted in: Xəbər | 0

Əmək müqaviləsinə xitam verilməsi


İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi


İşəgötürən tərəfindən əmək müqaviləsinin xitamı


Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası


Mülkiyyətçisinin dəyişməsi zamanı əmək müqaviləsinin xitamı


Tərəflərin iradəsindən asılı olmayan hallarda xitam qaydası


Müəssisənin ləğvi zamanı işçilərə ödənişlər


İşçilərin sayı ixtisar edilərkən əmək müqaviləsinin ləğvi


İş yerlərinin ixtisarı zamanı işçilərə ödənişlər


Hərbi xidmətə çağırış zamanı işçilərə ödənişlər


İşçi vəfat etdikdə ödənişlər


Mülkiyyətçi dəyişməsi zamanı ödənişlər


Müddətli əmək müqaviləsinin ləğvi zamanı işçiyə ödənişlər


Əmək müqaviləsinə xitam zamanı son haqq-hesab

 

Azərbaycanda bir sıra dövlət rüsumları ləğv edilir

posted in: Xəbər | 0

Məzuniyyət rəsmiləşdirilməsi,Azərbaycanda arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur.

Belə ki, dəyişiklik layihəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.

Layihə qəbul edildiyi təqdirdə “Dövlət rüsumu haqqında” qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv ediləcək.

“Milli arxiv fondu haqqında” qanuna dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.3.-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 31 iyul 2023-cü ildə “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında 251 №-li və “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə 252 №-li qərarlar qəbul edib.

Belə ki, bundan sonra müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətlərini təsdiq olunmuş siyahı və xidmət haqları məbləği müqabilində göstərəcək.

Mənbə: report.az


İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün vergi hesabatları ilə bağlı güzəşt varmı?

posted in: Xəbər | 0

vergi hesabatları, vahid bəyannamənin doldurulması, vahid bəyannamə, Elektron xidmət, bank məlumatları, vergi güzəşti, malların alışı, vergi cinayətləri ilə mübarizə, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, vergi orqanı müraciət, vöen bağlanması,İşğaldan azad edilmiş ərazinin rezidenti olan müəssisəmiz Kəlbəcərdə ictimai iaşə xidmətləri göstərir. Vergi Məcəlləsinə görə, müəssisəmiz vergilərdən azaddır. Bu halda, müəssisə mənfəət vergisi bəyannaməsini təqdim etməlidirmi və bəyannamənin təqdim olunması ilə bağlı fərqli bir müddət müəyyən edilibmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edir.

Belə ki, işğaldan azad edilmiş ərazinin rezidentləri üçün vergi hesabatlarının təqdim olunmasında fərqli qayda müəyyən edilməyib və həmin vergi ödəyiciləri vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edirlər.

Buna əsasən, müəssisə tərəfindən mənfəət vergisinin hesabatı hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə, habelə vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 57.1-ci, 58.15-ci, 149.2-ci və 229-cu maddələri.

Mənbə: vergiler.az


1 498 499 500 501 502 503 504 2. 690