“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti varmı?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsəm. Hazırda başqa heç bir iş yerim yoxdur və yalnız “YouTube” platformasında özümə məxsus kanal vasitəsilə “Google AdSense”dən gəlir əldə edirəm. Sponsorlu reklam və ya üçüncü şəxslərlə müqaviləm yoxdur. Gəlirlərim xarici mənbədən (Google) əldə olunur və bank hesabıma köçürülür. Fiziki şəxs – sahibkar kimi VÖEN qeydiyyatım var. Bilmək istərdim ki, bu fəaliyyət Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi üzrə gəlir vergisi güzəşti tətbiq olunan fəaliyyət sahəsi hesab olunurmu? Əgər vergi güzəşti tətbiq edilirsə, illik gəlirin neçə faizi vergidən azaddır? Bu halda sosial sığorta üzrə hansı ödəniş öhdəliyim yaranır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Eyni zamanda bildiririk ki, 2025-ci ilin yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda, həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.

Əlavə olaraq bildiririk ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahələri ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Sorğunuza cavab olara bildiririk ki, həmin fəaliyyət növlərinə reklam fəaliyyəti və xidmətlərin ixracı aid edildiyindən, güzəşt hüququndan istifadə edə bilərsiniz.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən çox olmamaq şərtilə gəlirlərin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərinə görə etməli olduğunuz addımlar barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri və “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsi

Mənbə: vergiler.az

Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı 8 % azalıb

Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı 8 % azalıb

posted in: Xəbər | 0

Bu ilin yanvar ayında Azərbaycanda vergi orqanlarına 45 637 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 % azdır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərdən 96,9 %-i ərizə, 3 %-i şikayət, 0,1 %-i təkliflər olub.

Onlardan 55,1 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 44,9 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 70,1 %-i həll olunub, 28,8 %-i barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxil olmuş faktiki şikayətlərdən 109-u həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, şəxsi hesab vərəqələri, vergi bəyannamələri, vergi borcu, vergi ödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.

Yanvarda Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 36, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 12 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

Mənbə: report.az

Məzuniyyət kompensasiyasında hansı günlər nəzərə alınmır?

Məzuniyyət kompensasiyasında hansı günlər nəzərə alınmır?

posted in: Xəbər | 0

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərlə qanunvericiliyə yeni ifadələr gətirilib. Onlardan biri də istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi ilə bağlıdır.

İnsan resursları və əməkhaqqı üzrə mütəxəssis Firəngiz Səmədova yeniliyi detallı şəkildə izah edib.

Öncəliklə qeyd edək ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin adı yeni redaksiyada verilib. Əgər əvvəlki redaksiyada “Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi” kimi qeyd edilmişdisə, dəyişiklikdən sonra həmin müddəa “Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi” kimi göstərilib. Başqa sözlə, sözügedən maddədə istidafə olunan “pul əvəzi” ifadəsi “kompensasiya” sözü ilə əvəz olunub.

Burada əsas nəzərəçarpacaq digər bir dəyişiklik həmin maddənin 3-cü bəndində yer alıb. Əmək Məcəlləsinin yeni redaksiyada qəbul edilmiş 144-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 – 117-ci və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir. Əvvəlki redaksiyada həmin müddəa belə verilib: “Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir”.

Məcəllədə yer alan bəndin redaksiyadan əvvəl və sonrakı halına nümunə üzərindən baxaq:

Misal

Müəssisədə mütəxəssis vəzifəsində çalışan xanım əməkdaşın 30 təqvim günü əsas, 2 təqvim günü staja görə əlavə (maddə 116) və 2 təqvim günü də 14 yaşınadək 2 uşağı olduğu üçün əlavə (maddə 117) olmaqla, toplam 34 gün əmək məzuniyyəti hüququ var. Onun əmək müqaviləsinə xitam verilərkən kompensasiya ediləcək məzuniyyət günü hansılardır?

Maddəyə dəyişiklikdən əvvəl bu keys üzrə kompensasiya ediləcək məzuniyyət gününün sayı 32 idi. Burada 30 gün əsas və Əmək Məcəlləsinin 117-ci maddəsi üzrə əlavə 2 gün nəzərə alınaraq kompensasiya hesablanırdı. Çünki 144-cü maddənin 3-cü bəndində əvvəlki redaksiyada ödənilməməli əlavə əmək məzuniyyəti günlərinin siyahısında 117-ci maddə qeyd edilməmişdi. Dəyişikliklərdən sonra isə bu keys üzrə kompensasiya ediləcək gün sayı 30 olmaqla, yalnız əsas məzuniyyətdən ibarətdir. 2026-cı ildən etibarən hesablamalar bu cür aparılacaq.

Qeyd edək ki, sözügedən maddənin 3-cü bəndinin redaksiyadan öncəki halı 117-ci maddə üzrə kompensasiyanın verilib-verilməməsi ilə bağlı praktikada çox vaxt mübahisəli halların yaranmasına səbəb olurdu. Artıq son dəyişikliklərdən sonra qanunvericilik həmin hallara son qoydu.

Mənbə: vergiler.az

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Özəl sektorda çalışanlar bu il nə qədər vergi və sosial sığorta ödəyir?

posted in: Xəbər | 0

2026-cı ildən Vergi Məcəlləsində üç istiqamət üzrə 45 əsas dəyişiklik qüvvəyə minib. Bu istiqamətlər investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin təkmilləşdirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin əməkdaşı Toğrul Sadıxov özəl sektorda çalışan işçilərin gəlir vergisi ilə bağlı yenilikləri şərh edib.

T.Sadıxovun sözlərinə görə, bu ildən etibarən həmin sahələrdə proqressiv vergi dərəcələndirilməsi həyata keçirilir: “Məlum olduğu kimi, 2019-cu ilin 1 yanvar tarixindən etibarən 7 il müddətinə neft-qaz sektorunda fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan şəxslərin əməkhaqqı gəlirləri 8.000 manata qədər 0 faiz dərəcə ilə, 8.000 manatdan yuxarı isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunurdu. 2026-cı ilin 1 yanvar tarixindən etibarən isə həmin işçilər üçün proqressiv vergi dərəcələndirilməsi həyata keçirilir. Belə ki, əməkhaqqı gəlirlərinin 2.500 manata qədər olan hissəsi 3 faiz dərəcə ilə, 2.500 manatdan 8.000 manata qədər olan hissəsi 10 faiz dərəcə ilə, 8.000 manatdan yuxarı hissəsi isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. Eyni zamanda, 3 faiz dərəcə 2028-ci ilədək proqressiv şəkildə artacaq və əməkhaqqı gəlirlərinin 2.500 manata qədər olan hissəsi 2027-ci ildə 5 faiz, 2028-ci ildə 7 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Dəyişikliyin müsbət tərəfi bundan ibarətdir ki, proqressiv vergi dərəcələndirilməsi dərhal deyil, üç il ərzində həyata keçiriləcək. Həmçinin, fiskal yükün aşağı dərəcəli artımı əmək müqavilələrinin bağlanılmasından yayınma və “kölgə iqtisadiyyatı”na meyil göstərilməsi riskini azaldacaq. İqtisadi təhlillər nəticəsində muzdlu işçilərin əksəriyyətinin əməkhaqqının 2.500 manatadək olduğunu nəzərə alsaq, 2026-cı il üzrə kumulyativ yük cəmi 3 faiz artıb. Eyni zamanda, proqressiv vergi dərəcələndirilməsi nəticəsində aşağı əməkhaqqı alanlar aşağı dərəcə ilə, yuxarı əməkhaqqı alanlar isə yuxarı dərəcə ilə vergiləndirilir”.

T. Sadıxov əlavə edib ki, özəl sektorda çalışan işçilərin və işəgötürənlərin də məcburi dövlət sosial sığorta haqlarının hesablanması ilə bağlı qanunvericilikdə dəyişiklik edilib: “Belə ki, gəlirlərin 200 manatadək olan hissəsi işçiyə münasibətdə 3 faiz, işəgötürənə münasibətdə 22 faiz dərəcə ilə, 200 manatdan 8.000 manatadək olan hissəsi işçiyə münasibətdə 10 faiz, işəgötürənə münasibətdə 15 faiz dərəcə ilə, habelə 8.000 manatdan çox olan hissəsi işçiyə münasibətdə 10 faiz, işəgötürənə münasibətdə 4 faiz azaldılaraq 11 faiz dərəcə ilə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Həmçinin, “Tibbi sığorta haqqında” qanunvericiliyə dəyişiklik olunub və həmin dəyişikliyə əsasən, işçiyə və işəgötürənə münasibətdə əməkhaqqı gəlirləri 2.500 manatadək olduqda həm işçiyə, həm də işəgötürənə münasibətdə 2 faiz, 2.500 manatdan artıq olduqda isə həm işçiyə, həm də işəgötürən münasibətdə 0,5 faiz dərəcə ilə icbari tibbi sığorta haqqı hesablanır. İşsizlikdən sığorta dərəcələri ilə bağlı hər hansı dəyişiklik edilməyib”.

Fərdi sahibkarların sosial sığorta ödənişi öhdəliyi dəyişib

T.Sadıxov fərdi sahibkarın sosial sığorta yükünün tənzimlənməsi barədə də məlumat verib. Bildirib ki, 2026-cı ilin 1 yanvar tarixinədək tikinti sahəsi üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 50 faizi həcmində, ticarət və digər sahələr üzrə isə 25 faiz həcmində hesablanırdı. Həmçinin, regionlara münasibətdə əmsallar tətbiq olunurdu: “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsəydi, güzəşt müddəti başa çatdığından ticarət sahəsində həmin göstərici 50 faizədək artacaqdı, regionlara tətbiq olunan əmsallar da qüvvədən düşəcəkdi, nəticədə fərdi sahibkarın sosial sığorta yükünün artmasına səbəb olacaqdı. Bu səbəbdən, fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqqının hesablanması ilə bağlı yeni mexanizm 2026-cı ildən qüvvəyə minib. Belə ki, bu ildən etibarən fəaliyyət sahəsindən asılı olmayaraq, istər tikinti, istər ticarət və digər sahədə çalışan fərdi sahibkarlar bütün sahələr üzrə xərclər çıxılmadan gəlirlərin 2 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı ödəyir”.

Qeyd edək ki, burada iki istisna hal var: fərdi sahibkarın ödədiyi sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən artıq olmamalıdır. Yəni bu il üzrə fərdi sahibkar minimum 60 manat, maksimum 400 manat məcburi dövlət sosial sığorta haqqı ödəyir.

Sığorta qanunvericiliyində bir sıra digər dəyişikliklər də edilib. Məsələn, kənd təsərrüfatı sahəsində mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır. Belə ki, 5 hektaradək olduqda minimum əməkhaqqının 5 faizi, 5 hektardan 10 hektaradək 7,5 faizi, 10 hektardan yuxarı isə 12,5 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı hesablanır. Eyni zamanda, sabit qəbz alan şəxslər üzrə mövcud rejim saxlanılıb və məcburi dövlət sosial sığorta haqqı dərəcələri qismən artırılıb. Belə ki, regional əmsallar tətbiq edilməklə minimum əməkhaqqına tətbiq edilən 3 faiz 5 faizə, 5 faiz isə 8 faizə qaldırılıb. “Fərqlənmə nişanı” almaqla sərnişindaşıma fəaliyyəti üzrə mövcud rejim isə olduğu kimi saxlanılıb.

Mənbə: vergiler.az

Dividend gəliri yenidən bölüşdürüləndə vergi tutulurmu?

1 49 50 51 52 53 54 55 2. 693