Mənfəətin bölgüsü üsulu nədir?

posted in: Xəbər | 0

Mənfəətin bölgüsü üsulu, vergi, ödəmə mənbəyində vergiyə cəlb,Suala maliyyə və vergi eksperti Rəşad Məmmədov aydınlıq gətirir. Vergi Məcəlləsinin 14-1.1.4-ci maddəsinə əsasən, ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti mənfəətin bölgüsü üsuluna əsasən müəyyənləşdirilir. Mənfəətin bölgüsü üsulu bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında bu maddəyə əsasən bölüşdürülməsidir.

Mənfəətin bölgüsü üsulu – əməliyyatdan əldə edilən mənfəəti müəyyən edir ki, bu da sövdələşmə iştirakçıları arasında bölüşdürülməlidir. Mənfəətin bölgüsü üsulundan istifadə edilərkən hesabat dövrü ərzində sövdələşmə iştirakçıları arasında əldə edilən ümumi mənfəət, bu ümumi mənfəəti əldə etmək üçün onların hər birinin qoyuluşlarından asılı olaraq bölüşdürülür. Qoyuluşların dərəcəsi iqtisadi əsaslandırmaya, funksional təhlilə, risklərə, iştirakçıların xərclərinə uyğun müəyyən edilir.

Misal: Azərbaycan Respublikasının rezidenti olan “A” şirkəti xarici şirkətin törəmə müəssisəsidir. Şirkət istehsal avadanlıqlarını yığmaq üçün ana şirkətdən dəstinin dəyəri 200 ABŞ dolları olan ehtiyat hissəsi alır. Bu ehtiyat hissəsindən alınan məhsulu isə Türkiyə Cumhuriyyətində aidiyyəti olmayan şirkətə 240 dollara satır. Hər dəstin yığılması üçün “A” şirkətinin əməliyyat xərci 15 dollardır. Bu halda sövdələşmə iştirakçıları arasında bölüşdürüləcək mənfəət belə hesablanacaq:

(240 – 200 – 15) / 240 x 100 = 10,41%.

“A” şirkəti faktor təhlili aparır və oxşar işləri yerinə yetirən 4 müstəqil istehsal müəssisəsi arasında mənfəətin (zərərin) bölüşdürülmə faizini müəyyən edir. Bununla da “A” şirkətinin mənfəət (və ya zərər) bölgüsü faizinin bazarda olduğu kimi oxşar layihələr üçün bazar qiyməti olduğu müəyyən olunur.

Mənbə: vergiler.az


Kapital Bank-ın PashaPay ilə birgə keçirdiyi lotereya davam edir

posted in: Xəbər | 0

Kapital Bank PashaPay şirkəti ilə birgə ödəniş kart sahibləri üçün yeni birtirajlı, stimullaşdırıcı lotereya keçirir. Lotereyada iştirak etmək üçün MilliÖN ödəmə terminallarında bütün növ Kapital Bank kartlarının (maaş, Birbank debet, kredit kartları və s.) balansını artırmaq lazımdır.

Şərtlərə görə 30 iyun 2023-cü il tarixinədək balansına minimum 10 manat və daha çox məbləğdə mədaxil edən kart sahibləri avtomatik olaraq lotereyada iştirak etmək hüququ qazanır. 14 iyul 2023-cü il tarixində keçirilən tiraj zamanı 1 ədəd Toyota Corolla avtomobili, 5 ədəd iPhone 14 Pro 128 GB və 10 ədəd iPad 10.9 64 GB öz sahiblərini tapacaq.

Lotereyada şanslar üzrə heç bir limit tətbiq olunmur və hər 10 manat mədaxil kart sahibinə 1 iştirak şansı qazandırır. Misal üçün, kart sahibi kartına 100 manat mədaxil edibsə, o, avtomatik olaraq 10 iştirak şansı qazanır. Əgər müştərinin bir neçə Kapital Bank və ya Birbank kartı varsa, hər biri lotereyada ayrılıqda iştirak edir. Hər müştəri lotereyada hər kartı üzrə yalnız 1 dəfə hədiyyə qazana bilər. Lotereya barədə ətraflı məlumat üçün: https://kbl.az/kbmlnpr.

Qeyd edək ki, Kapital Bank və Birbank kartlarını bankın filiallarından və ya kapitalbank.az, birbank.az saytlarından onlayn sifariş etmək olar. Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə əldə etmək mümkündür.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Kredit məlumatını düzgün verməyən nisyə mal alqı-satqısı edənlər cərimələnəcək

posted in: Xəbər | 0

əməkhaqqının artım faizi, Əmək pensiyası, orta aylıq əməkhaqqı, köhnəlmiş əskinaslar, zədələnmiş əskinaslar, sosial müavinətlər, büdcə ssudası, büdcə ssudasının verilməsi, 2022 minimum əməkhaqqı, 2022 minimum əməkhaqqı, ehtiyac meyarı, illər üzrə minimum əməkhaqqı, yaşayış minimumu, yaşayış minimumunun məbləği, Minimum aylıq əməkhaqqı,Kredit tarixçələrindəki məlumatı düzgün və vaxtında təqdim etməyən nisyə mal alqı-satqısı ilə məşğul olanlar 12 min manatadək cərimələnəcək.

Bu, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilən 440.3-cü bəndində əksini tapıb.

Yeni bəndə əsasən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.

Mənbə: report.az


Əmək məzuniyyətlərinin verilməsində növbəlilik

posted in: Xəbər | 0

İşçilərin məzuniyyət hüququ

İşçinin ilk iş ili üçün ödənişli illik məzuniyyətdən istifadə hüququ altı aylıq fasiləsiz işdən sonra yaranır. Amma altı ay bitmədən də işəgötürən müəyyən kateqoriya işçilərə onların tələbi ilə məzuniyyət verməyə borcludur. Belə işçilərin siyahısı Əmək Məcəlləsinin 131.1-cü maddəsi ilə tənzimlənir.

Altı aydan sonra (yuxarıda göstərilən işçilər kateqoriyası üzrə – daha tez) işçi işlədiyi saatlara nisbətdə məzuniyyətin bir hissəsinə deyil, əmək müqaviləsində nəzərdə tutulmuş tam məzuniyyət hüququna malikdir. Bundan sonrakı ikinci və növbəti iş illəri üçün hər il işçiyə ödənişli əmək məzuniyyəti verilir. Əmək məzuniyyətinin müddəti əsas və əlavə məzuniyyətlərin cəmindən ibarətdir.

İşçilərə verilən əsas əmək məzuniyyətinin müddəti ən azı 21 gündür. Əlavə məzuniyyət müəyyən şərtlər daxilində işçinin əsas əmək məzuniyyətinə əlavə edilmiş günlərdən ibarətdir.

İşçinin məzuniyyətə buraxılması haqqında əmr məzuniyyətin başlanmasına azı beş gün qalmış hazırlanır və tanış olmaq üçün işçiyə təqdim edilir.

Əmək məzuniyyətlərinin verilməsi üçün işəgötürən növbəlilik qrafikini tərtib edə bilər.

Məzuniyyətdə növbəlilik anlayışı

Növbəlilik deyəndə işçilərə əmək məzuniyyətlərinin düzgün sıralama şəklində verilməsi nəzərdə tutulur. Məzuniyyət cədvəli hər təqvim ili üçün yanvar ayının sonuna qədər tərtib olunaraq təsdiq edilir. İşçilər istədiyi zaman məzuniyyət götürmə hüququna sahibdirlər, amma bu müəssisədə işlərin normal gedişatına təsir etməməlidir. Müəssisənin işinin davamlılığı işçilərdən asılıdır, işçilər məzuniyyətə çıxanda isə işlər düzgün getməyə bilər, yaxud gedişat uzana bilər, əlavə məsələlər, gecikmələr yarana bilər. Ona görə də, məzuniyyətlərin verilməsində növbəlilik düzgün tərtib olunmalıdır. Məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək həm də məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək üçün vacibdir. O, qanunvericiliyə, müəssisədaxili qaydalara uyğun hazırlanan sənəddir və həm işçi, həm də işəgötürən tərəfindən onun icrası zəruridir.

Əmək məzuniyyətlərində növbəlilik anlayışı Əmək Məcəlləsinin 133-cü maddəsi ilə tənzimlənir. Növbəlilik cədvəlinin hazırlanması:

  • istehsalın və işin normal gedişinin təmini;
  • məzuniyyətlər kadr uçotunun düzgün təşkili;
  • işçilərin məzuniyyət hüququndan səmərəli istifadə etməsi üçün vacibdir.

Müəssisədə növbəlilik qrafiki üzrə məzuniyyətlərdən istifadə müddətləri tərtib edilir. Növbəlilik cədvəli müəssisədə Hİ təşkilatının rəyi əsasında işəgötürən tərəfindən təsdiq edilir. Əgər Hİ təşkilatı yoxdursa, işçinin rəyi nəzərə alınmalıdır. Məzuniyyət cədvəli hazır olduqdan sonra müəssisənin bütün işçilərinin nəzərinə çatdırılmalıdır. ƏM-nin 137-ci maddəsinə əsasən işçilərə məzuniyyət hissələrə bölünərək verilə bilər. Həmçinin, işçi əsas və əlavə məzuniyyətlərdən həm birlikdə, həm də ayrılıqda istifadə edə bilər (ƏM maddə 113.2). Buna görə də tərtib edilən məzuniyyət cədvəllərində işçilərə il ərzində müxtəlif, ya da eyni vaxtda məzuniyyətlərin verilməsi nəzərdə tutula bilər.

Məzuniyyət qrafikinin tərtib edilməsi və təsdiq edilməsi haqqında əmr formasının təsdiq olunmuş standart forması yoxdur. Əmrdə qısaca olaraq müəssisənin adı, şəhər, tarix, əmr nömrəsi, habelə:

  • işçinin adı, atasının adı, soyadı, vəzifəsi (peşəsi);
  • verilən məzuniyyətin növü, müddəti, uyğun iş ili;
  • məzuniyyətin başlanma, qurtarma tarixi, habelə məzuniyyət bitdikdən sonra işə başlanmalı tarix qeyd olunur.

İşçiyə məzuniyyət müddətində əməkhaqqının verilməsi onun qanunvericiliklə müəyyən olunan təminatlarından biridir. Məzuniyyət dövrü üçün əmək haqqı məzuniyyətin başlamasına ən azı 3 gün qalmış ödənməlidir.

İşçilərin arzusu ilə əmək məzuniyyətinin verilməsi

Növbəlik cədvəli qurularkən bəzi işçilərin əmək məzuniyyəti onların arzusu ilə əlverişli vaxtda verilir (maddə 133.3). Həmin işçilər aşağıdakılardır:

  • 14 yaşı tamam olmayan  iki, yaxud daha çox uşağı olan, ya da əlil uşağı olan qadınlar;
  • 16 yaşdan kiçik uşaqları tək böyüdən valideyn, ya da qəyyum;
  • hərbi qulluqçuların həyat yoldaşı;
  • əlilliyi  olan şəxslər;
  • müharibə veteranları;
  • 18 yaşı tamam olmayan  işçilər;
  • həm işləyən, həm də  təhsil alan şəxslər;
  • xüsusi xidmətləri olan işçilər (ƏM maddə 120);
  • Çernobıl AES-də qəza zamanı sağlamlığı pozulan və şüalanma xəstəliyinə məruz qalan şəxslər;
  • on səkkizdən aşağı yaşı olan işçilər;
  • işləməklə yanaşı təhsil alan şəxslər;
  • əsas iş yerində məzuniyyətə çıxan əlavə iş yeri üzrə işləyən işçilərə;
  • əlavə iş yerində məzuniyyətə çıxan əsas iş yeri üzrə işləyən işçilərə.

İşçiyə işlədiyi müddətdən asılı olmayaraq öz arzusu ilə, arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə əmək məzuniyyəti verilir.

Müharibə veteranları, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin məzuniyyətləri haqqında burada bəhs edilib.

Növbəlilik cədvəli tərtib edilərkən ilk növbədə yuxarıda qeyd edilən işçilərin istədiyi müddətlər qrafikdə təyin edilir. Əgər məzuniyyətin vaxtı işçini qane etmirsə, o, bu vaxtın dəyişdirilməsi üçün işəgötürənə müraciət edə bilər. Məzuniyyət vaxtının dəyişilməsi qaydaları haqqında buradan müvafiq məlumatlar əldə etmək mümkündür.

1 529 530 531 532 533 534 535 2. 685