Vergidən yayınan şirkətlərin faktiki rəhbərləri aşkar ediləcək

posted in: Xəbər | 0

vergi cinayətləri ilə mübarizə, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, vergi orqanı müraciət, vöen bağlanması,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergidən yayınma cinayətlərini törədən vergi ödəyicilərinin faktiki rəhbərlərinin (benefisiarların) aşkarlanmasını həyata keçirəcək.

Bu barədə quruma istinadən xəbər verilir.

Məlumata görə, vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması və vergi cinayətlərinin qarşısının alınması dünya ölkələrinin vergi xidmətlərinin əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahədə tədbirlərin səmərəliliyinin artırılması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) da diqqət mərkəzindədir. Artıq OECD “Vergi cinayətləri ilə mübarizə – 10 asas beynəlxalq prinsip” adlı metodologiya xarakterli sənəd qəbul edib. Sənǝd qeyd olunan prinsiplərin vergi cinayətləri ilə mübarizə sisteminin təkmilləşdirilməsi üçün hüquqi çərçivədə uğurlu təcrübələrin müəyyənləşdirilməsini, müvafiq sahədə proseslərin izlənilməsini, dəstək mexanizmləri üçün təlim və ya treninq ehtiyaclarının ödənilməsini nəzərdə tutur.

Vergi Xidməti həmin prinsiplərin milli təcrübədə tətbiqi imkanlarını araşdırır, həmçinin ölkəmizdə vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması, vergi hüquqpozmalarının yaranma səbəblərinin aradan qaldırılması yolunda yeni innovativ tədbirlərin həyata keçirilməsini planlaşdırır. Belə ki, vergi cinayətləri ilə mübarizə sahəsində “çəkindirmə” metodlarının (“naming and shaming”) tətbiqi, “Shell” şirkətlərin yaranması ilə bağlı səbəblərin təhlil olunaraq risklərin müəyyən edilməsi, bununla bağlı hüquqi şəxslərin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, vergi cinayətləri ilə mübarizə sahəsində risk və təhdidlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Dövlət Vergi Xidməti bu sahədə beynəlxalq əməkdaşlıq mexanizmlərinin təmin edilməsi və beynəlxalq təcrübə üzrə məlumat mübadiləsinin aparılmasını da həyata keçirəcək.

Qeyd edək ki, Dövlət Vergi Xidməti yaxın müddətdə “çəkindirmə” prosesi çərçivəsində bir sıra vergi cinayətləri üzrə əldə edilmiş nəticələri, bu sahədə aparılan cinayət işlərinin istintaqı barədə məlumatları ictimaiyyətin nəzərinə çatdıracaq.

Mənbə: report.az


Əmlak vergisinin vergitutma obyekti

posted in: Xəbər | 0

Əmlak vergisinin vergitutma obyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 197-ci maddəsinə uyğun müəyyən edilir. Amma, gəlin öncə, ümumiyyətlə vergitutma obyekti haqqında danışaq.

Vergitutma obyekti nədir?

Vergitutma obyekti istənilən verginin müəyyən olunması üçün tələb olunan əsas vergitutma elementlərindən biridir. Məcəllənin 12-ci maddəsi ilə müəyyən olunan vergitutma elementlərinin ətraflı təsviri burada verilib.

Vergitutma obyektigəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi, AR Vergi Məcəlləsi ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Bir az sadə şərh etməyə çalışsaq, vergitutma obyekti – vergi ödəyicisinin vergi ödəmək öhdəliyinin yaranmasına səbəb olan aktiv yaxud əməliyyatdır, yəni hansı iqtisadi kateqoriyanın və ya əməliyyatın vergiyə cəlb olunduğunu müəyyən edir. Məsələn, hüquqi şəxslərin mənfəət vergisi üzrə vergitutma obyekti vergi ödəyicisinin əldə etdiyi mənfəətdir. Hər bir verginin öz vergitutma obyekti vardır.

Məbləğlərlə ifadə olunan vergitutma obyekti vergitutma bazası adlanır. Büdcəyə ödəniləcək verginin məbləği vergitutma bazası ilə vergi dərəcəsinin hasili kimi müəyyən edilir.

Fiziki şəxslər üzrə əmlak vergisinin vergitutma obyekti

Fərdi sahibkar bioloji varlıqdır, təbii olaraq onun yaşayış sahəsinin olması labüd ehtimaldır. Mövcud vergi qanunvericiliyinə əsasən fiziki şəxslər yaşayış, qeyri-yaşayış sahələrinə görə əmlak vergisi ödəməlidirlər. Belə əmlak müəyyən edilərkən, qeydiyyatda olduğunuz, kirayə müqaviləsiylə qaldığınız mənzil deyil, məhz xüsusi mülkiyyətinizdə olan sahələr nəzərə alınmalıdır.

Nümunə 1: Azərbaycan Respublikasının rezidenti olmayan əcnəbi vətəndaş Gəncə şəhərindən qeyri-yaşayış sahəsi olan bina almışdır. Həmin bina əmlak vergisinə cəlb olunur.

Fiziki şəxslərin hava, su nəqliyyatına sahib olduğu hallar azda rast gəlinir. Vergi qanunvericiliyində hava, su nəqliyyatına görə vergiyə cəlb edilmə hələ müstəqilliyin ilk dövründən mövcuddur.

Nümunə 2: AR rezidenti olan fiziki şəxs yaxta almışdır və bu yaxta AR ərazisindən kənarda, Türkiyədə yerləşir. Yerindən, istifadə edilib-edilməməsindən asılı olmayaraq, vergitutma obyektidir.

Beləliklə, fiziki şəxslər üçün əmlak vergisinə görə vergitutma obyektini aşağıdakı formada təsnifləşdirmək olar:

Fiziki şəxslərin əmlak vergisinin vergitutma obyektləri

Müəssisələr və fərdi sahibkarlar üçün vergitutma obyekti

Müəssisələr və fərdi sahibkarlar üçün vergitutma obyekti fiziki şəxslərdən fərqli olaraq, onların əsas vəsaitlərdir. Təbii ki, bu o demək deyil ki, müəssisənin binası, su, hava nəqliyyatı vasitəsi ola bilməz. Müəssisələr sadalanan, habelə digər əmlaka sahib ola bilərlər. Çatdırılmaq istənilən fikir odur ki, müəssisələr üçün onların binası, varsa su, hava nəqliyatı vasitələri, həmçinin təsərrüfat fəaliyyətində istifadə edilən digər daşınar və daşınmaz əmlakı, onların əsas vəsaitlərini təşkil edir, əmlak vergisinə cəlb edilir.

Su, hava nəqliyyatı deyərkən:

  • qayıqlar;
  • katerlər;
  • vertolyotlar və s. nəzərdə tutulur.

Su, hava nəqliyyatı yaşayış, qeyri-yaşayış sahələrindən fərqli olaraq yalnız rezident fiziki şəxslərdən tutulur. Sözügedən nəqliyyat vasitələri qeyri-rezident şəxslərdə aid olduqları ölkədə qeydiyyata alınır. Burada qeyri-rezident şəxslər dedikdə əsas etibarı ilə əncəbi şəxslər nəzərdə tutulur.


Məzuniyyətin başqa vaxta keçirilməsi şərtləri və qaydası

posted in: Xəbər | 1

Məzuniyyət keçirilməsi nədir?

Məzuniyyət təkcə müəssisə üçün deyil, həm də işçi üçün gözlənilən və planlaşdırılan bir hadisədir. Əmək qanunvericiliyinə əsasən, ilin əvvəlində, yanvar ayında məzuniyyət cədvəli təsdiqlənir, onun hazırlanmasında işçinin maraqları və təşkilatın ehtiyaclarının optimal əlaqələndirilməsinə nail olunur. Ancaq bəzən məzuniyyəti “daha yaxşı vaxtlara qədər” təxirə salmaq lazım olur. Kadr uçotu işçisi qarşısında qanun çərçivəsində fəaliyyət göstərərək, bir tərəfdən istehsal prosesini pozmamaq, digər tərəfdən işçinin şəxsi mənafeyini pozmamaq vəzifəsi durur.

Məzuniyyətinin təxirə salınması barədə qərar qəbul edərkən tez-tez bir problem yaranır: işçinin fikrinin nəzərə alındığını necə sənədləşdirmək olar? Aydındır ki, əgər işçi ərizəsində öz istəklərini göstəribsə, o zaman rəhbərin müvafiq vizası kifayətdir. Əgər belə deyilsə, onda əmək müqaviləsinin tərəfləri arasında razılaşmanın tərtib edilməsi məqsədəuyğun olardı. Belə bir razılaşma danışıqlar yolu ilə əldə edilir.

Danışıqlar prosesi heç də həmişə rahat keçmir. Məsələn:

  • işçi iş yerində ehtiyac duyulacağı bir vaxtda məzuniyyətə çıxmaq istəyə bilər. Məsələn, illik hesabatın tərtibi yaxud tender üçün materialların hazırlanması zamanı;
  • işçi istifadə olunmamış əmək məzuniyyətini bir neçə hissəyə bölmək hüququndan istifadə edə bilər, bu zaman məzuniyyətin hissələrindən birinin ən azı 14 təqvim günü olmasını yoxlamaq lazımdır;
  • işçi ilə işəgötürən arasında razılaşdırılmış tarixlər əmək qanunvericiliyini poza bilər. Məsələn, məzuniyyəti keçirilməsi səbəbindən işçiyə ardıcıl iki il məzuniyyət verilməməsi.

Münaqişəli vəziyyətlərin qarşısını almaq və eyni zamanda əmək qanunvericiliyinə əməl etmək üçün hər cür səy göstərilməlidir.

Tərəflərin təşəbbüsü ilə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi

Məzuniyyətlər müqavilə üzrə işləyən işçilərə növbəlilik cədvəlində müəyyən olunmuş vaxta uyğun təyin edilməlidir. Növbəlilik cədvəli işçi sayı çox olan müəssisələrdə məzuniyyətlərin verilməsini asanlaşdırmaq məqsədilə tərtib edilir. Məzuniyyətlərin verilmə növbəliliyinə əməl etmək işəgötürən və işçinin vəzifəsidir. Məzuniyyətlər işçiyə normal istirahət üçün təyin edilir. Əgər işçinin təyin olunan vaxtda məzuniyyətdən istifadəsi mümkün deyilsə, bu zaman həmin müddəti dəyişdirmək olar. Lakin həm işçi, həm də işəgötürənin ayrı-ayrılıqda məzuniyyətdən istifadə vaxtını dəyişməsi mümkün deyildir. Məzuniyyətin  dəyişdirilməsi tərəflərdən birinin təşəbbüsünə əsasən həyata keçirilə bilər. Belə olduqqda, vaxtın dəyişməsinə  səbəb olan halların işçi və işəgötürən tərəfindən əsaslandırılması tələb olunur. Hər iki tərəf arasında qarşılıqlı razılaşmadan sonra məzuniyyət müddətinin dəyişilməsi qaydaları tətbiq edilə bilər.

Məzuniyyətin başqa vaxta keçirilmə qaydaları

Məzuniyyət müddətinin başqa vaxta keçirilməsi qaydaları Əmək Məcəlləsinin 134-cü maddəsi ilə tənzimlənir. Məzuniyyətin tarixinin dəyişilməsi növbəlilik cədvəlində müəyyən edilən müddətin;

  • bir aydan digər aya;
  • cari  ildən növbəti iş ilinə;
  • növbəti təqvim ilinə keçirilməsi kimi qəbul olunur.

İşçinin cari iş ilində məzuniyyətlərdən tam istifadə etməməsi halları da mövcuddur. Belə olduqda, ƏM-nin 134.5-ci maddəsi üzrə məzuniyyətlərin istifadə olunmayan hissəsi hər iki tərəfin də razılığı ilə sonrakı iş ilinin məzuniyyət müddətinə birləşdirilə bilər. Lakin işçi istənilən vaxt məzuniyyət müddətini dəyişə bilməz. Bu dəyişikliyə səbəb olan hər hansı bir hal onun tərəfindən hökmən əsaslandırılmalıdır. Beləliklə, ƏM-nin 134.3-cü maddəsinə əsasən işçinin təşəbbüsüylə məzuniyyətdən istifadə vaxtının dəyişilməsi halları aşağıdakıladır:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı;
  • əmək  və sosial məzuniyyətlər eyni  vaxtda təyin edildikdə;
  • işəgötürənin tapşırıqlarının icrası üçün digər yerlərə ezam edildikdə.

İşçinin məzuniyyət zamanı müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halı yarandıqda, onun müraciəti, işəgötürənin isə razılığı ilə məzuniyyətdən istifadə müddəti uzaldıla, yaxud da xəstəlik vərəqəsinə əsasən  onun vaxtı dəyişdirilə bilər.

İşçilərin məzuniyyətdən istifadə vaxtları növbəlilik qrafikinə əsasən müəyyənləşir. Məlumdur ki, Məcəllənin 133-cü maddəyə əsasən növbəlilik cədvəlinin hazırlanması:

  • istehsalın, işin normal gedişinin təmini;
  • məzuniyyətlərdə düzgün uçotun təşkili məqsədini daşıyır.

Əgər növbəlilik cədvəlində təyin edilən müddət  normal işin pozulmasına səbəb olacaqsa, onda işəgötürənin təşəbbüsüylə həmin vaxt dəyişdirilə bilər. Bu halda işçi məzuniyyətin başqa vaxta keçirilməsinə razılıq verməlidir.

Məzuniyyət vaxtının dəyişdirilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. Həmin əmrdə:

  • Məzuniyyətin başqa müddətə keçirilmə səbəbləri;
  • İşçi, yaxud işəgötürənin təşəbbüsünə görə olması;
  • Məzuniyyətin veriləcəyi konkret vaxt qeyd olunmalıdır.

İşçi əmrlə tanış olmalı və təsdiqləməlidir.

Hərbi vəziyyət dövründə də səfərbərliklə əlaqədar olaraq məzuniyyətlər başqa vaxta keçirilə bilər. Bu qayda AR “Hərbi vəziyyət haqqında” qanununun 10.1.27 maddəsinə əsasən müəyyən olunur.

Məzuniyyətlərin növbəlilik cədvəllərində nəzərdə tutulan vaxtda işçiyə verilməməsi, onların məzuniyyətdən istifadə hüquqlarının pozulması zamanı tərəflər arasında yaranan mübahisələr fərdi əmək mübahisələrinə baxan orqanlarda həll edilməlidir.


Gəlir vergisinin tutulması prinsipləri

posted in: Xəbər | 0

Vergi nəzəriyyələrinin formalaşmasının ilkin mərhələsi

Elmi olaraq təsdiqlənmiş, ümumiləşdirilmiş nəzəri fikirlər XVII əsrə qədər yox idi. Əsas vergi nəzəriyyələri XVII əsrdən etibarən yaranmağa başladı. Ən birinci nəzəriyyələrdən mübadilə nəzəriyyəsini diqqətə çatdırmaq olar. Mübadilə nəzəriyyəsi vergiyığmanı qarşılıqlı barter kimi dəyərləndirir

Vergitutma mexanizmini həyata keçirmək olduqca önəmlidir. Vergiqoyma mövzusunda təkmilləşmək, inkişaf etmək, vergi nəzəriyyəsi barədə məlumatlı olmaq vacibdir. Nəzəriyyələri ətraflı şəkildə təhlil edib, bu məlumatları praktikada istifadə etmək əhəmiyyətlidir. Gəlir vergisinin özü, mahiyyətinin nə olması, inkişaf tarixi, kütlədə rolu haqqındakı məlumatların məcmusu fiziki şəxslərin gəlir vergisiylə bağlı nəzəriyyənin əsasını təşkil edir.

Elmi olaraq təsdiqlənmiş, ümumiləşdirilmiş nəzəri fikirlər XVII əsrə qədər yox idi. Əsas vergi nəzəriyyələri XVII əsrdən etibarən yaranmağa başladı.

Ən birinci nəzəriyyələrdən mübadilə nəzəriyyəsini diqqətə çatdırmaq olar. Mübadilə nəzəriyyəsi vergiyığmanı qarşılıqlı barter kimi dəyərləndirir. Sanki əhali dövlətə vergi verir, dövlət də əvəzində əhalinin tələblərini qarşılayır. Bu tələblərə asayişin qorunması, digər dövlətlərdən mühafizə, habelə həyat üçün zəruri olan digər şəraitin təmin edilməsini göstərmək olar.

17-ci əsrin əvvəllərində mübadilə nəzəriyyəsinin qolu kimi, atomistik nəzəriyyə formalaşdı. Atomistik nəzəriyyə üçün vergi dövlətlə vətəndaş arasında razılaşmaların, bağlanan müqavilələrin nəticəsi idi. Vətəndaşların dövlətin xidmətləri qarşısında ödədiyi haqlar var, vergi bunlardan biri idi. Əgər dövlət səni müdafiə edirdisə, bu vətəndaşın özünün müdafiəsindən daha etibarlı sayılırdı. Ona görə vətəndaşlar üçün də əlverişli hesab olunurdu.

Vergi nəzəriyyəsinin inkişafında Adam Smit dövrü

Vergitutmada artıq 18-19-cu əsrlərdə yeni nəzəriyyə yarandı. Nəzəriyyə nümayəndələrinin fikrincə vergilər sığortanın təminatı sayılırdı. Onlar üçün risk təşkil edən vəziyyətlərdə əhalinin ödədikləri vergilər sığorta ödənişi kimi qəbul olunurdu. Vergi ödəyən şəxssənsə, öz mülkiyyətini qorumuş sayılırsan. Bəs nədən qoruyursan? Bu, gəlir səviyyəndən asılıdır, oğurluqdan, təbii fəlakətlərdən, yanğından, müharibədən, digər xoşagəlməz hadisələrdən ola bilər. Ancaq nəzəriyyə sığortalanmanı o zaman nəzərə alır ki, riskli hal yaranıb və dövlət sığorta məsələlərini öz öhdəsinə götürür. Zamanla iqtisadi münasibətlər inkişaf edir, bununla nəzəri fikirlər təkmilləşməyə başlayır. Yeni yaranmış nəzəriyyələr əvvəlkilərdən daha yüksək səviyyəyə malik olur. Bu nəzəriyyənin banilərindən Adam Smiti xüsusilə vurğulamaq olar.

A. Smitə görə, verginin miqdarı və vaxtı öncədən təyin olunmalıdır. Vergi ödəyicisinin uyğun bildiyi zaman vergilər yığılmalıdır. Belə hesab edirik ki, A. Smitin düşüncələri müasir dövrdə vergi prinsiplərinin formalaşmasının əsasını qoyub.

Vergitutma sahəsinin inkişafına hüquqi, eləcə də iqtisadi münasibətlərin inkişafı təsir göstərirdi. Formalaşan yeni nəzəriyyələr vətəndaşın dövlətin saxlanmasında iştirakını bir vəzifə kimi irəli sürməyə başladı.

Adam Smitin və onun tərəfdarlarının  fikirləri müasir vergitutmanın baza fikirlərini təşkil edir. Vətəndaşların iştirakı isə vergilərin, ələlxüsus həmin dövr üçün ən aktual olan gəlir vergisinin ödənilməsi ilə təmin edilir.

XX əsrdə gəlir vergisi nəzəriyyələri  

Növbəti nəzəriyyə olan Monetarist Vergi Nəzəriyyəsi idi. Bunu XX əsrin 50-ci illərində Milton Fridman pulun kəmiyyət nəzəriyyəsinə əsaslanan Monetarist vergi nəzəriyyəsini formalaşdırdı. Fridmana görə iqtisadi tənzimləmə pul dövriyyəsinə görə həyata keçirilə bilər. Bu da pulun miqdarına və faizinə görədir. Pul kütləsinin tənzimlənməsi vacib məqamdır, burada əsas rol vergilərə məxsusdur. Vergilər həmçinin artıq pulları da dövriyyədən çıxarır.

XX əsrin 80-ci illərində M. Berns, Q. Stayn və A. Laffer tərəfindən ötən əsrin XX əsrin 80-ci illərində hazırlanan fiziki şəxslərin gəlir vergisi ilə bağlı təklif iqtisadiyyatı nəzəriyyəsi fiziki şəxslərin gəlir vergisi ilə bağlı idi.

Lafferə görə gəlirdən tutulan vergi dərəcəsinin 40-50 faiz olması, iqtisadi fəallığın aşağı düşməsinə səbəb ola bilər. Odur ki, gəlirdən büdcəyə daxil olmalı olan vergi üçün son hədd 30 faiz həcmində müəyyən edilməlidir.

Müasir vergi nəzəriyyələri ədalət prinsipinin tələblərinə uyğun olaraq ödəyicilərin ödəmə qabiliyyəti nəzərə alınması prinsipini irəli sürür. Ödəyicilərin ödəmə qabiliyyətini aşağıdakı əsas göstəricilər xarakterizə edir:

  • gəlir;
  • xərc;
  • sərvət.

Müasir dövrdə gəlir vergisinin tutulma prinsipləri

Yuxarıda qeyd edilənlər müasir vergi sistemlərində əsas yanaşma elementləri olsa da, əslində diqqət etsək görərik ki, istənilən verginin kökü elə gəlirə gedib çıxır, yəni, mənbə birdir – gəlir.

Gəlirin yığılmış versiyası sərvət, funksiyası isə xərcdir. Belə qənaətə gəlirik ki, verginin mənbəyi gəlirdir. Verginin nədən alındığı fərq etmir. Təkcə gələn gəlirdən vergi tutulmur. Həmçinin gəlirin xərclənməsində də, sərvət formasında da vergi tutulur.

Fiziki şəxslərin gəlir vergisi nəzəriyyəsinin bir neçə əsas prinsipini fərqləndirmək olar. İnkişaf etmiş ölkələrin əksəriyyətində fiziki şəxslərin gəlir vergisi sistemi demək olar ki, bu prinsiplər əsasında qurulmuşdur.

Gəlir vergisi nəzəriyyəsinin əsas prinsipləri – vergi ödəyicilərinin bərabərliyi, vergi tutulmayan minimum, güzəştlər və sair

Dövlət üçün gəlir vergisinin əsas üstünlüyü əmək qabiliyyətli şəxslərdən tutulmasıdır – əmək qabiliyyətlisənsə, gəlir vergisi ödəyicisisən. Bu halda vergi orqanları daha rahat şəkildə vergiyə nəzarət edə bilir. Qanuna zidd hallar, vergidən yayınmaq elə də asan deyil.

Müxtəlif mənbəli gəlirlərə vergi necə tətbiq edilməlidir?

İndi isə sizinlə belə bir suala cavab verək:

Siz fərd olaraq müxtəlif mənbəli gəlirlərə sahib ola bilərsiniz. Müxtəlif mənbəli belə gəlirləriniz ayrılıqda yoxsa bir yerdə vergilənməlidir?

Qaldırdığımız sual baxımından gəlir vergisinin tutulmasında iki üsul mövcuddur:

Müxtəlif mənbəli gəlirlərdən vergi tutulmasının 2 üsulu mövcuddur. Şedulyar gəlir vergisi, Qlobal gəlir gəlir vergisi

Hal-hazırda dünya ölkələrinin əksəriyyəti qlobal prinsipdən istifadə edirlər. Qeyd edilən yanaşma vergi ödəyicisinin ödəmə qabiliyyətini düzgün müəyyən etmək baxımından daha ədalətli yanaşmadır. Birinci prinsip isə demək olar artıq heç yerdə tətbiq edilmir.

Artıq ödənilən vergi və sosial sığorta haqlarının geri qaytarılması

1 546 547 548 549 550 551 552 2. 702