Kənd təsərrüfatı məhsulları satan fiziki şəxslərdən hansı halda vergi tutulmur?

posted in: Xəbər | 0

kənd təsərrüfatı məhsulları,Vətəndaşlardan kənd təsərrüfatı məhsulları alan vergi ödəyiciləri bir çox hallarda vətəndaşlara ödədikləri məbləğlərdən vergi tutur, bunu ödəmə mənbəyində vergi hesabatlarında əks etdirirlər. Belə əməliyyatların rəsmiləşdirilməsi prosesini sərbəst auditor Altay Cəfərov şərh edib.

Vergi Məcəlləsinin 101.6.-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.-ci maddəsində isə göstərilib ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

  • kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsulları;
  • əlvan və qara metal qırıntıları;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlər;
  • xam dəri.

Qanunvericiliyin bu müddəalarına əsaslanarkən 101.6-cı maddədəki “bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla” ifadəsi nəzərdən qaçırılmamalıdır. Bundan əlavə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsində göstərilib ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Deməli, Məcəllənin 101.6-cı maddəsində ödəmə mənbəyində 5% vergi tutulması müddəası yazılsa da, 102.1.11-ci maddəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları gəlir vergisindən azad edildiyinə görə onlara ödənilən gəlirlərdən 5% vergi tutulmur.

Məsələ ilə bağlı iki sual meydana gəlir:

  1. Hansı növ kənd təsərrüfatı məhsullarının istehsalı mövcuddur?
  2. Fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarını alan şəxslər həmin fiziki şəxslərin alıb-satan yox, istehsalçı olduqlarını necə müəyyənlədirə bilər?

İstehsal olunan kənd təsərrüfatı məhsulları dedikdə, adətən, heyvandarlıq və bitkiçilik məhsulları, məsələn, diri heyvanlar, meyvə, buğda, dənli bitkilər, süd, qatıq və s. nəzərədə tutulur.

İkinci suala gəldikdə, nə hər hansı qaydalara, nə də birbaşa təcrübədə kənd təsərrüfatı məhsullarını istehsal edən fiziki şəxslərin istehsalçı olub-olmadığının müəyyənləşdirilməsi prosedurları yoxdur.

Praktiki olaraq kənd təsərrüfatı məhsullarını istehsal edən fiziki şəxslərin bu məhsulları istehsal etmək üçün torpaq sahəsi, heyvanları, meyvə ağacları kimi aktivləri olmalıdır ki, o, istehsalçı kimi tanınsın. Kənd təsərrüfatı məhsulunu alan şəxs isə kənd təsərrüfatı məhsulunu satan şəxsdən qeyd edilmiş aktivlərinin olub-olmaması haqqında hər hansı sənəd tələb edə bilməz. Bu, qanunsuz tələb olardı.

Misal: “AA” MMC ictimai iaşə xidməti göstərən hüquqi şəxsdir və fiziki şəxslərdən mütəmadi olaraq hər ay 10.000 manatlıq kənd təsərrüfatı məhsulları alır. Şirkət ilkin olaraq fiziki şəxsdən məhsulları aldığını malların alış aktı (elektron) ilə rəsmiləşdirməlidir. Bu halda məhsul alan MMC məhsul satan fiziki şəxsin birbaşa istehsalçı olduğuna əmindirsə, ödəmə mənbəyində 5% vergini tutmayacaq.

Bəs MMC məhsul satan fiziki şəxsin birbaşa istehsalçı olmasına əmin deyilsə, 5% vergi tutumalıdırmı?

Vergi Məcəlləsinin 101.6.-cı maddəsi və “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5.-ci maddəsi kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilir, kənd təsərrüfatı məhsullarını alıb-satan, vergi ödəyicisi olmayan fiziki şəxlərə isə tətbiq edilmir. Odur ki, “AA” MMC hər iki halda kənd təsərrüfatı məhsulları ilə bağlı vergi ödəyicisi olmayan fiziki şəxlərə ödənilən məbləğdən heç bir vergi tutmayacaq.

Sadəcə, alıcı şirkət məhsulların alışını malların alış aktları ilə rəsmiləşdirdiyindən vergi orqanlarında bununla bağlı mənbəyi məlum olan məlumatlar formalaşdığına görə vergi orqanları müvafiq daxili prosedurlar aparmaqla kənd təsərrüfatı məhsulları alıb-satan vergi ödəyicisi olmayan fiziki şəxləri vergiyə cəlb edəcəklər.

Mənbə: vergiler.az


Birbank Cashback taksit kartını onlayn sifariş etmək 2 qat sərfəlidir!

posted in: Xəbər | 0

Birbank Cashback taksit kartı Birbank Cashback taksit kartını əldə edən müştərilər üçün yeni qazandıran kampaniya başlayıb. Şərtlərə görə bu kartı onlayn kanallar vasitəsilə (Birbank rəqəmsal bankı, birbank.az və kapitalbank.az saytı) əldə edən müştərilər rəsmiləşdirilmədən sonrakı 30 gün ərzində taksit əməliyyatı etdikdə əlavə 10 AZN, digər kanallar vasitəsilə əldə edənlər isə 5 AZN keşbek qazanacaqlar.

Qazanılan bonus keşbeklər 18 iyul 2023-cü il tarixinədək müştərinin keşbek hesabına mədaxil ediləcək. 31 may 2023-cü il tarixinədək keçirilən kampaniya ərzində hər müştəri yalnız 1 dəfə əlavə keşbek qazana bilər.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


VÖEN bağlandıqdan sonra hansı addımlar atılmalıdır?

posted in: Xəbər | 0

vergi orqanı müraciət, vöen bağlanması,Adıma olan VÖEN-i bağlatmışam. Lakin məndən gəlir vergisi ilə bağlı bəyannamənin təqdim olunması tələb edilir. Nə etməliyəm?

Dövlət Vergi Xidmətinindən bildirilib ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Daha ətraflı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 30-cu, 149-cu və 221-ci maddələri.

Mənbə: vergiler.az


Kapital Bank-dan “Sahibkarlar Günü”nə sərfəli təklif

posted in: Xəbər | 0

Kapital Bank, Sahibkarlar GünüKapital Bank 25 aprel – Sahibkarlar Günü münasibətilə kiçik, orta və iri sahibkarlar üçün yeni kampaniya keçirir. Kampaniya çərçivəsində əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən tarif paketlərinə 15%-dək endirim təqdim edilir. Belə ki, 31 may 2023-cü il tarixinədək “Təməl” və “Sərfəli XS” tarif paketlərini 5%, “Uğur”, “İnkişaf” “Sərfəli S” və “Sərfəli M” tarif paketlərini 10%, “Zirvə”, “Hədəf”, “Sərfəli L” və “Sərfəli XL” tarif paketlərini isə 15% endirimlə əldə etmək mümkündür.

Müştərilər tarif paketlərini və paket əlavələrini banka gəlmədən, Müştəri Bank vasitəsilə birdəfəlik ödəniş etməklə əldə edə bilərlər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları limitsiz və ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər. Kapital Bank-ın bu məhsullarını əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 40% qənaət etmiş olurlar.

Kapital Bank, tarif paketlərindən başqa mübadilə, məxaric və mədaxil tipli seqmentləşdirilmiş əməliyyatları əhatə edən “Valyuta Mübadiləsi”, “Hesabdan Məxaric” və “Əmək Haqqı”  adlı paket əlavələrindən yararlanma imkanı yaradıb. Sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini və paket əlavələrini rahatlıqla seçim imkanına malikdirlər.

Qeyd edək ki, tarif paketləri və paket əlavələri haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.


1 549 550 551 552 553 554 555 2. 690