Kapital Bank mikro kreditlərin faizlərini endirdi

posted in: Xəbər | 0

Kapital BankKapital Bank hər zaman mikro-biznes kreditləri üzrə sərfəli və endirimli şərtlər təqdim edərək sahibkarlara dəstək göstərir. Artıq sahibkarlar götürdükləri hər 10 000 manat kredit üçün ayda cəmi 300 manat ödəniş edəcəklər. Kampaniya çərçivəsində kreditin illik faiz dərəcəsi 15%-dən başlayır.

31 may 2023-cü il tarixinədək davam edəcək kampaniya çərçivəsində kreditin müddəti maksimum 48 aydır. 30 000 manatadək kreditlər zaminsiz və girovsuz verilir.

Qeyd edək ki, mikro kredit üçün müraciət etmək üçün filiala gəlməyə ehtiyac yoxdur. Bunun üçün müştəri https://kapitalbank.az saytına keçid edərək “Mikro Kredit” bölməsinə daxil olmaqla kredit əldə etmək üçün müraciət edə bilər. Sonrakı mərhələdə bankın əməkdaşları müraciəti təhlil edir, təyin olunan kredit məbləği barədə müştəriyə məlumat verir və rəsmiləşdirməni tamamlayaraq vəsaiti müştərinin Kapital Bank-da olan biznes kartına və ya sahibkar hesabına köçürür. Kart da bank tərəfindən müştəriyə çatdırılır.

Kapital Bank-da Mikro kreditlərin maksimal məbləği 100 000 AZN olmaqla 48 ayadək müddətə verilir. Ətraflı məlumat üçün – https://kbl.az/kbmbpr keçidindən istifadə edərək və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələri vasitəsilə müraciət edə bilərsiniz.


İşçilərin fizioloji keyfiyyətlərinə görə verilən əsas məzuniyyətlər və onların müddətləri

posted in: Xəbər | 0

Məzuniyyət, əsas əmək məzuniyyəti anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində uzadılmış əmək məzuniyyəti anlayışı, onun hüquqi tərifi, habelə verilməsi məqsədləri və əsasları yoxdur. Bildiyimiz kimi AR Əmək Məcəlləsi işçilərə verilən əmək məzuniyyətinin müddətinin ən azı 21 gün olmasını tələb edir. Amma praktikada bəzi kateqoriya işçilərin:

  • yaşını,
  • sağlamlığını;
  • əmək funksiyalarının xüsusiyyətlərini və xarakterini nəzərə alaraq məzuniyyət müddətlərinin daha uzun müəyyən edildiyi hallara rast gəlirik.

Məhz bu halları biz şərti olaraq uzadılmış əmək məzuniyyəti adlandıracağıq. Belə hallar hansılardır?

İlk nümunə kimi hər il pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə verilən illik, ödənişli əsas əmək məzuniyyətini göstərmək olar. Bu məzuniyyət:

  • ildə bir dəfə verilir;
  • ödənişlidir, yəni orta əmək haqqı saxlanılır;
  • əsas əmək məzuniyyətidir, yəni müəyyən kateqoriya mütəxəssislərə əlavə məzuniyyət də verilə bilər.

Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən daha çox əmək məzuniyyəti verilən digər kateqoriya teatr-tamaşa, habelə bunlara uyğun digər müəssislərdə çalışan, bədii və artist heyəti, habelə səhnəyə xidmət edən işçilərdir. Həmin kateqoriya işçilər üçün əmək məzuniyyətinin müddətinin tənzimlənməsi burada verilib.

Hər bir dövlət, hər bir xalq onun azadlığı, ərazi bütövlüyü uğrunda vuruşmuş insanlara həssaslıqla yanaşmalıdır. Nəzərə almaq lazımdır ki, müharibə insanların sağlamlığına, psixologiyasına təsirsiz ötmür. Məhz bu səbəbdən belə işçilərin, digər əməkdaşlara nisbətən öz sağlamlığının bərpası, istirahəti üçün daha üzün müddətə ehtiyacı var. Əmək Məcəlləsinə belə işçilər üçün nəzərdə tutulmuş məzuniyyət müddəti minimum 46 gündür.

Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətləri

Fizioloji keyfiyyətlərə görə işçilərə verilən əsas məzuniyyətin müddəti fərqlidir. Həmin işçilərin məzuniyyət müddəti ƏM 119-cu maddə ilə tənzimlənir. Fizioloji keyfiyyətlərlə əlaqədar olaraq işçilər aşağıdakı kateqoriyalara ayrılır:

  • yaşı 18-dən az olan işçilər;
  • əlillər.

Həmin işçilərin məzuniyyət müddətləri müəyyən olunan zaman onların tutduğu vəzifəsi, peşəsi nəzərə alınmır, ƏM-nin 119.1-ci maddəsinə uyğun olaraq  işçinin yaş həddi və əlilliyi əsas götürülür.

18 yaşı tamam olmayan işçilər əlavə iki kateqoriyaya bölünür və onların əsas məzuniyyətinin müddəti aşağıdakı yaş aralığına görə təyin olunur:

  • 16 yaşdan kiçik olan işçilər – minimum 42  gün;
  • 16-18 yaş aralığında olan işçilər – minimum 35 gün.

İndi isə əlilliyi olan şəxslər hansı hüquqlara sahibdir, onlara nəzər yetirək.

Həmin şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyətinin istənilən növü ilə məşğul olmaq, öz yaşayışını təmin etmək hüququ vardır. Əlilliyi olan şəxs dedikdə fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs nəzərdə tutulur. Əmək qabiliyyətini qismən, ya da tam itirən həmin şəxslərin cəmiyyətdə həyat imkanları məhdud olur.

Azərbaycan Respublikası qanunvericiliyinə görə əlilliyi olan şəxslərin işəgötürən tərəfindən sağlam, təhlükəsiz işlə təmin edilməsi zəruridir.

Məcəllənin 119.2-ci maddəsinin ikinci bəndi əlilliyi olan işçilərin məzuniyyət müddətini ən azı 42 gün müəyyən edilir. Məzuniyyətin verilməsi zamanı  aşağıdakılar əhəmiyyət kəsb etmir:

  • orqanizmin funksiyalarının itirilmə faizi;
  • əlillik səbəbi;
  • əlillik müddəti.

Məzuniyyət hissələrə bölünərək verilə bilər, amma hissələrdən birinin müddəti 14 gündən az olmamalıdır. Məzuniyyətin işçinin razılığı olmadan işəgötürən tərəfindən  hissələrə bölünərək verilməsi qadağandır, yəni bu qayda yalnız  işçinin istəyinə əsasən yerinə yetirilə bilər.

ƏM-nin 116-cı (staja görə) və 117-ci (uşaqlı qadınlara əlavə məzuniyyət) maddələri ilə müəyyən edilən məzuniyyətlər 119-cu maddənin əhatə etdiyi şəxslərə aid edilmir.


İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergi ödəyicisi ola bilər?

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyicisi, sosial ödənişlər, sosial ödənişlərin hesablanması, Minimum əməkhaqqı, əməkhaqqı artımı, Məzuniyyətdən geri çağırılma, əməkhaqqının hesablanması, ödəmə mənbəyində vergi, icarə xərcləri,Sadələşdirilmiş vergi ödəyicisi və işçilərinin sayı 6 nəfər olan hüquqi şəxs mebel istehsalı ilə məşğuldur, il ərzindəki dövriyyəsi 200.000 min manatdan az olub. Müəssisə sadələşdirilmiş vergi ödəyicisi statusunda qala bilərmi?

Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Belə ki, ticarət fəaliyyəti, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Müvafiq olaraq qeyd etdiyiniz fəaliyyət topdansatış deyil, istehsal fəaliyyətidir, bu səbəbdən malların topdansatış qaydasında satılması sadələşdirilmiş vergi hüququnu məhdudlaşdırmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.55-ci, 218.1-ci və 218.5.8-ci maddələri.

Mənbə: vergiler.az


Standard & Poor’s agentliyi Kapital Bank-ın reytinq proqnozunu yüksəltdi

posted in: Xəbər | 0

Kapital Bank,Standard & Poor’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinq proqnozunu “stabil”dən “pozitivə” yüksəltdi, uzunmüddətli və qısamüddətli kredit reytinqlərini isə “BB-/B” səviyyəsində təsdiqlədi. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.           

Agentliyin hesabatında qeyd olunur ki, bu reytinqlər Kapital Bank-ın digər yerli və oxşar beynəlxalq banklarla müqayisədə yüksək gəlirliyindən, aktivlərinin keyfiyyətindən, həmçinin 2022-ci ilin sonuna problemli kreditlərin (“Stage 3”) ümumi portfeldəki həcminin cəmi 2,3% faiz təşkil etməsindən irəli gəlir. “Pozitiv” reytinq proqnozu bankın gəlirlilik, aktivlərin keyfiyyəti və kapitallaşma baxımdan növbəti 12-24 ay ərzində də öz rəqiblərini üstələyəcəyini əks etdirir.

Agentliyin fikrincə, Kapital Bank Azərbaycanın bank sektorunda rekord mənfəət göstəricisinə korporativ, kiçik, orta sahibkarlıq (KOB) və pərakəndə bankçılıq arasında diversifikasiyanın düzgün həyata keçirməsi, aktivlərdən səmərəli istifadə sayəsində nail ola bilib. Bankın 2020-2022-ci illərdə aktivlərinin gəlirliyi (ROA) ortalama 4,5%, kapitalının gəlirliyi (ROE) isə ortalama 36% təşkil edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 547 548 549 550 551 552 553 2. 690