Kapital Bank-ın səhmdarları yeni təyinatları təsdiqlədi

posted in: Xəbər | 0

kapital bank kapital bank4 may 2023-cü il tarixində Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. İclasda bir çox məsələlər müzakirə edilib və qəbul edilən qərara əsasən Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub.

İndiyədək bu vəzifəni PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov icra edirdi. O, bundan sonra fəaliyyətini Müşahidə Şurasının üzvi kimi davam etdirəcək. Rövşən Allahverdiyev 2013-cü ildən Kapital Bank-ın İdarə Heyətinə rəhbərlik edib.

Digər qərara əsasən Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov, Bankın İdarə Heyətinin sədri təyin edilib. Fərid Hüseynov 2015-ci ildən Kapital Bank-ın İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, Kapital Bank-ın səhmlərinin 99,87%-i PAŞA Holding-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın birinci dərəcəli kapitalı 600 milyon manatdır. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.


İşğaldan azad edilmiş ərazilərdə çalışan əcnəbilərin iş icazəsi və kvotası

posted in: Xəbər | 0

əmək miqrasiyası kvotası, Məzuniyyət vaxtı üçün orta əmək haqqı, sosial-məişət müavinətləri, orta əmək haqqı, Ezamiyyət, məzuniyyətlərin cəmlənməsi, Əlavə məzuniyyətlərNövbəti güzəştlərdən biri də işğaldan azad edilmiş ərazilərdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərlə bağlıdır. Belə ki, onlara əmək miqrasiyası kvotası üçün 5 illik hədd tətbiq edilməyəcək. Bu barədə suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Miqrasiya Məcəlləsinin 51.5-ci maddəsinə əsasən, iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Bu maddəyə edilmiş əlavəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək əmək miqrasiyası kvotası tətbiq edilməyəcək.

“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarına əsasən, əmək miqrasiyası kvotası təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir və yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin səmərəliliyinin artırılması məqsədi ilə tətbiq edilir.

“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi
barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14
mart tarixli 124 nömrəli qərarına əsasən, əmək miqrasiyası kvotası təqvim
ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti
ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir

Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir.

Əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir. Təqvim ili ərzində verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlarının sayı kvotadan artıq olmamalıdır.

Edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotası 5 il müddətinə tətbiq edilməyəcək.

9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Miqrasiya Məcəlləsininin 69-cu maddəsinə yeni 69.1-1 maddəsi əlavə edilib.

Edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş
ərazilərdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərə əmək
miqrasiyası kvotası 5 il müddətinə tətbiq edilməyəcək

Əlavəyə qədər iş icazəsinin müddətinin hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilməsi nəzərdə tutulmuşdu. Əlavə edilmiş 69.1-1 bəndinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Bu bənd üzrə də güzəştin 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək edilməsi nəzərdə tutulur.

Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı.

Mənbə: vergiler.az


Hansı halda müəssisənin nizamnamə fonduna qoyulan əsas vəsaitlər ƏDV-yə cəlb olunur?


ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən əməliyyatlar

posted in: Vergi, Xəbər | 0

ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatlar, onlardan faktiki olaraq əlavə dəyər vergisi tutulmasa da, ƏDV tutulan əməliyyatlar hesab edilir. Belə əməliyyatları ƏDV-dən azadolmalarla qarışdırmayaq. Onlar arasında əsas fərqlərlə buradan tanış ola bilərsiniz.

Sıfır dərəcə ilə ƏDV tutulması Vergi Məcəllənin 165-ci maddəsində şərh edilib. Bu məqalədə əlavə dəyər vergisinə sıfır (0) dərəcə cəlb edilən əməliyyatlardan bəziləri ilə tanış olacağıq.

Beynəlxalq təşkilatlarla bağlı əməliyyatlarda 0% ƏDV

Qanunvericilikdə xarici diplomatik və onlara bərabər tutulan nümayəndəliklərin rəsmi istifadəsi, habelə bu nümayəndəliklərin diplomatik və ya inzibati-texniki personalı, o cümlədən onların ailə üzvlərinin şəxsi istifadəsi üçün malların (işlərin, xidmətlərin) satışı zamanı əlavə dəyər vergisi üzrə sıfır dərəcənin tətbiq edilməsi nəzərdə tutulub (maddə 165.1.1).

Qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi

Məcəllənin bu maddəsinin tələbləri heç də bütün ölkələrə şamil edilmir. Bunun üçün qanunvericilikdə qarşılıqlı prinsip adlanan müəyyən şərtlər var. Qarşılıqlı prinsip gözlənilirsə, istənilən səfirlik, konsulluq yaxud BMT, İSO və s. kimi beynəlxalq təşkilatların rəsmi istifadəsi, eləcədə onların işçilərinin şəxsi istifadəsi məqsədlərinə yönəlik mallara, xidmətlərə görə ƏDV hesablanması sıfır dərəcə  tətbiq etməklə hesablana bilər.

Qrant müqaviləsi əsasında aparılan əməliyyatlarda ƏDV

Aşağıdakılar qrant münasibətlərinin tərəfləri hesab olunur:

  • donor
  • resipiyent

Donor qrantı verən, resipiyent isə qrantı alan şəxsdir. Onlar arasında bağlanmış yazılı müqavilə, yaxud qrant verilməsi barədə donorun qərarı (yazılı) qrant münasibətlərinin tənzimlənməsi üçün əsas sayılır. Qrantın verilməsiylə bağlı onun məqsədi, məbləği, hansısa digər şərtlər razılaşdırılıbsa, müqavilədə əksini tapmalıdır. Belə əməliyyatlar zamanı ƏDV hesablanması  Məcəllənin 165.1.2. maddəsi ilə tənzimlənir.

Qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi

Nümunə 1: Tutaq ki, A qeyri-hökumət təşkilatı B təşkilatından (yerli donor) 10.000 manatlıq qrant alıb və həmin layihəyə görə bu məbləğin 1000 manatı malların alınmasına sərf olunacaq. Həmin 1000 manatın 500 manatlıq hissəsinə mallar idxal olunacaq. A şirkəti xarici C şirkətindən də 20.000 ABŞ dolları dəyərində qrant alıb. Bu layihədə də 3000 ABŞ dolları məbləğində mallar alınmalıdır və bunun da 2000 dollarlıq hissəsi idxal olunacaqdır. A qeyri-hökumət təşkilatı yerli malları ƏDV ödəyicisi olan N firmasından alır.

Bu zaman N firması satdığı 500 manatlıq və 1000 dollarlıq (3000-2000) malları 0% dərəcə ilə ƏDV-yə cəlb edəcəkdir. A təşkilatına göndərdiyi e-qaimədə də ƏDV-ni sıfır dərəcə ilə təqdim edəcək.

Yerli donorun maliyyələşməsi nəticəsində idxal olunan 500 manatlıq mallar gömrükdə ƏDV-yə 18% dərəcə ilə cəlb ediləcək. Amma xaricin donorun maliyyələşməsi nəticəsində idxal olunan 2000 ABŞ dolları məbləğində mallar gömrükdə ƏDV-yə 0 dərəcə ilə cəlb olunacaq.  Ona görə ki, malların işlərin xidmətlərin ƏDV-yə sıfır dərəcə ilə cəlb olunması yerli ƏDV ödəyicilərinə aiddir. O ki qaldı idxalda ƏDV məsələsinə bu, birbaşa resipyentə aiddir və burada da məhdudiyyət qoyulub, xaricdən alınan maliyyə yardımları hesabına resipiyent mallar idxal edəndə ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur. Belə çıxır ki, digər hallarda idxal olunan mallar ƏDV-yə 18% dərəcə ilə cəlb olunacaq.

Malların və bəzi xidmətlərin idxalında 0% ƏDV

Sıfır dərəcə ilə ƏDV-yə cəlb edilən digər mal və xidmətlər VM-nin 165.1.3 maddəsində qeyd edilib.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin əhatəsi genişdir. Qısaca qeyd edək ki, həmin xidmətlərin siyahısına:

  • ticarət markası, lisenziya, bunlara bənzər digər qeyri-maddi aktivlər üzərində hüquqların bağışlanması;
  • reklam, mühasibat, hüquq, məsləhət, rabitə-telekommunikasiya xidmətləri;
  • kompüter və analoji qurğular, internetə çıxış vasitəsilə göstərilən xidmətlər daxildir.

Maddədən göründüyü kimi ixrac anlayışı xidmətlərə münasibətdə də istifadə edilir. Məsələn, kompüter vasitəsilə xaricdəki bir şəxsə İT xidmət göstərməniz həmin xidmətin ixrac edilməsi anlamına gəlir.

Gördüyünüz kimi malların da ixracı əlavə dəyər vergisinə 0 dərəcə ilə cəlb edilir, belə ki, Azərbaycanda vergi uçotu sistemində ƏDV-nin təyinat ölkəsi prinsipi tətbiq edilir. Belə yanaşma ( 18% əvəzinə 0 % ƏDV)  ixracı təşviq etmək məqsədi ilə tətbiq edilir.

Nümunə 2:  Azərbaycanda qeydiyyatdan keçmiş ƏDV ödəyicisi plan şirkət Gəncədə İtaliya şirkətinə 3800 manatlıq məsləhət xidməti, Ukrayna şirkətinə isə 5000 manatlıq hüquq xidməti göstərib.  

Xidmətlər Gəncədə göstərilsə də, xidmətlərin alıcıları xaricdə yerləşir. Ona görə də əməliyyatlar xidmətin ixracı kimi qəbul edilir. Hər iki xidmət ƏDV-yə 0 dərəcə ilə cəlb edilir.

Beynəlxalq yükdaşımalarla bağlı iş və xidmətlər

Beynəlxalq daşıma anlayışını dəqiq bilmək zəruridir. Belə daşınmanın predmeti insan, mal, poçt olmasından asılı olmayaraq təchizat zəncirinin ya əvvəli, ya da sonu Azərbaycan olur.

Beynəlxalq yükdaşımalarla bağlı aşağıdakı əməliyyatlar ƏDV-yə 0 dərəcə ilə cəlb olunur:

  • beynəlxalq və tranzit yük, sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti – beynəlxalq poçt xidmətləri istisnadır;
  • beynəlxalq və tranzit uçuşlarla bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə əlaqədar ekspeditor xidmətləri.

Nümunə 3: Azərbaycanda qeydiyyatdan keçmiş ƏDV ödəyicisi plan şirkət Gəncədə İtaliya şirkətinə 3800 manatlıq məsləhət xidməti, Ukrayna şirkətinə isə 5000 manatlıq hüquq xidməti göstərib. 

Xidmətlər Gəncədə göstərilsə də, xidmətlərin alıcıları xaricdə yerləşir. Ona görə də əməliyyatlar xidmətin ixracı kimi qəbul edilir. Hər iki xidmət ƏDV-yə 0 dərəcə ilə cəlb edilir.

Sıfır dərəcə sertifikatı

Sıfır dərəcə sertifikatı hasilatın pay bölgüsü, həmçinin digər bu qəbil sazişlərlə çalışan şirkətlər üçün nəzərdə tutulub. Burada şirkətin əməliyyat, podratçı və s. rolda olması şərt deyildir. Sertifikat alınması üçün Dövlət Vergi Xidmətinə müraciət edilir. Müraciət zamanı tərəflər arasındakı müqavilə əlavə edilməlidir. Belə sertifikat isə 30 gün ərzində verilir.

Müraciət edən podratçı, əməliyyat şirkətidirsə, sertifikat sazişlə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Təbi ki, sazişin müddəti uzadılarsa, yeni sertifikatın alınması labüddür.  Müraciət edən subpodratçı şirkətdirsə 1 ili aşmamaqla müqavilənin qüvvədə olduğu müddətcə etibarlı sayılır.


Hansı halda müəssisənin nizamnamə fonduna qoyulan əsas vəsaitlər ƏDV-yə cəlb olunur?

posted in: Xəbər | 0

əsas vəsaitlər, Kənd təsərrüfatı məhsulları ƏDV, kotirovka sorğusunun şərtlərini almaq, Tenderdə iştirak haqqı, Malların ixrac qeydi ilə satışı, ədv əvəzləşdirilməsiSuala maliyyə və vergi məsələləri eksperti Rəşad Məmmədov aydınlıq gətirir. Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən, idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın (əsas vəsaitlər istisna olmaqla) qoyulmasından (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV tutulmur.

Məcəllənin 165.1.10-cu maddəsində isə göstərilib ki, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) üzrə əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur.

Misal: ƏDV və gəlir vergisinin ödəyicisi olan fiziki şəxs fərdi sahibkar, eyni zamanda ƏDV və mənfəət vergisinin ödəyicisi olan müəssisənin təsisçisidir. Fiziki şəxsin mülkiyyətində və istifadəsində əsas vəsait və malları vardır. Təsisçinin qərarı ilə 2023-cü ilin yanvarında həmin əsas vəsait və malları təsisçisi olduğu müəssisəyə pay şəklində qoyub. Fiziki şəxs həm əsas vəsaiti, həm də malı müəssisəyə ƏDV ilə birlikdə təqdim edib və müəssisə nağdsız qaydada həm əsas məbləğin, həm də ƏDV-nin məbləğini ödəyib.

Vergi Məcəlləsinin 146-cı maddəsinin müddəalarına əsasən, şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə), aktivlərin verilməsi vergiyə cəlb olunan təqdimetmə sayılmır. Yəni hüquqi şəxsin təsisçisi tərəfindən əmlakın həmin hüquqi şəxsin nizamnamə kapitalına pay şəklində qoyuluşu vergitutma məqsədləri üçün vergiyə cəlb olunan təqdimetmə sayılmır.

Mallara görə ödənilmiş ƏDV məbləğini müəssisə Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən əvəzləşdirə bilməyəcək. Çünki müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azaddır.

Lakin Vergi Məcəlləsinin 165.1.10-cu maddəsinin müddəalarına əsasən, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində qoyulan əsas vəsaitlər ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb ediləcək və həmin əsas vəsaitlərə görə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV əvəzləşdiriləcəkdir.

Mənbə: vergiler.az


1 546 547 548 549 550 551 552 2. 690